Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə147/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   143   144   145   146   147   148   149   150   ...   230

 

 

309



yalnız əsas məbləğin qaytarılması və məbləğə görə faiz almaq hüququna malik 

olur,  amma  o,  birgə  təsərrüfat  fəaliyyəti  göstərmək  hüququna  malik  deyildir. 

Bu  zaman  burada  yüksək  risk  dərəcəsi  meydana  gəlir.  Kredit  investisiyasını 

həyata  keçirən  bank  riskin  azaldılması  məqsədilə  borc  alanlara  əlavə  şərtlər 

təqdim edirlər. Bunların içərisində ən geniş yayılmış şərtlər aşağıdakılardır:  

1. şirkətin nəzarət aksiya paketinin əldə edilməsi;  

2. hökumətin, etibarlı bankların maliyyə təminatı;  

3. yüksək likvidli girovlarla təmin olunma;  

4. pay iştirakı. 

nvestisiya krediti uzunmüddətə verildiyindən investisiya riskləri qiymət-

ləndirilərkən burada borc alanın kredit qabiliyyəti və şirkətin maliyyə vəziyyəti 

təhlil edilir. 

 Şirkətin və müəssisənin yaradılması və inkişaf etdirilməsi məqsədilə qo-

yulan investisiyanın əsasən iki növü vardır: digər şirkətlərin təsərrüfat fəaliyyə-

tinə  qoyulan  investisiya  və  bankın  öz  fəaliyyətinə  qoyulan  investisiya.  Başqa 

ş

irkətlərin yaradılması və inkişaf etdirilməsi bankın təsisedici fəaliyyətində öz 



yeri vardır, bu zaman sonuncu maliyyə və qeyri-maliyyə şirkətlərinin təsisçisi 

olur.  


Kommersiya bankları tərəfindən təsis edilən təşkilatlar içərisində maliyyə 

sahələri  (investisiya  fondları  və  şirkətləri,  broker  firmaları,  investisiya  məs-

ləhətçiləri,  depozitar  və  klirinq  institutları,  sığorta  firmaları,  qeyri-dövlət  pen-

siya fondları, holdinq və s.) və yaxud xidmət sahələri (maliyyə məsləhəti, infor-

masiya və s.) üstünlük təşkil edirlər. 

Bankların  şirkət  və  təşkilatların  təsərrüfat  fəaliyyətində  iştirakı  müxtəlif 

səbəblərlə şərtləndirilir: investisiya üzərində maliyyə nəzarətinin tətbiq edilmə-

si; risklərin diversifikasiyası və bank biznesində gəlirliyin yüksəldilməsi; müx-

təlif  bazarlarda  bankın  vəziyyətinin  möhkəmləndirilməsi  məqsədilə,  müştə-

rilərinə  təqdim  olunan  xidmət  növlərinin  və  təsir  zonasının  genişləndirilməsi; 

bankın tabeliyində olan asılı təşkilatların kanalı ilə pul axınının artırılması; bank 

nəzarətinin  onların  üzərində  qaldığı  zaman  geniş  miqyasa  nail  olmuş  və 

müstəqil məna kəsb edən bölmələrin ayrılması; banklar tərəfindən qeyri-profil 

ə

məliyyatların həyata keçirilməsi üçün məhdudiyyətlərə, qanunvericiliyə riayət 



edilməsi. 

Kənar təşkilatların yaradılması və inkişaf etdirilməsi investisiyası istehsal 

və qeyri-istehsal xarakterli ola bilərlər. 

stehsal  investisiyası.  stehsal  investisiyası  investisiya  kreditlərinin  təq-

dim  edilməsi  və  investisiya  layihələrin  maliyyələşdirilməsi  iştirakını  müxtəlif 

vasitələrlə həyata keçirilir. 

nvestisiya layihəsinə vəsait qoymaqla bank, nəinki qazanc, həm də şir-

kətin idarə  edilməsində iştirak  etmək imkanı  verir.  nvestisiya  layihəsinin hə-

yata keçirilməsinin məqsədlərdən biri də şirkət üzərində nəzarəti ələ almaqdır. 



 

 

310



Bankların  istehsal  müəssisələri  ilə  investisiya  münasibətlərinin  inkişaf  etməsi 

xüsusən də bu əsasda son dərəcə neqativ hallara gətirib çıxara bilər. 

Bankın öz fəaliyyətinə qoyulan investisiya-bankların öz fəaliyyətinə qo-

yulan  investisiya  bankın  öz  material  texniki  bazasının  inkişaf  etdirilməsi  və 

təşkilati sərmayəsinin təkmilləşdirilməsini özündə birləşdirir. Bu investisiyanın 

istiqaməti  bankın  hansı  məsələləri  yerinə  yetirməsindən  asılı  olur.  nves-

tisiyanın  istiqamətindən  asılı  olaraq  aşağıdakı  kimi  müəyyənləşdirmək  olar: 

bankın fəaliyyəti keyfiyyətinin qaldırılmasını təmin edən investisiyalar. Bu növ 

investisiyalar  əsasən  bankın  texniki  təchizatının  yaxşılaşdırılması,  bankın  fəa-

liyyətinin və əmək şərtlərinin təşkilinin təkmilləşdirilməsi, şəxsi personalın təh-

sili,  araşdırmalar  və  layihələrin  həyata  keçirilməsi  hesabına  bank  xərclərinin 

azaldılması şəraitinin yaradılması yönəldilmişdir; bank xidmətlərinin genişlən-

dirilməsi və diversifikasiyasına yönəldilmiş investisiyalar. Bu növ investisiyalar 

vəsait  və  müştəri  bazasının  genişləndirilməsi,  bank  əməliyyatları  dairəsinin 

artırılması, yeni bank xidmət növlərinin istehsalını təmin edəcək yeni sahələrin 

yaradılmasını  nəzərdə  tutan;  dövlət  tənzimetmə  orqanlarının  tələbinə  əməl 

olunması ilə bağlı investisiyalar. 

Bank inkişaf etdirilməsi üçün qoyulan investisiyanın effektivliyinə yalnız 

çəkilən  xərclərin  bankın  maliyyə  vəziyyətinin  yaxşılaşdırılmasını  təmin  et-

diyini,  daha  yüksək  reytinq  kateqoriyasına  keçdiyi  zaman  nail  olmaq  müm-

kündür. 

Bank investisiyasının forma və növlərinin ən vacib xarakterlərindən biri 

sehirli  üçbucaq  «gəlirlik,  risk, likvidlik»  adlandırılan vəsaitlərin qoyulmasının 

ümumi meyarının qiymətləndirilməsindən ibarətdir. 

Gəlirlik, likvidlik və  risk  arasında sabit bir  asılılıq  vardır.  Bu bir qayda 

olaraq  gəlirlik  artdıqda  likvidlik  azalır  və  risk  artmağa  başlayır.  Bu  əsasla  da 

tədqiqatı  müxtəlif  aktivlərin,  materialların  investisiya  keyfiyyətlərinin  dəyiş-

məsi barədə cədvəl tərtib edirlər.  

Bankların investisiya siyasətinin anlayışları və elementləri - bankların in-

vestisiya  siyasəti  investisiya  fəaliyyətinin  məqsədli  istiqamət  sisteminin  ya-

radılması,  onların  əldə  olunması  üçün  daha  effektiv  vasitələrin  seçilməsini 

nəzərdə tutur.  nvestisiya siyasətinin mühüm qarşılıqlı əlaqə elementləri bank-

ların investisiya fəaliyyətinin idarə olunmasının strateji və taktiki prosesləridir. 

nvestisiya  strategiyası  dedikdə  investisiya  fəaliyyətinin  uzunmüddətli 

məqsədlərinin müəyyən olunması və onların nailiyyət əldə olunması yolları ba-

ş

a düşülür.  nvestisiya fəaliyyətinin idarəolunma prosesinin çıxış nöqtəsi hesab 



olunur. 

nvestisiya taktikasının hazır olunması investisiya strategiyasının verilmiş 

istiqamətləri  çərçivəsində  baş  verir  və  onların  cari  vaxtlarda  yerinə  yetirilmə-

sinə  yönəldilmişdir.  O, konkret investisiya  qoyuluşlarının həcmi  və tərkibinin 

müəyyən edilməsi, onların həyata keçirilməsi ilə bağlı tədbirlərin işlənib hazır-

lanması,  müəyyən  hallarda  isə  investisiya  layihəsindən  çıxmaq  barədə  idarə 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə