Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə136/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   132   133   134   135   136   137   138   139   ...   230

 

 

286



olduqda ondan başa çatmış maliyyə ili üzrə auditdən keçmiş hesabatların, vergi 

orqanlarına  verilən  hesabatların,  pul  vəsatinin  hərəkəti  barədə  hesabatın  və 

digər  hesabatların  təqdim  edilməsi  nəzərdə  tutulmalıdır.  Fiziki  şəxslər  üçün 

maliyyə  hesabatları  qismində  əməkhaqqı  və  ya  rəsmi  qaydada  təsdiq  edilmiş 

fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalıdır. Qa-

nunvericilikdə hüquqi şəxslərin hesabatlarının Maliyyə Hesabatlarının Beynəl-

xalq Standartlarına uyğun təqdim olunması nəzərdə tutulduqda bu hesabatların 

təqdim edilməsi bank tərəfindən şərt kimi müəyyən olunmalıdır.  

Borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi sənədləşdirilməlidir. 

Zərurət yarandıqda banklar borcalan haqqında maliyyə məlumatlarının qiymət-

ləndirilməsi üçün müstəqil ekspertləri, məsləhətçiləri cəlb edə bilərlər.  

Bankdaxili  qaydalarda  borcalanın  maliyyə  məlumatlarının  əhatə  tam-

lığının  və  mötəbərliyinin  təsdiqi  üçün  onun  digər  tərəflər  qarşısında  borc, 

zaminlik və digər müqavilə üzrə öhdəliklərin  yerinə  yetirilməsinin qiymətlən-

dirilməsi nəzərdə tutulmalıdır.  Bu məqsədlə banklar Mərkəzləşdirilmış  Kredit 

Reyestrinin məlumatlarından istifadə edə bilərlər. Bundan əlavə, banklar audi-

torlardan,  reytinq  agentliklərindən,  vergi  və  digər  dövlət  orqanlarından  və  s. 

mənbələrdən əlavə məlumatlar əldə edə bilər.  

Borcalanın  maliyyə  vəziyyətinin  monitorinqi  kredit  üzrə  borc  ödə-

nilənədək həyata keçirilməlidir. 

  Bir  borcalana  və  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupuna  kreditlərin 

verilməsi.  Kreditin  verilməsi  barədə  qərar  qəbul  edərkən  bank  tərəfindən  bir 

neçə  borcalanın  maliyyə  və  idarəetmə  baxımından  borcalanlar  qrupu  təşkil 

etdiyi  araşdırılmalıdır.  Bundan  əlavə  bank  tərəfindən  bir  borcalana  və  ya  bir-

biri  ilə  əlaqəli  borcalanlar  qrupuna  müxtəlif  fəaliyyət  növü  üzrə  kreditlərin 

verilməsi hallarının aşkara çıxarılması üzrə qaydalar müəyyən edilməlidir. Bir 

borcalana  və  ya  bir-biri  ilə  əlaqəli  borcalanlar  qrupuna  kreditlərin  verilməsi 

qaydaları  müəyyən  edilərkən  bank  Mərkəzi  Bankın  müvafiq  normativ  xa-

rakterli aktlarının tələbləri nəzərə alınmalıdır.  

Banka  aidiyyəti  olan  şəxslərə  və  aidiyyəti  olan  şəxslər  adından  hərəkət 

edən şəxslərə kreditlərin verilməsiBankdaxili qaydalarda banka aidiyyəti olan 

şə

xslərə və aidiyyəti olan şəxslər adından hərəkət edən şəxslərə (bundan sonra- 



aidiyyəti  olan  şəxslər)  kreditlərin  verilməsi  üçün  şərtlər  və  məhdudiyyətlər 

müəyyən  edilməlidir.  Bu  şərtlər  və  məhdudiyyətlər  bank  qanunvericiliyinə,  o 

cümlədən  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktlarına  uyğun 

olmalıdır. Bankdaxili qaydalarda banka aidiyyəti olan şəxslərə kreditlər verilən 

zaman  onlar  üçün  eyni  kreditqaytarma  imkanları  olan  digər  borcalanlara  nis-

bətən güzəştli şərtlərin nəzərdə tutulmadığı qeyd olunmalıdır.  

Banka  aidiyyəti  olan  hüquqi  şəxsin  kredit  sifarişini  qiymətləndirərkən 

bank  onun  auditor  rəyi  ilə  təsdiq  edilmiş  ən  azı  son  ikiillik  maliyyə  hesabat-

larının təqdim olunmasını tələb etməlidir. 



 

 

287



Bankda  aidiyyəti  olan  şəxs  ona  verilən  kreditin  qiymətləndirilməsində, 

təsdiq  edilməsində  və  verildikdən  sonra  ona  nəzarət  prosesində  iştirak  edə 

bilməz. Bu şəxslərə verilən kreditlər yalnız təminatlı kredit olmalıdır.  

Bankdaxili  qaydalarda  banka  aidiyyəti  olan  şəxslərə  verilmiş  kreditlər 

barədə  Müşahidə  Şurasına  hesabatlıq  sistemi,  habelə  hesabatların  dövriliyi 

müəyyən edilməlidir. 

Sindikativ  və  birgə  kreditlərin  verilməsi.  Bank  sindikativ  və  birgə  kre-

ditlərin  verilməsində  iştirakçı  bank  qismində  çıxış  etdikdə  üzərinə  götürdüyü 

riskin  adekvat  qiymətləndirilməsində  təşkilatçı  bankın  və  ya  digər  iştirakçı 

bankların  birgə  qiymətləndirməsinə  deyil,  kredit  sifarişinin  tam  həcmdə  özü 

tərəfindən  aparılan  hərtərəfli  təhlilinə  əsaslanmalıdır.  Qeyd  olunan  məsələ 

bankın daxili qaydalarında öz əksini tapmalıdır.  

Banklararası  kreditləşdirmə.  Bankdaxili  qaydalarda  banklararası  kredit-

ləşdirməni  həyata  keçirmək  üçün  ayrıca  prosedurlar  müəyyən  edilməlidir. 

Həmin prosedurlarda ən azı aşağıdakılar öz əksini tapmalıdır:  

-  borcalan banklar üzrə kredit limitləri və bu limitlərin müəyyən edilməsi 

ə

sasları;  



-  banklararası  kreditlər  xüsusi  şərtlər,  o  cümlədən  bazar  şərtlərindən 

fərqli olan dərəcələr əsasında verildikdə, həmin şərtlərin əsaslandırılması; 

-  bankın  müvafiq  təminatlar  təqdim  etmək  imkanının  qiymətləndiril-

məsi;  


-  banklararası kreditlərin cəmləşməsi; 

-  bank holdinq şirkəti ilə bağlı risk üzrə limitin müəyyən edilməsi; 

-  xarici ölkələr və valyutalarla bağlı risklərin nəzərə alınması.  

Balansdankənar öhdəliklərBankdaxili qaydalarda bank tərəfindən götü-

rülmüş digər öhdəliklərin, o cümlədən bank tərəfindən verilmiş qarantiyaların, 

açılmış akkreditivlərin, yaxud bunlara oxşar alətlərin məqsədləri və onlardan is-

tifadə edilməsi halları ətraflı əks olunmalıdır. Bu cür vasitələrin verilməsi şərt-

ləri,  onların  sənədləşdirilməsi  və  onlar  barədə  hesabat  verilməsi  üçün  tələblər 

müəyyən edilməlidir. Sənədləşdirmə kreditin verilməsi üçün istifadə edilən mə-

lumat formasında aparılmalıdır. Akkreditivlər barəsində isə əlavə sənədləşmə-

nin aparılması üzrə tələblər (aparılmış ödənişlər, məhsulun hansı ölkədə istehsal 

olunduğunu təsdiq edən sənəd, ödəniş tələbnaməsi, qaimələr, alınan əşyanın sı-

ğ

orta sənədləri və beynəlxalq praktikada qəbul olunmuş qaydalara müvafiq su-



rətdə tələb olunan digər sənədlər) nəzərdə tutulmalıdır. 

Kreditlər  üzrə  mümkün  zərərin  ödənilməsi  üçün  xüsusi  ehtiyat.  Bank-

daxili qaydalarda kreditlərdən dəyə bilən zərərlər üzrə yaradılmalı olan xüsusi 

ehtiyatın  adekvatlığının  qiymətləndirilməsi  üzrə  müvafiq  prosedurlar,  o  cüm-

lədən qiymətləndirmənin keçirilməsi müddətləri və bunun üçün məsul şəxslər 

müəyyənləşdirilməlidir.  

  Kredit  portfelinin  keyfiyyətinə  nəzarət.  Bankdaxili  qaydalarda  kredit 

portfelinə  müntəzəm  nəzarət  edilməsi  tələbi  məcburi  şərt  kimi  müəyyən 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə