Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   94   95   96   97   98   99   100   101   102

  Б и б ли о гр а ф и й а
 
413 
həvəskarları dram artistlərinin iştirakı ilə 
oynanılmışdır. 
1918-ci il   
- iyun ayında “Şeyx Şamil” tamaşası (rejis-
sor A.M.Şərifzadə) Həştərxandakı Volkan 
teatrında Bakı artistləri  şirkəti tamaşaya 
qoymuşdur. 
 
1919-cu il  
-  avqustun  12-də  “Harun  ər-Rəşid” (Bir 
saat xəlifəlik) tamaşası (rejissor 
A.M.Şərifzadə) Opera teatrında səhnəyə 
qoyulmuşdur. 
 
1920-ci il   
-  “Bir saat xəlifəlik”  tamaşası (rejissor 
A.M.Şərifzadə) Tənqid-təbliğ Teatrında 
səhnəyə qoyulmuşdur. 
 
1921-ci il   
- noyabrında “Yazıya pozu yoxdur”, “Ay 
doğdu”, “Bir saat xəlifəlik” tamaşaları 
Tənqid-təbliğ Teatrında səhnəyə qoyulmuş-
dur. 
 
1922-ci il   
- aprelin 7-də “Gözəl bahar” tamaşası (re-
jissor A.M.Şərifzadə) Dövlət Türk Teatro-
sunda səhnəyə qoyulmuşdur. 
 
1926-cı il   
“Aldanmış ulduz”lar pyesi Şəkinin teatr 
həvəskarları tərəfindən oynanılmışdır.  
 
1937-ci il   
-  sentyabrın 25-də  “Xasay” (rejissor 
Məhərrəm Haşımov) Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrında səhnələşdiril- 
mişdir. 
 
А б д у л л а   Шаи г
 
 
414
1940-cı il   
-  sentyabrın 12-də  “Eloğlu” tamaşası (re-
jissor Məhərrəm Haşımov, rəssam Ə.Həsə-
nov, musiqi T.Quliyev) Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrında səhnəyə qo-
yulmuşdur. 
 
1942-ci il   
-  oktyabrın 6-da “Vətən” pyesi (rejissor 
Məhərrəm Haşımov, rəssam N.Mustafayev) 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar 
Teatrında səhnəyə qoyulmuşdur. 
 
1943-cü il  
-  “Ana” pyesi (rejissor H.Əliyev, rəssam: 
Həsənağa Mustafayev, bəstəkar Fikrət  
Əmirov) Azərbaycan Dövlət Gənc 
Tamaşaçılar Teatrında səhnəyə 
qoyulmuşdur. 
 
1946-cı il   
“Nüşabə” əsəri (rejissor Ələsgər Şərifov, 
rəssam Nüsrət Fətullayev, bəstəkar Səid 
Rüstəmov) Azərbaycan Dövlət Akademik 
Teatrında səhnəyə qoyulmuşdur. 
 
1947-ci il   
-  “Fitnə” pyesi (rejissor Kərim Həssənov, 
rəssam Sadıq  Şərifzadə, bəstəkar  Əşrəf 
Abbasov) Azərbaycan Dövlət Gənc 
Tamaşaçılar Teatrında səhnəyə 
qoyulmuşdur. 
 
1949-cu il  
-  yanvarda  “Qaraca qız”  əsəri (rejissor 
Zəfər Nemətov) Azərbaycan Dövlət Gənc 
Tamaşaçılar Teatrında səhnəyə qoyul-
muşdur. 
 


  Б и б ли о гр а ф и й а
 
415 
1957-ci il  
 
- iyulun 7-də  “Bir saat xəlifəlik”  əsəri 
(rejissor A.M.Şərifzadə) Azərbaycan Döv-
lət Gənc Tamaşaçılar Teatrında  səhnəyə 
qoyulmuşdur. 
1958-ci il   
-  “Bir saat xəlifəlik”  əsəri  (rejissor Zəfər 
Nemətov, rəssam Həsənağa Mustafayev, 
bəstəkar Zakir Bağırov) Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrında səhnəyə 
qoyulmuşdur. 
 
1972-ci il   
-  “Qaraca qız”  əsəri (rejissor Ulduz 
Rəfilli-Əliyeva, rəssam Sadıq  Şərifzadə) 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teat-
rında səhnəyə qoyulmuşdur. 
 
1979-cu il  
-  “Fitnə”  əsəri (rejissor M.K.Kazımov) 
Azərbaycan Dövlət Akademik Teatrında 
səhnəyə qoyulmuşdur. 
 
2001-ci il   
- “Hərb və sülh” (“Ovcu məstan” poeması 
əsasında) (rejissor Rəhman Əlizadə, rəssam 
Lətifə Quluzadə) Azərbaycan Dövlət Kukla 
Teatrında oynanılmışdır. 
 
 
А б д у л л а   Шаи г
 
 
416
 
 
ƏLAVƏ 3 
Abdulla Şaiqə həsr edilmiş şeirlər 
 
ã 
 
Şaiqim! Şairlər içində təksən
Təmiz vicdanınla gülsən , ipəksən. 
Dilindən küsməmiş tanış da, yad da, 
Səndən inciməmiş qarıncalar da... 
 
Keçdi qaranlıqda odlu gəncliyin, 
Xoş olsun indiki qulaq dincliyin... 
Əməlin qurtuluş, varlığın sənət, 
Yaşasın qardaşlıq, bir də məhəbbət! 
İndi bir günəşin zərrəsiyik biz, 
Var olsun birləşən dost əllərimiz. 
 
Ətirlər dağılır xoş nəfəsindən, 
Çiçəklər oynayır ayaq səsindən, 
Varlığın, vicdanın ləkədən uzaq
Böyüklə böyüksən, uşaqla uşaq 
Əsrə layiq olan bu ruhla sən, 
Ölkənin qoca bir müəllimisən. 
Səməd Vurğun, 
Xalq şairi 
 
 
 


  Б и б ли о гр а ф и й а
 
417 
 
Şaiq əfəndiyə 
 
Ey yeni gəncliyin əski bağbanı 
Yurdu qaranlıqdan qurtarmaq üçün,  
Bəzətmək üçün bu Azəristanı...  
Sən toxumlar səpdin, pək çox çalışdın 
 
Qəlbə nüfuz edən əsərlərinlə,  
Qaranlıq pərdəyi yırtmaq istədin. 
Usanmaq bilməyən əməllərinlə 
 Nəhayət zülmətə sən qalib gəldin. 
 
İştə bu gün sənin şən bağçaların  
Çiçəklər açaraq meyvələr verdi. 
Yeni həyat üçün çaldığın sazın 
Əski ənənəyi artıq məhv etdi. 
 
Gənclik üçün sənin qoyduğun yollar 
Hər yerə ziyalar, nurlar saçıyor,  
Kükrədi əkdiyin bütün toxumlar 
Bu gün gənclik səni həp alqışlıyor. 
Süleyman Rüstəm, 
Xalq şairi 
 
 
 
 
 
 
 
1956-cı il 
 
 
 
 
А б д у л л а   Шаи г
 
 
418
 
Müəllimim Şaiqə 
 
Sən yola saldıqca illəri –Vətən 
Oldu başdan-başa gülüstsn, Şaiq. 
Baxıb alnındakı qırışıqlara 
Olmadın zərrəcə pərişan, Şaiq. 
 
Dağların başı tək ağardı başın,  
Çiçəklər bitirdi torpağın daşın. 
Dedin: Ey qocalıq fikrindən daşın! 
 Axtardın hər dərdə min dərman, Şaiq. 
 
Səni əzizləyir, yaxşı fikir ver,   
İgidlər yetirən bu torpaq bu yer. 
Qızıl qalstuqlu nəvən-pioner 
Sənə hörmət bəslər hər zaman, Şaiq. 
 
Səni gənc saxladı gəncliyin səsi, 
Könlündə dinləndi bahar nəğməsi, 
Tükənməz şairin eşqi həvəsi 
Kəssə də yolunu qar, boran, Şaiq. 
 
Coşqun ilhamını Vətəndən aldın,  
Saz tutub, söz qoşub xəyala daldın, 
Səməd , mən “qocaldım”,  sən cavan qaldın 
Ey körpə ürəkli qocaman Şaiq . 
 
Səndə təbiət var ipəkdən yumşaq, 
Böyüklə böyüksən, uşaqla uşaq. 
Yüz yaşı gəl birgə adlayıb aşaq 
Bir də ələ düşməz bu dövran, Şaiq.  
Süleyman Rüstəm 
Xalq şairi 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə