Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   ...   5   6   7   8   9   10   11   12   13

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 39


Nima və Bahara hörmət bəsləyirdi… Qəribə 

burasıdır ki, Mehdi Əxəvanı cavanlıqda yazdığı bir 

neçə  qəsidəsinə görə  qəbul edirdi. Şamlu, Foruğ, 

Sipehri, Atəşi və digər bu kimi şairlər barədə 

danışmırdı… Özünə  və  şeirinə maraq göstərdiyi 

yeganə  şair Huşəng Ebhtehac idi, hərdən də 

Müşirinin, Nadirpurun və dini mövzularda yazan 

bir-iki yerli şairin adını çəkərdi…». 

Şəhriyarla «yenilikçilər» arasında illərlə 

sürən soyuq münasibətlər 1972-ci ildə  Şəhriyarın 

sədrliyi ilə  Təbrizdə ümumiran şeir konqresinin 

keçirilməsi ilə  kəskin xarakter aldı: «yenilikçilə-

rin» bir qrupu konqresi boykot elədi. Konqresin 

elanı verilən kimi boykotçulardan və  İranda 

modernist  ədəbiyyatın ideoloqlarından biri olan 

Rza Bərahəni sərt bir açıqlama ilə çıxış etdi: «Mən 

bu xəbəri eşitdim, oxudum və  bərk heyrətləndim: 

Bu neçə konqresdir ki, onun başında  Şəhriyar 

dayanır? … Əgər bu, bütün müasir yaxşı şairlərin 

iştirak edəcəyi bir yığıncaqdırsa, görəsən, Şəhriyar 

kifayət qədər ictimai, mədəni və  ədəbi  şüura 

malikdirmi ki, belə bir konqresin sədrliyinə 

seçilsin? Biz deyirik: Şəhriyar  əbədilik keçmişdə 

qalıb, çünki Şəhriyar yalnız yaxşı bir qəzəlxandır 




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

40 



və  qəzəlin dövranı  həmişəlik bitib… Odur ki, bir 

qəzəlxan, nə  qədər zahirdə arif və  dərviş kimi 

görünsə  də, bu günkü fars şeirinə  həsr olunmuş 

konqresin başında dayana bilməz… Bu gün 

həqiqətən yaşayan və öz axtarışları ilə  həyatına 

davam edən yeganə müasir şeir – «yeni şeir»dir və 

Şəhriyarın Nimanı  təqlid edərək, onun yoluyla 

gedərək söylədiyi  şeirlər  ən aşağı poetik səviy-

yədədir.  Əgər  Şəhriyar həqiqi dərvişdirsə  və 

ruhani irfana inanırsa…, yaxşı olar ki, … belə bir 

konqresə sədrlikdən kənara çəkilsin». 

Əlbəttə, «İran  ədəbi tənqidinin atası» kimi 

məşhur olan Rza Bərahəni vaxtilə böyük fars şairi 

Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar barədə 

bu fikirlərinin   də yanlışlığını sonralar anlamış və 

peşmançılıq keçirmişdi. Amma bu sözlər həmin 

dövrdə bir sıra yenilikçilərin  Şəhriyara yanaşma-

sını göstərmək baxımından səciyyəvidir. Özü də 

bu münasibət sırf  ədəbi-estetik səbəblərlə deyil, 

həm də ictimai-siyasi amillərlə bağlı idi. Məsələ 

burasındadır ki, «yeni şeirin»  əksər tanınmış 

nümayəndələri sol ideologiyanın tərəfdarı idi və 

Şəhriyarın ictimai mövqeyi ilə razılaşmırdı. Şəhri-

yarsa, özü demişkən, «nə sol idi, nə sağ», heç bir 

ideologiyaya, siyasi axına bağlı deyildi, onların 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 41


fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə 

söykənir, hətta bir sıra  şeirlərində, o cümlədən 

Eynşteynə poetik müraciətində, müəyyən mənada 

kosmopolit kimi çıxış edirdi. Eyni zamanda 

Bərahəninin ironiyasına rəğmən, həqiqətən irfana 

inanırdı, nəinki inanırdı, onun ən ali məqamına 

yüksələ bilmişdi. Bu isə Şəhriyarın poetik şəxsiy-

yətinin əlahiddə mahiyyətini şərtləndirən dördüncü 

səbəbdir.  

Maraqlıdır ki, «yeni şeirin» bir çox 

nümayəndələri sonradan məhz  Şəhriyarın yoluna 

üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən bəhrələn-

məyə çalışmışlar (1979-cu il inqilabdan sonra bu 

meyl daha aşkar və sistemli bir səciyyə    kəsb 

etmişdir). Bununla belə, onlar Şəhriyardan fay-

dalandıqlarını  hər vəchlə ört-basdır etməyə  səy 

göstərmişlər Çağdaş  İran  şerinin görkəmli nüma-

yəndələrindən olan Nüsrət Rəhmani (1929-2000) 

bu barədə yaxşı yazır: «Mənim fikrimcə, Şəhriyar 

dilə mükəmməl sahibliyi sayəsində xalq kütlələri 

arasında qəribə bir populyarlıq qazanmış yeganə 

şairdir. Və  mən zəmanəmizin görkəmli  şairləri 

içərisində çox az adam tanıyıram ki, bu kişinin 

əsərlərindən bəhrələnməmiş olsun. Təkcə xalq 




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

42 



arasında deyil,  dövründəki azsaylı  səriştəlilər 

arasında da onun mövqeyi belə idi. Çox vaxt 

Şəhriyarı bilə-bilə unudur və ya qəsdən haqqında 

susurlar. Bu «Nima, Nima!» deyənlər, az bir qismi 

istisna olmaqla, tamamən o kəslərdir ki, böyük bir 

məsələdən başları  çıxmayanda, «Əxfəşin keçisi» 

kimi başlarını  tərpədirlər. Onlar Nimanı  təriflə-

yirlər, çünki tanımırlar.  Əgər Nimanı tanısalar, 

Nimanın əsərlərinin səviyyəsi və dəyərində böyük 

bir dəyişiklik yaranar. Və Şəhriyardan danışmırlar, 

çünki qorxurlar… Mənim  Şəhriyar barədə söz  

deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin 

son nöqtəsidir. Mən  Şəhriyarın qəzəllərindən 

sonra, bir-iki haldan başqa, daha qəzəl oxuma-

mışam… Amma Şəhriyarın  əzəməti təkcə yaxşı 

qəzəl yazmasında deyil… Onun əzəməti büllur və 

pak dilindədir. Onun əzəməti sətirlərinin arasında 

gizlənib. Onun şeirləri səmimiyyət, mərhəmət və 

fədakarlıqla doludur. Sanki o dünyaya əsrlər boyu 

həssas ürəklərə hakim kəsilən  ən pak nəğmələri 

üzə çıxarmaq üçün gəlib…». 

Nüsrət Rəhmaninin toxunduğu populyarlıq 

məsələsinə  gəlincə, deməliyik ki, İranda nə ye-

nilikçilərin, nə  də  ənənəçilərin heç bir nüma-

yəndəsi istər farsdilli, istərsə də türkdilli oxucular 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 43


arasında Şəhriyar qədər şöhrət qazana bilməmişdir. 

Bunun səbəbləri barədə  şəhriyarşünaslar müxtəlif 

fikirlər irəli sürmüş, kimi bunu şairin dili və 

üslubu, kimi səmimiyyəti və  şəxsi təcrübəsini  

qələmə alması, kimi güclü təxəyyülü və poetik 

məharəti, kimi də  şeirlərinin irfani və ictimai 

məzmunu ilə izah etmişdir. Bunlar hamısı 

doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur 

«Şəhriyar ənənə və modernləşmənin yolayrıcında» 

adlı kiçik, lakin dəyərli məqaləsində, fikrimizcə, 

Şəhriyarın geniş kütlələr arasında sevilməsinin çox 

mühüm bir səbəbini qabartmışdır.  

Tədqiqatçı haqlı olaraq qeyd edir ki, İran 

tarixində heç bir zaman kəsiyi  Şəhriyarın  ədəbi 

fəaliyyətlə  məşğul olduğu illər qədər böhran və 

reformasiyaya məruz qalmamışdır.  İran kimi 

ənənəvi cəmiyyətdə,  əhalinin savadsızlığı, ümumi 

mədəni səviyyənin aşağılığı, kütləvi informasiya 

vasitələrinin ictimai rəyə təsir edib onu yönəltmək 

gücünün olmaması, ziyalı  təbəqəsinin yoxluğu və 

ya zəifliyi şəraitində həyata keçirilən modernləşmə 

toplumda kimlik böhranına və  dəyərlərin 

«sürüşməsi»nə, son nəticədə geniş kütlələrin 

dəyişikliklərə emosional reaksiya verməsinə səbəb 




Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə