Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
61 
- “Nüşabə” dramı M.Əzizbəyov adına 
Azərbaycan Dövlət Dram Teatrında tama-
şaya qoyulur. 
 
1947 
 
- Nizami Gəncəvinin 800 illik yubileyində 
komissiya üzvü və  tərcüməçi kimi iştirak 
edir. Yubley münasibətilə  Gənc Tamaşaçı-
lar Teatrında “Fitnə” oynanılır.  
 
1948   
- S.S.Axundov ilə dostluğunun 40 illiyi 
münasibətilə Azərbaycan Dövlət Gənc Ta-
maşaçılar Teatrında “Qaraca qız” əsəri səh-
nələşdirilir; 
- Moskvada SSRİ Ali Sovetinin sessiyasın-
da iştirak edir
- “Seçilmiş  əsərləri”  və “Qoçpolad” çap-
dan çıxır. 
- “Təbriz”, “Sülh və Azadlıq  düşmənləri-
nə”, “Timsah ovu” əsərlərini yazır. 
 
1951- 1952 
- Anadan olmasının 70 illiyi qeyd olunur. 
“Qoçpolad” poeması və yenidən “Araz” ro-
manı üzərində işləyir.  
 
1953    
 
“Köhnə dünya” xatirələrini yazır;
  
- Gənc Tamaşaçılar Teatrının 25 illik yubi-
leyində iştirak edir. 
 
1954  

Uşaq kitabxanasına Abdulla Şaiqin adı 
verilir; 
- “Xatirələrim”, “Azərbaycan” jurnalında 
hissə-hissə buraxılır. SSRİ Xalq artisti Mir-
zağa  Əliyevin vəfatı münasibətilə “Həqiqi 
sənətkar ölməzdir” xatirəsini yazır. 
А б д у л л а   Шаи г
 
 
62
1955 
 
- Ümumdünya Sülh Şurasının müraciətinə 
cavab  olaraq “Mən sülhə  səs verirəm”, 
“Kommunist” qəzetinin 10000-ci nömrəsi 
münasibəti ilə “10000” məqaləsini yazır;  
  
 

“Vəzifə” adlı pyes üzərində işləyir. 
 
1956  

SSRİ Ali Sovetinin Rəyasət heyətinin 
fərmanı ilə ədəbiyyat sahəsindəki xidmətlə-
rinə görə və anadan olmasının 75 illiyi mü-
nasibəti ilə “Qırmızı Əmək Bayrağı” ordeni 
ilə təltif edilir; 
  
 

SSRİ Ali Sovetinə deputat seçilir; 
- Azərbaycan SSR Maarif Nazirliyi kollegi-
yasının qərarı ilə “Qabaqcıl maarif xadimi” 
nişanı ilə təltif edilir. Səməd Vurğunun 50 
illik yubileyi və vəfatı münasibəti ilə xatirə-
lər yazır. 
 
1957    
- Moskvada SSRİ Ali Sovetinin sessiyasın-
da iştirak edir; 
- Üç cilddən ibarət “Seçilmiş əsərləri”nin I 
cildi çapdan çıxır.  
 
1958  
- Köhnə müəllim dostu, sonralar Litva SSR 
Elmlər Akademiyasının prezidenti və Litva 
SSRİ Ali Soveti Rəyasət heyətinin sədri 
V.Miskeviçus haqqında xatirələrini yazır; 
- “Bir saat xəlifəlik” komediyası tamaşaya 
qoyulur. 
 
1959, 24 iyul   
- Vəfat edir. Fəxri Xiyabanda dəfn olunur. 
 
1960    
- Üçcildliyin II, III cildləri çapdan çıxıb. 
 
1966-1978    
- Beş cilddən ibarət külliyyatı nəşr olunub. 


  Б и б ли о гр а ф и й а
 
 
63 
1974,  26 iyul  
- Azərbaycan Dövlət Kukla Teatrına A.Şaiqin 
adı verilib. 
 
1981    
-  Anadan olmasının 100 illik yubileyi keçiri-
lib. 
 
1990    
- Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin qərarı ilə ədibin 1914-cü ildən yaşa-
dığı Verxni Naqornı küçəsinin 21 saylı 
binasında yerləşən (indiki Abdulla Şaiq kü-
çəsi) mənzilinə “Abdulla Şaiqin Mənzil 
Muzeyi” adı verilib; 
- Yasamal rayonu MKS-in bir filialına, Nə-
rimanov rayonundakı bir kitabxanaya, Nə-
simi rayonundakı 54 saylı tam orta məktəbə 
və Gəncə şəhəri Kəpəz rayonunun 666 km 
sahəsi olan bir küçəsinə Abdulla Şaiqin adı 
verilib. 
 
2001  

Anadan olmasının 120 illik yubleyi qeyd 
olunub. 
 
2011  

Anadan olmasının 130 illik yubleyi qeyd 
olunub.
А б д у л л а   Шаи г
 
 
64
 
 
Abdulla Şaiqin müdrik deyimlərindən 
 
 
 
O dumanlı fırtınalı kecmişlərdən uzaqlaş. 
Odlu, mətin addımlarla yürü, yürü, haydı durma arş! 
İrəlidə inan ki, bir cənnət qədər cahan var 
Yarın günəş orda doğar, səadət orda parlar.... 
 
*** 
Atəşli, munir əməllərinlə 
Bir gün düşərəm soyuq məzara. 
Əşari-təranəpərvərimlə 
Bir gün susaram dönüb qubarə 
Bəqta ki, bu şairi-vətəndən 
Dünyada nə iz qalar, nə bir nam, 
Üzdükcə səadət içrə şən-şən, 
Sürdükcə dəmadəm ömrü-xoşkam, 
Yad et məni-qalibanə yad et! 
 
*** 
Dünyada nə həsəd bildim
nə də kin, 
İpəkdən yumşağam, 
Poladdan kəskin, 
Uymadım sərvətə ada 
Şöhrətə, 
Uymadım mənasız kefə, işrətə. 
Elimin, ölkəmin doğma 


  Б и б ли о гр а ф и й а
 
65 
Oğluyam, 
Maskam da olmamış 
Nəyəmsə buyam. 
Sarsılmaz inamım və  
iradəm var,  
Bunlardır yaşadan məni  
Bəxtiyar. 
 
*** 
Tez ol, dur get məktəbə, 
Sarıl elmə, ədəbə. 
 
*** 
Hər bir peşənin və elmin təlim və tədrisində müəllimin vücu-
du böyük şərtdir... Bizim lisan müəllimləri  şagirdlərinə heç bir 
şey öyrətməyib ana dilinin feyz və  lətafətindən onları  məhrum 
edirlər. 
 
*** 
Fikircə romantizm məsləkini təqib etdiyim kimi ləfz və məna-
ca dəxi demokratlıq tərafdarıyam. Onun üçün də  mənim  əsərlə-
rim ləfz, vəzn və qafiyə etibarı ilə  zəngin ola bilməz. Mən ləfzi 
mənaya və qulağın ləzzətini ruha fəda etmək tərəfdarıyam. Mən, 
qardaşım, daima qırıq ürəklərdə, yırtıq libaslarda, uçuq-sökük 
daxmalarda dolaşıram, onların dərd-kədərlərinə  şərik olur kimi 
onlar ilə bərabər gülür, bərabər ağlayıram. Aristokratlığı sevmə-
diyim üçün onlardan bəhs etməyi sevməm. Olsa belə azdır. Bu 
qırıq ürəklərin ünsiyyəti təsirindən qəlbimdə  təbii qırıqlıq, ru-
humda acı bir sönüklük kök saldığı üçün mən ziynətə, kəlmələrin, 
vəzi və qafiyələrin zahiri gözəlliyinə diqqət edə bilmərəm.                 
 
*** 
А б д у л л а   Шаи г
 
 
66
Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla 
qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitri-
lərinə  və  əhval-ruhiyyəsinə  aşina olmaq istəyənlər möhtərəm 
Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından istifa-
də edə bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca 
və  şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə 
etmişdir. 
 
*** 
“Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, 
onu oxuyanlar da sevdi, oxumayanlar da. 
Zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa 
sevdirməmişdir. 
 
*** 
Əsrlərdən bəri sinif ədəbiyyatının çürük və əsassız nəzəriyyə-
lərinin çeynənmiş mövzularının təsiri altında bayağı bir rəng 
almış  ədəbiyyatımıza yeni cərəyan, yeni ruh, yeni rəng verən 
Mirzə Fətəlidir. 
 
*** 
Hamımız bir günəşin zərrəsiyik,  
Hamımız bir yuva pərvərdəsiyik. 
 
*** 
Yüksəlmək, həqiqi bəxtiyarlığa catmaq istəyirsənsə, özünü 
deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar 
cəmiyyət üçün yaşayanlardır. 
 
*** 
Mənə dəfələrlə sual verib soruşurlar ki, bədii yaradıcılığıma, 
yoxsa müəllimliyimə üstünlük verirəm, həmişə tərəddüd etmədən 
cavab vermişəm: müəllimliyimlə. Mən bu gün yazıçılığımdan 
ziyadə müəllimliyimlə iftixar edirəm. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə