Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə166/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   162   163   164   165   166   167   168   169   ...   230

 

 

348



7.2.üstünlük  təşkil  edən  aparıcı  qüvvələrin  sektora  əlverişli  və  ya  əl-

verişsiz təsir göstərməsini; 

7.3.iri bankların bazara daxili olmasını və ya bazardan çıxması perspek-

tivlərini; 

7.4. tələbin sabitliyini (məsələn, fəsli, biznes dövrünü, müştərilərin istək-

lərinin dəyişkənliyini və s. təsiri nəzərə alınmalıdır); 

7.5.rəqiblərin güclənməsini və ya zəifləməsini; 

7.6.sektorun gələcəyi ilə bağlı riski və ya qeyri-müəyyənliyi

9



 



10.2. Şəbəkə iqtisadiyyatı, elektron biznes və internet banking 

 

1997-ci ildə Avropa Komissiyası tərəfindən virtual mühitdə iqtisadi sub-

yektlərin  fəaliyyətinin  vahid  qayda  və  standartlarının  yaradılmasında  bey-

nəlxalq təşkilatların iştirakını səciyyələndirən memorandum qəbul olunub. Bu 

memorandumda  şəbəkə  iqtisadiyyatına  uğurlu  keçmək  üçün  aşağıdakı  şərtlər 

elan edilib: ticarət informasiyalarının təhlükəsizliyi və müdafiəsini təmin etmək 

üçün  girişi  şifrələmək;  məlumatlar  bazasının  intellektual  mülkiyyətin  qorun-

ması. 


Hal-hazırda aparıcı ölkələr şəbəkə iqtisadiyyatına keçiblər. Bu elə bir iq-

tisadiyyatdır  ki,  burda  ÜMM  əsasən  informasiya  məhsulları  istehsalına  və 

şə

bəkə  xidmətlərinin  həyata  keçirilməsi  hesabına  artır.  Şəbəkə  iqtisadiyyatı 



elektron  ticarət  həyata  keçirilən  xüsusi  bir  iqtisadi  mühitdir.  Bu  iqtisadiyyat 

interaktiv  imkanların  istifadəsi  əsasında  qurulur.  Şəbəkə  iqtisadiyyatı  anlayışı 

dedikdə  insanın  informasiya  texnologiyaları  sahəsində  texniki  tərəqqisinə  aid 

olan proqram təminatının, mobil rabitənin və s. kimi fəaliyyət sahələrinin təşkili 

və  müasirləşdirilməsi  başa  düşülür.  Bundan  başqa  “şəbəkə  iqtisadiyyatı” 

makroiqtisadi  elementlərin  dəyişilməsinə  gətirib  çıxaran  yüksək  texnologi-

yaların iqtisadi mühitə təsiridir.  ri firmanın tam və ya qismən öz əməliyyatla-

rını  internetə  keçirməsi  şəraiti  prinsipial  olaraq  vacibdir.  Bu,  onun  öz  partn-

yorunun eyni hərəkəti etməsinə və bunula da şəbəkə istifadəçisi olmasına şərait 

yaradır.  Belə  halda  kim  vaxtında  köklənə  bilmədisə,  mikrotəsərüffat  əla-

qələrindən düşür. 

Şə

bəkə  iqtisadiyyatı  mühitində  firmaların  iqtisadi  fəaliyyətinin  qanuna-



uyğunluqları “şəbəkə iqtisadiyyatı” nizam-intizamı əsasında öyrənilir.  Bu  gün 

şə

bəkə iqtisadiyyatı ənənəvi istehsal sahələri ilə müqayisədə orta hesabla 2 dəfə 



çox  yüksək  inkişaf  tempi  verir.  Qlobal  şəbəkələrin  sosial-iqtisadi  fəaliyyətə 

ə

sas təsir faktoru insanlar arasında informasiya mübadiləsinin şərtlərində key-



                                                            

9

 AR MB. Strateji planın hazırlanması üzrə metodoloji rəhbərlik 



 


 

 

349



fiyyət dəyişikliklərinin olması və virtual mühitdə onların qarşılıqlı informasiya 

fəaliyyətinin yaranmasıdır. Məhsulların və xidmətlərin qloballaşmış dünya ba-

zarında  əsas  biznes-fəaliyyət  iqtisadiyyatın  tədricən  real  sferasından  nominal 

sferasına,  daha  dəqiq  şəbəkə  iqtisadiyyatının  virtual  informasiya-maliyyə  sfe-

rasına keçir.  

nformasiya  şəbəkələrini  inteqrasiya  səviyyələrinə  görə  aşağıdakı  kimi 

təsnif etmək olar: korporativ şəbəkə; işgüzar partnyorluq şəbəkəsi (ekstranet); 

Qlobal şəbəkə (məsələn,  nternet).  

Hər  bir  inteqrasiya  səviyyəsi  informasiya  mühitinə  giriş  üçün  konkret 

məhduduiyyətləri  əvvəlcədən  təyin  edir.Belə  məhdudiyyətlər  praktiki  olaraq 

qlobal şəbəkədə olmadığı halda, korporativ və işgüzar şəbəkələrdə onlar açıq-

aydın  var  və  xüsusi  olaraq  korporativ  istifadəçilərinin  və  ya  partnyor  bir-

ləşmələrinin iştirakçılarının maraqları ilə razılaşdırılır.  

“Şəbəkə  iqtisadiyyatı”  adlanan  şəbəkələrin  informasiya  resurslarından 

istifadə  edərkən  Şəbəkə  iqtisadiyyatı=  ənənəvi  iqtisadiyyat  +  informasiya 

resursları və texnologiyaları formulunu nəzərə almaq vacibdir.  

Şə

bəkə iqtisadiyyatında iş və xidmətlərin dəyəri onların eyni vaxtda key-



fiyyətinin  qalxması  ilə  düşür.  Bu  yolla  əgər  xidmət  və  işin  qiyməti  aşağı 

düşürsə, bu zaman təklif olunan iş və xidmətlərin nomenklatura və həcmini ge-

nişləndirmək  lazımdır  ki,  əldə  olunan  gəlirin  həcmi  kifayət  qədər  çox  olsun. 

Biznes  iştirakçılarının  bu  cür  hərəkəti  ancaq  şəbəkə  iqtisadiyyatında  müm-

kündür.  Çünki  şəbəkə  texnologiyaları  ani  zaman  ərzində  müştəriyə  müxtəlif 

informasiyaları  çatdırmağa imkan verir və  eyni zamanda fasiləsiz  olaraq  yeni 

məhsul, xidmət və informasiya məhsulları istehsalını artırmağa imkan verir. 

Ə

nənəvi  iqtisadiyyatda  bazara  çıxarılacaq  məhsulun  istehsalının  həc-



minin  artırılması  qanun  xətti  ilə  həyata  keçirilirsə,  şəbəkə  iqtisadiyyaında  bu, 

eksponensianal  yolla  həyata  keçirilir.  Ənənəvi  iqtisadiyyatda  maya  dəyərinin 

aşağı  düşməsindən  məhdudlaşmış  sayda  şirkətlər  gəlir  əldə  edə  bilər.  Şəbəkə 

iqtisadiyyatında isə gəliri öz aralarında bölən bütün iştirakçılar əldə edir.Onun 

ə

sas  hissəsi  sərmayə  kimi  şəbəkə  texnologiyalarının  inkişafına  qoyulur.  Şə-



bəkənin həcminin genişlənməsi hesabına ona daha çox iş adamları və biznes-

menlər  qoşulur.  Nəticədə  istehsalın  həcmi  və  məhsul  satışı  artır.  Bu  da,  öz 

növbəsində biznes-prosesin iştirakçılarının gəlirinin həcminin artmasına gətirib 

çıxarır.  Şəbəkə  iqtisadiyyatı  dünya  səviyyəsində  öz  aralarında  əlaqələri  olan 

bazarların  cəmi  kimi  başa  düşülə  bilinər.  Şəbəkə  şirkətlərinin  coğrafi  yerləş-

məsi  prinsipial  xarakter  daşımır.  Şəbəkə  iqtisadiyyatında  istənilən  biznes  ani 

olaraq bütün dünya ölkələrinə yayılır.  

Telekommunikasiya  şəbəkələrində  qloballaşma  şəbəkə  iqtisadiyyatında 

işləyən  istehsalçıların  milli  maraqlarındakı  dəyişikliklər  ilə  əlaqədardır.  Şəbə-

kələr təmin etməlidirlər: 

• Tələb olunan informasiyaya istənilən vaxt giriş imkanı; 

• Əldə olunmuş informasiyanı təhlil etmək və qiymətləndirmək imkanı; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə