Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə146/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   142   143   144   145   146   147   148   149   ...   230

 

 

307



bəb olur. Məhz buna görə də bankların makroiqtisadi aspektdə investisiya fəa-

liyyəti dedikdə iqtisadiyyatın investisiya tələblərinin təmin edilməsi istiqamət-

lərində həyata keçirilən fəaliyyət başa düşülür. 

Beləliklə, bankların investisisya fəaliyyəti ikili təbiətə malikdirlər.  qtisa-

di  subyekt  nöqteyi-nəzərindən  (bank),  bankların  gəlirlərinin  artmasına  istiqa-

mətlənib. Makroiqtisadi aspektdə investisiya fəaliyyətinin effektliyi ictimai ka-

pitalın  artırılması  mahiyyəti  ilə  bağlıdır.  Kommersiya  banklarının  hər  iki 

aspekti bir-biri ilə sıx bağlıdır. Bu qarşılıqlı əlaqələrin əsasında özəlləşdirilmiş 

obyektlər  bazarı  və  qiymətli  kağızlar  bazarının  inkişafı  durur  ki,  hansı  ki, 

bunların aləti birbaşa və ya dolayısı ilə investisiya prosesinin həyata keçirilməsi 

üçün ilkin şərait yaradırlar. 

Mikroiqtisadi aspektin investisiya fəaliyyəti zamanı kommersiya bankları 

özəlləşdirilən  müəssisələrin  qiymətli  kağızlarının  yerləşdirilməsində  iştirak 

edir, müəssisənin aksiyalarını, paylarını əldə etmək məqsədilə nizamnamə kapi-

talına  yatırımlar  həyata  keçirirlər.  Beləliklə,  əslinə  qalsa  investisiya  fəaliyyəti 

iqtisadiyyatda investisiya proseslərinin vacib tərtibatçısı kimi qəbul edilməlidir. 

Buna görə də bankların investisiya prosesindəki iştirakını öyrənərkən bankların 

investisiya fəaliyyətinin ikili xarakterini mütləq nəzərə almaq lazımdır. 

Bankların investisiya fəaliyyətinin indiqatoru kimi aşağıdakı göstəricilər-

dən istifadə edilə bilər:  

1. bankların investisiya resurslarının həcmi;  

2. investisiya resurslarının real qiymətinin indeksi;  

3. bank investisiyalarının həcmi;  

4. bank ümumi aktivlərinə investisiya yatırımlarının payı;  

5. bankların obyektlər üzrə yatırdığı investisiyaların struktur göstəriciləri;  

6. bankların  investisiya  fəaliyyətinin  effektlik  göstəriciləri,  əsasən  də 

investisiya həcmi hesabına aktivlərin, həmçinin gəlirlərin artımı;  

7. gəlirli  maliyyə  aktivlərinə  yatırılan  kapitala  müqayisədə  investisiya 

yatırılmış istehsal sektorundakı alternativ gəlirlilik göstəriciləri. 

Bankların  investisiya  fəaliyyətinin  təsnifat  forması  –  vəsaitin  yatırıldığı 

obyektə uyğun olaraq yatırımları real iqtisadi aktivlərə və finans aktivlərinə qo-

yulan investisiyalara bölmək olar. Bank investisiyaları, həmçinin təbəqələrə də 

bölünə  bilər  və  daha  çox  xüsusi  obyekt  investisiyası:  investisiya  kreditlərinə, 

müddətli depozitlərə, paylar və pay iştirakına, qiymətli kağızlara, əmlaka, qiy-

mətli metal və qiymətli daşlara, kolleksiya əşyalarına, mülk və zehni hüquqlara 

və s. 


Qoyulma məqsədlərindən asılı olaraq bank investisiyasını investisiya ob-

yektinin bilavasitə idarə olunmasını təmin edən birbaşa və ikincisi isə faiz və 

dividentlərdən  gəlir  əldə  etmək  məqsədilə  həyata  keçirilən  portfel  investisya-

larına bölmək olar. 




 

 

308



Təyinatına  görə  investisiyanı  şirkət  və  ya  müəssisənin  yaradılması  və 

inkişaf etdirilməsi məqsədilə olan investisiya və təsərrüfat fəaliyyətində bankın 

iştirakı ilə bağlı olan investisiyaya bölmək olar. 

Vəsait mənbəyinə görə bankın xüsusi investisiyası fərqlənir ki, bu da bir-

başa  bankın  öz  hesabına  və  ya  müştərinin  hesabı  və  tapşırığı  əsasında  həyata 

keçirilir. 

Qoyulma müddətinə görə investisiya qısamüddətli (1 ilə qədər), ortamüd-

dətli  (3  ilə  qədər)  və  uzunmüddətli  (3  ildən  yuxarı)  aşağıdakılardan  ibarətdir: 

Kommersiya  banklarının  investisiyaları,  həmçinin  risk,  regionlar,  sahələr  və 

digər göstəriciləri təsnifatına bölünürlər. 

Bankların real investisiyası – kommersiya bankları istehsal sahəsində fəa-

liyyət göstərmədiyindən bankların real investisiyası əmlaka, qiymətli metallara, 

kolleksiya  əşyalarına  investisiya  qoyulması  ilə,  həmçinin  özlərinin  material-

texniki bazasının yaradılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. 

Ə

mlaka qoyulan kapital bazar qiymətinin və icarə haqqının qalxması ilə 



gəlir  gətirə bilər. Belə ki, əmlaka vəsait qoymaq üçün kifayət qədər nağd pul 

olmalıdır ki, bu da yalnız iri banklar üçün məqsədyönlüdür. 

Ə

mlak bazarının üç əsas seqmenti vardır: yaşayış binaları, təsərrüfat tə-



yinatlı binalar və torpaq sahələri. Buna görə də bunların hər birinin alınması və 

idarə  edilməsində  xüsusi  biliyə  malik  olan  mütəxəssislər  olmalıdır.  Bu  forma 

üçün çox aşağı likvidlik dərəcəsi xarakterikdir. 

Qiymətli metallar və kolleksiya əşyalarına qoyulan investisiya bank tərə-

findən  müxtəlif  motivlər  əsasında  həyata  keçirilə  bilər.  Bir  qayda  olaraq  qiy-

mətli  metallara  və  kolleksiya  əşyalarına  qoyulan  investisiya  yaxın  gələcəkdə 

gəlir  əldə  etmək  məqsədi  daşımır  və  bu  proses  kifayət  qədər  vəsait  bazasına 

malik  olan banklar tərəfindən həyata keçirilir.  Bu  cür bankların kolleksiyaları 

iri  rəssamlıq  muzeylərinin  kolleksiyalarından  heç  də  geri  qalmır.  Qiymətli 

metala və kolleksiya əşyalarına qoyulan kapital daha likvidli hesab edilir. 

Real investisiyalar ümumi bank investisiyası həcminin müəyyən bir his-

səsini  təşkil  edir.  Banklar  üçün  daha  xarakterik  maliyyə  investisiyaları  hesab 

edilir. 

Maliyyə investisiyası – Bankların maliyyə investisiyası qiymətli kağızla-

ra, pay və pay iştirakına qoyulan investisiyalarda öz əksini tapır. Fond bazarının 

inkişaf etdiyindən qiymətli kağızlara qoyulan investisiya daha böyük əhəmiyyət 

kəsb  edir:  borc  öhdəlikləri  (veksel,  depozit  sertifikatı,  dövlət  və  bələdiyyə 

qiymətli kağızları, hüquqi şəxslər tərəfindən buraxılan digər qiymətli kağızlar) 

pay qiymətli kağızları, törəmə qiymətli kağızları (derivativ). Qiymətli kağızlara 

qoyulan  vəsait  həm  bankın  öz  hesabına,  həmçinin  də  müştərinin  hesabı  və 

tapşırığı əsasında həyata keçirilə bilər. Bank başqa banklara müddətli depozitlər 

şə

klində investisiya qoya bilər. 



nvestisiya krediti faiz ödənilmə, müddət və qaytarılma şərtləri ilə uzun-

müddətli  ssudanın  təqdim  olunması  formasında  çıxış  edir  ki,  burada  bank 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə