Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə10/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
14 
İngilis dilində qəbiristanlıq mənasında işlənən “The God’s acre” (Allahın tarlası) 
alman dilində eyni mənada işlənən “der Gottesacer” ifadəsindən kalka olunmuşdur 
(latın dilində “pagare deditum” ölmək mənasında). 
Qeyd etmək lazımdır ki, müxtəlif dillərdə evfemizmləri eyni mənalarda müqa-
yisə etdikdə,  əksər hallarda istifadə olunan dil vasitələri arasında oxşar və  fərqli 
cəhətləri, tam və ya qismən leksik-semantik ekvivalentliyi görürük. Əsasən də, 
söhbət geniş semantikaya malik sözlərdən və kalkadan getdikdə. Halbuki əksər hal-
larda müxtəlif dillərdə evfemizmlərin depetativ mənasının eyniliyinə (oxşarlığına) 
görə leksik yolla paralellik üst-üstə düşmür.  İngilis ifadəsi olan “In the straw” 
(samanda) “hamilə” mənasında öz mənşəyi etibarilə belə bir adətlə bağlıdır. Belə ki, 
yoldan keçən maşınların doğan qadını narahat etməməsi üçün onun evinin qaba-
ğına saman qoyurdular. 
Əsl evfemizmlər kimi hal-hazırkı vəziyyətə uyğun olaraq yaranan evfemizmlər 
çıxış edir; ədəbiyyatda onları səhvən situativ evfemizmlər adlandırırlar. Onları “ok-
kazional”, yəni “nadir halda təsadüf edilən” adlandırmaq daha məqsədəuyğun olardı. 
Evfemizmlərdən danışarkən tabuları xüsusilə qeyd etmək yerinə düşərdi. Müəyyən 
səbəblərə görə danışıqdan çıxarılan, qadağan olunan sözlərə tabular deyilir. Tabu 
polineziya sözü olub, Avropa dillərinə XVIII əsrin sonunda daxil olub; ilkin mənası 
“uzaq”, “uzaqlaşdırılmış” idi. Ta qədim zamanlardan ümumi dilin qadağanlar siste-
minə daxil olan əşya və hərəkətlərə qadağan sıx surətdə söz tabusu ilə əlaqədar idi. 
Tabunun yaranmasını alimlər insan cəmiyyətinin ən erkən mərhələlərinə aid edirlər. 
Tabu sözlər arasında, ilk növbədə, heyvan adları özünəməxsus yer tutur. Bütün bu 
deyilənlərlə yanaşı, əxlaqi tabular haqda danışmaq da yerinə düşərdi. Əxlaqi tabu-
nun hərəkət və ünsiyyət prosesindəki təzahür formaları vardır.  Əxlaqi tabunun 
hərəkət forması  əsasən hüquqi, etnoqrafik tabularla əlaqədardır. Məs.:  əxlaq nor-
malarına görə, heç kəs uzaq məsafədən durub qadın  adını ucadan çağırmamalıdır, 
yaxud qadın tayfasının adını kişilər arasında çəkmək düzgün sayılmır. A.Şaiqin 
“Məktub yetişmədi” hekayəsinə nəzər salaq: 
Mirzə məktubu yazandan sonra Qurbandan soruşdu: 
Məktub kimə çatacaq?  - Yaz ki, Qurbanın uşaqlarının anasına. 
Keçmiş əxlaq normalarına görə, kişi öz uşaqlarının adlarını da böyüklərin ya-
nında deyə bilməzdi.  Şərq xalqlarında belə bir adət var. Cavan gəlin valideynlərinin 
yanında ərinin adını çəkməməlidir. Bu həm əxlaqi, həm də etnoqrafik tabudur. 
Ə.Dəmirçizadənin evfimizmlər haqqında belə bir fikri diqqəti cəlb edir: “Evfi-
mizm dilçilik ədəbiyyatında çox vaxt tabu ilə yanaşı, hətta bir başlıq altında verilir 
və tabuya təqribən antonim kimi izah olunur”. Doğurdanmı evfemizm tabu ilə 
antonim münasibətdədi? Zahirən elə təsir bağışlayır ki, evfemizmlər tabunun anto-
nimini təşkil edir. Çünki, Ə.Dəmirçizadənin dediyi kimi, “yasaq söz əvəzinə yasaq 
olmayan söz” işlədilir. Lakin tabu ilə evfemizmin ifadə etdiyi predmet və ya hadisə 
eynidir. Onlar antonimlikdən daha çox, sinonimlik münasibətində olurlar. Evfemizm-
lər əgər tabu sözü əvəz edirsə, deməli, onun sinonimidir. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
15 
Evfemizmlər nitq hissələri və frazeoloji birləşmələrdən əmələ gəlir. 
Dildə evfimizmlərlə yanaşı, disfemizmlər də mövcuddur. Disfemizmlər evfi-
mizmin  əksi kimi yaranmışdır.  Əslində disfemizmlər tabu olsa da, mənanı  sərt, 
kobud, mənfi mənada təsirli ifadə etmək deməkdir. Disfemizmlərdə üslubi, modallıq, 
subyektiv münasibət daha güclü olur. Məs.: cəhənnəmə hasil olmaq (ölmək əvəzinə), 
rədd olmaq (getmək əvəzinə) sinonim sözlərlə ifadə edilən məna cərgəsinin domi-
nantını neytral göstərərək evfemizmləri sağda, disfemizmləri solda təsəvvür etmək 
olar. Məs.: rəhmətə getmək – ömrünü bağışlamaq – ölmək – cəhənnəmə hasil olmaq. 
Bu söz və ifadələr bədii dildə daha çox işlədilir. 
 
 
“ZƏLİMXAN YAQUB  POEZİYASINDA ONOMASTİK 
VAHİDLƏRİN POETİKASI” 
Günay UMUDLU 
ADPU-nun filologiya fakultəsinin II kurs tələbəsi 
Elmi rəhbər: Filologiya elmləri doktoru,professor Əzizxan  Tanriverdi 
 
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, söz bazasının zəngin-
liyi, qiymətli əsərləri, əsasən də yeni ruhlu şeirləri ilə öz möhrünü vuran, aşıq şerinə 
yeni ruh verən  Zəlimxan Yaqub elə sənətkardır ki, onun sənətkarlığını tam dəqiq-
liklə ifadə etməkdə çətinlik çəkməmək olmur. Azərbaycan filologiyası, dili üçün , 
əsasən də Onomologiyası  üçün bu şairin  yaradıcılığı əvəzsiz nümunədir. Zəlimxan 
Yaqub poeziyasında işlənən onomastik vahidlərdən antroponim və  toponimlərin  
işlənməsinin bir çox xüsusiyyətlərini göstərmək olar. 
Şeirlərində toponimlərin  işlənməsinin zənginliyinə  əsas səbəb kimi şairin bir 
müddət Türkiyədə səyahət edərkən həmin ölkəni qarış – qarış gəzməsi və bu gözəl-
liklərin canlı şahidi olmasını göstərə bilərik. Bütün dünyaya məlumdur ki, Türkiyə 
gözəlliklər diyarıdır. Onun  şəhərləri əsl  cənnəti xatırladır. Görün Zəlimxan Yaqub 
bir misrada bu detalları necədə gözəl şəkildə vurğulamışdır: 
Qaçmadı ölümdən, qorxmadı yasdan, 
Oldu Canaqqala dillərdə dastan. 
Başladı Samsundan, çıxdı Sivasdan, 
Atatürk köşkündə keçən günlərim. 
Şərq poeziyasında  şərq aləmində  məşhur olan  antraponomik vahidlər rənga-
rəng müqayisə vasitəsi kimi çıxış etməklə yüksək bədiilik yaradır: 
Zəlimxan, xatırla sən o dəmləri 
Şeyx Sənanlara verdi qəmləri 
Dinindən döndərdi Xan Kərəmləri 
Tərsa gözəlləri, tərsa qızları 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə