Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə134/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   130   131   132   133   134   135   136   137   ...   230

 

 

282



1.  hər  bir  növü  üzrə  kreditin  maksimum  məbləği  və  növlər  üzrə 

kreditlərin cəmləşməsi; 

2. kreditlərin ümumi həcminin depozitlərin həcminə nisbəti;  

3.  kreditlərin  ümumi  həcminin  depozitlərin  və  cəlb  edilmiş  digər 

vəsaitlərin cəminə nisbəti; 

4.  bir  borcalan  və  bir-biri  ilə  əlaqəli  borcalanlar  qrupu  üzrə  kreditin 

maksimum məbləği və bu cür kreditlərin cəmləşməsi;  

5. coğrafi yerləşmə üzrə kreditlərin cəmləşməsi, o cümlədən bir ölkə və 

ya bir-biri ilə sıx əlaqədə olan ölkələr üzrə cəmləşmə; 

6. kreditlərin əsas valyuta növləri üzrə cəmləşməsi; 

7.  aidiyyəti  olan  şəxslərə  verilən  kreditin  maksimum  məbləğ  və  bu  cür 

kreditlərin cəmləşməsi; 

8. borcalanlar statusu üzrə kreditlərin cəmləşməsi (hüquqi, fiziki şəxslər 

və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər); 

9. təminatın növü üzrə cəmləşmə (daşınmaz əmlak, qiymətli kağızlar və 

s.); 


10. eyni ödəmə müddətləri olan kreditlərin cəmləşməsi;  

11. təminatçısı eyni olan kreditlərin cəmləşməsi;  

12. qeyri-işlək kreditlərin cəmləşməsi; 

13.  təminatsız  (blank)  kreditlərin  maksimum  məbləği  və  bu  cür  kre-

ditlərin cəmləşməsi; 

14.  filial  tərəfindən  verilən  kreditlərin  maksimum  məbləği  və  bu  cür 

kreditlərin cəmləşməsi (filiala bu növ əməliyyatlara icazə verildikdə). 

Kreditlərin  mühüm  cəmləşməsi  barədə  rəhbərliyə  mütəmadi  olaraq 

məlumat  təqdim  olunmalıdır.  Müəyyən  olunmuş  limitlərdən  artıq  məbləğdə, 

habelə bank üçün yeni olan sahəyə kreditlər yalnız Müşahidə Şurasının razılığı 

ə

sasında verilməlidir. Belə kreditlər verilərkən bankın üzərinə götürdüyü riskin 



qiymətləndirilməsi və monitorinqi üçün əlavə prosedurlar olmalıdır. 

  Kreditləşmə  sahələri  və  növləri.  Kredit  strategiyasına  əsasən  və  müx-

təlif kredit növlərinin xüsusiyyətləri nəzərə alınmaqla bank hər bir kredit növü 

üzrə  kreditlərin  verilməsi,  monitorinqi  və  onlara  nəzarət  üzrə  fərqli  qaydalar 

müəyyən etməlidir.  

Bankın  mövcud  kredit  strategiyasında  nəzərdə  tutulmayan  digər  kredit 

növlərinə  tələbat  yarandıqda  onların  verilməsi  üzrə  prosedurlar  müəyyən 

edilməlidir.  

Qeyri-rezidentlərə  və  respublikadan  kənarda  fəaliyyət  göstərən  şəxslərə 

kreditlər verilərkən bank tərəfindən kreditorun mənşə və ya fəaliyyət göstərdiyi 

ölkə ilə bağlı riskin ölçülməsi və monitorinqi üzrə prosedurlar bankdaxili qay-

dalarda öz əksini tapmalıdır. 

Kreditlər  xarici  valyuta  ilə  verildikdə  (ölkədaxilində  və  ölkədənkənar) 

belə  kreditlərlə  bağlı  yaranan  xarici  valyuta  riski,  habelə  beynəlxalq  əməliy-

yatlarda yaranan transfer riski də nəzərə alınmalıdır.  



 

 

283



 Bank kreditin məqsədyönlü istifadəsini müəyyən etmək məqsədilə kredit 

sifarişinin  qiymətləndirilməsi  zamanı  müştərilərin  fəaliyyətinin  təhlilini  apar-

malı, habelə kreditə xidmət dövründə bu fəaliyyətin daimi monitorinqini həyata 

keçirməli  və  müvafiq  tədbilər  görməlidir.  Bank  tərəfindən  müştəri  fəaliyyəti 

təhlil  edilərkən  Bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  “Müstərini  tanı” 

standartını rəhbər tutmalıdır. 

Kreditlərin ödəniş müddətləri və şərtləri. Kreditin (əsas borc və faiz məb-

ləğləri) ödəniş müddəti kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, 

borcalanın  fəaliyyətinin  mövsümi/dövri  xarakterindən,  habelə  real  pul  axın-

larının proqnozundan asılı olaraq müəyyən edilməlidir.  

Bankdaxili  qaydalarda  kreditlərin  ödənilməsi  müddətlərinin  uzadılma-

sına, qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl ödənişlərin bank tərəfindən 

tələb edilməsinə dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində 

öz əksini tapmalıdır. 

Bankdaxili  qaydalarda  kredit  üzrə  ödənişlər  anuitet  formasında  nəzərdə 

tutulduqda anuitet ödənişlərin vaxtından əvvəl aparılması şərtləri və bu zaman 

anuitetlərin  yenidən hesablanması və ödənilməsi (anuitet ödənişlərin məbləği-

nin  azaldılması  və/və  ya  ödəniş  müddətinin  qısaldılması)  qaydaları  müəyyən 

edilməlidir. 

Bankdaxili  qaydalarda  ilkin  ödəniş  (kredit  hesabına  alınan  əmlakın  də-

yərinin  bir  hissəsinin  borcalan  tərəfindən  öz  vəsaiti  hesabına  ödənilməsi) 

nəzərdə tutulduqda, bu ödənişlərə dair minimal tələblər müəyyən edilməlidir. 

Kreditlər üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsiBankdaxili qayda-

larda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini müəy-

yənləşdirmək  üçün  istifadə  edilən  iqtisadi  və  bazar  şərtləri,  habelə  müxtəlif 

amillər nəzərdə tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini 

müəyyənləşdirərkən  resursların  dəyərini,  kreditlərə  xidmət  xərclərini,  ümumi 

inzibati xərcləri, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli 

miqdarda  mənfəəti,  portfel  üzrə  itkiləri,  eləcə  də  əlavə  komisyon  haqlarının 

tutulub-tutulmamasını nəzərə almalıdırlar.  

Kreditin növündən asılı olaraq bank faiz dərəcələrinin minimum və mak-

simum həddini istifadə etdikdə bu zaman onların istifadəsi meyarlarını müəy-

yən etməlidir. 

  Güzəştlər. Bankda güzəştli şərtlərlə kreditlərin verilməsi üçün müvafiq 

meyarlar  müəyyən  edilməlidir.  Güzəştli  kreditlərin  verilməsi  praktikası,  yəni 

eyni  növ  kredit  və  borcalanlarla  müqayisədə  digər  borcalanlara  daha  sərfəli 

şə

rtlərlə  kreditlərin  verilməsi  dəqiq  prosedurlaşdırılmalı  və  bankın  ümumi 



kredit strategiyası, habelə bank qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil 

etməməlidir. 

Təminatın (kredit öhdəliklərinin icrasının təmin edilməsi üsulunun) qiy-

mətləndirilməsi və götürülməsiTəminatın dəyəri bankı kredit əməliyyatı üzrə 

dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qayta-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə