Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə19/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
35 
“Divani -lüğatit türk” əsərində verdiyi məlumatlara  əsaslanır. O, Oğuzların Kınık 
boyuna məxsusdur. Mahmud Kaşğarinin doğum və ölüm tarixi haqqında mülahizə-
lərdə bir-birindən fərqlənir. Müəllifin adı Mahmud ibn Əl-Hüseyn Məhəmməd oğlu-
dur. Atasının adı Hüseyn, anasının adı  Rəbiyə, babasının adı isə  Məhəmməddir. 
Bəzi tədqiqatçılar Mahmud Kaşğarinin 1008-ci ildə Qaraxanilər dövlətinin paytaxtı 
Qaşqar kəndində anadan olduğunu qeyd edirlər. Uşaqlıqdan elmə, biliyə maraq gös-
tərən Mahmud Kaşğari ərəb və fars dillərini mükəmməl öyrənmiş və ərəb xilafəti-
nin paytaxtı Bağdad şəhərində universitetdə təhsil almışdır. Uşaqlıq və gənclik illəri 
Qaşqarda siyasi çaxnaşmalar şəraitində keçmişdir. 
Bəzi alimlər, xüsusilə O. Pritsak onun 1029-1138-ci illər arasında yaşadığını 
güman edir. 
Mahmud Kaşğari 49 yaşında olarkən (1157-ci il) Qaraxanilər dövlətinin başçısı 
Həsənə və onun ailəsinə sui qəsd olur. Bunun nəticəsində onun atası və əmisi öldü-
rülür. Mahmud Kaşğari təsadüfən sağ qalır. Mənbələrdə Mahmud Kaşğarinin 1095-
ci ildə 87 yaşında vəfat etdiyi qeyd olunur. Lakin bu tarixi 1126-cı il kimi qeyd edən 
tədqiqatçılar da mövcuddur. Mahmud Kaşğarini bütün türk dünyasında məşhurlaş-
dıran, ona şöhrət gətirən “Divani -lüğatit türk” əsəridir. Bu türkün tarixini, dünya-
görüşünü əks etdirir. Əsərin yazılma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. 
Mahmud Kaşğari öz əsərinin bir neçə hissəsində  əsərin yazılma tarixi haqqında 
məlumat vermişdir. O, qeyd edirdi ki, bu lüğətin tərtibinə 464-cü il (hicri) cumad 
ayının birində başladım, əsərə düzəlişlər etdikdə, üzərində bir neçə dəfə işlədikdən 
və dörd dəfə üzə köçürüldükdən sonra 466-cı ilin (hicri) cumad ayının onunda 
yekunlaşdırdım. Əsərdə hicri ilə göstərilən bu tarixin milada çevrilməsi ilə müvafiq 
olaraq  əsərinin yazılma tarixi 1072-ci ilin yanvar ayının 25-i çərşənbə günü baş-
landığını, 1074-cü ilin fevral ayının onu bazar ertəsi günü yekunlaşdırdığı aydın olur. 
Mahmud Kaşğarinin “Divani -lüğatit türk” əsərinin  ən  əhəmiyyətli və birinci 
cəhəti ondan ibarətdir ki, müəllif bu əsəri yazarkən bütün türk dünyasını - Sibiri, 
Şərqi Sibiri, Volqa çayı boyu ölkələri, Türküstanı gəzmiş və onların zəngin yaradı-
cılığından bəhrələnmişdir. Bütün türk xalqlarını dünyada məşhurlaşdıran bu divan 
əski Xaqaniyyə türkcəsində yazılmışdır. Əsər ərəblərin türk dilini öyrənməsi arzusu 
ilə qələmə alındığına görə burada istifadə olunmuş izahlar ərəbcə, söz, ifadə və bədii 
şeir nümunələri türk dilindədir. Həmçinin müəllif bu lüğətdə XI əsrə qədər tarixin 
sərt sınaqlarından keçib gələn türklərin tarixi, mədəniyyəti, coğrafiyası, etnoqrafi-
yası keçmişi haqqında məlumat vermişdir. 
Mahmud Kaşğari bu lüğətdə 7500-dən artıq söz və ifadənin şərhini vermişdir. 
Son elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əsərdə 9222 söz və ifadə iş-
lənmişdir. O, qeyd edirdi ki, bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, 
yalnız unudulmuş kəlmələri bu kitaba daxil etdim. Yəni, Mahmud Kaşğarinin “Divani 
-lüğatit türk”də işlətdiyi sözlər o dövr üçün arxaik türk sözləridir. 
“Divani -lüğatit türk”ün mənası türk dillərinin lüğəti (divanı) deməkdir.  Əsər 
tərtib olunarkən müəllif əlifba üsulunda istifadə etməmişdir. Bu lüğətdə sözlər ya-
zıda istifadə olunan hərfləri sayına görə qruplaşdırılmışdır. Məsələn: Mahmud Kaş-
ğari üç, dörd və beş hərifli sözləri ayrıca başlıqlar altında qruplaşdırmışdır. 


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
36 
Bütün türk dilləri, xüsusilə Azərbaycan ədəbi dili üçün xarakterik cəhət sayılan 
“ahəng qanunu” ilk dəfə  Mahmud Kaşğari aşkar etmiş və türk dillərinin fonetik və 
morfoloji xüsusiyyətlərini aşkar etmişdir. 
Mahmud Kaşğari bu əsərində ikiliklər və dördlüklər şəkilində olan 764 misra 
şeir, 300 deyim (atalar sözü və  zərbi məsəllər), o cümlədən bunların arasında 10 
alqış  və qarğışlardan istifadə etmişdir. “Divani -lüğatit türk” əsərində  əski türk 
dastanları olan “Şu Xaqan” və “Alp Ər Tonqa” dastanlarının müəyyən hissələrinə 
rast gəlmək mümkündür. Divanda olan atalar sözü və məsəllər ilk dəfə almaniyalı 
alim Brokkelman seçərək ayrıca kitabça  şəkilində  Berlində nəşr etdirmişdir. 
Əski türkçə də verilən mətnlər əsasən 5-15 hecadan ibarətdir. Onların arasında 
bəzən 3 hecalı nümunələrə  də rast gəlmək mümkündür. Mahmud Kaşğarinin bu 
əsərində, xüsusilə bədii şeir nümunələrində türklərin qəhrəmanlıqları, döyüş səhnə-
ləri və təbiət gözəllikləri tərənnüm olunur. 
Türk xalqlarının ilk lüğəti olan bu əsərin əsli dövrümüzə qədər gəlib çatmamı-
şdır. “Divani -lüğatit türk” əsərinin mətni 319 böyük vərəqdə yazılmışdır. Əlyazma 
638 səhifədən ibarətdir və  hər səhifədə  sətirlərin sayı 17-dir. İstanbulun Millət 
kitabxanasının Əl Əmiri adına fondunda saxlanılan yeganə əski əl yazma nüsxəsi 
1266-cı ilin avqust ayının birində katib Məhəmməd Əssami tərəfindən götürülmüş-
dür. Bu işlə sonralar Məhəmməd Şamlı məşğul olunmuşdur. Əsər haqqında ilk dəfə 
Kilisli Rifət məlumat vermişdir. O, əsəri 1917 -1919-cu illərdə  nəşr etdirmişdir. 
Ötən əsrin ortalarında “Divani -lüğatit türk”ün tədqiqinə maraq daha da artmışdır. 
XX əsrin 60-cı illərində əsər tərcümə olunaraq Özbəkistanın paytaxtı Daşkənd şə-
hərində nəşr olunmuşdur. 
Divanda istifadə olunmuş şeir mətnləri əsasən 7-8 hecadan ibarətdir. Nümunə-
lər əsasən qoşma şəklində qafiyələnir. Daha dəqiq desək birinci 3 misra öz aralarında 
qafiyələnir, dördüncü misra isə  hər bəndin sonunda təkrar olunur. Burada ağılara da 
rast gəlmək mümkündür. Əsərdə 17 bənd ağının 11 Alp Ər Tonqanın ölümünə həsr 
olunmuşdur. Məsələn: 
Alp Ər Tonqa öldümü? 
Yaman dünya qaldımı? 
Fələk öcün aldımı? 
İndi ürək yırtılır. 
 
Fələk fürsət gözlədi 
Gizlincə tələ qurdu 
Bəylər bəyin yanıtdı 
Qaçsa necə qurtulur 
“Divani -lüğatit türk”də tuyuqlar da öz əksini tapmışdır. Lakin bu gün bir çox 
elmi  ədəbiyyatlarda tuyuq janrını Qazi Bürhanəddin ilə  əlaqələndirirlər. Bu bir daha 
sübut edir ki, türk ədəbiyyatı yüksək inkişaf etmiş və zəngin təşəkkül dövrünə qədəm 
qoymuşdur. Aydın olur ki, türklərin mədəniyyəti, tarixi daha qədim əsrlərə  məxsusdur. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə