Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   ...   102

  Б и б ли о гр а ф и й а
 
 9 
dulla 1905-ci ildə Qafqaz Təhsil Dairəsi tərəfindən Bakı progim-
naziyasına sənət və ana dili müəllimi təyin edilir. Azərbaycan 
müəllimlərinin Bakıda keçirilən birinci (1906) və ikinci (1907) 
qurultaylarında fəal iştirakı onun həmin qurultayların qərarlarına 
uyğun olaraq “Uşaq çeşməyi” (1906), “İkinci il” (1907, M.Mah-
mudbəyov, S.Əbdürrəhmanbəyzadə, S.S.Axundov, F.Ağazadə, 
A.Əfəndizadə ilə birgə), “Uşaq gözlüyü” (1910), “Gülşəni-ədə-
biyyat” (1910), “Gülzar” (1912) adlı dərslikləri hazırlayıb çap et-
dirməsi və uşaqlar üçün bir-birindən maraqlı bədii əsərlər qələmə 
alması ilə nəticələnir. Sonrakı illərdə H.Cavid və M.Mahmudbə-
yovla birgə çalışaraq o, “Türk çələngi”, “Milli qiraət kitabı”, 
“Ədəbiyyat dərsləri” və s. dərs kitablarını nəşr etdirir.  
A.Şaiq 1921-ci ildə Bakıda Ali Pedaqoji İnstitutun (hazırkı 
ADPU) yaradılmasında fəallıq göstərmiş və burada Şərq ədəbiy-
yatından dərs demişdir. 1923-cü ildə ədəbi-pedaqoji fəaliyyətinin 
20 illiyi təntənə ilə qeyd edilən A.Şaiq 1931-32-ci illərdə  Şuşa 
pedaqoji texnikumunda, 1933-34-cü illərdə isə Azərbaycan Səna-
ye  İnstitutunda müəllim işləmişdir. 1936-cı ildə APİ-də yenidən 
Şərq ədəbiyyatı üzrə dərs deyir. Lakin əsas gücünü bədii və icti-
mai fəaliyyətə  sərf edir: “Xasay”, “Araz”, “Qoçpolad”, “Ovçu 
Məstan”, “Nüşabə”, “Vətən”, “Bir saat xəlifəlik” və başqa povest, 
roman və pyeslərini, çoxlu hekayə  və  şeir yazıb çap etdirir. 
Əsərləri bir neçə dəfə kitab şəklində çapdan çıxır. 
1939-cu ildə Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri, 
1949-cu ildə isə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində baş 
məsləhətçi işləmişdir. A.Şaiq 1946 və 1956-cı il çağırışlarında 
SSRİ Ali Sovetinə deputat seçilmiş, xalq elçisi kimi şöhrətlən-
mişdir. 
1921-ci ildə Şahzadə xanım Mirzəbəyova ilə ailə qurmuş, üç 
oğul, bir qız atası olmuşdur. 
Abdulla Şaiq Talıbzadə 24 iyul 1959-cu ilədək şərəfli və sə-
mərəli bir ömür sürdü. Xalqını həyat fırtınalarından keçirib tərəq-
qiyə çatdırmaq üçün şair, nasir, dramaturq, tənqidçi və ədəbiyyat-
şünas, pedaqoq, tərcüməçi və ictimai xadim kimi çalışdı, vətən 
А б д у л л а   Шаи г
 
 
10
övladlarının xoşbəxt sabaha gedən yoluna zəka və  mədəniyyət 
nuru saçdı.  
Uşaqlığından Tiflisin və Borçalı dağlarının ecazkar təbiəti 
qoynunda və Azərbaycan folklorunun sirli-sehrli əfsanə və nağıl-
lar aləmində saf uşaq xəyallarının nəhayətsiz qanadlarında vətəni-
nə və xalqına, onun təbii və mənəvi sərvətlərinə sonsuz məhəbbət 
duyğusu ilə bağlanan Abdulla Şaiq Xorasanda və Bakıda xalqın 
ağır, dözülməz güzəranını gördükcə  qəlbi vətəndaşlıq kədəri ilə 
sıxılırdı. Bu sıxıntı və əzabların nəticəsi “Vətən”
1
 şeirindəki aşa-
ğıdakı misralarda belə ifadə olunurdu:  
 
Ey çeşmimin önündə mücəssəm vətən, vətən! 
Qəlbim kimi ələmlərə həmdəm vətən, vətən! 
Fikrim sarayını dolaşırsan zaman-zaman, 
Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən! 
Baxdıqca həsrət ilə o solğun camalına, 
Çeşmimdə tar görsənir aləm, vətən, vətən! 
 
Şair vətənin gül ləçəklərinə qonan şəbnəmini də  dərddən 
axan göz yaşlarına bənzədir. Düçar olduğu faciənin təsiri ilə sanki 
donub qalan vətənin bu ağlar vəziyyəti vətəndaş  şairin canını 
üzüb, cismini əridərək zəiflədir. Vətəni canı kimi sevən şairin il-
ham pərisi “gözəl mələk” də qüssə-qəm içindədir:  
 
Gördükcə dərdini əriyir cismi-natəvan.  
Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!  
Qarşımda dərd, matəmə batmış gözəl mələk 
Səslər həzin səda ilə hərdəm: vətən, vətən!  
 
A.Şaiq vətənin bu möhnətinin tarixi-ictimai səbəblərini axta-
rırkən yadına “övladi-naxələf”  düşür. Vətən övladının naxələf 
çıxması fikri ona sonsuz dərd gətirir. Şairin romantik duyğuları-
                                                            
1
Şaiq, A. Seçilmiş  əsərləri: üç cilddə /Abdulla Şaiq; tərt. ed. K.Talıbzadə.- 
Bakı: Avrasiya Press, 2005.- S.7. 


  Б и б ли о гр а ф и й а
 
 
11 
nın şeir mələyi az sonra göz önündə “Bir quş”
2
 poetik obrazında 
canlanır. Həmin quş dərdli, ələmli və düşüncəlidir. Çünki incə və 
həssas qəlbə, zərif duyğuya malikdir. Öz nəğmələri ilə  şairin, 
ümumən “məhəbbət  əhlinin rəhbəri, irşadı”, yolgöstərəni mərtə-
bəsinə yüksələn bu quşun sədası vicdanları oyadır, vətəndaşları 
işıqlı  gələcəyə  səsləyir. Çünki bu çağırışlar, dərdli düşüncə  və 
fəryadlar bir heçlikdən, əfsanədən yox, həyatın özündən, mövcud 
gerçəklikdən doğur:  
 
Sədası pək dərin təsir edər əfkarə, vicdanə,  
Duyurmaqda pək incə duyğular bir şair insanə. 
Deyil əfsanə fəryadı, cəfadən gəlmiş əfqanə,  
Lisani-hal ilə əyyami-vəsli yad edər bir quş!  
 
Bu quşun dövrün cövr-cəfasından gələn fəqanı övladlarına 
onların əcdadlarının qəhrəmanlıq və xoşbəxtlik əyyamından şirin 
və  həsrətli nağıllar, tarixi həqiqətlər söyləyir. Tarixi həqiqətləri 
qəlbin atəşli, romantik qanadlı hissiyyatı ilə qovuşuq  şəkildə, 
“hissiyyati-qəlbiyyə ilə” (A.Səhhət) söyləyən bu quş  əslində elə 
şairin (A.Şaiqin) özü kimi məhəbbət qanadlı hissiyyata malikdir. 
İlham pərisi ilə bu fikri və hissi qovuşmanı A.Şaiq belə ifadə edir:  
 
Bu quş da mən kimi dünyada hissiyyata malikdir,  
Məhəbbətdən vurar dəm, şahrahi-eşqə salikdir. 
Cahanda eşq rahı, Şaiqa, neməlməsalikdir!  
Mənim fəryadi-məhzunanəmi bünyad edər bir quş.  
 
Beləliklə, Abdulla Şaiqin ədəbiyyata gəlişi romantik bir məz-
mun və üslubda baş verir. Özü də onun şeir rübabı daim ülviyyət, 
hürriyyət, mübarizə, işıqlı, xoşbəxt gələcək nəğmələri üstə köklə-
nir. Bu rübabın çalıb oxuduğu nəğmələr vətən övladını ta cocuq-
                                                            
2
Şaiq, A. Seçilmiş  əsərləri: üç cilddə /Abdulla Şaiq; tərt. ed. K.Talıbzadə.- 
Bakı: Avrasiya Press, 2005.- S.8. 
 
А б д у л л а   Шаи г
 
 
12
luqdan başlayaraq tərəqqiyə, fəaliyyətə, layiqli vətəndaş olmağa 
səsləyir və bu ruhda da tərbiyələndirməyə çalışır. Həmin məqsədə 
çatmağın yolunu A.Şaiq də, əksər məsləkdaşları və yaradıcı dost-
ları kimi, maarif və  məktəblərin inkişaf etdirilməsində görür. 
Odur ki, vətən övladlarının zamanın inkişaf sürəti ilə ayaqlaşa 
bilən, yeni tipli proqram və dərsliklərlə təchiz edilmiş təhsil ocaq-
larında oxumalarını təmin etmək uğrunda fəal və ardıcıl mübari-
zəyə qoşularaq, Azərbaycan müəllimlərinin 1906-cı  və 1907-ci 
ildə Bakıda olan I və II qurultaylarının hazırlanması, keçirilməsi 
və onların qərarlarının həyata keçirilməsində xüsusi fəallıq və pe-
daqoji ustalıq nümayiş etdirir. Daha doğrusu, o, əməli pedaqoji 
fəaliyyətini elmi-metodiki işlə – proqram və  dərsliklər tərtibi, 
həm də paralel olaraq bədii yaradıcılıqla davam etdirib tamamla-
yır. A.Şaiq zamanın tələbinə və maarifçilik hərəkatına uyğun ola-
raq, Azərbaycan müəllimlərinin I və II qurultaylarında Ana dili 
və əlifba dərsliklərinə (və dərslərinə) qoyulan tələblərə qurultay-
lardan az sonra bir-birinin ardınca çap etdirdiyi dərsliklərdən 
uzun illər Azərbaycan gəncliyinin bir neçə  nəsli istifadə etmiş, 
faydalanmışdır. Bu işi A.Şaiq təkcə müəllim və pedaqoq, meto-
dist kimi yox, həm də klassik uşaq ədəbiyyatımızın poeziya, nəsr 
və dram janrında bir çox yaddaqalan nümunələrini yaratmaqla 
görmüşdür. O, bir tərəfdən məktəb şagirdləri üçün dərsliklər ha-
zırlayır, digər tərəfdən həm həmin dərsliklərdə, həm də “Dəbis-
tan”, “Rəhbər”, “Məktəb” jurnallarında çap edilmək üçün orijinal 
əsərlər yazır, bədii tərcümələr edirdi. Onun müəllimliyi, elmi-pe-
daqoji fəaliyyəti ilə  bədii yaradıcılığının vəhdət təşkil etməsini, 
bu yaradıcılıq sahəsinin birinin digərini tamamlamasını  nəzərdə 
tutan professor Yaşar Qarayev yazırdı: “Abdulla Şaiq şair ikən də 
müəllim, müəllim ikən də şairdir… Şeirdə də, tərbiyədə də məq-
sədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Şaiq öz şeirlərini ilk 
əvvəl dərsliklər üçün yazır, pyes və hekayələrini ən əvvəl tərbiyə-
vi-əxlaqi bir niyyət və qayə naminə  qələmə alırdı. Odur ki, 
“şaiqlik” sözünün ifadə etdiyi mənəvi-əxlaqi mənanı onun həm 
müəllimlik, həm də  şairlik fəaliyyətində eyni səviyyədə görmək 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə