Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   10   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
25 
yanın məhvi”nə səbəb olur. Burada göstərilir ki, Səfərin Telli adlı 
“nazikəndam, gözəl, pəripeykər, alagöz, şux baxışlı, laləüzar, 
işvəli, qəmzəli, gözəl qızı” hələ körpəlikdən  əmisi  Əmir Aslan 
bəyin oğlu Daşdəmirə beşikkəsdi edilmişdir. Lakin o, Oğuz adlı 
bir gəncə könül bağlamışdır. Gənclərin bu sevgisinin qarşısını 
heç bir maneə, insan ruhunun azadlığına buxov olan zərərli adət 
kəsə bilmir. Tellinin Daşdəmirlə toyu olan gün Oğuz öz sevgilisi-
ni götürüb qaçır. Bu  hadisə Daşdəmiri və onun nəslini Oğuzun 
nəsli ilə qan davasına çıxarır… 
Şair kədərlə göstərir ki, bu zərərli adət, kin püskürən təkəb-
bür iki gəncin saf eşqi ilə yanaşı, iki məşhur nəslin yoxa çıxması 
ilə  nəticələnir. Vaxtilə  şən qəhqəhələr yüksələn köşkün yerində 
indi “qəm məkanı” olan xərabələr durur. Bu xərabə isə öz görkə-
mi ilə “qanlı bir macəraya tənə vurur”. 
“Şair və qadın” poemasının qəhrəmanlarına da sevgisiz, ümid-
siz və imansız bir həyat zindan kimi görünür. Onların hər ikisi 
vaxtilə sevginin “sultanları belə titrədən qələsi”nin xoşbəxt,  şən 
duyğulu sakinləri olmuşlar. Lakin qadını sevgilisi xəbər-ətərsiz 
atıb başqa diyara gedib, şairin isə sevgilisi vəfat edib. İndi bu xə-
yanəti xatırlayanda qadının “bağrı qana dönür”. Bildirir ki, bu xə-
yanət nəticəsində 
 
Sanki yer, göy dönmüş bütün tərsinə
Hər şey saxta, müzlim görünür mənə (II c., s.268). 
 
Şair də  təsəllisini hər dəfə sevgilisinin adını  çəkəndə onun 
gözünə görünən xəyalı ilə tapır, ruhunu sevgilisinin ruhu ilə qo-
vuşdurmağa çalışır. A.Şaiqin bu saf, ülvi duyğularla sevən qəhrə-
manlarının hər ikisi – Şair də Qadın da özlərinin könül rahatlıqla-
rını pislik və xəyanətlərlə dolu, tərsinə çevrilmiş cəmiyyətdə yox, 
ruhi aləmdə  və  təbiətin  şirin, ülvi xatirələri ilə dolu qoynunda, 
həyat dolu yaşıl bir guşəsində tapırlar.  
“İdeal və  İnsanlıq” mənzum dramının personajlarının təkcə 
adlarının göz önünə gətirilməsi A.Şaiqin bəşər övladının gələcəyi 
А б д у л л а   Шаи г
 
 
26
üçün keçirdiyi narahatlıqların mahiyyəti və çatışmazlıqların ara-
dan qaldırılması yolları haqda romantik düşüncə  və  qənaətləri 
haqda təsəvvür yaradır.  Əsərin iştirakçıları bunlardır:  İnsanlıq, 
İdeal, Vicdan, Ədalət, Mərhəmət, Səadət, Fəlakət, Zülm, Şeytan.  
Nə  qədər ki, şər qüvvələr bəşər övladının vicdanına hakim-
dir, İdeal onları tərk etmək qərarına gəlir. Odur ki, İnsanlıq Əda-
lət, Vicdan, Mərhəmət və sairin qələbəsi, İdealın ona qaytarılması 
üçün Uca Yaradana üz tutur. Onun çağırışları, duaları “Amin” sö-
zü ilə  təsdiqlənir. Bu dəstəyin arxasından gec-tez İnsanlığın öz 
idealına qovuşacağı inamı boylanır. Birinci Dünya müharibəsinin 
boğucu tüstü və dumanları içindən ucalan bu inamın arxasında isə 
A.Şaiqin bəşər övladının və öz əcdadının daim saflıq,  ədalət və 
xilaskarlıq üstə köklənən ruhlarının “Simurğ quşu” şəklində  geri 
dönəcəyinə bəslədiyi  romantik qətiyyəti dayanır. 
Şair “mən”inin bu qətiyyəti ilə silahlanmış uşağın öz anasına 
onu intizardan qurtarmaq istəyi ilə dediyi aşağıdakı sözlər də 
bunu təsdiq edir: 
 
Səbr et, anam, Qaf dağında dərələr 
Dolub-daşar, xain əllər quruyar.  
Simurğ quşu gülər, günəş də doğar.  
Göydən yerə enər sevgi, səadət;  
O gün atam yenə gələr səlamət (II c., s.48).  
 
A.Şaiqi bu milli-mənəvi ideal və inam heç vaxt tərk etmir. 
Həmin nikbinlik şairi cümhuriyyət dövrünun ağır, keşməkeşli 
mübarizə  və çarpışmalar dövründə  də  işıqlı sabaha, xoş  gələcək 
uğrunda mübarizəyə səsləyir.  
 
*** 
O dövrdə bütövlükdə türk dünyasının və Azərbaycanın düşdü-
yü böhranlı  vəziyyətindən dərin təlaş keçirən Abdulla Şaiq “Və-
tənin yanıq səsi” adlı poemasında Vətənin dili ilə ulu babalarımızın 
şöhrətli keçmişinə nəzər salır. Qafqazın – bu ulu Vətənimizin  şən, 


  Б и б ли о гр а ф и й а
 
 
27 
xoşbəxt günlərini, bizim ulu nəslimizi sevinclə öz qoynunda 
bəslədiyini və igid, nəcib övladlarının timsalında özünə  həm də 
etibarlı mühafizlər tapıb daim əmniyyətdə olacağı  qənaəti ilə 
rahatlanır. Ancaq, bu gün vətən həmin nəslin övladlarında əvvəlki 
təpəri görmədiyindən darılıb rəncidə olduğunu belə ifadə edir:  
 
Babanızdan üzülüncə əllərim 
Gözlərimi sizə dikmişdim yalnız.  
“Bu qan da o qandan süzülmüş”, deridim,  
“Yaman gündə imdadım olursunuz”.  
 
Ümidlərinin doğrulmadığını görən Vətən bugünkü nəslin tor-
pağa, yurda “sahiblik” hissinin zəifləməsinin haradan doğduğu 
sualına, milli-mənəvi laqeydliyin yaranma səbəblərinə cavab 
axtararaq qətiyyətlə bildirirdi:  
 
O şən, o bəxtiyar könlüm, dolu qan,  
Böylə səfaləti artıq çəkəməm.  
Sönməz bəndə əski sevgi və iman,  
Yuca başımı alçaqlara əgəməm!  
 
Şairə görə sevindirici haldır ki, şanlı  və qüdrətli türkün bu-
günkü nəsli Vətənin səsinə səs verərək “qanlarının həmin o əski 
qan olduğunu, ürəklərinin elə  əvvəlki duyğularla döyündüyünü, 
bu yurdun dağ-daşında qurtarıcı  qəhrəmanların az olmadığını” 
bəyan edir:  
 
Beş dünyanın vəhşiləri toplansa,  
“Ölüm” – deyə, “Vətən!” – deyə qoşarız. 
Bu torpaqlar qanımızla boyansa,  
Nəfərimiz qalınca öc alarız.  
 
Vətən oğlu sanki öz Anası qarşısında And içir; o əllər ki, səni 
qurtarmaq üçün uzanmır, o dillər ki, səni anmır, o ürək ki sənin 
А б д у л л а   Шаи г
 
 
28
üçün döyünmür, qoy onların anaları ağlar qalsın! Bununla A.Şaiq 
öz yurddaşlarını  Vətəni yağı  qəsdindən qurtarmaq üçün həmişə 
hazır, səfərbər olmağa çağırırdı.  
Şair başa düşürdü ki, hər tərəfi düşmənlərin sardığı bir şəraitdə 
aparılan ağır mübarizədə təkbaşına qalib gəlmək çətindir. Bu və-
ziyyətdən çıxış yolunu o, türkdilli xalqların mənəvi və sosial-si-
yasi bütövlüyündə, həm də hazırkı nəslin öz qəhrəman keçmişi ilə 
ruhi-mənəvi qovuşmasında görürdü. “Yeni ay doğarkən”  (II c., s. 
63-64) şerində təsvir edilir ki, Türk Anası öz oğluna türkün doğan 
hilalını – işıq haləsi ilə  bədirlənmiş ayını göstərərək, bu qız is-
mətli gözəlin – yenicə doğulan ayın ondan – Türk oğlundan nəsə 
umduğunu bildirir. O, diqqəti ayın ətrafındakı yeddi ulduza cəlb 
edərək, deyir ki, bunlar yeddi türk dövlətinin rəmzidir. Həmin ul-
duzlar ayın ətrafında daha parlaq göründüyü kimi, türk dövlətləri 
də öz hilalı  ətrafında sıx birləşsələr, daha qüvvətli və yenilməz 
olarlar. Türk oğlu Yavuz Günəşi Aydan və Ülkərlərdən çox sevsə 
də, bu yeni aya baxarkən onun varlığını özünün də baş aça bilmə-
diyi qəribə hisslər çulğalayır:  
 
Annacığım! Bən Günəşi Aydan, yeddi ülkərdən 
Çox sevirəm. Bilməm şu Aya bən baxarkən 
Neçin əski diləklərim dalğalanır gözümdə? 
Neçin tatlı, uğurlu bir duyğu doğar üzümdə?  
Neçin bu Ay ruhuma pək uyğun, munis görünür?  
İçim, dışım, Günəş kibi neçin nura bürünür?  
 
Genetik yaddaşın oyatdığı bu tükənməz, ülvi duyğular türk 
dünyasının işıqlı sabahına nur çiləyən milli-mənəvi potensiyamı-
zın istinad nöqtəsi, enerji, güc mənbəyi kimi diqqəti cəlb edir. 
Təsadüfi deyil ki, Anasının köməyi ilə “hər  biri bir igidin yıldı-
zı”, daha doğrusu, hər biri bir türk dövlətinin rəmzi olan ülkərlər 
arasında özünün “pək parlaq o qırmızı ulduzunu” müəyyənləşdi-
rib tapan Yavuzun urəyi həmin ülkərlərin bir-birlərindən uzaq 
dayanıb sönük görünməsinə dözmür və qəlbində onları birləşdir-


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə