Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə11/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
41 
Bu əsərərdə tarixi gerçəkliyə uyğun olaraq xalq sinfi təbəqə-
ləşmədən uzaq bir bütöv kimi təsvir edilir. Ancaq “Dursun”da 
sinfi oyanmanın işartılarını, hətta tətbiq edilən fövqəladə vəziyyət 
rejiminin zindan ağırlığını görürük. “Məktub yetişmədi”, “Əsri-
mizin qəhrəmanları” və “Araz”da isə cəmiyyətdə sinfi təbəqələş-
mənin artıq ictimai bir proses olaraq getdiyinin və onun törətdiyi 
sosial-mədəni və  mənəvi-əxlaqi ağrıların  şahidi oluruq. Həmin 
ağrılar Məleykə, Qəmər, Sona və Almas kimi qadınların, qızların 
nisgil dolu ömür yollarında və talelərində  bədbəxtlik və  fəlakət-
lərlə əlamətdar olur.  
Bu qadınların taleləri oxşar olsa da, ömür yolları, faciəli ya-
şantılarının mərhələləri fərqlidir. Belə ki, Məleykə əri Ağa Mür-
səlin (“Əsrimizin qəhrəmanları”) əxlaqsızlığı, ona kobud münasi-
bətləri müqabilində  vərəmləyib ölüm yatağına düşür. Bu əsərdə 
Məleykənin kəskin etiraz və üsyan səsini, demək olar ki, eşitmi-
rik, ancaq son nəfəsdə “gözlərini kirpikləri arasında gizlədərək, 
titrək və həzin bir səslə: – Ağa Mürsəl, Əşrəf əmanəti!.. Heç ol-
masa bunu sev!» (I c., s. 188) – deyə bildiyinin şahidi oluruq. 
“Araz” romanında isə  Qəmər yeri gələndə  əri Aslan bəylə 
mübahisəyə girişir. Məleykə vərəmə tutulubsa, Qəmər əsəb xəstə-
liyindən  əzab çəkir. Həyat yoldaşlarının bəd  əməllərindən hansı 
qadının necə xəstəliyə tutulması da onların xarakterlərindən irəli 
gəlir, yəni hansının zəif, hansının güclü, üsyankar olmasının gös-
təricisi, həm də onların tutulduqları  xəstəlikdir: xaraktercə  zəif 
olanlar vərəmə, bir qədər çılğınlar isə əsəb xəstəliyinə tutulurlar. 
A.Şaiq obrazların tale yolunu izləyərkən ən incə detallara belə sə-
nətkarlıqla, bir psixoloq məharəti ilə diqqət yetirmişdir.  
“Əsrimizin qəhrəmanları”nda Məleykədən sonra diqqət mər-
kəzində dayanan qadın surəti  Əşrəfin sevgilisi və  Ağa Mürsəllə 
Məleykənin gəlini Sonadır. A.Şaiq bu obraza da xüsusi rəğbət 
bəsləyib onun halına qəlbən acıyır. Yazıçı öz qəhrəmanının gələ-
cək acınacaqlı taleyini, onun buraxacağı ictimai-əxlaqi və milli-
bəşəri ağrının  şiddətini qabarıq nəzərə çatdırmaq üçün oxucunu 
əvvəlcədən hazırlayır. Bu məqsədlə Sonanı belə təsvir və təqdim 
А б д у л л а   Шаи г
 
 
42
edir: “…Sonanın məhəbbəti daha səmimi, daha kəskin idi. Həya-
tında birinci dəfə olaraq sevməyə başladığı  Əşrəfə  qəlbinin 
sönməz hərarətini, ruhunun ən incə,  ən parlaq şəfəqlərini baxş 
etmişdi. Onun dağ çeşməsi qədər saf qəlbini heç bir kirli əl bulan-
dırmamış, incə, parlaq ruhunu heç bir ləkə qaraltmamışdı. Uşaq 
ürəkli, pəri xilqətli, sevimli, gözəl bir qız idi. Əşrəfi qəlbi kimi 
sevəcək, özünü ona sevdirəcək və  bəxtiyar yaşaya biləcəklərinə 
əmin idi” (I c., s.205). 
Doğrudan da, Sona öz ərinə və gəlin getdiyi evə qəlbən bağ-
lanır, ürəyinin bütün sevgisini, qəlbinin bütün hərarətini  Əşrəfə, 
yenicə qurduqları ailə ocağının nurlanmasına verir. İlk aylar 
Əşrəf də ona bağlanır, Sonanın saf sevgisinə səmimiyyətlə cavab 
verir. Lakin bu, uzun sürmür; “…taleyi bir çox cəhətdən bədbəxt 
Məryəmin taleyinə  bənzəyən yazıq Sonanın da ömrünə  zəhər 
qatılır, günü iztirab və ruhi sıxıntı içərisində keçir”.
13
 
Ancaq tale oxşarlığına baxmayaraq, Sona xaraktercə mərhum 
qaynanası Məryəmdən fərqlənir; o, Əşrəfin öz Sonasını başqa qa-
dınlara dəyişdiyini görəndə çəkinmədən ərini ittiham edir. Əşrəf-
dən “İsmətsiz qadın!”  – ünvanlı təhqir eşidəndə üsyan və qəzəblə 
bunu ondan sübut etməsini tələb edir (Bax: I c., s.259). Bu, Sona-
nın saflığından, sevgisindən və qürurundan, izzət-nəfsini qoru-
maq  əzmindən irəli gəlir. Sona dünyaya gələcək övladına “bəd-
bəxt taleli adamların” – Ağa Mürsəlin, ya da Məleykənin adlarını 
qoymağa qorxur. Bu isə övladının gələcək taleyi üçün nigaran 
olan ananın narahatlığının  əlamətidir.  Əşrəfin ona xəyanətini və 
ölümünün səbəbini bilsə də, Sona bu hadisədən dərin sarsıntı ke-
çirib çırpınır. Bu isə onun sevgisinə sədaqəti, ərinə vəfası və qa-
dın fədakarlığıdır.  
“Araz” romanındakı Almas da özgün taleyə və xüsusiyyətlə-
rə malikdir. Sona Əşrəflə qonşu və uşaqlıq yoldaşı olduğu kimi, 
Almas da Poladla eyni vəziyyətdədir. Ancaq Sonadan fərqli ola-
raq, Almas Poladı anasının tərif dolu təqdimindən sonra yox, elə 
                                                            
13
İsmayılov, Y. Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı /Yaqub İsmayılov.- 
Bakı, 1962.- S.117. 


  Б и б ли о гр а ф и й а
 
 
43 
əvvəldən, həm də öz ürəyinin hökmü ilə sevmişdir. Atası tərəfin-
dən Varisə verildiyini biləndə Almas vəziyyətdən çıxmaq üçün 
yollar axtarır, Poladı məsələdən agah etməyə çalışır. Bütün ümid 
və cəhdləri boşa çıxandan sonra isə özünün tale gəmisinin “heç-
liklərə, boşluqlara” yuvarlanmasına qatlaşmağa məcbur olur. Bu 
ağır düşüncələrə dalmasına Aslan bəyin var-dövlətinin parıltıları 
da mane ola bilmir. Lakin A.Şaiq onun tale gəmisinin “heçliklərə, 
boşluqlara” yuvarlanmasına yol vermir… Almas ər evinə köçən-
dən az sonra güllələnmiş Varisin meyidi bəy otağına gətirilir. Bu 
hadisədən bir qədər sonra biz Alması ata evində öz Poladının yo-
lunu gözləyən görürük… 
Sona ilə Almasın anaları Gülcahanla Pakizə də bir-birinqdən 
fərqlənirlər; əgər Gülcahan var-dövlətə meyilli olub, elə bu cəhə-
tinə görə də Əşrəfə az qala özü elçi düşürsə, Pakizə Aslan bəyin 
qızıl teştindənsə Arazın ailəsinin, oğlu Poladın saflığına, dəyanə-
tinə  və  qızının hislərinə hörmətlə yanaşıb onlarla hesablaşmağa 
üstünlük verir. Ancaq ictimai qanunlar, cəmiyyətdə hökm sür-
məkdə olan köhnə ənənə və baxışlar hələ “Əsrimizin qəhrəmanla-
rı”nda Rəmziyyənin əl-qolunu bağladığı kimi, “Araz” romanında 
Pakizəni də susmağa məcbur edir, o, ərinin iradəsinə (o, var-döv-
lətə susayıb düzgün yolda olmasa belə) boyun əyməli olur. 
Günəş isə A.Şaiqin  yaratdığı qadın surətlərinin ən qüvvətlisi 
və mükəmməllidir. Müəllif “Araz” romanına qədər Azərbaycan 
qadınlarında gördüyü ən ülvi, bənzərsiz, saf həyati keyfiyyətləri  
Günəşin şəxsində canlandırmağa çalışmışdır. Günəş, adına uyğun 
olaraq, uşaqlıqdan qüvvətli həyat enerjisinə malikdir. O, fiziki 
gücünə, iradi möhkəmliyinə, ötkəm olduğu qədər də qayğıkeşliyi-
nə  və bir çox başqa insani məziyyətlərinə görə  sələfi Fatıdan – 
Ayrım qızından (“Köç”) üstündür. Abdulla Şaiq Günəşi belə təs-
vir və təqdim edir: “…Ata-anası Günəşi ərköyün böyütmüşdü. O, 
kişi təbiətli, dəlisov, ətli-canlı bir qız idi. Hər gün darvazalarının 
üstünə  çıxıb ayaqlarını sallar, əlindəki iri dəyənəyi darvazanın 
çərçivəsinə çırpar, yoldan keçənləri seyr edərdi. Dəvəçilərin, ara-
baçıların haradan gəldiyini, şəhərə nə apardıqlarını soruşar, sonra 
А б д у л л а   Шаи г
 
 
44
amiranə bir səslə: “Atam, atam, Allah xeyir versin!” deyərdi” (I 
c., s.306). 
Günəşin bu amiranəliyi, təbiətindəki hökm-fərmalıq və xeyir-
xahlıq  çoxlarının diqqət və marağını  çəkmişdi. Ancaq müəllif 
onu bir qədər də təfsilatlı təqdim etmək məqsədilə sözünə davam 
edərək yazır ki, Günəş onu söylətmək istəyənlərin hər birinə 
onların niyyətlərinə uyğun qısa və bitkin cavab verdiyi kimi, 
“lovğa cavanları acı-acı iynələr, hər birinin ayıbını üzünə deyərdi. 
Onu təhqir edən olursa, ildırım kimi yerə atılaraq əlindəki dəyə-
nəklə hücum edərdi… Günəşin bu xasiyyəti hamıya qəribə görün-
sə də, təmiz əxlaqı, mərdliyi ilə çoxlarında rəğbət oyadırdı. Odur 
ki, hərdənbir ona elçi gələn də olurdu. Ancaq yaşı iyirmini keç-
məsinə baxmayaraq, qapısına gələn elçilərin hamısına rədd cava-
bı vermişdi. Evdə onun bu hərəkətlərindən əsəbiləşir, cəza verir, 
ancaq heç bir şey ona təsir etmirdi” (I c., s.306). 
A.Şaiqin digər qadın obrazlarından fərqli olaraq, Günəş sər-
bəst düşüncəli, müstəqil fikirli, eyni zamanda həssas qəlbə, sevən 
ürəyə malik bir qızdır. O, həyatını öz ağlı, öz baxışı, zövqü və 
könlü ilə qurmaq əzmindədir. Ona görə heç kimlə hesablaşmadan 
bəyənmədiyi adamların elçilərinə özü rədd cavabı verir, onu cır-
natmaq istəyən cavanlara “Atam, atam, tayınızı tapın, mən it-qurd 
yoldaşı deyiləm”, – deyə əlindəki ağacı qapıya çırpa-çırpa etina-
sızlıq edir. Günəşin bu xasiyyəti Arazın diqqətindən yayınmadığı 
kimi, Günəş də ona biganə qalmır.  
Onlar evlənəndən sonra Günəş  ər evinə  əsl nur çiləməyə, 
Arazın ata yurdunu şenəltməyə, onu laləzara çevirməyə, günəş 
hərarəti ilə onun qəlbinə rahatlıq, ruhuna dinclik gətirmyə başla-
yır, Arazı “doşab almışam, bal çıxıb” qənaəti ilə sevincə  qərq 
edir. O, hər addımda Araza və oğluna dayaq durur, onların üstün-
də nanə yarpağı kimi əsirdi. Hətta Araz yaralanıb xəstəxanaya
sonra həbsxanaya düşərək zəiflədiyi zaman Günəş olar-olmaz 
zinətini – üzük və  sırğasını sataraq onun müalicəsi qayğısına 
qalır. Şuşanın səfalı yaylaqlarında doktor Şamillə gəzintiyə çıxar-
kən havadakı nəmişlikdən Arazı qorumaq üçün yamaqlı yun şalı 
və qəlbinin istisi ilə onu bürüyür.  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə