Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   ...   25

 

11 


Yazın gəlişi ilə  əlaqədar ilin axır çərşənbə axşamı  həyətlərdə tonqal qalanır, uşaqlar odun 

üstündən hoppanırlar. Bu adət soyuq qışın çıxması  və onun isti yaz fəsli ilə  əvəz olunması ilə bağlıdır. 

Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə  qədəm qoymaq 

deməkdir. Min illər boyu gənclər  əl-ələ tutub yallı gedərək göylər qızı Günəşi haraylamış, onu təbiəti 

isindirməyə, canlandırmağa çağırmışlar: 

Gün çıx, gün çıx! 

Kəhər atı min, çıx! 

Xalqımızın  ən qədim bayramlarından olan Novruz evlərə sevinc, şadlıq gətirir. Novruzla bağlı 

nəğmələr, mərasimlər, tamaşalar isə şifahi xalq yaradıcılığımızın ayrılmaz hissəsidir. 

Sovet dövründə tariximizin bu əvəzsiz yadigarına dini don geyindirməyə çalışaraq el sevincini, el 

şənliyini zorla yaddaşımızdan silmək istəyirdilər. Buna baxmayaraq, Novruz bayramı  hətta o dövrdə  də 

xalqımız tərəfindən qeyd olunur, Şıxəli Qurbanov kimi mütərəqqi ziyalılarımız bu bayramı xalqın mədəni 

abidəsi kimi qoruyub saxlamağa çalışırdılar. 

Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Novruz bayramının üzərinə qoyulmuş 

qadağalar aradan götürüldü. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan 

Respublikasının bayramları haqqında" Qanununa əsasən Novruz rəsmi dövlət bayramı kimi qeyd olunur. 




 

12 


28 MART 

 

TƏHLÜKƏSİZLİK ORQANLARI  



İŞÇİLƏRİ GÜNÜ 

 

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətində milli təhlükəsizliyi təmin etmək 

başlıca vəzifələrdən biri idi. AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarov Milli ordu quruculuğu ilə 

yanaşı, xüsusi xidmət orqanlarının təşkili qayğısına qalmağa başladı. Azərbaycanın yeni, xüsusi xidmət 

orqanlarının yaradılması istiqamətində ilk addımlar atıldı. 

Ölkədəki daxili və xarici vəziyyətin kəskinliyini nəzərə alaraq 1919-cu il martın 28-də Müdafiə 

naziri S. Mehmandarovun 157   №-li  əmrinə  əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olundu. Bu 

təşkilatın vəzifəsi terrorizmə, casusluğa, təxribatlara qarşı mübarizə aparmaq idi. Əksinqilabla Mübarizə 

Təşkilatının (ƏMT) ilk rəisi vəzifəsinə Azərbaycan parlamentinin üzvü Məmmədbağır  Şeyxzamanov 

təyin olundu. Təəssüf ki, bu təşkilatın fəaliyyəti uzun çəkmədi və 1920-ci il martın 6-da öz fəaliyyətini 

dayandırmalı oldu. Təşkilatın arxiv sənədlərində ayrı-ayrı  şəxslərə göndərilmiş  məktublardan aydın olur 

ki, Bakıda Denikin ordusunun casusları  sıx  əlaqədə  işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər. 

Denikin ordusunun Azərbaycana qarşı  təxribatı ilə  əlaqədar  ƏMT-nin saxladığı  və  həbs etdiyi şəxslərin 

əksəriyyəti erməni idi. 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra bu təşkilatın üzvləri repressiyalara 

məruz qaldılar. M. Şeyxzamanov güllələndi. Sonradan onu bu vəzifədə  əvəz etmiş qardaşı Nağı 

Şeyxzamanov Türkiyəyə mühacirət etməyə  məcbur oldu. Təşkilatın üzvləri - generallar Şahzadə  Əmir 

Kazım Mirzə Qacar, İbrahim ağa Usubov, Əbdülhəmid Qaytabaşı, Məmməd bəy Sulkeviç, polkovnik 

Rüstəm bəy Şıxlinski də güllələndilər. 

70 illik sovet rejimi dövründə əvvəllər Ümumrusiya Fövqəladə Komissiyasının (ÇK), sonralar isə 

Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) filialı olan Azərbaycan SSR DTK-sı SSRİ-nin siyasi, iqtisadi və 

sosial mənafelərinin qorunmasına xidmət etmişdi. Bu orqana başçılıq etmiş özgə millətlərin 

nümayəndələri - əsasən ermənilər və ruslar xalqımızın  ən layiqli övladlarını, düşünən beyinlərini məhv 

etməkdə xüsusi rol oynamışlar. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin bu orqanda rəhbərliyə gəl-

məsi (əvvəl müavin, sonra isə  sədr) nəticəsində yüzlərlə azad düşüncəli Azərbaycan övladı Sovet 

rejiminin repressiyalarından xilas olundu. 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən az sonra, 1991-ci il noyabrın 1-də yaradılmış Milli 

Təhlükəsizlik Nazirliyi təkcə ad etibarilə deyil, məzmunca da dəyişdi. MTN Azərbaycanın milli 

mənafelərinin və dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. 

MTN-in  şəxsi heyətinin Azərbaycanın dövlət təhlükəsizliyinin möhkəmləndirilməsində  və 

qorunmasında xüsusi rolu vardır. Milli müstəqilliyə  və dövlətçiliyə qarşı yönəlmiş dövlət çevrilişlərinə 

cəhdlər zamanı silahlı qarşıdurmada nazirliyin çoxlu sayda əməkdaşları  həyatlarını qurban vermişlər. 

Onlardan 4 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin 1997-ci il mart tarixli fərmanı ilə 28 mart - 

Milli Təhlükəsizlik Orqanları  İşçiləri  Günü  elan  olunmuşdur. Milli Təhlükəsizlik orqanları üçün xüsusi 

təhsil almış peşəkarların hazırlanması məqsədilə 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin 

Akademiyası təsis olunmuşdur. 



 

13 


28 MAY  

 

RESPUBLİKA GÜNÜ 



 

Tarix XX əsrin  əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə  bəxş etdi. 1918-ci il 

mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradıldığı elan olundu. 

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə 

- cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən  əvvəl öz 

milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini 

daddı. Bu dövlətin yaradıcıları olan M. Ə. Rəsulzadə,  F. X. Xoyski,  N. Yusifbəyli,  Ə. Topçubaşov, 

H. Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin  əsaslarını 

möhkəmləndirdilər. 

Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq 

Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də 

elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını  təyin etmək, insanların hüquq 

bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində 

yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı. 

"İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi 

sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. 

"İstiqlal Bəyannaməsi" bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə 

olaraq Azərbaycanda demokratik idarə üsulunun - parlamentli respublikanın yaradıldığını  xəbər verirdi. 

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində 

yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın  şimal torpaqlarında dövlətçilik  ənənələrimiz 

yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. 

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda 

hakimiyyəti S. Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş  və Azərbaycanın türk-

müsəlman  əhalisinə qarşı  dəhşətli soyqırımına başlamışdı. Rus generalları  tərəfindən silahlandırılmış 

erməni quldur dəstələri  Şərqi Anadolunun və  Qərbi Azərbaycanın türk-müsəlman  əhalisinə qarşı qanlı 

soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət 

göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını  ələ 

keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni 

təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında 

qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə 

silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi 

şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər. 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar: Tiflis dövrü 

(1918 28 may -16 iyun); Gəncə dövrü (1918 16 iyun - 16 sentyabr); Bakı dövrü (1918-ci il 17 sentyabr - 

1920-ci il 28 aprel). Bu müddət  ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər 

həyata keçirildi. AXC-nin mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir. Bunların 

üçünə F. X. Xoyski, ikisinə isə N. Yusifbəyli başçılıq etmişdir. Azərbaycanın üç rəngli, ay-ulduzlu dövlət 

bayrağı qəbul edildi. Azərbaycan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Bakı Dövlət 

Universiteti fəaliyyətə başladı. İlk milli muzey - "İstiqlal" muzeyi təşkil olundu. Azərbaycan vətəndaşlığı 

haqqında qanun qəbul edildi. Yelizavetpol və Qaryaginin tarixi adları  bərpa olunaraq yenidən Gəncə  və 

Cəbrayıl adlandırıldı. Azərbaycan Milli ordusu və  hərbi dəniz donanması  təşkil olundu. Ölkəmizin  ərazi 

bütövlüyü qorunub saxlandı. 

Dövlət quruculuğu sahəsində  həyata keçirilmiş  tədbirlərdən  ən  əhəmiyyətlisi Azərbaycan 

parlamentinin fəaliyyətə başlaması oldu. 1918-ci il dekabrın 7-də saat 13-də  H. Z. Tağıyevin qızlar 

məktəbinin binasında (hazırda Füzuli adına  Əlyazmalar  İnstitutunun yerləşdiyi bina) Azərbaycan 

parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman  Şərqində o dövrün ən demokratik prinsipləri 

əsasında formalaşdırılmış ilk parlament idi. Bitərəf hüquqşünas  Ə. Topçubaşov parlamentin sədri, 

H. Ağayev isə onun müavini seçildi. Bu parlamentin demokratikliyi onda idi ki, Azərbaycanda yaşayan 

bütün millətlərin və xalqların nümayəndələri, hətta xəyanətkar  əməllərinə baxmayaraq ermənilərin 

nümayəndələri belə orada təmsil olunmuşdular. Mövcud olduğu dövrdə parlament özünün 145 iclasını 

keçirmişdir. Bütün iclaslarda parlament "İstiqlal Bəyannaməsi"nin müəyyən etdiyi prinsiplərə sadiq 

qalaraq çox mühüm qanunlar və  qərarlar qəbul etmişdi. Bu qanunlar konkret tarixi şəraiti nəzərə alaraq 

ölkənin  ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları  və 

azadlıqlarının dolğun təmin olunduğu  ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyırdı. 

Bunlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və  məhkəmə orqanlarının for-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə