١٩٩
Әziziyәm vәtәn yaxşi,
Köynәyi kәtan yaxşi,
Ğurbәt yer cәnnәt olsa,
Ginә dә vәtәn yaxşi.
Әziziyәm namәrd әli,
Heç tutma namәrd әli.
Mәrd әli evlәr tikәr,
Ev yıxar namәrd әli.
Әziziyәm mәzә qanli,
Mey qanli, mәzә qanli.
Qorxuram düşәm ölәm,
Yerimdә gәzә qanli.
Әziziyәm mәn qurbani,
Qaşların mәn qurbani.
Apar Mina dağına
Sәn dә kәs mәn qurbani.
Әziziyәm oba hani?
El hani, oba hani?
Yolunda can vermişәm
Kim verәr o bahani?
Әziziyәm xuda sәni,
Saxlasın xuda sәni.
Bir arzum var, göreyim
Hәr gün yuxuda sәni.
Әziziyәm bu da mәni,
Xәbәr al, buda mәni.
Gör nә günә qalmışam,
Bәyәnmir bu da mәni.
Әziziyәm alma mәni,
Dillәrә salma mәni.
Apar sәrraf yanına
Qәlp olsam alma mәni.
Әziziyәm ovçu mәni,
Dağların göy çәmәni.
Ya mәlәrәm, taparam,
Ya vurar ovçu mәni.
Әziziyәm baş ağaci,
Kәsmәzlәr yaş ağaci.
Gözәllәr qәbrim olsun,
Çirkinnәr baş ağaci.
Әziziyәm üzüm sәni,
Mov saxlar üzüm, sәni.
Çoxdandı görmәmişәm
Axtarır gözüm sәni.
Әziziyәm ya Allahi,
Çağırram ya Allahi.
Mәrd boynun namәrd әysә,
Sәn әgmә, ya Allahi.
Fәlәki dindireydim,
Bilmәzin bildireydim.
Mәnә yazi yazanda
Qәlәmin sındıreydim.
٢٠٠
Fәlәyin dişi düşsün,
Yaydan kirişi düşsün.
Onun da mәnim kimi
Namәrdә işi düşsün.
Gedirәm Bәğdada mәn,
Yar әlinnәn dada mәn.
Namәrd fәlәk qoymadi
Şad olam dünyada mәn.
Gedirdim bağarasi,
Tapdım bir nar parasi.
Könül sevәn göyçәhdi
Nә aği, nә qarasi.
Gә, mәni bәndә atma,
Xoydan Mәrәndә atma.
Hami mәni atıbdı,
Rәhm elә, sәn dә atma.
Gәl, gedax baş bulağa,
Dibi sәrxoş bulağa.
Birin sәn de, birin mәn,
Tökax qan-yaş bulağa.
Gәl çıxma dağa, gözәl,
Qorxuram yağa, gözәl.
Gülün ömrü az olar,
Bәzәhdi bağa gözәl.
Gәl gedәh dolan baği,
Güllәri solan baği.
Pәrvanәdәn öyrәndim
Başına dolanmaği.
Gәlin, gәlin, qız-gәlin,
İncilәrin düz, gәlin.
Yeddi oğlan istәrәm,
Sonbeşiyin qız gәlin.
Gәmim dәryada qaldi,
İşim imdada qaldi.
Ölmәyimә yanmıram,
Heyf, yar yada qaldi.
Әziziyәm lәngәridi.
Gәminin lәngәridi,
Çox bilib az danışmax
İyidin lәngәridi.
Gәzim haranı, dağlar,
Dağı-arani, dağlar.
Mәn istәrәm görüşәm
Kәsib arani dağlar.
Gәzdim daği, dağlığı,
Yoxdu onun bağlığı.
Mal-dölәt gedәr, qalmaz,
Qalar bir cansağlığı.
Göydә ulduz cudadi,
Canım yara fәdadi.
Ğәm çәkmә, dәli könlüm,
Mәtlәb verәn xudadi.
٢٠١
Göydә ulduz üç geçdi,
Cәvan ömrüm puç geçdi.
Ey fәlәh, söylә, görüm,
Hansi günüm xoş geçdi?
Göydә dolanan bulud,
Rәngi saralan bulud.
Mәn eldәn aralandım,
Sәn dә aralan, bulud.
Gözlәrin xumar indi,
Yaş tökәr, yumar indi.
Tök zülfün sinәn üstә
Görәnlәr umar indi.
Gözlәrin şuxdu sәnin,
Kirpiyin oxdu sәnin.
Dәrdin mәni öldürür,
Xәbәrin yoxdu sәnin.
Gülü dәr, at iyidә,
Malın var, sat iyidә.
Bәrk gündә bәrk ayaxda
Yoldaşdı at iyidә.
Gün xoş keçsә, dәrd olar,
Ağrı, kәdәr, dәrd olar.
Haqq yolunda can qoyan
Ad qazanar, mәrd olar.
Gün geçәr, gedәr belә,
Geçәn gün gәlmәz әlә.
Bu arxa bir su gәlib,
Ümüd var bir dә gәlә.
Gün gәlәr, batar, gedәr,
Durnalar qatar gedәr.
Vәfalıya can qurban,
Vәfasız atar gedәr.
Gün xoş geçsә, dәrd ölәr,
Ğüssә gedәr, dәrd ölәr.
Hәq yolunda can qoyan
Ad qazanar, mәrd ölәr.
Ğunçә gülәm bağda nam,
Bәnfşәyәm, dağdanam.
Bostançıdan xәbәr al,
Desin hansi bağdanam.
Hәr ağacda bar olmaz,
Heyva olmaz, nar olmaz.
Qar yağar, yer ağarar,
Dağ başında yar olmaz.
Xalların öz qarasi,
Yaxşıdır göz qarasi.
Su yuvar hәr qarani,
Yuyulmaz üz qarasi.
Xәbәr getsin o yada,
O düşmәnә, o yada.
Bivәfaya sirr vermә
Gedәr açar o, yada.
Dostları ilə paylaş: |