Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə13/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
22 
Borçalı, Qarayazı ilə yanaşı, Təkəli, Sadaxlı, Baydar, Kəpənəkçi, Ulaşlı, Qəmərli, 
Şindilər... kimi oykonimlərin elmi etimologiyası onların hələ islamiyyətdən öncə 
mövcud olduğunu təsdiqləyir. 
Gürcüstanın Dmanisi rayonunda passiv fonda keçmiş oykonimlərin də tarixi 
qədim olmaqla yanaşı, maraqlı leksik-semantik mənaya malikdirlər.  İstanbuldakı 
Başvekalet Arxivinin “Tapu” bölümündə 769-cu nömrə altında saxlanılan və III 
Sultan Murad dövründə hazırlanan “Vilayeti Loru Timar ve Zeamet Defteri”ndə 
(1587-1592-ci illərdən qalmadır) indiki Dmanisi rayonu ərazisində olmuş və yaxud 
mövcud kəndlərin adları xatırlanır (7, s. 601). 
1728-ci ildə  tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Tumanis, Te-
murçihəsənli... nahiyələri, Ağbaba, Qaşqatala, Candar... kimi kəndlərin adları keçir 
ki, onların bir qismi bu gün Dmanisi rayonunda mövcuddur (1, s. 156-163). Hər iki 
mənbədə xatırlanan bəzi kəndlərin adları sonradan dəyişdirilmişdir. 
Dəmirçihəsənli-Qızılkilsə. Kəndin tarixi adı Dəmirçihəsənli olmuşdur. Bu oy-
konim morfoloji yolla,  –lı (-li,-lu, -lü) şəkilçisi ilə düzəlmişdir. Qeyd edək ki, bu 
şəkilçi ilə  təxminən 1060-a yaxın Azərbaycan-türk mənşəli toponim yaranmışdır 
(4, s. 457). Gürcüstan sovetləşdirildikdən sonra Dəmirçihəsənli oykonimi passiv 
fonda keçmişdir. 
Candar kəndi isə hazırda Lök-Candar adlanır. Qaşqatalada isə XX əsrin əvvəl-
lərindən yunanlar məskunlaşdırılmışdı, SSRİ-nin dağılmasından sonra əhali köçmüş, 
kənd tamamilə boş qalmışdır. 
Gürcüstanda Azərbaycan-türk mənşəli toponimlərin dəyişdirilməsi, yaxud 
çoxunun gürcü dilinin fonetikasına uyğun olaraq təhrif edilməsi məsələsinə Y.Yusifov 
və S.Kərimov da toxunmuşlar (6, s. 158). 
Başkeçid-Dmanisi. Borçalıdan Anadoluya gedən yolda sonuncu keçid olduğu 
üçün məhz belə adlandırılmışdır. Başkeçid adına XIX əsrə aid hərbi xronika və 
materiallarda tez-tez rast gəlmək mümkündür. Başkeçid 1947-ci ildə Dmanisi 
adlandırılmışdır. 
Rayonun Armudlu kəndi isə 1949-cu ildən Pantiani adını daşıyır. Ötən əsrin 70-ci 
illərində isə Suqala kəndi Kariani adlandırılmışdır. 
Qeyd edək ki, adları dəyişdirilməyən oykonimlər isə gürcü dilinin fonetikasına 
uyğunlaşdırılmaları  səbəbindən deformasiyaya uğramışlar: Məsələn,  Şindilər-Şin-
dilari, Qəmərli-Qamarlo, Şahmarlı-Şahmarlo. 
Oykonimlərin bir qismi isə başqa cür müdaxiləyə məruz qalmışdır. Bu qəbil-
dən olan oykonimlərin  əvvəlinə artırılan sabit fərqləndirici  əlamətlər gürcü dilinə 
tərcümə edilmiş, əsas söz isə təhrif edilmişdir: Aşağı Qarabulaq (Kvemo Qarabu-
laği), Yuxarı Qarabulaq (Zemo Qarabulaği). Aşağı və Yuxarı Oruzman oykonim-
ləri də məhz bu cür təsirə məruz qalmışdır. Qeyd edək ki, Gürcüstanda tərkibində 
“qara” sözü olan  bir sıra toponimik vahid, o cümlədən oykonimlər (aktiv və passiv 
fondda olan) mövcuddur: Qarayazı, Qaraçöp, Qaracalar, Qaracala, Qarabulaq. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
23 
Sonuncu istisna olmaqla adları çəkilən digər oykonimlərin tərkibindəki “qara” sözü 
“böyük”, Qarabulaq sözündə isə keyfiyyət ( qara, yəni ağır suyu olan bulaq) məna-
sında işlənmişdir. 
Ormeşən oykonimi gürcü dili tələffüzünə uyğunlaşdırılan zaman (Ormaşeni) öz 
ilkin mənasından xeyli uzaqlaşmışdır. Halbuki bu sözün etimologiyası onun türk 
mənşəli olduğunu sübut edir. Bu oykonim eyni mənanı ifadə edən, müasir  Azər-
baycan və türk dillərində işlədilən “orman” və “meşə” sözlərinin birləşməsindən əmələ 
gəlmişdir.  Bəzi araşdırıcılar “orman” sözünü or və -man hissələrinə bölürlər: or 
“meşə”, “ağac”, “odun” mənasını verir, -man isə çoxaltma, şiddətləndirmə şəkilçisi 
kimi götürülür (11, s. 473). Bu izahat ağlabatandır. Ormeşən kəndi bu gün də sıx 
meşələr qoynunda yerləşir. Deməli, bu oykonim “orman” və “meşə”  sözlərinin 
birləşməsindən yaranmışdır. 
Beləliklə, Dmanisi (Başkeçid) rayonunda türk mənşəli oykonimlərin bir çoxu 
tamamilə passiv fonda keçmiş, əksəriyyəti isə müdaxilə nəticəsində deformasiyaya 
uğrayaraq özünün ilkin mənasından xeyli uzaqlaşmışdır. 
 
İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
1.  Azərbaycan dilində 
2.  Azərbaycan filologiyası məsələləri, II buraxılış, Bakı, Elm, 1984 
3.  Gürcüstan coğrafiyası (II kitab, sosial-iqtisadi coğrafiya, 9-cu sinif üçün dərs vəsaiti, Tbilisi, 
İntellekt, 1999. Müəlliflər: N.Beruçaşvili, Z.Davitaşvili, N.Elizbaraşvili) 
4.  “Gürcüstan qəzeti”, Tbilisi, 1987, №143 
5.  Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı, Maarif, 1988 
6.  Şamıoğlu Ş. Borçalıda ədəbiyyat və ədəbi-mədəni həyat, Bakı, Gənclik, 2002 
7.  Y.B.Yusifov, S.K.Kərimov. Toponimikanın əsasları, Bakı, Maarif, 1987 
8.  Türk dilində 
9.  Kırzıoğlu M. Fahrettin. Kars tarihi, I cilt, Taş çağlarından Osmanlı imparatorluğuna degin ve 
ekleme, 1534-1921 yılları kronolojisi, İstanbul, 1953 
10.  Toğan Z.V. Ümumi türk tarihine giriş, cilt I, En eski devirlerden 16 asra kadar, II baskı, 
Edebiyyat Fakültesi Basımevi, İstanbul, 1970 
11.  Rus dilində 
12.  Азербайджанский Государственный Архив. Дипломатический отдель, Фонд 970, опись 1, 
дело 227, л. 110 
13.  Обозрение Российских владений за Кавказом, в статистическом, этнографическом, 
топографическом, топографическом и финансовом отношениях. Борчалинская дистанция, 
СПб, 1836, II том 
14.  Этимологический словарь тюркских языков, Москва, 1974 
 
 
 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə