Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə16/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
28 
Respublikamızda Avropa dillərindən tərcümə  işində yeni bir mərhələnin baş-
landığına sevinirik. Bildiyimiz kimi, Azərbaycanda avropa dillərindən tərcümə işi 
əsasən XX əsrin əvvəllərindən başlayır. Bu dövrdə Avropa dillərindən edilən tərcü-
mələrin əksəriyyəti orijinaldan olunmuş tərcümələrdir.Lakin sonralar Avropa dillə-
rini bilən mütərcimlər aramızdan getdiyi üçün və bir müddət onların əvəzinə Avropa 
dilllərini bilən mütərcimlərimiz kifayət qədər olmadığı üçün tərcümələr orijinaldan 
edilmirdi. Son zamanlar ingilis, alman, fransız və ispan dillərindən olunan tərcümə-
lər öz tədqiqatçısını gözləyir. 
Beləliklə, tərcüməni dillər arasındakı transformasiya adlandırmaq olar. Tərcü-
mədə transformasiya dedikdə biz müxtəlif dillərin bir-birinə real münasibətini 
nəzərdə tuturuq.Indiki dövrdə yazılı tərcümə ilə yanaşı şifahi tərcümə növü də geniş 
yayılmışdır. Yazılı  tərcümənin elmi və  bədii tərcümə kimi geniş yayılmış növləri 
vardır. Şifahi tərcümənin də iki əsas növü vardır: fasiləli və ardıcıl (sinxron) tərcümə. 
Fasiləli tərcümə zamanı danışanın nitqindən sonra müəyyən fasilə olur. Bu fasilə 
zamanı dilmanc tərcümə edir. Ardıcıl tərcümə zamanı danışanın nitqi ilə dilmancın 
tərcüməsi arasında fasilə olmur. Dilmanc natiqin ardınca dalbadal tərcümə edir. Bu 
növ tərcümədən elmi və ictimai-siyasi konfranslarda istifadə edilir. 
Şifahi tərcümənin geniş yayılmış başqa bir növü də ikitərəfl tərcümədir.  İki-
tərəfli tərcümə zamanı dilmanc təkcə xarici dildən deyil ana dilindən də xarici dilə 
tərcümə edir. İkitərəfli tərcümə fasiləli tərcümənin bir növü olub, iki müxtəlif dil-
lərdə danışanlar arasında bir vasitəçi rolunda çıxış edir. 
Klassik Azərbaycan  ədəbiyyatının Qərbi Avropa dillərinə, o cümlədən ingilis 
dilinə  əhatəli tərcüməsinin XVII əsrdən etibarən başlandığını, XVIII əsrdən isə daha 
intensiv şəkil aldığını söyləmək olar. Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi, 
Füzuli kimi klassiklərin  əsərləri Avropada öyrənilməklə  bərabər, eyni zamanda 
əcnəbi xalqların dillərinə də tərcümə edilməyə başlanmışdır.  “İngilis şərqşünaslı-
ğının atası” kimi dəyərləndirilən Vilyams Cons ilk dəfə 1786-cı ildə Kəlkütdə “Ni-
zaminin nağılları  və ibrətli hekayələri” adı ilə N.Gəncəvi yaradıcılığını ingilis ədəbi 
dünyasına çatdırmışdır. 
Ötən  əsrin 70-ci illərində ABŞ-ın Pensilvaniya Universitetində  nəşr olunan 
“Ədəbiyyat” adlı jurnalda da Şərq Ədəbiyyatına, o cümlədən Azərbaycan Ədəbiy-
yatına xüsusi diqqət yetirilmiş, jurnalın bəzi nömrələrində  ədəbi nümunələrimiz 
birbaşa orijinaldan tərcümədə verilmişdir. 
İngilis Ədəbiyyatından Azərbaycan dilinə tərcümə işinə isə XIX əsrin sonların-
dan başlanmışdır. H.Vəzirov Şekspirin “Otello” faciəsini 1892-ci ildə Azərbaycan 
dilinə tərcümə etmiş, 1904-cü ildə Şuşada tamaşaya qoymuşdur. İngilis ədəbiyya-
tının digər klassiklərinin  əsərləri də ayrı-ayrı iIlərdə Azərbaycan dilinə  tərcümə 
olunmuşdur. 
Bu illər ərzində ingilis dilindən azərbaycan və azərbaycan dilindən ingilis dilinə 
tərcümə sahəsində ixtisaslaşmış peşəkar tərcüməçilər nəsli yetişmişdir. Bu sahədə 
Zeydulla Ağayev, Sabir Mustafa və başqalarının adlarını çəkmək yerinə düşər. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
29 
Azərbaycan oxucuları fransız  ədəbiyyatı ilə çoxdan tanışdılar. Hələ 1885-ci 
ildə dahi fransız yazıçısı Viktor Hüqo vəfat edərkən “Kəşkül” qəzeti 24-cü nömrə-
sində bu münasibətlə nekroloq vermiş,  ədibin  şeirlərindən tərcümələr dərc etdir-
mişdir. XX  əsrin əvvəllərində Hüqo yaradıcılığına müraciət edənlərdən biri də gör-
kəmli  şair və  tərcüməçi Abbas Səhhətdir. Fransız dilini gözəl bilən Səhhət  şairin 
“Yatmış uşaq” şeirini orijinaldan tərcümə etmişdir. 
Azərbaycan oxucuları Balzak yaradıcılığı ilə də çoxdan tanışdır. Hələ 1939-cu 
ildə Azərbaycan Dövlət Dram Teatrında  ədibin “Ögey ana” pyesi tamaşaya 
qoyulmuşdur. Görkəmli  ədəbiyyatşünas alim tərcüməçi Mikayıl Rəfili Balzakın 
novellalarını 1942-ci ildə dilimizə çevirərək nəşr etdirmişdir. 
1940-50-ci illərdə Azərbaycan oxucusunun dünya ədəbiyyatına ehtiyacı duyu-
lurdu. Həm tərcüməçi mütəxəssislər,həm də tərcümə olunmuş əsərlər azlıq   edirdi. 
Azərbaycan Yazıçılar  İttifaqının plenumlarından birində  çıxış edən prof. Cəfər 
Xəndan bu məsələyə toxunaraq deyir: ”Bizim hələ mütəssis tərcüməçilərimiz azdır. 
Hər iki dili yaxşı bilən bəzi yazıçılarımız nədənsə bu işə qoşulmurlar. Misal üçün, 
M.Rəfili yoldaş    peşəkar tərcüməçi kimi tanınan yazıçıların bir çoxundan daha 
yaxşı tərcümə edə bilər. Nə üçün Azzərbaycan Yazıçılar İttifaqı onu tərcümə işinə 
cəlb etmir? Unutmaq  olmaz ki, yaxşı tərcümə işinin özü də yaradıcılıqdır.” 
C.Xəndanın Yazıçılar İttifaqının plenumundakı çıxışından sonra Mikayıl Rəfili 
iki böyük əsəri–Balzakın “Qorio ata” və Viktor Hüqonun  “Səfillər” romanını tər-
cümə edib nəşr etdirdi.1952-ci ildə Azərbaycan dilində ilk dəfə  işıq üzü görən 
“Qorio ata” romanı sonra ayrı-ayrı illərdə (1978-1989-cu illərdə) yenidən nəşr 
olundu. Qeyd etmək lazımdır ki, Balzakın ”Qobsek” əsərinin tərcüməsi də M. Rəfiliyə 
məxsusdur. 
Fransız ədəbiyyatı nümunələri Azərbaycan dilinə tərcümə olunduğu kimi, ədə-
biyyatımızın bir sıra inciləri də fransız dilinə tərcümə olunmuşdur. Ancaq, xüsusi vur-
ğulamaq lazımdır ki, ikincinin tərcüməsi birinciyə nisbətən daha əvvəllərə gedib çıxır. 
Dahi Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin fransız dilinə tərcümələri ilə 
bağlı bir sıra sanballı əsərlərin müəllifi olan Əsgər Sərkəroğlunun yaradıcılığından 
bəlli olur ki, XVII, XVIII, XIX və XX əsrlərdə Fransanın bir sıra görkəmli şərqşü-
nasları, alim, yazıçı və şairləri bu dünya şöhrətli şair haqqında məqalələr yazmış, 
onun əsərlərini fransız dilinə çevirmiş və ona şeirlər həsr etmişlər. 
Eyni zamanda dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun komedi-
yaları  hələ XIX əsrdə fransız dilinə tərcümə olunmuşdur. 1881-ci ildə Barbier de 
Meynar və Stonislav Qiyard M.F.Axundovun “Mürafiə  vəkillərinin hekayəti”, 
”Xırs quldurbasan” və ”Molla İbrahim Xəlil kimyagər” əsərlərini farscadan fransız 
dilinə çevirmiş, farscası ilə bərabər ”Tros Komedis Fransız” başlığı altında Parisdə 
çap etdirmişdir. 
 
 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə