Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə175/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   171   172   173   174   175   176   177   178   ...   230

 

 

367



5.  öhdəliyin kapitala keçirilməsi vasitəsilə. 

Öhdəliklər, həmçinin kreditorun hər hansı vəsait və ya əmlak üzərində öz 

hüquqlarının itirilməsi və ondan imtina etməsi kimi digər vasitələrlə də ödənilə 

bilər. Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.  

Banklar müxtəlif ödəmə müddətlərinə malik depozitlər və kreditlər verir. 

Banklar  öz  öhdəliklərini  vaxtında  yerinə  yetirmək  iqtidarında  olmalıdır.  Əks 

təqdirdə,  əmanətçilər  arasında  çaxnaşma  yarana  bilər  və  bu  hal  müştərilərin 

bankla  apardığı  əməliyyatlar  zamanı  vacib  olan  etibarı  azaldar.  Məhz  bu  sə-

bəbdən  bank  nəzarəti  orqanları  likvidlik  məsələləri  ilə  əlaqədar  banklara 

likvidlik əmsalları təyin etmişlər. 



Kapital.  Kapitalın qalıq  kimi təyin  olunmasına  baxmayaraq, mühasibat 

balansında  təsnifləşdirilməlidir.  Belə  təsnifləşdirmə  bankda  iştirak  payı  olan 

tərəflərin dividend alınması və ya kapitalın ödənilməsinə münasibətdə müxtəlif 

hüquqlara  malikolma  faktını  əks  etdirir.  Mühasibat  balansında  göstərilən 

kapitalın məbləği aktivlərin və öhdəliklərin həcmindən asılıdır.  

Kapitalın  gəlirliliyi  əmsalı  kapitalın  səmərəliliyini  qiymətləndirir.  Bu, 

investorlar üçün mühüm əmsaldır. Bir çox banklar kapitalın gəlirliliyi əmsalını 

planlaşdırırlar. Asanlıqla başa düşmək olar ki, potensial investor, risk səviyyəsi 

eyni olmaq şərti ilə, kapitalın gəlirliliyi yüksək olan banka investisiya qoymaq-

da  daha  maraqlı  olacaq.  Bəzi  banklar  kapitalın  gəlirliliyi  əmsalının  vergidən 

ə

vvəl,  digərləri  isə  vergidən  sonra  mənfəətə  əsasən  hesablayırlar.  Vergidən 



sonra mənfəətin vergidən əvvəl mənfəətə nisbəti bankdakı vergi idarəetməsinin 

göstəricisidir. Bu da, həmçinin investorlar üçün mühüm əmsaldır. 

  

11.3. Maliyyə fəaliyyətinin nəticələri 

 

Mənfəət, bankın fəaliyyətinin effektivlik dərəcəsinin ölçüsü və ya investi-



siyalardan  (səhmlərdən)  daxil  olan  səmərənin  ölçüsü  üçün  əsas  kimi  istifadə 

olunur.  Mənfəətin  ölçüsü  ilə  bilavasitə  əlaqədar  olan  elementlər  -  gəlir  və 

xərclərdir. Gəlir və xərclərin elementləri aşağıdakı kimi təyin olunur: 

1. Gəlir  –  hesabat  dövrü  ərzində  aktivlərin  axıb  gəlməsi  və  ya  artması 

formasında və ya səhmdarların qoyuluşları ilə əlaqədar olmayan, kapitalın art-

masına  gətirib çıxaran öhdəliklərin azalması kimi təzahür  edən iqtisadi səmə-

rələrin artmasıdır.  

2. Xərc – hesabat dövrü ərzində aktivlərin axıb getməsi, tükənməsi və ya 

səhmdarlar arasında paylanması ilə əlaqədar olmayan kapitalın azalmasına gəti-

rib çıxaran öhdəliklərin artması kimi təzahür edən iqtisadi səmərələrin azalma-

sıdır.  

Gəlir.  Gəlir  anlayışına, daxil olan pul  vəsaitləri və digər  gəlirlər  aiddir. 

Daxil  olan  pul  vəsaitləri  (mədaxil)  bankın  adi  fəaliyyət  prosesində  yaranır  və 

müxtəlif  anlayışlarla,  o  cümlədən  mükafatlar,  faizlər,  dividendlər,  royalti  və 

icarə haqqı adlandırılır. Digər gəlirlər, bu anlayışıa cavab verən digər maddələri 




 

 

368



ifadə  edir  və  bankın  adi  fəaliyyəti  prosesində  yarana  və  yaranmaya  bilər.  Bu 

gəlirlər özlüyündə iqtisadi səmərələrin artımını təşkil edir və öz xarkterinə görə 

daxil  olan  pul  vəsaitlərindən  fərqlənmir.  Digər  gəlirlər,  məsələn,  əsas  vəsait-

lərin  realizə  olunmasından  yaranan  gəlirlərdən  ibarətdir.  Gəlir  anlayışına 

həmçinin realizə olunmamış gəlirlər,  yəni bazar qiymətli kağızlarının  yenidən 

qiymətləndirilməsindən  yaranan  gəlir  və  ya  uzunmüddətli  aktivlərin  balans 

dəyərinin artmasından yaranan gəlir daxildir. Mənfəət və zərər haqqında hesa-

batda  belə  gəlirlər  tanınarkən  ayrı-ayrılıqda  təqdim  olunur,  çünki  bu  gəlirlər 

haqqında  məlumatlar  iqtisadi  qərarların  qəbul  olunması  üçün  faydalıdır. 

Müxtəlif  növ  aktivlər  gəlir  vasitəsilə  əldə  oluna  və  artırıla  bilər.  Buna  misal 

olaraq,  pul  vəsaitlərini,  debitor  borcunu,  təchiz  olunmuş  mallar  və  göstərilən 

xidmətlərin müqabilində alınan malları və göstərilən xidmətləri göstərmək olar. 

Gəlir öhdəliklərin tənzimlənməsi nəticəsində də yarana bilər.  

Mədaxil mühüm qiymət göstəricilərindən biridir. Əgər gəlirin miqdarına 

digər göstəricilərdən ayrıca baxılarsa, o zaman çətin ki, bankın maliyyə səmərə-

liliyi  haqqında  əsaslandırılmış  nəticəyə  gəlmək  olar.  Buna  görə  də,  təhlil 

zamanı rentabellilik əmsallarından istifadə olunur. Onlardan biri xüsusi olaraq 

şə

xsi  kapitalın  rentabelliyi  (ROE),  aktivlərin  rentabelliyi  (ROA),  xalis  faizsiz 



marja, faizsiz marja, bankın əməliyyat gəlirinin xalis marjası kimi göstəricilərin 

hesablanmasını və qiymətləndirilməsini nəzərdə tutur.  

Xalis  faizli  marja  (XFM)  faizli  spredin  bankın  aktivlərinə  nisbəti  kimi 

nəzərə alınır. Faizli spred – bankın faizli gəlirləri ilə xərcləri arasındakı fərqdir. 

Xalis  faizsiz  marja  (XFM)  faizsiz  spred  ilə  bank  aktivləri  məbləği  arasındakı 

nisbət  kimi  müəyyən  olunur.  Faizsiz  spred  bankın  faizsiz  gəlirləri  ilə  faizsiz 

xərcləri arasındakı fərqə bərabərdir. Analoji olaraq bankın əməliyyat  gəlirinin 

xalis marjası nəzərdə tutulur. Verilən əmsallar analitikə göstərəcəkdir ki, bankın 

menecer və əməkdaşları bank xərclərinin artım sürəti ilə müqayisədə gəlirlərin 

artım  sürətinin  saxlanmasını  nə  dərəcədə  müvəffəqiyyətlə  təmin  edirlər. 

Ə

lbəttə, daha əhəmiyyətli göstərici xalis faizli marjadır. 



Bankların ümumi gəlirini aşağıdakı formada göstərə bilərik: 

Ümumi  gəlir  =  əməliyyat  gəliri  +  qeyri-bank  gəliri  (qeyri-əməliyyat 

gəlirlər). 

Bank  aktiv  gəlirliyinə  təsir  göstərən  başlıca  amil-marjdır.  Marja-gəlirin 

yüzdə neçə faizinin bankın əlində qalmasını göstərən göstəricidir.  

Faiz tarifinin dəyişkənlik riskinin təsir gücünü göstərmək üçün aşağıdakı 

düsturlardan istifadə etmək olar: Хаlis faiz gəliri = faiz gəliri - faiz məsrəfləri.  

Ümumiyyətlə  bankların  əsas  gəlir  mənbəyi:  kreditlərdən  əldə  etdikləri 

faiz,  ən önəmli xərcləri  isə  əmanətə ödədikləri faizdir. Ancaq bankların digər 

fəaliyyətlərindən əldə etdikləri gəlirlər də bank mənfəətini artıra biləcək həcm-

lərdədir.  Banklar  mənfəətlərini  artıra  bilmək  üçün  3  əsas  vəzifəni  yerinə 

yetirməlidirlər:  

1. gəlirlərin artırılması;  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə