Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
29 
mək, mənən yaxınlaşdırmaq arzusu baş qaldırır. Həmin günəşi – 
türkdilli dövlətlərin yaxınlaşmasından, mənəvi-siyasi birliyindən 
yaranan Günəşi “taleyinin ülkəri” adlandıran Yavuz bütün dünya-
nın bu “günəş”ə tapınması, ondan vulkan kimi həyat qaynaması 
və Yer üzündə  əmin-amanlığın bərqərar olaraq, qurdun quzu ilə 
otlaması arzusu ilə  çırpınır. Bu arzu, ananın xeyir-duası  əslində 
türkdilli xalqları, türk dövlətlərini birliyə çağıran milli-mənəvi bir 
ideya kimi səslənir. Həmin çağırış öz aktuallığını bu gün də sax-
lamaqdadır.  
Abdulla Şaiq inanırdı ki, bu ideyanı Müsavat Partiyası kimi 
siyasi bir təşkilat həyata keçirəcəkdir. Şairin istədiyi kimi də ol-
du. Müsavat xalqımızın milli-mədəni və sosial-siyasi tarixi müba-
rizələr mərhələsində formalaşan cövhərini mənimsəyərək, islam-
çılıq, türkçülük və müasirlik ideallarını özünə müqəddəs şüar və 
amal seçdi. Odur ki, “Türk ədəmi mərkəziyyət firqəsi Müsavata 
ithaf” etdiyi “Marş”  (II c., s.52) şeirində A.Şaiq soydaşlarını bu 
partiya, onun tutduğu yol və  məqsəd ətrafında birləşməyə çağırır:  
 
Dalğalanır üstümdə şanlı Turan bayrağı, 
Alovlanır qəlbimdə “Ərkənəgün” ocağı.  
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,  
Turanda gün doğunca zülmətlə çarpışalım!  
Arş irəli, irəlidə cənnət kibi cahan var,  
Günəş orda həp doğar, səadət orda parlar.  
 
A.Şaiqi təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyası-
nın, turan ellərinin taleyi düşündürür, narahat edir. Birinci Dünya 
müharibəsinin sonuna doğru türk dünyasının yadlar pəncəsində 
çırpınması onun qəlbini vətəndaş kədəri ilə çulğalayır. Həmin bə-
ladan qurtuluş yollarının aranması  cəhdi A.Şaiqin “Araz”dan 
“Turan”a” (II c.,s.59-61) adlı  romantik üslubda yazılmış simvo-
lik poemasının əsas süjet xəttini təşkil edir. Əsərdən aydın olur ki, 
aşiq (vətən aşiqi) öz sevgilisinin ətrafını qara quzğunların alaraq, 
başlarını onun dizinə söykəməsi xəbərindən bərk sarsılıb. Onun 
А б д у л л а   Шаи г
 
 
30
qəlbini parçalayan sevgilisinin ümidsizlik girdabında “gözlərin-
dən inci kimi yaşlar axıdıb, gül kimi gündən-günə solmasıdır”. 
Şair vəziyyətdən yeganə  çıxış yolunun türk oğlunun öz əlində 
olmasında görür. Təsadüfi deyil ki, yadlar pəncəsində inləyən gö-
zəl də inilti ilə soruşur ki, Türk dünyasında, Turan elində  məni 
qurtaracaq bir ər yoxdurmu? Bu gözəlin yeganə sevgilisi onun 
halalca nişanlısı türk oğludur. Ona görə belə nalə çəkir:  
 
Nerdə o türk nişanlım, o qoç igid qəhrəmanım?  
Yolunu pək gözlədim, yol ver ona, Yaradan! 
Yel atına binsin də, gəlsin bəni qurtarsın.  
Sevmədigim şu xain başları həp qoparsın.  
Şu sehrli tilsimi qırsın namus eşqinə,  
Quruntulu bir kədər çökmüş Turan elinə (II c., s.59).  
 
Bu acı xəbər “Araz”ın vasitəsilə “Kür”ə, oradan da hər ikisi-
nin səyi ilə Coşqun dənizə çatdırılır. Coşğun dəniz eşitdiklərindən 
qəzəblənərək ildırım kimi çaxır, onun kirpiklərində şimşəklər oy-
naşır və Turan ellərini saran dalğalar bütün əngəlləri aradan qal-
dırır. Sehrli divlərə yedikləri nə varsa qusdurulur. Turan elində 
əmin-amanlıq bərpa ediləndən sonra dəniz ancaq dalğacıqlarla, 
ləpələrlə oynaşır. Onun göbəyində zümrüd bir ada, adanın orta-
sında isə altun kərpicli bir köşk görünür. Poema belə bir romantik 
sonluqla qurtarır: 
 
Köşkün qarşı tərəfi qızıl alma bağıdır,  
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.  
Qızıl alma bağında gəzər dünya gözəli,  
Gülər coşğun sevinclə Türkün əlində əli (II c., s.61).  
 
Göründüyü kimi, şair Turan ellərinin simvolu olan dünya gö-
zəlini divlərin əsarətindən xilas edərək öz romantik təxəyyülündə 
onun əlini rəmzi şəkildə Türk oğlunun əlinə tapşırır. Özü də onlar 
“Qızıl alma bağında” qərar tuturlar. Çünki qədim türk (Azərbay-


  Б и б ли о гр а ф и й а
 
 
31 
can) inamına görə, Qızıl alma əbədiyaşarılıq, cavanlaşdırma sim-
voludur. Türk cütlüyü bu bağda qərar tutmaqla əslində türk dün-
yasının və türk nəslinin əbədiyaşarılığını təmin etmiş olur. Turan 
ellərinin işıqlı sabahı, türk gözəlinin azadlıq və istiqlaliyyətinin 
romantik bədii əksi Abdulla Şaiqin şair-vətəndaş idealının bəşəri-
liyindən və nurlu sabaha, Türk dünyasının azadlıq və  səadətinə 
dərin inamından güc alır. Bununla yanaşı, şair vəziyyətdən çıxış 
yolunu daha çox reallıqda axtarırdı. “Həyat – sevməkdir” (II c., s. 
66) şeirində A.Şaiq böhranlı və pəjmürdə halında ilham pərisi ilə 
ülfət tapıb bu dünyaya daha möhkəm bağlanmağa özündə güc 
tapır. Bu həyat, hürriyyət pərisinə bağlanan aşiq yaşamağın, hə-
yatın mənasını anlayaraq belə qənaətə gəlir ki:  
 
Həyat – sevmək, pəriciyim, sənin üçün yaşamaq,  
Gecə-gündüz çalışaraq, sənə qovuşmaq ancaq.  
Bax, bu dadlı həqiqəti həp sən mənə anlatdın,  
Acı, sönük həyatıma işıq saçdın, bal qatdın.  
Sən sevdirdin o iyrənib çiyrindiyim həyatı,  
Gözlərimdə şirinlətdin bu sisli kainatı.  
Mənə yeni həyat verən, günəş verən sənsən, sən!  
Sevmək – iştə yaşamaqdır, yaşamayır sevməyən! 
 
Abdulla Şaiq milli ədəbiyyatın tarixində görkəmli nasir kimi 
də tanınır. Onun “Məktub yetişmədi”, “Köç”, “Araz” və s. əsərlə-
ri XX əsr Azərbaycan nəsrinin klassik nümunələri sırasına daxil-
dir. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-
bədii fikrində mövcud olan yaradıcılıq təmayülləri özünü A.Şaiq 
yaradıcılığında, eləcə  də  bədii nəsrində bu və ya başqa  şəkildə 
göstərməkdədir.  İdeya-estetik  əsasında maarifçilik duran həmin 
yaradıcılıq istiqamətlərinə realizmlə yanaşı, romantizm və senti-
mentalizm də daxil idi. 
Elmi ədəbiyyatda A.Şaiq romantik bir ədib kimi dərk və qə-
bul edilir. Bununla yanaşı onun yaradıcılığında sentimentalizmin 
də kifayət qədər çəkiyə malik olduğu son vaxtlar daha sistemli şə-
А б д у л л а   Шаи г
 
 
32
kildə təsdiq edilməkdədir.
10
 Doğrudan da, ədibin istər poeziyasın-
da, istərsə də nəsr və dramaturgiyasında romantizmlə sentimenta-
lizm özünü paralel şəkildə göstərir. Belə əsərlərdən biri “İki müz-
tərib, yaxud əzab və vicdan”  (I c., s. 464-494) romanıdır. Bu ro-
man A.Şaiqin ilk nəsr əsəri olub, bəzi cəhətlərinə görə İ.Getenin 
“Gənc Verterin iztirabları” əsərini xatırladır. Burada hadisələr Si-
tarə ilə Cavad arasında baş verir. Əhvalatı iki nəfərin məktubla-
rından və baxışlarından öyrənirik. 
“İki müztərib…” romanının təhkiyəsi epistolyar üslubdadır. 
Burada zahirən hadisələrə müəllif müdaxiləsi yoxdur. Hətta iki 
müztərib – Sitarə və Cavad haqqında məlumatlar da onların mək-
tublarından alınır. Romanın süjeti də, hadisələrin inkişaf dinami-
kası da məktublarda söylənilən hadisələrin ardıcıllığı ilə inkişaf 
edir. Oxucu məktubdan məktuba qəhrəmanların mənşəyi, qəlb 
aləmi, duyğu və düşüncələri, keçirdikləri sevinc, nəşə,  əzab və 
sarsıntıları ilə yaxından tanış olub, onların yaşantılarının təsiri 
altına düşür. A.Şaiqin bədii sənətkarlıq qüdrəti “İki müztərib…” 
romanının ideya-estetik kamilliyini və təsir gücünü təmin edir. 
İlk görüşdən bir-birinə vurulan hər iki gənc sevgi duyğularını 
ancaq öz ürək dostlarına açmaq imkanına malikdirlər. Sitarə təbi-
ətin ictimai mühitdən ən uzaq və saf qoynundan şəhərə gəlmişdir. 
O, günlərin birində pəncərədən küçəni seyr edərkən adını bilmə-
diyi solğun bənizli, şıq görkəmli bir oğlana –  Cavada vurulur. Öz 
növbəsində Cavad da Sitarəyə vurulmuşdur. Gənclərin iztirablı 
günləri də bu vurğunluqdan sonra başlayır; çünki nə Sitarə sevgi-
sini hələ adını bilmədiyi oğlana – Cavada açmağa fürsət və özün-
də cəsarət tapa bilir, nə də Cavad özünün evliliyi ucbatından Sita-
rəyə  bəslədiyi hisslərini büruzə verə bilir. Onlar vicdani saflıq, 
əxlaqi təmizlik, milli əxlaq, qızlıq isməti və kişilik dəyanəti ilə 
eşq cazibəsi arasında qovrulurlar. 
                                                            
10
Bax: Həşimov, H. Azərbaycan  ədəbiyyatında sentimentalizm: filol. elm. 
nam. alim. dər. al. üçün təqdim ed. dis.-nın avtoreferatı /Hüseyn Həşimov.- 
Naxçıvan, 1998.- S.15-17. Babazadə, B. Azərbaycan sentimentalizmi /Baba 
Babazadə.- Bakı: Universiteti nəşriyyatı, 2003.- S.68-73. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə