Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə11/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
16 
Zəlimxan Yaqubun şeirlərində “Kitabi Dədə Qorqud”, “Koroğlu” kimi sanballı 
abidələrimizin qəhramanları, antroponomik, vahidlər yada salınır (Salur Qazan, 
Tüp dağıdan, Halay pozan), tarixiliklə müasirlik qovuşdurulur: 
Dədələşib Salur Qazan oğullar 
Tüp dağından Halay pozan oğullar 
Al qanıyla tarix yazan oğullar 
Heykəl qoyub qeyrətinə bu xalqın 
«Əzizxan Tanrıverdi, “Dilin poeziyası, poeziyanın dili” Bakı 2008, səh. 28» Şərq 
ədəbiyyatında  sənətkarların dilində  əsərlərində geniş  şəkildə  işlənən Leyli, Məc-
nun,  Əsli, Kərəm kimi  antroponomik vahidləri Zəlimxan Yaqub öz şeirlərində 
istifadə etməklə bədii pofosu daha da artırmışdır: 
Səni od  yandırdı, Əsli dağladı, 
Mən  suyun odunda yandım, ay Kərəm! 
Allahım, Vallahım çıxdı yadımdan 
Yeri də, göyü də dandım, ay Kərəm! 
Yaxud: 
Məcnun dərs oxuyub – kitabı Leyli, 
Məcnun sərxoş olub – şərabı Leyli, 
Məcnun dərdə düşüb - əzabı Leyli, 
Dəli olmağıma bir addım qalıb 
Bundan başqa, çay adlarının, dəqiq desək hidronimlərin yanaşı işlənməsi vasi-
təsi ilə Zəlimxan Yaqub özünün hiss və  həyəcanlarını düşüncələrini yüksək poe-
tika ilə nəzərə çatdırmışdır: 
Zaman  axdı aramsız, 
Bahar gəldi, yaz keçdi. 
Töküldü gözlərimdən 
Kür gəldi, Araz  keçdi 
Onomastik vahidlər Zəlimxan Yaqub poeziyasında zəngin estetik xüsusiyyətləri 
ilə fərqlənir. 
 
 
“BƏDİİ ƏDƏBİYYATDA SATİRİK, YUMORİSTİK                   
VƏ KOMİK PAFOS” 
Günay ƏZİZOVA 
ADPU -nun Filologiya fakültəsinin II kurs, 204 - cü qrup tələbəsi 
Elmi rəhbər: prof. Tərlan Novruzov 
 
Pafos incəsənətin, fərdi bədii yaradicilıgin  əsasıdır. Kiçik bir şeirin, hekayə, 
povest va romanin öz həyati, öz bədii aləmi, demək, pafosu vardir. Satirik pafos 
ictimai həyatin eybəcər, gülməli tərəflərinə qarşi yönələn quvvətli bir münasibətdir. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
17 
Satirik pafosun, əsas təyinedici faktorlarından biri komizmdir. Komizm insanın 
"daxili boşluq va heçliyinin" təsviridir. 
Ədəbiyyat nəzəriyyəçiləri, estetiklər satiranin qəhrəmanlıq, tragik və dramatik 
pafosdan fərqli olaraq daha sonraki dövrlərdə yarandigini qeyd edirlər. 
Satira Azərbaycan ədəbiyyatinda XIX əsrin 40-50 - ci illərindən etibarən təşək-
kül tapmaga başlamişdir. Bunun ilkin nümunələrini B. Şakir, M.B. Nadim, daha 
dolgun nümunələrini isə Q.B. Zakirin, sonralar S.O. Şirvaninin yaradiciligında gö-
rürük. XX əsrin əvvəllərində satira ozünun ən yüksək inkişaf mərhələsinə çatmişdir. 
Satiranin ən yaxsi nümunələrini nəşrdə Ə.Məmmədquluzadə, Ə.Haqverdiyev, şeirdə 
isə M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi və başqaları yaratmişdir. XX əsr Azərbaycan 
satirikləri satirik gülüşün rəngarəng üsullarindan istifadə edərək cəmiyyətin müxtəlif 
eybəcər tərəflərini, insanlarını tənqid etmislər. 
Bədii  ədəbiyyatda kəskin tənqidi-satirik gulüşdən istifadə olundugu kimi, yu-
moristik gülüşdən də istifadə olunur. Yumorlu güluş öz mahiyyətinə görə yumşaq, 
islahedici səciyyə daşiyır. Yumor sozü latin və ya ingiliscədən götürülüb, "rütubət", 
“maye” mənasini verir. Yumorlu gülüş ictimai həyatin komik, gülməli tərəflərinin 
sənətkar tərəfindən dərk edilməsi və onun bədii  əsərdə  əks olunmasi ilə yaranır. 
Yumorlu gülüş qərəzli olmayib, təəssüf, dostluq, nəzakətlik ruhunda olur. 
Yumor komikliyin bir növü kimi də dəyərləndirilir. Yumor satiradan fərqli ola-
raq, həyat hadisələrinin ayri-ayrı nöqsanlarında, adamların xarakterinin, zahiri 
simasinın və davranışinin ayri-ayrı gülünc cəhətlərində təzahür edir. 
XX əsr Azərbaycan yaziçilari olan C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, 
Mir Cəlalin bir sira hekayələrinin məzmununu yumoristik pafos təşkil edir. Həmin 
sənətkarları  əsərlərində  təsvir olunan obrazlarla səmimi, dostyana münasibət bəs-
lənir, onlara düşdükləri vəziyyətdən bir növ çixmaq yolu göstərilir. 
Bədii  əsərlərdə diqqəti cəlb edən  əsas xüsusiyyətlərdən biri də, komiklik və 
gülüsdür. Bu xüsusiyyət bütün əbədi əsarlarda az çox ozünü göstərsə də, həqiqi ko-
miklik, davamı gülüş yalniz komediya janrına məxsusdur. Bir qayda olaraq demə-
liyik ki, komediya tənqidi gülüşün üstünlüyü ilə yaranır. Belə demək mümkündür 
ki, bir janr kimi, komediyanin əsasini komik hiss, məzmun, pafos təşkil edir. 
Komik janrda yazilan hər hansi bir əsərin məzmun və mündəricəsi gülüşlə yog-
rulmalıdir ki, bu estetik amil də onun komik pafosunun təyin edilməsində aparıci 
rol oynayir. 
M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə sonralar S.Rəhman Azər-
baycan ədəbiyyati tarixində komediya janrinin ən yaxşi nümunələrini yaratmişlar. 
Qeyd etmək lazimdir ki, komediyanin janr xüsusiyyətlərinə görə  təyin edən 
təkcə onun zahiri tərəfləri deyil, onun daxili məzmun tərəfləridir. Bunun isə  əsas 
təyinedicisi komediyanin mərkəzi ana xəttini təşkil edən komik pafosdur. Gülüş, 
tənqid, istehza, vaxti keçmiş köhnəlikdən qarşi mübarizə komik pafosun element-
ləri kimi diqqəti cəlb edir. 


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
18 
“TƏRCÜMƏ SƏNƏTİ VƏ TƏRCÜMƏÇİ” 
Fuad MƏNƏFOV 
ADU-nun Filologiya fakültəsinin II kurs tələbəsi 
Elmi rəhbər:Prof.Ə.Qubatov 
 
Xalqlar məhz tərcümə ədəbiyyatları vasitəsilə bir-birilərinin tarixi, adət-ənənəsi, 
mədəniyyəti ilə tanış ola bilir, söz ustalarının ölməz əsərlərini öz doğma dillərində 
oxumağa imkan tapırlar. Müəyyən dövrlərdə müxtəlif alim və filosoflar tərcümə 
peşəsinə yüksək qiymət vermiş, mədəni, iqtisadi və s. əlaqələrin inkişafında onun 
əvəzsiz rolunu qeyd etmişlər. 
Dillərarası və mədəniyyətlərarası ünsiyyətin spesifik forması olan tərcümə yetkin 
qoşadilliyin ən yüksək pilləsidirsə, tərcümənin çoxəsrlik tarixə malik zirvəsi bədii 
tərcümə  və onun ən çətin növü poetik tərcümədir. Məhz bu ali sənətin sayəsində 
xalqların bədii təfəkkürü formalaşıb zənginləşir, millətlərin mənəvi sərvətləri bir-
birilə qaynayıb qarışıraq bəşəriyyətin mədəni-tarixi təkamülünü təmin edir. 
Poetik tərcümənin məziyyətləri birinci növbədə ondan asılı olur ki, kim kimin 
hansı əsərini hansı şəraitdə tərcümə edir və şübhəsiz, tərcüməçidə yüksək yol açan 
vurğunluqla yanaşı, dərin biliyə əsaslanan cəsarətli təxəyyül olmalıdır. 
Korney Çukovski bədii tərcümənin yüksək sənətkarlıq proqramını belə təsəvvür 
edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, ori-
jinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan 
yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqi ilə, səmimiliyi səmimi-
liklə  təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, 
rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. 
Diqqət yetirək: 
Bahardır gözəlin bir cüt gözü də 
Ağıl başdan çıxıb kəməndə düşür 
Dolub bülbülü də, qızıl gülü də, 
Hamı bu tilsimə, bu bəndə düşür. 
 
Heyrət içindədir lal meşələr də
Hər yarpaq elə bil bir yaşıl budaq 
Sükut içindədir yuxulu təpə, 
Kölgəsi uzanıb özündən qabaq. 
Klassik Alman şairləri Y.V.Qöte və H.Haynenin lirik şerlərindən bir qismini alman 
dilindən Azərbaycan türkcəsinə tərcümə edən mütərcim Ə.Qubatovun “Lirika” adlı 
kitabında könül oxşayan, ürəkləri ovsunlayan belə poetik parçalar təqdim olunmuşdur. 
Tərcümə olunmuş hər bir əsər tərcüməçinin sənətkarlığı, ustalığıdır. O, hər iki dilin 
bütün səviyyələrini nəzərə almaqla yaradıcılıq işi görür, dilin bütün imkanlarını 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə