Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə24/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   20   21   22   23   24   25   26   27   ...   115

 
 
  30
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
XX Əsrin Əvvəllərində Azərbaycanda Maarifçi Ideyalarin Əsas Istiqaməti və Hədəfləri 
Məhəmməd CƏBRAYILOV 
AMEA-nın Fəlsəfə İnstitutu, böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,  
mehemmed1970@hotmail.com 
 
XÜLASƏ 
Mövzunun aktuallığının bir tərəfi Xalq Cümhuriyyəti ilə əlaqəlidirsə, digər tərəfi isə XX əsrin əvvəlləri 
Azərbaycanda  mürəkkəb  problemlər  dövründə  yaranan  maarifçiliyin  ictimai  fikrə  olan  təsirinin  natamam 
araşdırılması ilə  bağlıdır. XIX əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycanda yaranan  maarifçiliyi,  tədqiqat 
obyektinə çevirən müəlliflərin bir çoxu ideoloji stereotiplərlə qarşılaşmış, beynəlmiləlçi sosialist prinsipləri əldə 
rəhbər  tutmuşdur.  XX  əsrin  əvvəlləri  Azərbaycanda  mövcud  olmuş  maarifçiliyin  ideya  və  hədəflərini  dəqiq 
müəyyənləşdirən,  o dövr haqqında ümumi mənzərə yaradan, vahid izahata gətirib çıxaran elmi nəticələr demək 
olar ki, yox səviyyəsindədir. Məhz bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasına yalnız siyasi 
qərarın  nəticəsi  olaraq  yanaşılması,  Cümhuriyyətin  yaranmasına  birbaşa  təsiri  olan  maarifçilik  ideyalarının 
doğurduğu nəticələri elmi metodoloji baxışlardan kənarda saxlanılması deməkdir. Yəni, Azərbaycanda XX əsrin 
əvvəllərində  maarifçilik  dalğasını  yaradan  əsl  səbəblərin  mahiyyəti  düzgün  işıqlandırmalı,  dövrün  elmi 
araşdırmaları hər  hansı  ideologiyanın,  siyasətin təsirindən  uzaqda  saxlanılmalıdır. Bir tərəfdən  regionda  baş 
verən geosiyasi proseslərin, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi quruluşuna olan təsirləri, bu dövrə olan 
müəllif yanaşmasında nəzərə alınırsa, digər tərəfdən Cümhuriyyətin mədəni, mənəvi xarakterində mövcud olan 
dəyərlərin formalaşması birbaşa özündən əvvəl maarifçiliyin doğurduğu nəticələr kimi nəzərə alınmalıdır. Məhz 
bu  baxımdan  XX  əsrin  əvvəlləri  Azərbaycan  maarifçiliyi  xalqın  milli  şüurunun  oyanışında,  milli  özünüdərkin 
təyinində obyektiv tarixi şəraiti uzaqgörənliklə, layiqincə qiymətləndirir, millətinin əsl ruhunun daşıyıcısı kimi, 
türk milli kimliyini önə çıxarırdı. Bu, o dövrdə maarifçiliyin Azərbaycan Xalq Cümhuriyyətində milli maraqların 
həqiqi ifadəsi baxımdan demək olar ki, gördüyü inqilabi bir iş idi. Bütün bu qeyd olunanları nəzərə alaraq qeyd 
etməliyəm  ki,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  var  olmasında  misilsiz  xidmətləri  olmuş  maarifçilərin  milli-
mənəvi  irsini  mənimsəmədən,  onların  ideya  və  hədəflərini  təhlil  etmədən  fəlsəfi  və  ictimai  fikir  tariximizin 
öyrənilməsi,  araşdırılması  istiqamətində  aparılan  elmi  tədqiqatlar  bu  sahədə  olan  boşluqların  yerini  doldura 
bilməyəcəkdir. Bu dövrə yeni konseptual baxışda maarifçilik- Cümhuriyyəti doğuran səbəb olaraq, tariximizin 
ümumi  harmoniyası  kimi  nəzərdən  keçirilməlidir.  Konfransa  təqdim  edəcəyimiz  məqalədə  yuxarıda  qeyd 
olunanlar daha geniş şəkildə nəzərə alınacaqdır. 
Açar sözlər: Azərbaycan, AXC, maarifçilik, hədəflər, ideya istiqamətləri  
 
 
 
 


 
 
  31
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Öğretmenlerin Gerçeklik Şoku 
Erdal BAY 
TÜRKDEB 
erdalbay@hotmail.com 
 
Öğretmenlik eğitiminden, ilk öğretmenlik işine geçmek bazen üzücü ve etkileyici bir deneyim olabilir. 
İngiliz ve Alman literatüründe bu dönüşüm sıklıkla “gerçeklik şoku”, “dönüşüm şoku”, “çalışma şoku” olarak 
adlandırılmaktadır. Bu kavram genelde, öğretmenlik eğitimi boyunca edinilen “sert ve kaba günlük sınıf yaşantısı 
gerçeklerinin” çöküşünü ifade etmek için kullanılır. Bu nedenle göreve yeni başlayan bir öğretmenin karşılaştığı 
problemler  küçümsenmeyecek  kadar  önemlidir.  Bu  bağlamda  araştırma,  farklı  branşlardaki  öğretmenlerin, 
meslek hayatlarının ilk üç haftasında yaşadıkları deneyimleri belirlemeyi amaçlamaktadır. Araştırma kapsamında 
bu  deneyimleri  ilk  derslerde  yaşanan  tedirginlikler,  kendini  nasıl  tanıttığı,  sınıfta  disiplini  sağlamaya  yönelik 
alınan tedbirler, sınıf yönetimine yönelik algıları, plan yapma, öğrenci gözüyle sergilenen öğretmen profilinin 
nasıl olması gerektiği, öğretmenin giyimi ve olumlu bir sınıf iklimi oluşturma çabaları konularının belirlenmesi 
planlanmaktadır. Bu kapsamda araştırma için nitel araştırma modeli benimsenmiştir. Araştırmanın çalışma grubu 
amaçlı örnekleme yöntemlerinden uygun örnekleme yöntemi ile belirlenmiştir. Dolayısıyla araştırmanın çalışma 
grubunu  farklı  branşlardan  ve  farklı  mesleki  deneyime  sahip  40  öğretmen  oluşturmaktadır.  Araştırmada  veri 
toplama aracı olarak araştırmacılar tarafından geliştirilmiş yarı yapılandırılmış görüşme formu kullanılmıştır. 
Görüşme  formu  araştırma  kapsamında  belirlenen  konuları  temele  alarak  8  sorudan  oluşmaktadır.  Veriler 
araştırmacı tarafından ve yüz yüze görüşme yapılarak öğretmenlerden toplanmıştır. Verilerin analizinde betimsel 
analiz yöntemi kullanılmıştır. 
Araştırma  sonucunda  elde  edilen  bulgular  incelendiğinde;  öğretmenlerin  büyük  çoğunluğunun  ilk 
haftalarda  tedirginlik  yaşadığı,  yine  öğretmenlerin  büyük  çoğunluğu  sert  mizaçlı  bir  görünüm  oluşturmaya 
çalıştığı ortaya çıkmaktadır. Sınıf disiplinini sağlamaya yönelik aldıkları tedbirleri ise düzeni bozan öğrencileri 
ısrarla  uyarma  olarak  ifade  ederken,  bazı  öğretmenler  ceza  yöntemine  başvurdukları  ifade  etmişlerdir.  Ceza 
olarak ise çoğunlukla 2. Tip cezayı kullandıklarını belirtmişlerdir. Öğretmenlerin ilk haftalarda sınıf yönetimine 
yönelik algıları çoğunlukla iletişim kanallarının açık olması olarak vurgulamışlardır. Öğretmenler ilk haftalarda 
öğretmen kılavuz kitabındaki plana bağlı kaldıklarını, giyim konusunda ise çok renkli ve dikkat çekici kıyafetlerden 
uzak durmak olarak belirtmektedirler. Bu karşın daha düzenli, öğrenciye örnek olabilecek tarzda ütülü ve uyumlu 
olması gerektiği üzerinde durmuşlardır.  Öğretmen profili konusunda öğretmenlerin büyük çoğunluğu demokratik 
bir yaklaşım sergilemek olarak ifade etmişlerdir. Son olarak ise öğretmenlerin olumlu bir sınıf iklimi oluşturma 
konusunda ön plana çıkan davranışları, öğrencilerle iyi bir iletişim kurma, onlara sevgiyle yaklaşma, yanlışlara 
karşı toleranslı olma vb. davranışlardır. 
Anahtar Kelimeler: Öğretmen, deneyimler, öğretmenlikte ilk haftalar 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə