Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
53 
1902 1904  
- Bakıda yeddinci rus-tatar məktəbində ana 
dili müəllimi işləyir;  
  
 

Tiflisdə atası 63 yaşında vəfat edir. 
 
1903 - 1906 
- Sabunçuda altısinifli məktəbdə əlavə dərs 
deyir. 
 
1905  
- M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavidlə 
tanış olur. Bakı üçüncü kişi gimnaziyasında 
ana dili müəllimi işləyir. 
- “İki müztərib yaxud əzab və vicdan” ro-
manını yazır. 
 
1906 -1907 
-  İlk mətbu  şeiri “Laylay”, “Dəbistan” 
jurnalında dərc edilir;  
-  “Molla Nəsrəddin” jurnalı ona parodiya 
yazır;  
-  Müəllimlər qurultayında proqram komis-
siyasına seçilir;  
-  “Molla Nəsrəddin”in bağlanmasına etiraz 
olaraq Stavropoldan teleqram göndərir. 
 
1908    
- Tiflisdə “İkinci il” dərsliyi çapdan çıxır; 
- “Məktub yetişmədi”, “Hürriyyət pərisi-
nə”, “Yad et” və s. əsərlərini yazır. 
 
1909 -1910  
- R.Botşalın “Qafqaz çiçəyi” pyesini təbdil
 
edir; 
- Realnı  məktəbdə V.Miskeviçus ilə tanış 
olur. 
- “Köç”, “Daşqın”, “İntiharmı yaşamaqmı?”, 
“Gözəl bahar”, “Hamımız bir günəşin zər-
rəsiyik”  əsərlərini yazır. “Qafqaz çiçəyi” 
А б д у л л а   Шаи г
 
 
54
“Nicat” turuppası  tərəfindən tamaşaya qo-
yulur; 
- “Tülkü həccə gedir”, “Yaxşı arxa”, “Tıq-
tıq xanım”, “Şələquyruq”, “Murad” mənsur 
hekayələrini, “Ürək tikmək”, “Çoban Mə-
miş” adlı uşaq pyeslərini yazır; 
- “Danışan kukla” və  “İntiqamçı xoruz” 
adlı pyesləri ruscadan iqtibas edir. 
 
1910-1911 - 
“Günəş” qəzetinin  əməkdaşlarından biri 
olmuşdur. 
 
1911    
- Həyat yoldaşı Raziyyə xanım vəfat edir;  
- “Dəftəri-hicran”, “Şair və qadın”, “Bəd-
bəxt ailə” əsərlərini qələmə alır. 
 
1912-1920  
- Bakı realnı  məktəbində Azərbaycan dili 
və ədəbiyyatı müəllimi işləyir. 
 
1912    
- “Gülzar” dərsliyi çapdan çıxır; 
- “Nicat” qəzetində Sabirə  həsr olunmuş 
məqalə və şeiri çıxır. 
 
1913  
- “Qafqaz çiçəyi” pyesi Azərbaycanda və 
Dağıstanda tamaşaya qoyulur
- H.Vəzirovun  ədəbi fəaliyyətinin 40 illiyi 
münasibətilə  şeiri, “Şələquyruq” və “Mu-
rad”  kitabçaları çıxır. 
 
1915  
- “Dan ulduzu” və Məngilisdə “Simurq qu-
şu” şeirlərini qələmə alır; 
- Birinci Dünya müharibəsi ilə  əlaqədar 
“Əsrimizə xitab” və  “İblisin hüzurunda” 
əsərlərini tamamlayır. 


  Б и б ли о гр а ф и й а
 
 
55 
1915  
- Rus dilindən “Danışan kukla” uşaq pyesi-
ni təbdil
 
edir. 
 
1916    
 - Dağıstanda “Uşaq bağçası” açmağa çalışır;  
 
1917  
- “Açıq söz “qəzetinin 8 aprel nömrəsində 
çarizmin devrilməsi münasibəti ilə yazdığı 
“Xanım əfəndilərə!” məqaləsi dərc edilir
- İndiki Azərbaycan Dövlət İqtisad Univer-
sitetinin binasının birinci mərtəbəsində yer-
ləşən “Nümunə məktəbi”nin əsasını qoyur. 
 
1918  
-  İlk dəfə olaraq realnı  məktəbin nəzdində 
milli siniflər yaradır;  
- “Əsrimizin qəhramanları” romanını tamam-
layır. 
 
1919  
- “Milli qiraət”, “Müntəxəbat”, “Türk çə-
ləngi” və “Ədəbiyyat dərsləri” dərsliklərini 
nəşr etdirir. 
 
1920-1930 
- V.İ.Lenin adına Azərbaycan Dövlət Uni-
versitetində, Şaiq adına Nümunə məktəbin-
də,
 
Bakı qız və oğlan pedaqoji texnikumun-
da, fəhlə fakultəsində, Əli Bayramov adına 
qadınlar klubunda müəllimlik etmiş, Azər-
baycan  ədəbiyyatı tarixi, Azərbaycan dili
Ədəbiyyat nəzəriyyəsi və metodikası fənlə-
rindən mühazirələr oxumuşdur; 
- Ali Pedaqoji İnstitutu, fəhlə fakultələri və 
texnikumları üçün dərslik hazırlayan ko-
missiyanın üzvi olmuşdur; 
-  Şahzadə xanım Mirzəbəyova ilə evlənir. 
Altıaylıq kurslarda və birillik Şərq fakültə-
lərində dərsə başlayır;  
  
 

“Türk 
ədəbiyyatı” dərsliyi nəşr edilir.  
А б д у л л а   Шаи г
 
 
56
1921 
- Rayonlarda mədəni-maarif işlərinin təşki-
linə kömək üçün Göyçaya, Qaraməryəm, 
İncə, Diyallı kəndlərinə gedir. Ali pedaqoji 
institutun  yaradılmasında fəal iştirak edir, 
Şərq ədəbiyyatından dərs deyir; 
- “Gənclik marşı”, “Üsyan et!”, “Şərq gözə-
linə”  şeirlərini, “Həqiqətə doğru”, “Yazıya 
pozu yoxdur” pyeslərini yazır. Bu əsərlər 
“Tənqid-təbliğ” teatrında oynanılır; 
-“İkinci il” dərsliyi nəşr edilir. 
 
1922    
- Qızı Altunsaç vəfat edir. “Qızım Altunsa-
ça”, “Bizimlədir” şeirlərini qələmə alır; 
 
 
 
- “Milli qiraət” kitabı çap edilir. 
 
1923    
- Azərbaycan kişi Pedaqoji İnstitutunda 
ədəbi və pedaqoji fəaliyyətinin 20 illiyi mü-
nasibəti ilə  təntənəli yubileyi keçirilmiş, 
1917-ci ildə milliləşdirdiyi, sonralar 
institutun hazırlıq siniflərinə çevrilən mək-
təb Şaiq adına “Nümunə məktəbi” adlandı-
rılmışdır. 
 
1924    
- Ali Pedaqoji İnstitutun üçilliyi münasibəti 
ilə  “İnstitut və Azərbaycan” məqaləsini 
“Azadlıq pərisinə”, “Əmək pərisinə”, “Bir 
az da atəş qat” və s. əsərlərini yazır; 
- “Qiraət kitabı”, “İkinci il” təkmilləşmiş 
şəkildə çap olunur. 
 
1925  

“Ədəbiyyat cəmiyyəti”nin məsul katibi 
seçilir; 
- Yeni türk əlifbası komissiyası “Qiraət 
kitabı”nı buraxır; 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə