Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə20/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
37 
“Kitabi -Dədə Qorqud” dastanında işlənmiş bir çox sözlərin izahı “Divani -lüğatit 
türk”də şərh olunur. Mahmud Kaşğarinin bu əsəri təkcə Azərbaycan xalqının deyil, 
ümumilikdə bütün türk dünyasının ortaq yazılı abidəsidir. 
 
 
“TƏRCÜMƏ NƏZƏRİYYƏSİ VƏ ONUN 
PROBLEMLƏRİ” 
Günel RZAZADƏ 
ADPU-nun filologiya fakültəsi, II kurs 207-ci qrup tələbəsi 
Elmi rəhbər: dos. Nailə Əlizadə 
 
Dil haqqında elmin tətbiqi sahəsində daxil olan tərcüməşünaslıq elminin tarixi 
qədimdir. Bu sahənin tarixinin qədimliyi onun praktikliyi ilə sıx bağlıdır. Lakin o 
zamanlar dil öyrənmək məqsədyönlü şəkildə, elmi metodlarla deyil, insanların düş-
düyü dil mühitinin təsirindən baş verirdi. Sonralar “xarici dil” dedikdə Latın dilinin 
öyrənilməsi nəzərdə tutulurdu və onun öyrənilməsinə  tətbiq edilən metodlar, üsullar, 
eləcə də latın dilinin öyrənilməsi zamanı qarşıya çıxan problemlər digər dillərə də 
aid edilirdi. Lakin müasir dövrdə hər bir dilin öyrənilməsinə tətbiq edilən metodlar 
bir-birindən fərqlənir. 
Tərcüməşünaslıq şöbəsi nitq fəaliyyətinin bir növü olan tərcümə haqqında elm-
dir. Bu şöbəni bəzən “translatalogiya”, bəzən isə “tərcümə nəzəriyyəsi” də adlandı-
rırlar. Linqvistik tərcüməşünaslığın mövzusunu tərcümə fəaliyyəti məsələləri, tər-
cümə prosesinin ümumi qanunauyğunluqlarını  işıqlandırmaq problemləri təşkil 
edir. Müxtəlif forma və məzmunda olan materialların tərcüməsi ilə əlaqədar tərcü-
mənin iki böyük növü meydana çıxmışdır. Bunlardan biri bədii tərcümədir. Bədii 
tərcümənin yəni (bədii  ədəbiyyatın tərcüməsinin) öz məzmunu və tədqiqat metodları 
vardır. Tərcüməşünaslığın digər növü informativ tərcümədir. 
İnformativ tərcümə dedikdə, buraya elmi, rəsmi, ictimai publisistik, kargüzarlıq və 
sair materiallarının tərcüməsi daxil edilir. Tərcümə nitq fəaliyyətinin xüsusi bir 
növüdür. Bir dildən başqa dilə tərcümə zamanı  başqa dildə yeni mətn yaranır. Bu 
mətnin orijinala tam uyğun gəlməsi üçün tərcümənin dəqiqliyi tələb olunur. Bu də-
qiqlik dil ünsürlərinin bütün incəliyi, variantları və çalarları ilə tərcümə olunması, 
dil normalarının təhrif olunmasına yol verilməməsini tələb edir. Çox zaman yuxarı-
dakı normalara tam şəkildə olmasa da, qismən əməl olunur. Lakin bəzi hallarda elə 
söz və ifadələr quruluşları ilə rastlaşırıq ki, onları  hərfi tərcümə etməklə düzgün 
məna çalarları alınmır. Tərcümə zamanı rast gəlinən bu tip problemlərdən biri də 
atalar sözlərinin, frazeloji  birləşmələrin dilimizə  məna dəqiqliyi ilə tərcüməsidir. 
Məsələn: “Mrs Smith is very blue stocking woman.”- cümləsinin tərcüməsi ilk 
baxışda çox sadə görünür. Blue-stocking sözünün tərəflərinin ayrı-ayrılıqda tərcü-
məsi mavi-corab deməkdir. Lakin həm qrammatik, həm də semantik cəhətdən doğru 


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
38 
səslənmir. Deməli, blue stocking sözünün düzgün tərcüməsini birləşmə  şəklində 
axtarmalıyıq. Və bu zaman bu sözün “ziyalı” mənasına rast gəlirik. Deməli cümlə-
nin düzgün tərcüməsi: - Xanım Smit çox ziyalı qadındır.”- kimidir. Bəzən isə elə 
bir cümləyə rast gəlirik ki, cümlənin tərkibindəki bütün sözləri bilirik, lakin tərcü-
mədə çətinlik çəkirik. Məsələn: 
Better be late, driver 
Than the late  driver. 
Bu cümlənin düzgün tərcümə olunması üçün ilk əvvəl o düzgün intonasiya ilə 
oxunmalıdır. Yəni birinci cümlədəki driver (sürücü) sözü xitabdır və onu qısa fasilə 
edərək oxumalıyıq və cümlədəki sözlərin digər mənalarına da baxmalıyıq. Həm də 
ikinci cümlədə  işlənən driver sözünü sifət kimi axtarmalıyıq. Və  nəticədə “late” 
sözünün “mərhum” mənasına rast gəlirik. Yəni düzgün tərcümə belədir. 
Better be late, driver 
Than the late driver. 
Gecikən sürücü olmaq, mərhum sürücü olmaqdan yaxşıdır. 
Tərcümə zamanı rast gəlinən çətinliklər sırasına vurğu ilə  dəyişən sözləri də 
əlavə edə bilərik. Məsələn, present ['preznt]; present [pri'zent]. 
Hər iki halda, yəni həm isim kimi, həm də fel kimi bu sözün bir çox mənası var. 
Birinci hala misal olaraq: The present owner of the house (Evin indiki sahibi) 
İkinci halda isə “the local government will present the prizes at the end of the 
ceremony.” (Mərasimin sonunda yerli hökumət mükafatları veriləcək.) cümlələrini 
göstərə bilərik. 
Eyni cür səslənən söz birləşmələri də bəzən nitqdə anlaşılmazlığa səbəb olur. 
Məsələn: 
My train is coming.(Mənim qatarım gəlir). 
Look at the clouds it might rain.(Buludlara bax, yağış yağa bilər). 
Bu cümlələrdəki my train və might rain ifadələri bir-birinə çox oxşayır. Lakin 
tələffüz zamanı biz fasilə etmiş olsaq, onları bir-birindən asanlıqla fərqləndirə bilərik. 
Çoxmənalı sözlər dedikdə sözün əsas mənası  və onunla bağlı yaranan əlavə 
mənalı sözlər başa düşülür. Belə sözlərdə az və ya çox dərəcədə əsas məna ilə bağ-
lılıq olur. Lakin tərcümə zamanı sözün bir mənasının  əvəzinə digərinin işlənməsi 
düzgün deyildir. Məsələn, gift sözünün bir neçə mənası var: Mother had never got such 
a gift – Ana heç vaxt belə hədiyyə almayıb. 
She had a gift of lying – Onun yalan danışmaq istedadı var idi. 
Omonim sözlərdə əsas və ya törəmə məna olmur. Belə sözlərə tez-tez rast gəlirik. 
Və onların bütün mənalarını bilməmək səhv tərcüməyə  səbəb olur. Lakin onların 
hansı mənada işləndiyini cümlədən, daha doğrusu, konteksdən müəyyənləşdirmək 
olar. Məsələn: 
In the thick forest I saw a bird on the top of the palm. (Qalın meşədə palma 
ağacının üstündə quş gördüm). 
There is fifteen pens in his palm.(Onun ovucunda 15 pens var). 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə