Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə98/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   94   95   96   97   98   99   100   101   102

  Б и б ли о гр а ф и й а
 
419 
 
 
 
Əzizimiz Şaiqə 
 
Əziz Şaiq, Sən öyrətdin bizə məktəbdə imlanı,  
Deyildir  sevməmək mümkün sənin tək yaxşı insanı. 
Özün doğru, sözün doğru, əlin doğru, dilin doğru, 
Cavanlıqdan yol aldın sən səadət mülkünə doğru. 
Gülərdi gözlərin məncə günahsız körpə tək hər an, 
Qırışlarla yazılmışdır açıq alnında haqq vicdan. 
Qızıl bayraqlar altında ömür sürdün səadətlə, 
Yaxın dosta, uzaq dosta könül verdin məhəbbətlə, 
Uzun illər qələm caldın,vətənçin, elçin, ey ustad,  
Bu ağ günlər zamanında bizi tərk eylədin heyhat. 
Özün getdinsə, yurdunda yenilməz, güclü ordun var. 
Sovetlər ölkəsində hər zaman şan -şöhrətin artar. 
Süleyman Rüstəm, 
Xalq şairi 
1956-cı il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
А б д у л л а   Шаи г
 
 
420
 
 
 
Həmişə yaz olar 
Sevimli yazıçımız A.Şaiqin vəfatı münasibətilə 
 
Yerə kök atmayan qalxıb ucalmaz 
Sözlərin gücünü torpaqdan aldı 
Ulduzlar batanda izi də qalmaz 
Sən batdın 
Şəfəqin dünyada qaldı. 
 
Keçər qərinələr, 
Ötər necə il, 
Həmişə yaz olar sənət bağında. 
Sözlərin gələcək nəsilbənəsil 
Körpə balaların gül dodağında. 
 
Sənət yollarında dayandın mətin, 
Səni sarsıtmadı nə dərt, nə ələm. 
Neçə sənətkarın, necə alimin 
Gözünə nur verdin, əlinə qələm. 
Bəxtiyar  Vahabzadə
Xalq şairi 
1959-cu il 
 
 
 
 
 
 
 


  Б и б ли о гр а ф и й а
 
421 
 
 
 
Şaiqə 
 
Ey azər şairi sən çox çalışdın, 
Kəndi şeirin ilə həqqə alışdın, 
Cəhl odu ilə hərbə qalkışdın, 
Yazıq Şaiqləri olmayanlara. 
 
İnlətin rübabın xəstə telini, 
Oyatdın uyqudan sən türk elini, 
Döndərdin bahara xəzan yelini, 
Yazıq Şaiqləri olmayanlara. 
 
Vətən bağçasının oldun bağbanı, 
Həzin şeirin oldu xəstə dərmanı, 
Xoş günə çıkardın Azərbaycanı, 
Yazıq Şaiqləri olmayanlara 
Məhəmməd Səad 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
А б д у л л а   Шаи г
 
 
422
 
 
 
Hörmətli Şaiqə 
 
Qaranlıqdan şəfəq saçar bir mələk, 
Özvan yurduna, aşina quşdu 
Qarşılarkən onu: ay, ülkər, çiçək 
Şaiq-Şaiq deyə hayqırdı,coşdu. 
 
Sevincindən nazlı mələklər çağlar! 
Biz gülürüz, artıq fələklər ağlar! 
 
Yapdığın dalğalar, Dənizlər aşmış,  
Taleyiniz uğurlu bir günəşmiş, 
“Yeddi ülkər” bir birinə dolaşmış,  
Yaradan ruhuna yəqin bir eşqmiş. 
 
Səsləniriz: dağlar, dağlar,ah dağlar! 
Sən gülərkən,gülün, bülbülün ağlar. 
Atababa Musaxanlı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  Б и б ли о гр а ф и й а
 
423 
 
 
 
Məktəbmi! Gülşənmi! 
 
Abdulla Şaiq qardaşıma 
Məktəbi-gülşəndə inləyən bülbül! 
Bir çox zamanlardır gəlir avazın,  
Anlat bir neçindir bu açdığın dil,  
Bu güllərdən söylə, nədir niyazın?! 
 
Nalənin təsiri getməz dillərdən,  
Almışam mən xəbər canlı güllərdən,  
Əks –sədasıdır gəlir ellərdən  
Ucaldığın göylər, yandıran sazın. 
 
Qələmdən səpdiyin nurlu jalələr,  
Çıkardı torpaqdan güllə, lalələr. 
Çəkmə bundan belə acı nalələr,  
Yetər şam kibi suzu güdazın. 
 
Əməllər toxumu əkdiyin bağlar, 
Göyərib açmışdır yaşıl yarpaqlar,  
Cəhalət zəhmilə sınan budaqlar 
Yetişib olmuşdur məhrəmi-razın. 
Seyidzadə  Bədri 
 
 
 
 
 
 
 
А б д у л л а   Шаи г
 
 
424
 
 
İthaf 
Pək möhtərəm Abdulla Şaiq bəyə 
Şən olan yerləri zalım xəzandan 
Bayquş yurdu kibi viranə gördüm,  
Ayrılmadın onun eşqindən bir an,  
Çalışdın, çarpışdın, şənlənsin dedin. 
 
Baxdın ki, annənin bacında siyah,  
İnlər o, yaralı bir əsgər kibi,  
Tərrənnümü müdam ağlayıcı ah... 
Bir zülmət quyusu görünməz dibi. 
 
Fəqət o zülməti məhv edərkən sən  
 Nurlandırdın yenə ana diyarı, 
Qəm dolu yerləri eyləyərək şən 
Sevindirdin sən o pək nazlı yarı!... 
Hüseyn Nəcdət 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  Б и б ли о гр а ф и й а
 
425 
 
 
Müəllim 
 Pək sevgili Abdulla Şaiq 
Soğuq qan donduran qaranlıqların 
Qorxunc dalğaları varlığı boğar... 
Çox sürməz bu dalğın qaranlıqların  
Qoynundan pək parlaq bir günəş doğar. 
 
 Hər şey həyat bulur, varlıq canlanır,  
Düşənlər yüksəlir enən saflanır, 
 Elindən ayrılan, gəlir, toplanır,  
Qoşar, ilərilər.. “Yazı pozulmaz”! 
 
 
Varlıq çalxalanır, qanlar saçılır,  
Dilək dünyasına yollar açılır. 
Saxta yıldız sönər, şəfəq saçılır,  
Bu sübhün çulpanı-müəllim-toğar. 
 
 Toğar səmasında vəzifə bəklər,  
Toğarkən də, sönərkən də ,həp gülər, 
Arxasında günəş doğar, gülümsər, 
Qaranlıq boğulur- yasa pozulmaz! 
 Adil Nəcdət 
 
 
 
 
 
 
 
А б д у л л а   Шаи г
 
 
426
 
 
Şaiq 
 
Yenə təntənə var Azərbaycanda 
Şaiq günləridir ,Şaiq ilidir. 
Şaiqi yaşadan ürəkdə,canda, 
Bu xalqa, vətənə şaiqliyidir. 
 
Dağlara səs saldı “Dağlar soltanı”  
“Köç” də köç eylədi ağ günə sarı 
“Simurq quşu” etdi Şaiq babanı,  
Bizim “Əsrimizin qəhrəmanları”. 
 
“Hürriyyət pərisi” açdı qol qanad, 
Sevindi “bir günəş zərrəsi” kimi. 
Qovuşdu “Eloğlu”, “Araz”,  “Qocpolad” 
Əbədi bir “Ana” körpəsi kimi. 
 
Arzusu “Səadət”, sevgisi “Vətən”,    
Niyyəti ən ülvi, böyük əməllər. 
“Şaiq məktəbi”-ndən Şaiq irsindən 
Dərs alıb yetişdi necə nəsillər. 
 
Dünyaya, insana məhəbbətilə 
Gönülə gün doğdu, ulduz parladı. 
Böyük sənətilə, şəxsiyyətilə 
Müəllimlər müəllimi çağrıldı adı. 
 
Yenə təntənə var Azərbaycanda, 
Şaiq günləridir ,Şaiq ilidir. 
Şaiqi yaşadan ürəkdə,canda, 
Bu xalqa, vətənə şaiqliyidir. 
Əflatun Saraclı 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə