Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə139/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   135   136   137   138   139   140   141   142   ...   230

 

 

292



məməlidir.  Borcalana  əvvəllər  verilmiş  kreditlər  ümidsiz  borclar  kimi  xüsusi 

ehtiyatlar  hesabına  balansdan  silinmişdirsə,  bu  borcalana  yeni  kreditin  veril-

məsi  müstəsna  hallarda  və  ciddi  təhlilin  aparılması  əsasında  yalnız  əvvəllər 

verilmiş kreditlərin tam ödənilməsi şərti ilə nəzərdə tutula bilər.  

Banklarda  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına  uyğun  olaraq 

kreditlərin  təsnifləşdirilməsini  və  ümidsiz  borcların  silinməsini  təmin  edən 

daxili qaydalar müəyyən edilməlidir. 

Kreditlərin restrukturizasiyası. Mərkəzi Bankın normativ xarakterli aktla-

rında qeyd edilən resktrukturizasiya olunmuş kreditlərin təsnifləşdirilməsi üzrə 

tələblər  nəzərə  alınmaqla  banklar  tərəfindən  borcalanın  maliyyə  vəziyyətinin 

pisləşməsi  ilə  əlaqədar  kreditlərin  restrukturizasiyası  üzrə  qaydaları  hazır-

lanmalıdır. 

Kredit  dosyesinin  (tarixçəsinin)  məzmunu.  Bankda  bütün  borcalanlar 

üzrə kredit dosyesi (tarixçəsi) aparılmalıdır. Müştərilər üzrə məlumatların məx-

filiyi  qorunmalı  və  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla, 

üçüncü tərəfə açıqlanmamalıdır. 

  Menecment  nformasiya  Sistemi.  Bankda  kredit  riski  səviyyəsini  və 

istiqamətlərini,  kreditlərin  verilməsi,  idarə  edilməsi  və  nəzarət  tələblərini,  ha-

belə kredit portfelinin və balansdankənar öhdəliklərin keyfiyyətini özündə əks 

etdirən  adekvat  Menecment  nformasiya  Sistemi  (M S)  olmalıdır.  M S  kredit 

portfelinin  tərkibi  və  strukturu  barədə  məlumatları  təqdim  etməli,  risklərin 

cəmləşməsini  və  limitlərə  riayət  olunmasını  müəyyən  etməlidir.  M S  bankın 

müvafiq  səlahiyyətli  əməkdaşlarını  və  rəhbərliyini  kredit  riski  üzrə  göstə-

ricilərin müəyyən edilmiş kritik həddə çatması barədə məlumatlandırmalıdır.  

 



 

 

293



VIII FƏS L. BANKLARIN  NVEST S YA  

FƏAL YYƏT  

 

 

8.1.  nvestisiya prosesinin maliyyə təminatı 

 

nvestisiya  dedikdə  gəlir  götürmək  məqsədilə  pul  vəsaitlərinin  uzun-



müddətli qoyuluşu nəzərdə tutulur.  nvestisiya fəaliyyətinin iki əsas mərhələsi 

var.  Birinci  mərhələ  «investisiya  resursları»  investisiya  fəaliyyətinin  elə  özü 

hesab edilir.  kinci mərhələ «vəsaitin qoyuluşu – investisiyanın nəticəsi» həyata 

keçirilən  xərcləri  və  investisiyanın  istifadə  olunması  nəticəsində  gəlir  əldə 

edilməsini  nəzərdə  tutur.  Buna  görə  də,  investisiya  fəaliyyətini  resursların 

qoyuluşu  və  gələcəkdə  gəlir  əldə  etmək  proseslərinin  vəhdəti  kimi  müəyyən 

etmək olar.  

nvestisiya fəaliyyətinin əsas subyektləri investorlar və investisiya obyek-

tinin istifadəçiləri hesab edilir.  nvestorlar əmanətçilər, alıcılar, sifarişçilər, kre-

ditorlar  və  investisiya  fəaliyyətinin  digər  iştirakçıları  ola  bilərlər.  nvestisiya 

fəaliyyəti obyektinin istifadəçiləri investisiya fəaliyyəti obyektlərindən istifadə 

edən hüquqi və fiziki şəxslər, dövlət və bələdiyyə orqanları, xarici ölkələr, bey-

nəlxalq birlik və təşkilatlar ola bilərlər.  

nvestisiya obyekti isə ikili xarakter daşıyır. Bir tərəfdən onlar invetisiya 

resursları kimi çıxış edir, digər tərəfdən isə kapital əmlakının artımını müəyyən 

edən sahibkarlıq obyektlərinə qoyuluşu nəzərdə tutur.  

nvestisiya resurslarının tərkibinə aşağıdakılar aid edilir:  

•  pul vəsaitləri və maliyyə alətləri (bank qoyuluşları, paylar, aksiyalar və s.); 

•  maddi dəyərlər (bina, avadanlıqlar və digər daşınan və daşınmaz əmlak); 

•  pul qiymətinə malik mülki, intellektual və digər hüquqla. 

nvestisiya  iqtisadiyyatın  inkişaf  etməsi  və  güclənməsində  böyük  rola 

malikdir.  nvestisiya ümumilikdə ümumi istehsala və məşğulluğa, iqtisadiyyat-

da struktur irəliləyişinə, təsərrüfat sferasının inkişafına təsir göstərir. 

nvestisiya  müxtəlif  formalarda  həyata  keçirilir.  nvestisiyanın  sistemli 

təhlili və planlaşdırılması baxımından müxtəlif təsnifat gösiəricilərinə qruplaş-

dırıla  bilər.  nvestisiyanın  təsnifatı  seçmiş  olduğumuz  kriteriyalar  əsasında 

müəyyənləşdirilir. 

Vəsaitlərin obyektlərə qoyuluşuna görə investisiya real və maliyyə inves-

tisiyalarına  bölünür.  Real  investisiya  vəsaitin  real  iqtisadi  aktivlərə  qoyuluşu-

nun məcmusu kimi çıxış edir: maddi resurslar və qeyri-maddi aktivlər. Maliyyə 

investisiyası  vəsaitlərin  müxtəlif  maliyyə  aktivlərinə  qoyuluşunu  əks  etdirir: 

qiymətli kağızlar, bank depozitləri və s. 

nvestisiya  məqsədlərinə  görə  birbaşa  və  portfel  investisiyasına  ayrılır. 

Birbaşa investisiya, investisiya qoyulan obyekt üzərində nəzarət və idarəetməni 

həyata keçirmək məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan inves-



 

 

294



tisiyadır.  Portfel  investisiya  gəlir  əldə  olunması  (investisiya  obyektinin  bazar 

qiymətinin  artması,  dividend,  faiz,  digər  pul  ödəmələri)  və  riskin  diversi-

fikasiyası məqsədini daşıyır. 

Müddətə görə investisiyalar qısamüddətli, ortamüddətli və uzunmüddətli 

olur. 

nvestisiyanı  resurslar  üzərində  mülkiyyət  formasına  görə  şəxsi,  dövlət, 



xarici və müştərək investisiyalara bölmək olar. 

Regional göstəricilərə görə investisiyalar ölkədaxili və xarici olur. Ölkə-

daxili  investisiya  vəsaitin  ölkə  daxilindəki  obyektlərə  qoyuluşunu  həyata 

keçirir. Xarici investisiya isə ölkə xaricində həyata keçirilən investisiyadır. 

Sahəvi  göstəricilərə  görə  investisiyalar  bir-birindən  fərqlənir:  sənaye, 

kənd təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və s. 

Riskə görə investisiyalar aqressiv, mülayim və konservativ olur. 

nvestisiya  prosesinin  realizasiyası  investisiyanın  maliyyə  mənbələrinin 

müəyyən edilməsi, onların səfərbər edilməsi və səmərəli şəkildə istifadə olun-

ması  ilə  əlaqəli  olan  qərarların  axtarışı  ilə  bağlı  olur.  nvestisiya  fəaliyyətinin 

bütün növləri investisiya resursları hesabına həyata keçirilir.  nvestisiya resurs-

ları  investisiya  obyektlərinə  qoyuluşların  həyata  keçirilməsi  üçün  cəlb  olunan 

bütün  növ  maliyyə  subyektlərini  özündə  əks  etdirir.  Bazar  iqtisadiyyatında 

investisiya resurslarının mənbələrinin formalaşdırılması müxtəlif cür olur. 

  qtisadi ədəbiyyatda investisiyanın maliyyə mənbəyi təhlil edilərkən da-

xili və xarici mənbələr qeyd edilir.  nvestisiyanın daxili mənbələrinə bir qayda 

olaraq  daxili  mənbələr,  həmçinin  şirkətin  öz  vəsaitləri,  maliyyə  bazarının  re-

sursları, əhalinin əmanətləri, büdcə investisiya təxsisatı aid edilir. Xarici mən-

bələr  isə  xarici  investisiya  kreditləri  və  istiqrazlar  hesab  edilir.  nvestisiya 

maliyyələşməsinin daxili və xarici mənbələrinin təhlili makroiqtisadi və mikro-

iqtisadi səviyyələrdə aparılmalıdır. Makroiqtisadi səviyyədə investisiya maliy-

yələşməsinin daxili mənbələrinə aşağıdakılar aid edilir: büdcə maliyyələşməsi, 

ə

halinin  əmanətləri,  şirkətlərin  yığımı,  qeyri-hökumət  pensiya  fondları,  kom-



mersiya bankları, investisiya fondları, sığorta şirkətləri və s. Xarici mənbələrə 

isə xarici investisiya kreditləri və borc öhdəlikləri aid edilir.  

Mikroiqtisadi səviyyədə isə investisiya maliyyələşməsinin daxili mənbə-

lərinə gəlir, amortizasiya, şirkət sahiblərinin investisiyası aid edilir. Mikroiqti-

sadi səviyyədə xarici mənbələr isə dövlət maliyyələşməsi, investisya kreditləri, 

şə

xsi  qiymətli  kağızların  yerləşdirilməsi  yolu  ilə  cəlb  olunan  vəsaitlər  hesab 



edilir. 

nvestisiya  resurslarının  səfərbəredilmə  qaydaları.  nvestisiya  fəaliyyəti-

nin maliyyə mənbəyi kimi borc vəsaitləri də çıxış edə bilər. Borc vəsaiti dedik-

də: istiqraz buraxılışından əldə edilən vəsaitlər, digər borc öhdəlikləri, həmçinin 

bankların,  digər  maliyyə  kredit  institutlarının  dövlət  kreditləri  başa  düşülür. 

Cəlb  olunmuş  borc  vəsaitlərinin  səfərbər  edilməsi  müxtəlif  vasitələrlə  həyata 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə