Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə12/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
19 
yeni incilərlə  zənginləşdirir. Bəzən tərcümə o dərəcədə mükəmməl, təbii olur ki, 
oxucu onu orijinal əsər kimi qəbul edir. H.Haynenin bir şerinin tərcüməsindən aşa-
ğıdakı misralara diqqət yetirək: 
Ilahi, bu gözəl yay günlərində, 
Yaralı canımla qəm yeyirəm mən. 
Çəkilib meşənin xəlvət yerində, 
Adamlardan uzaq inləyirəm mən. 
Bahara həsr olunmuş bu şerin tərcüməsindən aşağıdakı misralar ürəyə yatandır. 
Alışıb baharın mavi gözləri, 
Otlar arasından dünyanı süzür 
Bu zərif, bu şehli bənövşələri, 
Xəyalım bir qızın telinə düzür. 
Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması, 
ruhu ilə hərfi arasındakı dialektik vəhdəti qoruyub saxlamış, müqabil dilin leksik, 
sintaktik, üslub imkanlarını, təsvir və ifadə vasitələrini oxucuya çatdırmışdır. 
Y.V.Qötenin  ən görkəmli  əsəri “Faust”dan sonra ikinci sırada, heç şübhəsiz, 
hamının yekdilliklə  qəbul etdiyi kimi, “Qərb – Şərq Divanı“dır. Bu əsərdə  şair 
müsəlman dünyasının ən məşhur və tarixi şəxsiyyətlərinə, o cümlədən Məhəmməd 
Peyğəmbərimizə, Azərbaycanın klassik türk şairi Nizami Gəncəviyə, bütün dünyanı 
lərzəyə salan türk sərkərdəsi  Əmir Teymura, Hafiz Şiraziyə  və digərlərinə  şerlər 
həsr etmişdir. 
Y.V.Qötenin “Qərb – Şərq Divanı“nın professor Ə.Qubatovun tərcüməsində 
tədqiq və təhlil obyekti kimi seçilməsinin səbəbi budur ki, dahi alman şairinin şah 
əsərinin hər hansı inkişaf etmiş  ədəbi dilə, o cümlədən müasir Azərbaycan  ədəbi 
dilinə poetik tərcüməsi tərcüməçilik sənətinin bir növ ensiklopediyasına çevrildiyinə 
görə onun dərindən və  hərtərəfli öyrənilməsi bədii tərcümə tarixi, nəzəriyyəsi və 
təcrübəsini xeyli zənginləşdirə bilər. 
Fikrimizcə, Qötenin zəngin Şərq müsəlman mənəviyyatına qovuşduran mənbə 
İslamın valehidici mənəvi-ruhani dəyərləri olmuşdur. 
Cənnəti vəsf edən əsl müsəlman, 
Elə bil oranı görüb gəlibdir. 
Əlində İslamın təməli Quran, 
Hər sözü könlünə hörüb gəlibdir- 
yazan Qöte, müqəddəs Peyğəmbər Həzrət Məhəmməd Mustafanın şəxsiyyətinə və 
əməllərinə olan heyrət və vurğunluğunu gizlədə bilməmişdir. “Ey şirin cocuğum” adlı 
lirik ricətində Qöte dünyanın peyğəmbərli sırasında Məhəmməd Peyğəmbərimizə ver-
diyi qiyməti, ürəyində gəzdirdiyi sevgini qanadlı misralarının şeriyyətinə çevirmişdir: 
Gerçəkdən gerçəyə oldu pənahım 
Ulu Məhəmmədi sən yaxşı tanı 
Bil, yoxdu Allhdan başqa Allahım, 
Deyərək fəth etdi bütün dünyanı. 


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
20 
Irqindən, dinindən asılı olmayaraq bütün insanlığın, bəşər övladının mənəvi-
ruhani dünyasına min bir naxış, özəllik və gözəllik bəxş edən İslami zənginlikləri 
görüb dəyərləndirmək əslində ən böyük insanlıq duyğusunun, müdrikliyin təntənəsidir. 
Y.V.Qöte həm də özü elm adamı olduğu üçün alimə yüksək qiymət verir: 
Nə qədər olsa da şerlərimdə
Qurani-Kərimə zidd kəlmələr 
Düz yol müsəlmana fərz yerində 
Ilahi nizamla alimdən gələr. 
Alimlərə qarşı çıxmayın heç zaman 
Itirmə onların həm etibarını. 
Şərq dünyasının gözəllik İlahəsi Züleyxaya ithafən yazır: 
Uzun barmaqların zərif əlinə, 
Yaraşır bir qönçə yuxusu kimi. 
Dünyanın özü də möhtacdı sənə, 
Əbədi gözəllik qoxusu kimi. 
Qöte öz əsərlərində ən çox və israrla dilə gətirdiyi dəyərlər sevgi və barış, hür-
riyyət, qardaşlıq, sakitlik, gözəllik, yaxşılıqdır. Dahi sənətkar insanların bir-birinə 
kömək əlini uzatmalarını, xoşrəftar olmalarını təvsiyə edir: 
Darda qalanlara köməklik etsən
Qoy onlar ümidsiz qalmasın heç vaxt. 
Gülər üzlə bircə kəlmə söyləsən, 
Çarəsiz kəslərə şəfa olacaq. 
Fikrin, dərin düşüncələrin qanadlarında, Şərq olaylarında ənənəvi, dini ruhani 
dəyərlərimizin gözündən su içən Qötenin Qərbin də,  Şərqin də insanlarına olan 
məhəbət duyğusu onun poeziyasının ana xəttini təşkil edir. Insan yer üzündə nəyə 
baxarsa baxsın, orada ən böyük sanını, yəni Allahı görür: 
Dünyanın Şərqi də Allahındır, bil, 
Dünyanın Qərbi də bil, Allahındır! 
Qüzey də, Güney də ayrı yer deyil 
Sülh içində hər xalq, el Allahındır! 
Ələkbər müəllimin tərcümələrində könlümüzü özünə ram edən bir duyğu, bir sevgi 
gördüm. Bu duyğu, bu sevginin ən uca qaynağını isə müsəlman Şərqindən, Məhəm-
məd dünyasından alman şairi Qötenin ürəyinə, zehninə köçən, işıqlı misralara çev-
rilən İlahi eşqin cazibəsində axtardım. 
 
 
 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
21 
GÜRCÜSTANIN DMANİSİ (BAŞKEÇİD) RAYONUDA 
PASSİV FONDA KEÇMİŞ OYKONİMLƏRİN  
LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
Sevinc MUSAYEVA 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi 
Elmi rəhbər: 
 
Azərbaycan Respublikasının indiki sərhədlərindən kənarda, yaxın və uzaq xarici 
ölkələrin bəzilərinin ərazilərində minlərlə Azərbaycan-türk mənşəli toponim möv-
cuddur. Eləcə də müxtəlif əlyazma, salnamə, tarixi materiallar, arxiv sənədləri, hərbi 
topoqrafik xəritələr və memuarlarda bu qəbildən olan toponimik vahidlərin izləri, 
adları qalmaqdadır. Olduqca mürəkkəb ictimai-siyasi-tarixi hadisələr və miqrasiyalarla 
bağlı  İraq,  Əfqanıstan və Türkiyədə soydaşlarımızın məskunlaşmaları ilə bağlı 
xeyli oykonim yaranmışdır. Öz tarixi torpaqlarımızda – Gürcüstan və Dağıstanın 
müəyyən bölgələrindəki mövcud Azərbaycan-türk mənşəli bəzi toponimlərin, o 
sıradan oykonimlərin tarixi miladdan öncəyə gedib çıxır. 
Gürcüstan ərazisindəki Azərbaycan-türk mənşəli oykonimlərin bir qismi aktiv, 
digəri isə passiv fonda keçmiş toponimik vahidlərdir. Bu ölkədəki Azərbaycan-türk 
mənşəli oykonimlərin etimologiyası  həm də soydaşlarımızın Gürcüstana guya I 
Şah Abbas tərəfindən yerləşdirildikləri barədəki elməzidd mülahizələri (3, s. 42 ) 
qətiyyətlə rədd edir. Tarixi mənbələr də Borçalı və Qarayazı bölgələrində ən əski 
çağlardan soydaşlarımızın yaşadığını  təsdiqləməkdədir. Gürkəmli türk alimi Zəki 
Vəlidi Toğan “Borçalı” etnonimi və toponimi ilə bağlı maraqlı mülahizələr irəli 
sürür. Onun yazdığına görə,  ərəb qaynaqlarında Edil Bulqarları ilə  xəzərlərin bir 
boyu sifəti ilə “Barsula”, “əl-Burşaliyə”, “əl-Bursul” adlı  qəbilə xatırlanır. Təd-
qiqatçının fikrincə, Edil Bulqarları  rəvayətlərindəki “Barac”, qıpçak qəbilə adla-
rındakı “Boroc-oğlu” da həmin qəbilədir: “...bu qəbilənin mühüm bir qismi Orta 
Kür nehrinin sağında,  əski Qoqaren ölkəsinin  şərq hissəsində Borçalı adı altında 
Borçalı sancağında yaşamaqdadırlar (8, s. 172). 
Qeyd edək ki, son iki əsrdə Borçalı adı ilə bağlı bir neçə ərazi-inzibati vahidi 
mövcud olmuşdur. XIX əsrin əvvəllərində yaradılmış Borşalı distansiyası, 1880-ci 
ilin mayında təşkil edilmiş Borçalı qəzası Azərbaycan türklərinin tarixən məskun-
laşdığı ərazinin adı ilə bağlıdır. Qəza 1929-cu ildə ləğv edilərək əsasında üç rayon 
yaradılmışdır ki, onun da biri məhz Borçalı adlandırılmışdır. Borçalı rayonunun adı 
1941-ci ildə dəyişdirilərək Marneuli adlandırılmışdır. 
Tarixi mənbələr, arxiv sənədləri Borçalı  və Qarayazı bölgələrində tarix boyu 
Azərbaycan türklərinin sayca həmişə başqa xalqlardan əhəmiyyətli dərəcədə çox 
olduğunu təsdiqləyir (9; 10, s. 275-276; 2, 1987. №143; 5, s. 26-27). Bu gün Gür-
cüstanın 10 ən böyük kəndindən 5-i soydaşlarımızın yaşadığı məntəqələrdir (3, s.22). 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə