Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə142/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   138   139   140   141   142   143   144   145   ...   230

 

 

299



olur.  nvestorlar həmişə pulu daha gəlirli layihələrə qoymağa can atırlar. Qiy-

mətli kağızlara qoyulan kapital heç də həmişə yüksək gəlirli olmur. 

Qiymətli kağızlar bazarında investisiya fəaliyyətinin aşağıdakı məqsədlə-

ri vardır: 

•   investisiya prosesinin kütləvilik xarakterini təmin etmək; 

•   siyasi,  sosial-iqtisadi  və  digər  sahələrdə  baş  verən  və  proqnozlaş-

dırılan dəyişiklikləri əks etdirmək; 

•   qiymətli  kağızlara  qoyulan  investisiyanın  modelləşdirilməsi  yolu  ilə 

investisiya siyasətinin müəyyən edilməsi; 

•   investisiya  axınının  tənzim  olunması  yolu  ilə  xalq  təsərrüfatının 

sahəvi və regional strukturunun təşkil edilməsi; 

•   dövlət investisiya siyasətinin həyata keçirilməsi; 

•   dövlət struktur siyasətinin realizasiyası. 

nvestisiya potensialı dövlətin, vətəndaşın, təsərrüfat subyektlərinin, qey-

ri-rezidentlərin investisiyasını təşkil edir.  nvestisiya potensialının səviyyəsi sis-

tem göstəriciləri ilə qiymətləndirilir. Bu göstəricilər arasında ən vacibi regionun 

investisiya  mühiti,  investisiyaya  tələbat  strukturu  və  ayrı-ayrı  investorların 

investisiya imkanları hesab edilir.  

nvestisiya mühiti aşağıdakı parametrlərlə xarakterizə edilir.  

•   potensial investorların mövcudluğu (dövlət, hüquqi və fiziki şəxslər);  

•   mövcud olan investisiya mənbələri (regiondaxili və xarici);  

•   investisiyanın növləri (daşınmaz əmlak, maliyyə və qeyri-maddi). 

 Bu  əsasən  ölkənin  və  ya  regionun  obyektiv  imkanlarından  (investisiya 

potensialından) və investorun fəaliyyət şərtlərindən (investisiya riskindən) asılı 

olur.  nvestor investisiya qərarlarını qəbul edən zaman təkcə investisiya poten-

sialı və investisiya riskinə baxmaqla kifayətlənməməlidir.  nvestisiya potensialı 

baxımından region əla ola bilər, amma bu regionda siyasi vəziyyət qeyri-stabil 

olarsa və ətraf mühit çirkli olarsa, bu zaman investisiya qoymağa çox az adam 

qərar verə bilər və yaxud əksinə heç bir investisiya riski yoxdur, amma region 

heç bir investisiya potensialına malik deyildir. 

nvestisiyaya tələbat stukturu  qiymətli kağızlara qoyulan kapitalın zəru-

riyyətinin ümumi tələbatı ilə müəyyən edilir. Bu həcm qiymətli kağızlar baza-

rının inkişaf tendensiyasının proqnozlaşdırılması əsasında qiymətləndirilir. 

Vətəndaş  investor  kimi  qiymətli  kağızlar  bazarında  daha  perspektivli 

investorlardan  biridir.  Bu  növ  investorların  öz  üstünlükləri  vardır:  investisiya 

obyektlərinin seçilməsində azad seçim, sürətlilik, sərbəst maliyyə resurslarının 

müvəqqəti mövcudluğu. Bir investor kimi vətəndaşların da öz çatışmayan cə-

hətləri  vardır:  ictimai  fikirdən  asılılığı,  nisbətən kiçik investisiya  imkanlarının 

olması, investisiya üzrə öhdəlik zəmanətinin alınmasına can atmaq. Vətəndaşla-

rın investisiyanı tam sürətləndirmək vasitələrinə aşağıdakı faktorları aid etmək 

olar:  qiymətli  kağızlar  üzrə  zəmanət  öhdəliklərinin  inkişafı;  investisiya  im-



 

 

300



kanına malik olan konversiyalı istiqrazların daxili bazarda yerləşdirilməsi; ak-

siyaların ikinci bazarının aktivləşdirilməsi.  

Maliyyə  hesabatlarında  qiymətli  kağızlar  təyinatına  görə  aşağıdakı 

qaydada təsnifləşdirilir: 

1. Borc qiymətli kağızlar; 

2. Dilinq əməliyyatları üçün qiymətli kağızlar; 

3.  nvestisiyalar. 

Borc  qiymətli  kağızların  alınmasında  məqsəd  ödəniş  müddəti  tamam-

lanana  qədər  saxlanılmaqla,  müəyyən  olunmuş  faiz  gəlirlərinin  əldə  olun-

masıdır.  

Dilinq  əməliyyatları  üçün  qiymətli  kağızların  alınmasında  əsas  məqsəd 

faiz  və  dividend  gəlirlərinin  götürülməsi  deyil,  bu  qiymətli  kağızların  alış  və 

satış dəyərinin arasındakı fərqdən gəlir əldə olunmasıdır. 

Maliyyə  hesabatlarında  investisiyalar  müəsissələrin  fəaliyyətində  iştirak 

payından asılı olaraq təsnifləşdirilir. Qiymətli kağızlar portfelində olan qiymətli 

kağızlar  Azərbaycan  Respublikası  qanunvericiliyinə  və  Mərkəzi  Bankın  nor-

mativ aktlarına uyğun olaraq bankın daxili sərəncamına əsasən müvafiq məq-

sədlərə  uyğun  yenidən  təsnifləşdirilə  bilər.  Qiymətli  kağızların  yenidən  təs-

nifləşdirilməsi balans dəyərinə əsasən aparılır.  

Borc qiymətli kağızlar üzrə əməliyyatların uçotu. Borc qiymətli kağızlar 

mühasibat balansında (uçotda) dövlətin və kommersiya sektorunun güzəştli və 

kupon  qiymətli  kağızlarına  bölünməklə  nominal  dəyərlə  müvafiq  balans 

hesablarında  uçota  alınır.Maliyyə  hesabatlarında  borc  güzəştli  qiymətli  kağız-

ların uçotu həmin borc güzəştli kağızlar üzrə güzəşt məbləğini nəzərə almaqla 

aparılır.Borc qiymətli kağızların alış/satış dəyəri ilə nominal dəyəri arasındakı 

fərq  maliyyə  ilinin  mənfəət/zərər  hesablarında  gəlir  və  ya  xərc  kimi 

tanınır.Borc qiymətli kağızlar yenidən qiymətləndirilmir.  

Dilinq əməliyyatları üçün qiymətli kağızların uçotu. Dilinq əməliyyatları 

üçün qiymətli kağızlar mühasibat balansında (uçotda) dövlətin və kommersiya 

sektorunun qiymətli kağızlarına bölünməklə alış dəyəri ilə müvafiq balans he-

sablarında uçota alınır. Dilinq əməliyyatları üçün qiymətli kağızların alqı/satqısı 

zamanı alış/satış dəyəri ilə balans dəyəri arasındakı fərq maliyyə ilinin mənfə-

ə

t/zərər  hesablarında  gəlir  və  ya  xərc  kimi  tanınır.  Dilinq  əməliyyatları  üçün 



qiymətli kağızlar yenidən qiymətləndirilir və fərq maliyyə ilinin mənfəət/zərər 

hesablarında gəlir və ya xərc kimi tanınır. 

nvestisiya üçün nəzərdə tutulmuş qiymətli kağızların uçotu.  nvestisiya 

üçün  nəzərdə  tutulmuş  qiymətli  kağızlar  mühasibat  balansında  (uçotda) 

maliyyə  və  qeyri-maliyyə  sektorunda  fəaliyyət  göstərən  müəsissələrə  investi-

siya  payından  asılı  olaraq  bölünməklə  alış  dəyəri  ilə  müvafiq  balans  hesabla-

rında uçota alınır. nvestisiya üçün nəzərdə tutulmuş qiymətli kağızlar  yenidən 

qiymətləndirilir  və  fərq  investisiyaların  yenidən  qiymətləndirilməsi  üzrə 

ehtiyatlara  aid  edilir.  nvestisiya  üçün  nəzərdə  tutulmuş  qiymətli  kağızlar 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə