Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə7/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   2   3   4   5   6   7   8   9   10   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 

Bu əsər M.Cəlil irsində Azərbaycançılıq ideologiyasının kamil bədii təcəssümü 
kimi yeni dövrün tələbləri baxımından yeni araşdırmalara geniş imkan yaradır. 
“Anamın kitabı”nda xalqın taleyi məsələsi ictimai mübarizələr, sarsıntılar döv-
ründə qoyulmuşdur. 
Əsərdə hətta zəhmətkeş xalqın nümayəndələri, camaatın ən aşağı təbəqəsindən 
olan adamlar orijinal, səmimi duyğuları ilə təsvir edilmişdir. 
Buradakı çobanlar iftixarla deyirlər: 
Biz çobanıq, dağdı, daşdı yerimiz, 
Dərs almayıb həqdi ki, heç birimiz. 
Amma zövqü səfalıdır çobanlar, 
Qardaşlıqda vəfalıdır çobanlar. 
İstər bədii nəsrində, istər dramaturgiyasında, istərsə də, publisistikasında C.Məm-
mədquluzadə Azərbaycan və Azərbaycançılığın dirçəlməsi, xalqın özünə qayıtması, 
millətin millətlər içərisində seçilməsi qayəsini ön plana çəkmişdir. 
 
 
“ÇOXMƏNALI SÖZLƏR VƏ ONLARIN                 
TƏRCÜMƏDƏ ROLU” 
Çinarə ƏLİYEVA 
Odlar Yurdu Universiteti  Tərcüumə fakultəsi Qrup:926T2 
Elmi rəhbər:Nəsirova Ü.Ə. 
 
Çoxməbalılıq problemi həm dilçiliyin,həm də tərcümə sənətinin diqqət mərkə-
zində olmuşdur.Tarixi inkiçaf prosesində dildə gedən semantik dəyişikliklər (sözlərin 
mənaca dəyişməsi,yeni mənalar kəsb etməsi) dilin lüğət tərkibinin zənginləşməsinə 
təsir göstərmişdir.Bir söz bir neçə referentə şamil edildikdə sözlərdə çox mənalılıq 
baş verir. İlkin mənanın dəyişməsi və inkişafi nəticəsində yaranan çoxmənalılıq 
dillərin  əksəriyyətinə xas olan xüsusiyyətlərdən biridir.Çox mürəkkəb və maraqli 
olna tərcümə prosesi bir başa dilin semantik quruluşu ilə əlaqədar olduğundan adekvat 
tərcümənin yaradılması çoxmənalılıq probleminin həllinin də qarşıya qoyur. Belə 
ki, konteks bu və ya digər linqvistik vahidin işləndiyi dil mühitidir və kontekst ori-
jinal mətndə  işlənmiş çoxmənalı leksik vahidlərin hansi mənanı ifadə etdiyini 
müəyyənləşdirir.Müxtəlif tipli kontekslərdə sözlərin ayrı-ayrı  mənalarının ifadə 
olunması  və onların tərcüməsi prosesini nəzərdən keçirmək üçün dahi söz ustadi 
V.Şekspirin yaradıcılığını birinci dövründə yazdiği “Romeo və Cülyetta” faciəsinin 
dili şairin yaradıclığının növbəti dövrlərində yazdiği əsərlərinin dilinə nisbətən sadə 
və  zəngindir.Dilin zənginliyi ayrı-ayrı sözlərin kəmiyyəti ilə deyil,onların semantik 
quruluşunun rəngarənliyi ilə  əlaqədardır.Şekspir “Romeo və Cülyetta”faciəsində 
çoxmənalı sözlərdən geniş istifadə etmiş,onların demək olar ki,bütün mənalarını və 
məna çalarlarını açib göstərmişdir. m: 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 

House(noun)-1.Serv; My master is the great rich Capulet;and if you be not of 
the house of Montagues, I pry, come and crush a cup of wine.(p.17) 
Nökər: Mənim ağam məhşur varlı, dövlətli kopulettidir. Əgər sizin Monteki 
nəsli ilə qohumluğunuz yoxdursa, xahiş edirəm, bir piyalə şərab nuş edin.(sehv.173) 
Beləkilə, aparılan araşdırmalarda belə nəticəyə gəlirik ki,hər bir halda sözün hansı 
lüğəvi mənada işlənməsini kontekst meəyyən edir. Hər hansı  mətndə çoxmənali 
sözün işlədildiyi konteksti təhlil edirik və bu təhlil zamanı mənasını müəyyən etmək 
tələb olunan sözlə  mənasını yaxşı bildiyimiz digər zözlər arasında müxtəlif məna 
əlaqəleri yaradırıq.Çox mənalı sözlərin mənaları məhz digər sözlərlə bağlanaraq və 
ya muxtəlif nitq məqamları ilə əlaqədar olaraq kəsb edil və anlaşılır. Deməli, söz-
lərin dəqiq mənasını  təklikdə, təcrid olunmuş halda deyil, məhz nitq şəraitində, 
əlaqədar sözlər mühitində anlamaq və müəyyənləşdirmək mümkündür. Bununlada 
kontekst polisemantik sözün monesemantik sözə çevrilməsinə şərait yaradırıq. 
Bədii  əsərlərdə  də dilin əsas vəzifəsi cəmiyyətdə insanəar arasında ünsiyyət 
vasitəsi olması özünün muhafizə edir.Lakin bu vəzifə bədii əsərlərdə ekspressiv,estetik 
səciyyə daşıyır. 
Söz nə zaman,nə münasibətlə  və  nə cür əmələ  gəlir gəlsin fərqi yoxdur,onun 
ifadə etdiyi əşya,əlamət,kəmiyyət və s.ilə səs kompleksi arasinda heç bir üzvi əlaqə 
yoxdur və olada bilməz. Çünki elə bir əlaqə olsaydı, muasir dilimizdə mövcud bir 
səs tərkibi ilə bir-birinə yaxın mənaları bildirmək xüsusiyyəti də ola bilməzdi. 
Məlumdur ki, dildə ən sadə, ən çox işlək sözlərin əksəriyyəti çoxmənalıdır. Məsələn: 
baş(head), qol(hand), budaq(branch), gecə(night), səhər(morning), qiz(maiden), 
yaz(spring), qar(snow), boran(storm), tufan(hurricane), durmaq(stand), yıxılmaq(drop), 
yatmaq(sleep), baxmaq(took), qurumaq(dry), ölmək(die) və s. Çoxmənali təbiətə 
malik sözlər olduqca fadəli və  mənalı olur. Çünki,həmin  əlamət bunlardan geniş 
şəkildə istifadə etməyə şərait yaradır. Çox zaman müəyyən əşyaya onun bu və ya 
digər  əlamətinə görə ad verilir. Məsələn: süzmə, ayran, çərmə, düymə, dayça, əlcək, 
aşsüzən, vintburan, istiot və s. (M.Arif.Əbədi-tınqidi məqalələr.B.1958). 
Bəzi hallarda isə,oxşar,xüsusiyyətlərinə görə, muxtəlif  əçya və ya onların 
əlamətləri eyni səs tərkibi ilə ifadə edilir. Məsələn: qaş vı ağac səzlərinin birincisi 
insanin gözünün üstündəki  əyri  şəkildə uzanan tükləri (Onun gözəl qaşlari var), 
ikincisi isə iri qol-budağı olan sərt bir bitkini (Şam ağacı) bildirir. Digər tərəfdən, 
üzüyün üstü tərəfində yerləşən, ona bəzək verən hər hansı bir daşa.yəhərin qabaq 
və dal tərəfdəki çıxıntı hissəsinə, dağın çıxıq yerinə qaş deyilir. Məsələn: Üzüyün 
qaşı alamzdır. Yəhrin qası balacadır. Dağın qaşinda bir ağac bitmişdır. Bu söz eyni 
zamanda, göz-qaş kimi tərkiblərdə iştirak edir. Eləcə də əlağacı,tikinti üçün ağac-
dan hazırlanmış bütün materiallar müəyyən məsafə (on beş yam getdikdən sonra 
çatdıq) yenə də ağac adlanır. Aydan bir məsələdirki,qaş və ağac sözlərini istifadə 
etdiyi bu sonrakı mənalar onun ilkin mənalarından törəmədir. Bir sözün yeni məna-
sından əmələ gələn yeni mənalar onun məna çalarlığı adlanır. Müxtəlif məna çalar-
lığına malik olan sözlər isə çoxmənalı (polisemantik) sözlər deyilir. İfadə etdiyi 
məna çalarlığına görə çoxmənalı görə çoxmənalı sözlər eyni deyilir. Söz onun 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə