Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə131/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   127   128   129   130   131   132   133   134   ...   230

 

 

275



Qeyd etmək lazımdır ki, kreditləşmə prosesi bankın keyfiyyətli və yüksək 

gəlirli  kredit  portfelinin  təşkilində  bank  üçün  ciddi  bir  işdir.  Dəqiq  təşkil 

edilmiş  kreditləşmə  prosesi  kredit  riskini  minimuma  endirməyə  imkan  verir. 

Bank fəaliyyətində bütün risklər bir-birilə sıx surətdə əlaqədardır. Ancaq kredit 

riski  bank  fəaliyyətindəki  bütün  risklərin  meydana  çıxmasına  təkan  verən 

amildir.  Ona  görə  bankın  sağlam  fəaliyyət  göstərməsi  bilavasitə  kredit  pro-

sesinin düzgün təşkilindən asılıdır. 

Kreditləşmə prosesini iki mərhələyə bölmək olar. Birinci mərhələdə kre-

ditin  verilib-verilməməsini  müəyyən  etmək  üçün  müştərinin  təqdim  etdiyi 

kredit ərizəsi dəqiq təhlil edilir. Bundan sonra bank ilə müştəri arasında kredit 

münasibətinin  tənzimlənməsi  üçün  kredit  müqaviləsi  imzalanır.  Kreditləşmə 

prosesinin  birinci  mərhələsi  məsuliyyətli  mərhələ  sayılır.  Belə  ki,  bank  bu 

mərhələdə kredit riskinin yaranmasının qarşısını almaq imkanına malikdir. 

Kreditləşmə  prosesinin  ikinci  mərhələsində  bank  verilmiş  kreditin 

məqsədli istifadə edilməsi üçün borc alanın cari fəaliyyətinə nəzarəti həyata ke-

çirir. Banklar kreditləri, hüquqi şəxslərdə olduğu kimi, fiziki şəxslər arasında da 

təminatlılıq, qaytarılmalı, müddətlilik, ödəniş prinsipləri əsasında yerləşdirirlər. 

Fiziki  şəxslərin  kreditləşdirilməsinin  ölkə  iqtisadiyyatının  inkişafındakı 

rolu olduqca mühümdür və bu rol daim artmaqdadır. Əhalinin kreditləşməsinin 

artırılması  istehlakçıların  ödəniş  qabiliyyətini  artırmaqla  ilk  növbədə  ölkədə, 

istehsal  olunmuş  məhsulların  tez  satılmasına,  əmtəə  dövriyyəsinin  sürətlən-

məsinə, makroiqtisadi səviyyədə inflyasiyanın və işsizliyin səviyyəsinin mini-

muma  endirilməsinə,  istehsalın  inkişafına,  son  olaraq  milli  gəlirin  artmasına 

müsbət  təsir  göstərir.  Belə  ki,  müəssisə,  firma,  təşkilat  istehsal  və  ya  təklif 

etdiyi  məhsul  və  xidmətlərin  reallaşdırılmasını  sürətləndirir  və  istehsalın  in-

kişafında  fasiləsizlik  prosesini  yaratmış  olur.  Bu  da  yığılan  vergilərin  və  son 

nəticədə  dövlət  büdcəsinin  gəlirlərinin  artmasına  müsbət  təsir  göstərmiş  olur. 

Digər  tərəfdən  əhalinin  kreditləşdirilməsi  (ipoteka  krediti)  ölkədə  mənzil 

probleminin həllinə də müsbət təsir göstərmiş olur. Qeyd etdiyimiz kimi, xarici 

bank  təcrübəsində  əhaliyə  verilən  kreditin  növlərindən  biri  də  təhsilə  verilən 

kreditdir. Ölkədə təhsilin inkişafı ilk növbədə dolayı yolla əmək məhsuldarlığı-

nın  artmasına  imkan  verir.  Daha  sonra  əhalinin  kreditləşdirilməsinin  ölkənin 

sosial  probleminin  həllində  rolu  da  danılmazdır.  Belə  ki,  əhali  istehlak  və 

ipoteka krediti vasitəsilə özünün istehlak xarakterli ehtiyacını ödəməklə ölkənin 

iqtisadi və sosial inkişafını yaxşılaşdırmış olur. 

nkişaf etmiş ölkələrdə banklar tərəfindən fiziki şəxslərə verilən kreditlər 

arasında  ən  çox  yayılanı  istehlak  və  ipoteka  kreditidir.  Bu  növdə  kreditlər 

banklara  gəlirlərini  artırmağa  imkan  verir.  stehlak  krediti  kreditləşmənin  ən 

sərfəli  növlərindən  biridir.  Ona  görə  də  istehlak  kreditinin  istər-istəməz  gələ-

cəkdə  bankların  və  bank  xidmətlərinin  idarə  edilməsində  mühüm  rol  oyna-

yacağı  danılmazdır.  Bu  növ  kredit  əhalinin  istehlak  tələblərinin  təmin  edil-

məsinə istiqamətlənib. O, əmtəə və pul formasına malikdir. 




 

 

276



stehlak  krediti  bahalı  və  riskli  xarakter  daşımaqla  iqtisadi  vəziyyətdən, 

istehlakçının gəlirlərindən və təhsilindən bilavasitə asılıdır.  stehlak krediti üzrə 

müəyyən  olunmuş  faiz  dərəcəsi  digər  bank  kreditləri  ilə  müqayisədə  yüksək 

olur.  Bunu  ilk  növbədə  istehlak  kreditinin  "pərakəndə"  xarakter  daşıması  ilə 

izah etmək olar. Lakin dünya və yerli bank təcrübəsinə əsaslanaraq qeyd etmək 

olar ki, əhali tərəfindən istehlak tələbatını ödəmək üçün həmişə bank kreditinə 

ehtiyac duyulur.  stehlak krediti də qısamüddətli və uzunmüddətli olmaqla iki 

yerə ayrılır.  stehlak məqsədi üçün verilən kreditləri birbaşa və dolayı kreditlərə 

bölmək  olar.  Birbaşa  kreditləşmə  zamanı  müqavilə  birbaşa  bank  və  müştəri 

arasında bağlanılır. Dolayı istehlak krediti zamanı isə bank və müştəri arasında 

digər bir təşkilat vasitəçilik edir. Belə təşkilatlara misal olaraq ticarət müəssisə-

lərini,  mağazaları,  firmaları  və  s.  misal  göstərə  bilərik.  Bu  zaman  kredit  mü-

qaviləsi  müştəri  ilə  vasitəçi  təşkilat  arasında  bağlanılır.  Ssuda  isə  bankdan 

alınır.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrin  bank  təcrübəsində 

banklar dolayı istehlak kreditindən geniş istifadə edirlər. Çünki kreditləşmənin 

bu növü banklara hər şeydən əvvəl risklik səviyyəsini aşağı salmağa imkan ve-

rir.  nkişaf  etmiş  ölkələrdə  son  dövrlər  katerlərin  və  avtomobillərin  (avto-

mobilin  dəyərinin  10  %-i  əvvəlcədən  ödənməklə  23  ilə,  bəzən  də,  məsələn, 

Böyük Britaniya kimi ölkədə 30 il müddətinə verilir) əldə edilməsi məqsədilə 

verilən istehlak krediti geniş yayılmışdır. 

ABŞ  və  digər  Qərb  ölkələrində  istehlak  kreditinin  istifadəsini  tənzim-

ləyən xüsusi hüquqi norma və qaydalar mövcuddur. Məsələn, ABŞ-da mövcud 

olan  belə  qaydalardan  biri  bank  tərəfindən  müştərinin  kredit  qabiliyyətinin 

müəyyən  edilməsində  əsas  meyarları  müəyyən  edir.  Yəni  müştərinin  kredit 

qabiliyyəti bank sistemi vasitəsilə qiymətləndirilərkən müştəri haqqında infor-

masiyanın bank tərəfindən necə istifadə olunması,  müştəri  haqqında  hansı in-

formasiyanın  bank  tərəfindən  tələb  oluna  bilməsi  və  s.  bu  qaydada  öz  əksini 

tapmışdır. 

Kredit  tələblərinin  dəyərləndirilməsi.  Kreditləşdirmə,  banklar  baxımın-

dan mənfəətli, mənfəətli  olduğu  qədər də  riskli  bir funksiyadır. Şübhəsiz, ve-

rilən hər kredit, dəyişik ölçüdə də olsa bir risk ünsürü daşıyır. Kreditləşdirmədə 

prosesi və risk aşağıda göstərilən səbəblərdən qaynaqlanır:  

1) Gələcəyin sağlam şəkildə təmin edilməməsi;  

2) Təbii fəlakətlər (yanğın, su basqını, zəlzələ və s.);  

3) Kredit  alan  firmanın  istehsal  etdiyi  mal  və  xidmətlərə  qarşı  isteh-

lakçıların tələbində dəyişmələr;  

4)  stehsal və bölgü metodlarında texnoloji dəyişmə və dəyişmələr nəti-

cəsində kredit alan firmanın rəqabət gücünün zəifləməsi;  

5) Ümumi iqtisadi həyatdakı dəyişmələrin (konyunktura hərəkətləri) fir-

maların satışları və mənfəətinə neqativ təsiri;  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə