Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   ...   5   6   7   8   9   10   11   12   13

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 59


şəxsiyyəti və  sənətinə özünəməxsus baxışı ifadə 

edən “Mövlana Şəms Təbrizinin xanəgahında 

(Mövlana günü münasibətilə)” adlı iri həcmli şeiri 

xüsusi diqqətə və söhbətə layiqdir. 

Məsnəvi formasında və «Məsnəvi» bəhrində 

(bu da onun bəzi misralarını olduğu kimi şeirə 

daxil etməyə imkan vermişdir) yazılmış 123 

beytlik bu şeiri  Şəhriyar Mövlananın 750 illik 

yubileyinin qeyd olunduğu günlərdə  qələmə 

almışdır.  

Qeyri-adi romantik pafosa malik şeirin süjeti 

Şərq poeziyasında özünəməxsus  ənənəsi olan 

«ruhların görüşü» motivi üzərində qurulmuşdur: 

Şəhriyar belə hesab edir ki, Mövlana dünyanın hər 

yerində anılsa da, onun ruhu cismani həyatında 

olduğu kimi Şəmsi axtarmalı  və deməli, Təbrizə 

gəlməlidir. Şair ən incə detallarına qədər xəyalında 

canlandırdığı bu gəliş münasibətilə  Şəmsin 

qurduğu məclisə  Şərqin  ən böyük söz və fikir 

adamlarını toplayır.  

Burada kimlər yoxdur?! Qəzzali və İbn Sina, 

Rudəki və Firdovsi, Əbu Səid Meyhəni və 

Xəyyam, Sənayi və Əttar, Xaqani və Nizami, Əmir 

Xosrov və Feyzi, Mahmud Şəbüstəri və Hümam 




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

60 



Təbrizi, Sədi və Hafiz, Cami və Nemətullah Vəli, 

Saib Təbrizi və Şeyx Bəhayi...  

Şəhriyar məhz bu nəhənglər içərisində 

Mövlanaya (və  Şəmsə) qiymət verməyə çalışır, 

onu təkcə fars şeirinin korifeyləri Firdovsi və 

Sədidən deyil, hətta çox sevdiyi Nizamidən də 

üstün tutur.  

Onu da yada salaq ki, Şəhriyar nəinki fars 

dilində yaratdığı  əsərlərlə bu dilin ən böyük 

ustadlarının qarşısına çıxan, eləcə  də «mədəni 

müstəmləkəçilik» (Cəlal Ale-Əhməd) siyasəti 

nəticəsində bir çeşmə halına salınmış türk 

(Azərbaycan) dilini yenidən dəryaya çevirən 

qüdrətli söz ustası idi, həm də Şərq ədəbiyyatının, 

xüsusən farsdilli poeziyanın böyük bilicisi idi 

(misal üçün, onun klassik farsdilli şeirdə  ədəbi 

məktəblər və  bədii üslublar barədə fikirlərini 

xatırlayaq). Bu mənada şeirin sonunda «Məsnəvi» 

və Mövlana-Şəms münasibətləri barədə  şairin 

dedikləri bütün poetik biçiminə baxmayaraq, ciddi 

elmi  əsasa malikdir və Mövlana yaradıcılığının 

adekvat dərkindən qaynaqlanır.  

Bütün bunları nəzərə alaraq, şeirin farscadan 

filoloji tərcüməsini zəruri izahlarla birgə oxuculara 

təqdim etməyi lazım bildim. 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 61


Hər an onların qanadlarının səsi eşidilir, 

Ey can, gəl onları qarşılamağa gedək! 

 

Dilbərlər məkanına gələn karvan yetişir, 

Bu da hər an mənə bir hal bəxş edir. 

 

Dəvəçilərin hay-küyünü eşit, 

Oxuyanların «Şur» və «Şahnaz»ını dinlə! 

 

Ariflərin karvanı qatar bağlayıb 

Yol azuqəsi ilə bizə sarı gəlir. 

 

Zınqırovların səsi arabir eşidilir, 

Elə bil [dəvələr] nəfəslərini sayırlar. 

 

Deyəsən, karvan dayandı, fikir ver

Mollanın (Ruminin) sədasıdır, ey ürək, qulaq as: 

 

«Təbriz şəhəri dilbərlər məkanıdır, 

Ey sarvan, dəvələrin yükünü aç!»

1

 

 

Təbriz şəhəri müşk ətirli bir diyardır, 

Şəmsin beşiyi, Mövlananın Kəbəsidir. 

 

Ey karvan, xoş gəlmisən, içəri keç! 

Ey bizim ürəyimizin ipinə bağlanmış, içəri keç! 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

62 



Bu gecə şəhərimiz çıraqban olub, 

Səmadakı Günəş qonaq qəbul edir. 

 

Gecə hara, Günəşin qonaqlığı hara? 

Yarəb, bu yuxuda baş verir, yoxsa oyaqlıqda?! 

 

Bizim şəhərimiz sevinclə dolub, 

Bəh-bəh, Mövlana Təbrizə gəlib! 

 

Bu gecə o dilbər bizim şəhərimizdədir, 

Bu xoşbəxtlik bizim üçündür. 

 

Orada

2

 bizim Şəms üçün ev sahibi olan kəs 

Burada bir gecəlik bizim Şəmsin qonağıdır. 

 

Budur, eşq sultanı qapıdan içəri girir

Afərin sənə, ey eşqin sonsuz gözəlliyi! 

 

Göz üstə yerin var, ey əziz can, 

Can sənə qurban, ey əziz qonaq! 

 

Sən bizim viranə könlümüzdə xəzinəsən, gəl! 

Baxmayaraq ki, aləmə sığmırsan, gəl! 

 

Gəl, ey bizim Günəşə pərəstiş edən Ayımız!

3

 

Ey bizim Mövlana Cəlaləddinimiz! 

 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 63


Biz hamımız balıq, sən bizim dəryamızsan! 

Sən bizim dinimizin, dünyamızın abrısan! 

 

Sədi söz xəzinəsi, sən söz dəryasısan, 

O dənizdirsə, sən okeansan! 

 

Firdovsinin şöhrəti nə qədər ucalsa da, 

Sənin qarşına çatanda əlini açar! 

 

Nizami xalis qızıla naxış vursa da, 

Sənin yanında xalis qızılı dəyərini itirər! 

 

Ey aşiqlər, canınızın ağuşunu açın, 

Əsrlərin şövqündən doğan göz yaşlarını dərya   

                                                                   edin! 

Vəhdət dənizinin balığı gəlir, 

Övliyalıq ölkəsinin şahı gəlir! 

 

Bu gecə, ey təbrizlilər, qeyrət göstərin, 

Mərifətin qolunu çırmalayın! 

 

Yeddi əsrdir ki, onun şəkərini yeyirik. 

Barı bir gecə də biz onu qonaq edək! 

 

Ərş sakinləri bizim qonağımızdır, 

Müqəddəslər bizim süfrəmizin başında oturub! 

 


Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə