Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

  Б и б ли о гр а ф и й а
 
67 
*** 
Yaşamaq məramində olan hər bir qövm, yalnız mükəmməl 
ədəbi dilə malik olmaq sayəsində yaşaya bilər. Lisanı mükəmməl 
surətdə islah olmuş bir qövmün milliyyətini, qövmiyyətini nə 
zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz! Zira ki, 
mükəmməl bir dil zəmanəmizdəki dəhşətli silahların ən qüvvətlisi 
və ən dəhşətlisidir. 
 
*** 
Məişət və  təbiətə dair bu qism şeirlər camaatımızın sağlam 
bir fikir, ülvi bir hissə malik olduğunu göstərdiyi kimi, dilimizin 
dəxi nə  qədər gözəl və  lətif dil olduğunu sübut edir. Bizim el 
ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq 
şeylərdən deyil. 
 
*** 
Mən də bu cəbhələrdə  vuruşan əsgərəm, 
Ana Vətən yolunda ölüm olsa gedərəm. 
 
*** 
Ədəbiyyatın ən böyük əhəmiyyəti onun insanlarda yüksək bir 
qayə  və ideal doğurmasından ibarətdir.  Şübhəsiz ki, Osmanlı 
şairlərindən Əbdülhəq Hamidin, Azərbaycanımızda Hüseyn Cavi-
din  əsərlərinin bu xüsusda cəmiyyət üzərində böyük bir əsər və 
nüfuzu vardır. Bu kimi nəfis əsərlər cəmiyyəti sönük və adi həyat-
dan tamamilə uzaqlaşdıraraq yüksək bir ideala, ülvi bir həqiqətə 
sövq edir... 
 
*** 
Balalarımıza məxsus nə teatr, nə kino, nə kitabxana, nə  də 
klub vardı; məktəb xaricində oxumağa kitab tapmırdılar. Gənc 
nəslimizin bu vəziyyəti məni cox düşündürdü. Buna görə  də bu 
zamanlar məktəblərdə gördüyüm işin bir qismini bədii yaradıcı-
lıqla əvəz etdim. Uşaqlar üçün müxtəlif janrlarda əsərlər yazdım. 
А б д у л л а   Шаи г
 
 
68
“Uşaq çeşməyi”, “Uşaq gözlüyü” kimi dərsliklərim də  şərikli 
yazdığımız “İkinci il”də “Məktəb” və “Rəhbər” jurnallarında 
uşaqlar üçün yazdığım əsərlər də belə məqsədlə yazılmışdı. 
 
*** 
Mən ciddi mövzuları qələmə aldığım zaman yazmaqda bir o 
qədər çətinlik çəkmirəm. Ancaq arada komik sürətlər də yarat-
maq lazım gəlir. Bu yerdə qələm artıq işləmir. 
 
*** 
Məişətimizin birər aynası olan hədsiz-hesabsız bayatı-şikəs-
tələrimiz, məsəllərimiz, tapmacalarımız, ürəkləri ən dərindən çar-
pındıran, ruhları səmadakı şəfəqlərə qədər yüksəldən mahnıları-
mız, nəğmələrimiz qibtə ediləcək səadətlərdən deyilmi? Hələ əsr-
lərdən bəri ağızdan-ağıza keçmiş, aşıqlarmızın oxuduğu yanıqlı 
şeirlər, mahnılar, hekayələr, nağıllar... qiymətli bir xəzinə oldu-
ğunu iddia etsək, xəta deyil, zənn edirəm. 
 
*** 
Hər işdə istedad lazım olduğu kimi, müəllimdə  də istedad 
olmalıdır. Bu istedadı olmayanların gözəl bildiyi üsul ilə verdik-
ləri dərslər belə sönük və cansız olur. Sözün qisası  hər müəllim 
üsullarla gözəl aşina olmaqla bərabər, öz mənliyi və şəxsiyyətini 
də unutmamalıdır. 
 
*** 
Gənclik bizim gələcəyimiz, ümidimiz və bir an belə hərəkət-
dən qalmayıb çarpan ürəyimiz, damarlarımızda axan həyat qanı-
mızdır... hər bir ata-ana öz övladı ilə fəxr etdiyi kimi, biz – geniş 
istismar dünyasının  əzab və  əziyyətlərinə  məruz qalmış qocalar 
da ildən-ilə bir-birindən daha qüvvətli, daha iqtidarlı yetişən 
gənc nəslimizlə iftixar  edirik. 
 
*** 


  Б и б ли о гр а ф и й а
 
69 
Hər millətin tərəqqi və  fəaliyyətinin başlıca amili elm və 
əxlaqıdır. 
 
*** 
Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz 
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz. 
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz. 
Başqasını istəməm də ey türk, çabuk sən gəl, sən, 
Bəkləməkdən yoruldum,eh iştə gec qaldın nədən? 
 
*** 
Ədəbi fəaliyyətə başladığım ilk günlərdə məni ən çox məşğul 
edən sahələrdən biri xalq ədəbiyyatı idi. Xalq folklorunu öyrən-
mək mənə xalq dilini, xalq zövqünü, xalq adət və  ənənələrini 
öyrətdi. 
 
*** 
Ədəbiyyat və  cəmiyyət, cəmiyyət ilə  ədəbiyyat bir-birinə 
mərbutdur. Həyat ilə yan yana yürüyən, bütün qüvvət və hərarəti 
həyat və mühitdən alan ədəbiyyat dəyərlidir. 
 
*** 
Bizim Qafqaz müsəlmanları arasında teatr ifadəsi məhz düz-
gün şərh olunmadığından bəzi bixəbər şəxslər teatr tamaşalarını 
oyunbazlıq hesab edib oraya getməyi öz şənlərinə sığışdırmırdı-
lar. Halbuki, teatr tərbiyəsi və  əhəmiyyəti məktəblərdə oxunan 
dərsliklərdən çox olduğu elm, zəka əhlinə yaxşı məlumdur. 
 
*** 
Uşaqların əsas tərbiyə ocaqlarından olan bu teatr (Azərbay-
can Dövlət Gənc Tamaşaçılar Teatrı - M.Ə) çox istedadlı bir 
aktyor kollektivinə malikdir. Həmin teatrın repertuarını qüvvət-
ləndirmək, müasir həyatı  əks edən  əsərlərin sayını artırmaq 
işində təcrübəli dramaturqların teatra çox köməyi ola bilər. 
А б д у л л а   Шаи г
 
 
70
*** 
Hər bir dövrün ədəbiyyatı və ədəbi dili, əsasən doğma  xalq 
dili və zəngin xalq ədəbiyyatı üzərində qurulmalıdır. 
 
*** 
Tərbiyə təməldir, elm isə o sağlam təməl üzərində qurulmuş 
gözəl və möhkəm binadır. Təməlsiz bina tez uçduğu kimi, uşaqlıq-
da zəif tərbiyə alan adam da alim və sənətkar olsa belə, çalışdığı 
sahələrdə büdrəyə-büdrəyə yaşayacaq, elə bir oğul və  qızın öz 
ata-anasına bir xeyri olmadığı kimi, xalqına, vətəninə və hökumə-
tinə də səmərəsiz söyüd ağacı təki olacaq. 
 
*** 
Uşaqların bədi zövqünü doğru istiqamətdə  tərbiyə etmək 
üçün müəllimlərimiz, yaradıcılarımız qabaqcıl dünya elmindən, 
ədəbiyyatdan, xüsusən bizə daha yaxın olan rus ədəbiyyatından 
öyrənirdilər... Rus ədəbiyyatı bizə  həyati mövzular seçməyi, 
həyata realist münasibət bəsləmək yollarını öyrədirdi. 
 
*** 
Əsrlərdən bəri ağızdan-ağıza keçmiş, aşıqlarmızın oxuduğu 
yanıqlı şeirlər, mahnılar, hekayələr, nağıllar... qiymətli bir xəzi-
nədir. Folkloru öyrənmək mənə xalq zövqünü, xalq adət və ənənə-
lərini öyrətdi. 
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə