Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə12/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
45 
A.Şaiq Arazı da, onun ailəsini də böyük rəğbət və məhəbbət-
lə təsvir etmiş, onların həyat və fəaliyyəti üçün tələb olunan bü-
tün fiziki və əxlaqi keyfiyyətlərə sözün əsl mənasında Tanrı ira-
dəsi ilə yiyələndiklərini diqqətə çatdırmaq üçün sənətkar qələmi-
nin qüdrətini əsirgəməmişdir.  
“Araz” romanının əsas qəhrəmanları A.Şaiqin azadlıq idealı-
na uyğun olaraq, simvolik istiqlal mücahidləridir. “Araz”dan 
“Turan”a” poemasında Araz çayı Turan ellərinin coşub-daşan 
azadlıq və istiqlaliyyət iradəsini coşqun Xəzərə çatdırdığı kimi, 
romandakı Araz da Azərbaycan xalqının azadlıq idealını bütün 
varlığında daşıyan istiqlal gəmisinin sükanından möhkəm yapış-
mışdır. Günəş isə bu azadlıq və istiqlaliyyət ruhuna, həyat və mü-
barizə eşqinə öz qəlbinin hərarəti, isti nəfəsi ilə güc, qüvvət verib 
onu canlandırır. O, ömür-gün yoldaşı Arazı xəstəlik və zəiflikdən 
qoruyaraq özünün şəfqət və  məhəbbət dolu nəvazişləri ilə yeni-
dən canlandırıb gələcək mübarizələrə hazırlayır.  
A.Şaiq Arazın ailəsinin güclü, işıqlı sabah ünvanlı, Aslan bə-
yin ailəsinin isə məhvə məhkumluğunu bədii inandırıcılıqla gös-
tərmək üçün qarşılaşdırma üsulundan və orijinal tablolardan, 
təbiət lövhələrindən məharətlə istifadə edir. Məsələn, Aslan bəyin 
evindəki tablolara baxarkən Şamilin diqqətini dəniz fırtınası can-
landırılan bir əsər cəlb edir. Əsərdə həmin mənzərə haqqında de-
yilir: “Buludlu göydən yağış tökülür, ildırım çaxır, coşub qayna-
yan köpüklü dalğalar fırtınaya tutulmuş gəmini bir top kimi atıb-
tuturdu. Dəli dalğalar üstündə dağ təpəsi kimi görünən gəmi digər 
bir dalğa arasındakı uçurumlu dərələri andıran boşluqlar arasına 
yuvarlanacaq bir vəziyyət almışdı…” (I c., s. 403). 
Bu təsvirlərdən və doktor Şamilin Aslan bəyi, Qəməri və Va-
risi müayinəsinin nəticələrindən məlum olur ki, onların hər üçü-
nün ömür və tale gəmiləri həmin tablodakı gəminin vəziyyətində-
dir. Yaxud Varisin əxlaqsızlıq girdabında məhvə  məhkum oldu-
ğunu diqqətə çatdırarkən  ədib vəziyyətə uyğun ibrətamiz lövhə-
lərdən istifadə edir. Belə lövhələrdən birində görüşünə yüzlük 
pullardan tikdirilmiş yorğanla gələcəyinə söz verən Varisin yolu-
А б д у л л а   Шаи г
 
 
46
nu gözləyən əxlaqsız qadının mənzilindəki  “otağın bir bucağında 
hörümçək toruna düşmüş milçəyin... özünü qurtarmaq üçün çalı-
şıb-çapalamasına baxmayaraq hörümçəyin incə tellərlə onun əl-
ayağını möhkəm bağlaması” təsvir olunur. Bu təsvirdən də aydın 
olur ki, Varis indiki halında hörümçək torunda – ölümün pəncə-
sində çırpınan həmin milçəyin vəziyyətindədir. 
Bundan fərqli olaraq, A.Şaiq Arazla Günəş haqqında danışar-
kən tamam  başqa peyzajlara müraciət edir. Xüsusən Arazla Gü-
nəşin Qarabağdakı istirahət günlərini təsvir edərkən onların ov-
qatlarına uyğun peyzajlara romanda sıx-sıx rast gəlirik. Belə təs-
virlərin birinə diqqət yetirməklə A.Şaiqin Arazın ailəsi və Aslan 
bəyin ailəsi, onların aqibətləri barədəki qənaətlərini öyrənmək 
olar.  
Əsərdən məlumdur ki, Aslan bəyin ailəsi də Qarabağa istira-
hətə gedir və  iş elə  gətirir ki, onlar da Arazla Günəşin qaldığı 
evin qonşuluğunda otaq kirayələməli olurlar. A.Şaiq həmin bina-
nın həyətindəki mənzərəni belə  təsvir edir: “…Şamil… onların 
(Arazla Günəşin – A.B.) evlərinin qarşısındakı iki çinar ağacının 
sərin, məftun edən mənzərəsinə baxıb zövq alır və gözlərini kiçik 
bir küləkdən yarpaqları daimi hərəkətdə olan bu iki çinardan 
ayırmırdı. Pəncərələrin qarşısında yan-yana dayanmış bu iki qol-
lu-budaqlı qocaman çinarın yaşıl başları boşluqlarda geniş-geniş 
nəfəs alırdı. Təbiət bu iki uca və nəhəng çinarda heç bir nöqsan 
yaratmamışdı. Onların arasından qaynayan sərin bir çeşmə yol 
açdığı kiçik çınqıl daşları üzərindən xoş ahəngli bir şırıltı ilə 
böyük çaylara doğru axıb gedirdi. Bu iki ağacdakı sağlamlığı 
nəzərə çarpdıra bilmək üçün təbiət sanki qəsdən bir az uzaqda 
xəstə və cılız iki söyüd ağacı da yaratmışdı. Hər səhər şəfəq sö-
küldükcə bu mənzərə tamamilə başqa bir şəkil alırdı: ilk şəfəq 
selləri hücuma başlayınca bu iki çinar başdan-başa titrək, çəhrayı 
sədəflər içində parıl-parıl yanırdı” (I c., s. 407). 
A.Şaiq öz qəhrəmanlarını – Arazla Günəşi qol-budaqlı qoşa 
çinara bənzətməklə qalmır, o, həmin çinarların arasından axan hə-
yatverici çeşmə ilə günəşin ilıq, gözqamaşdırıcı, min bir ahəngə 


  Б и б ли о гр а ф и й а
 
 
47 
çalan şəfəqlərini və bir az uzaqdakı qoşa, xəstə söyüd ağaclarını 
da buraya əlavə edir. Burada xəstə  ağacların məhz söyüd kimi 
təqdim edilməsinə  də  təsadüf kimi baxmaq olmaz; axı, Aslan 
bəyin ailəsi də bu söyüdlər kimi xəstə, cansız olub barsızlığa 
məhkumdurlar.  
A.Şaiq, bütün bu mənzərəni tamamlamaq, onun ideya-estetik 
təsir gücünü artırmaq məqsədilə sözünə belə davam edir: “Sizə 
təqdim etdiyim iki bəxtiyar (Arazla Günəş – A.B.) pəncərələri bu 
gözəl mənzərəyə açılan doktorun (Şamilin – A.B.) otağı ilə yan-
yana olan o biri otaqda yaşayırdı. İri gövdəli, vücudca sağlam və 
xoşsima olan bu iki nəfərin qıpqırmızı yanaqları gəncliklərindən 
bir şey itirməmiş kimi saf və parlaq idi, geyimləri, həyat və rəf-
tarları da çox sadə  və  səmimi idi. Həyatın acılarını ifadə edən 
simalarında həm də  həyata ayaq basdıqları ilk gündən onlarla 
bərabər doğmuş nəşəli bir təbəssüm oynayırdı» (I c., s. 407). 
A.Şaiq peyzajlardan obrazların keçirtdikləri psixoloji sarsın-
tıları oxucunun nəzərində canlandırmaq üçün də istifadə edir. 
Məsələn, Poladı sevdiyi halda, iradəsinin əksinə olaraq Varisə ərə 
verilən Almas gəlin köçməzdən bir az qabaq bibisi qızı Dilguşa 
ilə artırmada oturub söhbət edərkən birdən bağların içindən bir 
burulğan qalxır: “Birdən-birə qopan şiddətli külək bostanın orta-
sında qumları tünd bir tüstü kimi burum-burum havaya sovurub, 
ətrafı sıx sarımtıraq dumana bürüdü”. Bu külək bostan çəpərləri-
nin tikanlarını da yerindən qoparıb havaya sovurur: “Tikanlar sür-
ətlə fəza dərinliklərinə, boşluqlara doğru yüksələrək gözdən itirdi. 
Dilguşa əlini Almasın əlinə vuraraq:  – Almas sən də bu axşam 
belə uçub gedəcəksən?  – dedi. 
Almas kədərli bir səslə: 
– Heçliklərə, boşluqlara! – deyə pıçıldadı” (I c., s. 436). 
Elmi  ədəbiyyatda A.Şaiqin təbiət lövhələrinə münasibəti 
onun romantik təbiətindən gəlmə bir hal kimi qiymətləndirilmiş-
dir. Bu haqda Ə.Mirəhmədov yazır: “…Təbiət Şaiqi ən canlı, ən 
cazibədar bir aləm kimi maraqlandırmaqdan əlavə, gah onun lirik 
qəhrəmanı üçün ictimai fırtınalardan sığınacaq yeri, gah da bu 
А б д у л л а   Шаи г
 
 
48
qəhrəmanın özü kimi dərdli bir aləmdir… Daha doğrusu, bu döv-
rün  şeir və hekayələrində  təbiət eşqi  əsas etibarilə romantizmə 
məxsus olan bir hiss, romantiklərdə təsadüf edilən mənəvi-psixo-
loji bir xüsusiyyətdir».
14
 
Ümumiyyətlə, romantiklərdə  təbiətə, simvollara, tarixi və 
mifoloji qəhrəmanlara yeri düşdükcə məqsədli şəkildə, qəhrəma-
nın daxili təlatümlərini canlandırmaq məqsədilə müraciət adi hal-
dır. A.Şaiq də “Araz” romanında bu üsullardan bol-bol istifadə 
etmişdir. Araz, Günəş, Pakizə, Varis obrazları kimi, Almas və Po-
ladın da adları onların təbiətlərinə uyğundur; Almas qiymətini və 
saflığını taleyin iradəsi ilə qoruyub saxladığı kimi, Polad da 
möhkəm və əyilməzdir. O, həyatda aldığı ilk sarsıdıcı zərbədən – 
Almasını itirmək təhlükəsindən sarsılarkən təmkinini qorumaq 
üçün özündə güc tapır. Əgər Varis öz valideynləri kimi, xəstədir-
sə, Polad eşqinin böhranlı anlarında gendəngəlmə bir hərəkət 
edir; əvvəlki gün balıq ovuna, səhərisi dovşan ovuna, üçüncü gün 
isə yeni tapdığı işə gedir. Araz kimi o da bacarıqlı, nüfuzlu, qü-
rurlu və həssasdır; quyunun dərinliyində qazma baltasının sındı-
ğını onun səsindən bilir.  
Poladın həyat və mübarizə yolu da atasının davamı təsiri ba-
ğışlayır. Oxucu inanır ki, tezliklə Polad həbsdən qayıdıb öz Al-
masına qovuşacaq, xalqı Almas parıltılı, yaqut dəyərli, Günəş hə-
rarətli və şəfəqli, Araz ömürlü azadlığa, həyat və nəşə dolu istiq-
bala qovuşduracaq. Romanın ideyası da Abdulla Şaiqin “Araz”a 
qədərki əsərlərində – “Məktub yetişmədi”, “Əsrimizin qəhrəman-
ları” və sairədə inkişaf etdirilən milli ideal və amalların Araz va-
sitəsi  ilə  bəşəriyyətin istiqbal, mədəniyyət, mənəviyyat nəhrinə 
qovuşacağından ibarətdir.  
 
*** 
Abdulla  Şaiqin “Xatirələr”  əsərində  ədəbiyyat tariximizin 
qaynar bir dövrünün maraqlı və yaddaqalan hadisələri, ədəbi şəx-
                                                            
14
 Mirəhmədov, Ə. Abdulla Şaiq /Əziz Mirəhmədov.- Bakı, 1956.- S.54. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə