Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə19/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   15   16   17   18   19   20   21   22   ...   115

 
 
  22
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan Dövlətçilik Tarixinin Inkişaf Mərhələləri: Azərbaycan Xalq 
Cümhuriyyətinə Gedən Yol 
Dos.Dr. Mübariz Zahid oğlu Ağalarlı 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
mubariz.aqalar@gmail.com
  
 
XÜLASƏ 
Qədim tarixə və dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir. 
Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış və 
dünya tarixində olduqca əhəmiyyətli iz buraxmışdır.  
Təəssüflər olsun ki, müvcud  dünya tarix elmində Azərbaycan dövlətçilik tarixinə münasibət birmənalı 
deyildir və daha çox subyektiv xarakter daşıyır. XX əsrdə daha çox siyasi və ideoloji sifarişlər əsasında formalaşan 
dünya  tarixçiliyi  Azərbaycanın  yerli  dövlətçilik  ənənələrini  inkar  etmiş,  tarixi  dövrün  müxtəlif  mərhələlərində 
ardıcıl olaraq mövcud olan Azərbaycan dövlətçiliyinin yaranmasını  müxtəlif qeyri-Azərbaycan mənşəli etnoslara, 
gəlmə tayfa və sülalələrin adına bağlamışdır. 
Dünya tarix elmində Azərbaycan türklərinin aborigen statusu inkar edilir, dövlətçilik tariximizin əsasını 
təşkil edən tunc dövrü “Kür-Araz mədəniyyəti” haqqında danışılmır, XI əsrə qədər Azərbaycan ərazisində mövcud 
olan dövlətlər qeyri-türk əhalisinin yaratdığı dövlətlər kimi təqdim olunur.  
Orta əsr ərəb və farsdilli qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, erkən orta əsrlər 
dövründə hüdudları “Şimalda Dərbənddən başlayarq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbdə 
Ərzənruma  qədər...”  olan  Azərbaycan  məmləkətinin  əhalisinin  dili,  dini,  siyasi  və  fəlsəfi  dünyagörüşü  artıq 
formalaşmış,  Azərbaycan  türklərinin  yaratdığı  böyük  şəhərlər  və  siyasi  və  mədəniyyət  mərkəzləri  müsəlman 
tarixçiləri və coğrafiyaçılarının əsərlərində heyranlıqla təsvir edilmişdir. Azərbaycan sivilizasiyası Sasani-fars və 
ərəb  mədəniyyəti  ilə  yüz  illər  boyunca  rəqabət  apararaq  davam  gətirmiş,  hətta  bu  gəlmə  mədəniyyətləri  öz 
mədəniyyəti içərisində əritmişdir.  
 Dünya tarix elmində Azərbaycanın orta əsrlər dövlətçilik tarixinə və bu tarixin ən parlaq dövrlərindən 
biri olan Azərbaycan Səfəvilər dövlətinə də münasibət olduqca subyektiv xarakter daşıyır. Səfəvilərin şiə məzhəb 
siyasəti  qabardılaraq  bu  Qızılbaş-Türk  dövləti    İran  dövlətçiliyinin  təməl  qaynağı  hesab  edilir.  Səfəvilər 
sülaləsinin  Azərbaycan  dövlətçilik  tarixindəki  əhəmiyyətli  rolu  inkar  edilir,  bu  dövlət  tariximizin  sonrakı 
mərhələlərində yaranan Azərbaycan dövlətlərinin deyil, müasir İran dövlətinin sələfi kimi təqdim olunur. Qeyd 
edək ki.  ərəbdilli  qaynaqlarda dəfələrlə Azərbaycanın siyasi hüdudları və sərhədləri qeyd olunduğu halda bu 
faktı “İran dövlətinə”  şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə, bədii əsərlərdə vurğulanan, rəsmi dövlət 
kimi siyasi hüdudları haqqında heç bir məlumat olmayan, yalnız XX əsrin birinci yarısında siyasi səhnəyə çıxan 
İran dövlətini Səfəvi dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası olmayan bir yanaşmadır.  
Dünya  tarixçiliyində  Azərbaycan  dövlətçiliyinə  münasibətdə  mövcud  olan  bu  qeyri-obyektiv  yanaşma 
sonrakı Əfşarlar və Qacarlar dövrü üçün də xarakterikdir.   
Tarixi  qaynaqların verdiyi  məlumatları obyektiv  şəkildə  təhlil etsək,  bu qənaətə  gələ  bilərik ki,  siyasi 
hüdudları  ərəblər  dövründən  konkret  olaraq  göstərilən  Azərbaycan  məmləkətində  yaranan  bütün  dövlətlər 
sülaləvi mahiyyət daşıyan Azərbaycan dövlətləri olmuş və bu sülalələr bir-birini əvəz etmişdir.  
XX  əsrin əvvəllərində  Yaxın  və  Orta  Şərqdə  baş  verən  milli  dövlətləşmə prosesində  Azərbaycan  Xalq 
Cümhuriyyəti özündən əvvəl gələn Azərbaycan dövlətlərinin siyasi varisi rolunda çıxış edərək bu mirasa sahib 
çıxmışdır.   
Həmin dövrdə Qacarlar dövlətində monarxiya üsul-idarəsinin mövcudluğu, hakimiyyət bürokratiyasında 
baş  verən  etnik-siyasi proseslər, Böyük  Dövlətlərin  Qacarlar  xanədanına  siyasi  həyatına  müdaxiləsi,  bu  Türk 
xanədanlığının Azərbaycan milli dövlətinə çevrilməsinə imkan vermədi. 1925-ci ildə Fars Pəhləvilərin hakimiyyəti 
ələ  keçirməsi  ilə  Qacarlar  dövlətinin  etnik-siyasi  mahiyyəti  tamamilə  dəyişdi  və  bu  dövlətin  əsas  etnosu  olan 
azərbaycan  türkləri  tamamilə  siyasi  idarəetmədən  uzaqlaşdırıldı.  Cənubi  Azərbaycan  isə  Fars  pəhləvilər 
dövlətinin bir əyalətinə çevrildi.  Azərbaycanda milli dövlət quruculuğu Qacarlar dövlətinin timsalında  gerçəkləşə 
bilməsə  də,  bu  siyasi  missiyanı,  Rusiya  imperiyasından  qoparaq,  Şimali  Azərbaycan  torpaqlarında  öz 
müstəqilliyini elan edən və tarixi Azərbaycan adını qoruyaraq bu ada rəsmi dövlət status verən Azərbaycan Xalq 
Cümhuriyyəti  öz  üzərinə  götürdü.  Məhz  bu  baxımdan  Azərbaycan  Xalq  Cümhuriyyəti,  tarixən  Azərbaycan 
torpaqlarında yaranan və ardıcıl olaraq bir-birini əvəz edən Azərbaycan dövlətlərinin siyasi varisidir. 
Açar sözlər: Azərbaycan dövlətçiliyi, tarixi inkişaf mərhələləri, tarxi-siyasi təhlil, AXC, siyasi varislik,  
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə