Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə28/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
54 
Deyilənlərlə əlaqədar olaraq gələcək sinxronçularla iş bir neçə istiqamətdə apa-
rılmalıdır: onlar öz ana dillərini yaxşı bilməklə yanaşı, xarici dilə də mükəmməl şə-
kildə yiyələnməli, həm də bu dildə gözəl nitq vərdişləri əldə etməli, ayrı-ayrı ixtisas 
sahələri üzrə öz lüğət bazalarını artırmalı və bilik toplamalı, mövcud imkan daxilində 
müntəzəm məşq etməlidirlər. 
 
 
“QAZAX TOPONİMLƏRİNİN YARANMA MƏNBƏLƏRİ” 
Sahibə XƏLƏFOVA 
ADPU II kurs 201 
Elmi rəhbər: fil.elm.dok.prof. Ə. Tanrıverdiyev 
 
Hər bir xalqın özünəməxsus, öz tarixi inkişafını əks etdirən toponimləri vardır. 
Hansı ki, bu adları vasitəsilə biz xalqımızın, dilimizin, mədəniyyətimizin tarixi 
keçmişini ətraflı öyrənə bilirik. Toponimlərin yaranması təsadüfi xarakter daşıma-
mış, mənsub olduğu xalqın adət-ənənələrini, milli mənsubiyyətini, milli etnik xüsu-
siyyətlərini, keçmişi və dünyagörüşünü özündə əks etdirir. Belə toponimlərdən biri 
də Qazax  toponimləridir. Onlar çox qədim tarixə malik olub, burada yaşayan xalq-
ların həyat tərzindən, tarixindən bizə xəbər verir. “İncə dərəsi” toponimi (qısaldılmış 
şəkildə “İncəli” kimi də adlanır) də belə adlardan biridir. Belə ki, bu yer dərə forma-
sında olub, üç kəndi özündə birləşdirir: “Kəmərli”, “Qaymaqlı” və “Aslanbəyli”. 
Bu üç kənd həmin dərə içində yerləşib, üç inciyə bənzədiyi üçün ona belə ad veril-
mişdir. “İncə dərəsi” II növ təyini söz birləşməsi olub, sonradan “dərə” komponenti 
“-li”  şəkilçisi  ilə  əvəz olunmuşdur. Səbəbi isə “-li” şəkilçisinin yer, məkan və 
mənsubluq ifadə etməsilə izah olunur. Həmçinin buradan axan su çox incə şəkildə 
axdığı üçün ona“İncəli”də deyilmişdir. Yəni “incəli su, incə axan su” və sonradan 
digər  komponentlər ixtisar edilmiş və “İncəli” şəklinə düşmüşdür. 
Tarixi dövr ərzində Azərbaycanla qonşu ölkə arasında  əlaqə  yaradan “Qırmızı 
körpü” toponiminin də özünəməxsus tarixi vardır. Belə ki, bu körpü XII əsrdə 
Gürcü çarı Tamara tərəfindən sudan istifadə edilmədən, süd ilə  qədim  şərq üslu-
bunda, qırmızı  kərpiclərlə tikilmiş, sivri tağlarla bəzədilmişdir. Lakin əsrlərin ya-
digarı olan bu memarlıq abidəsi sökülmüş, sonra  yenidən bərpa edilmişdi. Ona görə də  
bəzən “Sınıq körpü” də deyirlər. “Qırmızı” adı onun  rəngi, “Sınıq” isə onun müəy-
yən müddət sınmış vəziyyətdə olması ilə əlaqədardır. 
“Xram çayı” bu ad “Ehram çayı” adlandırılmış, lakin sonralar “Xram” şəklinə 
salınaraq, yaddaşlarda qalmışdır. Hal-hazırda bu çay II Şıxlı kəndində, Kürün sağ 
qolunda yerləşir. “Ehram” adının “Xram” şəklinə düşməsi çox güman ki, Sovet 
hakimiyyəti illərinə təsadüf edir. Yəni tələffüsdə h-x əvəzlənməsi baş vermiş (bu rus 
dilində “h” səsinin olmaması ilə əlaqədardır), daha sonra isə “e” səsinin  düşməsilə 
“Xram” şəklində bu günə qədər tarixdə  qalmışdır. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
55 
“Qanlı yer” toponimi isə öz ilkin mənasından tamamilə  fərqlənir. Belə ki, bu 
ərazidə vaxtı ilə lalə toxumları çox olduğundan yaz başı laləzarlığa çevrilmiş və qıp-
qırmızı    rəngə boyanmışdı. Al qırmızı  rəng  ətrafdan qana bənzədiyi üçün “Qanlı 
yer” adı  “Qırmızı yer” adı ilə əvəzlənmişdi. 
“Qarasu” toponimi isə suyun rəngi ilə izah olunur. Dağlardan axan və yer altın-
dan çıxan su çox yararsız olmuşdur. Həmçinin bu su  çox ağır olduğundan həm iç-
məli su kimi istifadə olunmur, həm də insan orqanizmi üçün çox yararsız və təhlü-
kəlidir. Buna görə də ona qara su deyirlər. Lakin I növ təyini söz birləşməsi kimi 
işlənən bu ad sonralar dildəki sözlərin sadələşdirilməsi ilə əlaqədar komponentlərini 
birləşdirərək mürəkkəb ada çevrilmişdir. 
Digər Qazax toponimlərinə misal olaraq “Gəmiqaya” adını göstərmək olar.  Bu 
ərazi II Şıxlı kəndinin aşağı hissəsində, Kürün sahilində yerləşir. Adın tarixi qədim 
köklərə söykənir.  Əvvəllər  Qarayazı meşəsinə keçmək üçün gəmilərdən istifadə 
olunmuşdur ki, bu gəmilərin də saxlanıldığı  tərsanə məhz “Gəmiqaya” adlanmışdı. 
Yəni gəminin qayası, lakin sonralar yuxarıda qeyd etdiyimiz kimi dilimiz üçün 
azhecalılıq səciyyəvi olduğundan III növ təyini söz birləşməsindəki şəkilçilər ixti-
sar olunmuş və ad mürəkkəb ada  çevrilmişdi. 
“Qaymaqlı” adı isə burada yaşayan tayfanın adı ilə bağlıdır. İlk orta əsrlərin  və 
VIII-IX  əsr mənbələrində  İrtış çayı hövzəsində  türk mənşəli “Zaymak” tayfasının  
adı xatırlanır. Və bu tayfanın adı “Qaymaqlı” özündən daşlaşmış şəkildə  yaşamaq-
dadır. Belə ki, ada “-lı” komponenti əlavə olunaraq (Zaymaklı)  ərazidə yerləşən  
dağa verilmişdi.Sonralar isə z-q, k-q səs əvəzlənməsi baş vermiş və ad  “Qaymaqlı” 
şəklinə düşmüşdür. 
“Alpout” – qədim tayfa adı olub, VII əsr mənbələrində    xatırlanır. Hələ XV-
XVI  əsrlərdə  qızılbaş tayfalarından birinin adı kimi tanınan bu söz türk dilində  
“zadəgan, mülkədar”  şəklində  mənalandırılır. Ad  iki komponentdən ibarət olub, 
“Alp”- igid,  cəsur, qəhrəman, “ut/ qut” isə  cəmlik  şəkilçisini ifadə edir. Deməli,  
hərfi tərcümədə “igidlər, cəsurlar, qəhrəmanlar” deməkdir. Ərazinin digər kompo-
nentlərindən biri də “Şıxlı” kəndinin adıdır. Kəndin adı Əliağa Şıxlınskinin nəslin-
dən olan Şıxı bəyin adından götürüldüyü  ehtimal olunur. Qardaşı ilə birlikdə Şəm-
kirdən köçən Şıxı bəy indiki Şıxlı kəndində Gəmiqaya  adlı yerə gəlmiş və burada 
məskən salmışdır. Sonralar onların törəmələri getdikcə böyük əraziyə  yayılmış və 
buranı ulu babalarının şərəfinə “Şıxlı” adlandırmışlar. Bildiyimiz kimi “-lı” şəkilçisi 
mənsubiyyət, şəxs bildirir və bu komponent ada qoşularaq “Şıxlı” formasını  almışdır.  
“Şıxı”   adındakı  sonuncu “ı” səsi isə tələffüzdə  düşmüşdür. 
 
 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə