Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə173/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   169   170   171   172   173   174   175   176   ...   230

 

 

363



3. hesabat dövrü ərzində bankın bütün əməliyyatlarının, habelə aktivlərin 

və öhdəliklərin inventarizasiya  nəticələri də daxil olmaqla uçotda tam şəkildə 

ə

ks olunmasını; 



4. hesablama  metoduna  uyğun  olaraq  gəlir  və  xərclərin  aid  olduğu 

hesabat dövrünə aid edilməsini; 

5. kapital  qoyuluşları  üzrə  uçotun  və  xərclərin  uçotunun  bir-birindən 

fərqləndirilməsini. 

Bankın  mühasibat  uçotunun  təşkili  və  aparılmasına,  qanunvericiliyə 

riayət  olunmasına  bank  rəhbərliyi  məsuliyyət  daşıyır.  Bank  rəhbərliyi  müha-

sibat uçotunun düzgün aparılması üçün zəruri şərait yaratmalı, habelə uçot sə-

nədlərinin və məlumatların rəsmiləşdirilməsi və təqdim edilməsi qaydası üzrə 

bankın  uçot  siyasətinin  tələblərinin  uçota  aidiyyəti  olan  bütün  bölmələr, 

xidmətlər və işçilər tərəfindən yerinə yetirilməsini təmin etməlidir. 

Banklarda  mühasibat  uçotunun  aparılmasına  bankın  baş  mühasibi  baş-

çılıq edir və o, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət gös-

tərir.  Bankın  baş  mühasibi  vəzifəsinə  «Banklar  haqqında»  Azərbaycan  Res-

publikası Qanunu ilə müəyyən olunmuş tələblərə cavab verən şəxs təyin edilir. 

Bankın  baş  mühasibi  qüvvədə  olan  qanunvericilik  aktlarını,  Mərkəzi 

Bankın  normativ  xarakterli  sənədlərini,  bankın  daxili  qaydalarını  öz  işində 

rəhbər tutur və MHBS-ə uyğun olaraq müəyyən olunmuş mühasibat uçotunun 

ümumi metodoloji prinsiplərə əməl olunmasına məsuliyyət daşıyır. 

Baş mühasib aşağıdakıları təmin etməlidir: 

1.  bankın  həyata  keçirdiyi  bütün  əməliyyatlara,  o  cümlədən  bankın 

özünün  fəaliyyətinə  aid  əməliyyatlara  nəzarəti  və  onların  maliyyə  hesabat-

larında və Baş kitabda müvafiq uçot registrlərində əks etdirilməsini; 

2. şəxsi hesablarda olunan düzəlişlərə nəzarət edilməsini; 

3. mədaxil və məxaric hesabları üzrə əməliyyatların aparılmasına nəzarət 

edilməsini; 

4. bankın  rəhbərliyinə  mühasibat  uçotu  məsələlərinə  dair  operativ 

məlumatın verilməsini; 

5. müəyyən  olunmuş  müddətlərdə  maliyyə  hesabatlarının  tərtib  edil-

məsini; 

6. bankın  maliyyə-təsərrüfat  fəaliyyətinin  iqtisadi  təhlilinin  həyata  keçi-

rilməsini (digər bölmələr və xidmətlərlə birlikdə). 

Baş mühasib gündəlik olaraq aşağıdakıları yoxlamalıdır:  

1.kassa əməliyyatlarının yekununu;  

2.gündəlik balansı və dövriyyə məlumatlarını;  

3.bank  sənədlərinin,  şəxsi hesabların,  yoxlama  cədvəllərinin, habelə he-

sabatların düzgün formalaşdırılmasını və saxlanmasını. 

  Baş mühasib bank rəhbərliyi ilə birlikdə mal və qiymətlilərin, pulların 

mədaxil  və  məxarici  üçün  əsas  olan  sənədləri,  habelə  hesablaşma  sənədlərini 

imzalayır. Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılır 



 

 

364



və icraya  qəbul edilmir.  Bank rəhbərliyi  ayrı-ayrı  uçot sahələri  üzrə sənədləri 

imzalamaq hüququnu yazılı sərəncamla digər müvəkkil şəxslərə verə bilər. 

Təşkilatçılıq və nəzarət funksiyalarını icra edən bankın rəhbərləri müvəq-

qəti olaraq işdə olmadıqda baş mühasib onların vəzifələrini, habelə mühasibat 

ə

məliyyatlarının  bilavasitə  yerinə  yetirilməsi  üzrə  vəzifələri  həyata  keçirə 



bilməz. 

Mühasibat xidmətinin təşkili. Banklarda mühasibat xidmətinin işi, müha-

sibat  bölməsinin  (departamentinin,  idarəsinin)  yaradılması,  ixtisaslaşdırılmış 

ş

öbələrin  təşkil  edilməsi,  işçilərə  əməliyyatçı  hüquqlarının  verilməsi  prinsipi 



ə

sasında təşkil edilir. 

Mühasibat bölməsinin vəzifələri aşağıdakılardan ibarətdir: 

1. mühasibat işinin, sənəd dövriyyəsinin, pul və qiymətlilərin saxlanma-

sına, aparılan əməliyyatların qanuniliyinə və bankın müştərilərinə xidmət üzrə 

bankdaxili nəzarətin düzgün və səmərəli təşkil edilməsi; 

2. xarici  valyutada  aparılan  əməliyyatların  mühasibat  uçotunun  və  bu 

ə

məliyyatlara nəzarətin düzgün təşkil edilməsi; 



3. mühasibat uçotu üzrə bankın daxili audit və digər yoxlamaları zamanı 

müəyyən  edilmiş  nöqsanların  aradan  qaldırılmasına  nəzarətin  həyata 

keçirilməsi; 

4. kreditor  borcların  ödənilməsi  və  debitor  borcunun  tutulması,  habelə 

yaranmış  zərərin  silinməsi  prosesinə  nəzarətin  həyata  keçirilməsi  və  bu 

məbləğlərin maliyyə hesabatlarında əks olunması barədə rəyin hazırlanması; 

5. uçot və əməliyyat məsələləri üzrə müştərilərin şikayətlərinə baxılması; 

6. bankın  maliyyə  hesabatının  yoxlanılması  və  birləşdirilmiş  (konsolidə 

edilmiş) maliyyə hesabatının tərtib olunması; 

7. mühasibat  uçotu  üzrə  müvafiq  kadrların  hazırlanması,  onların  ixtisas 

və biliklərinin, iş təcrübəsinin təkmilləşdirilməsində iştirak edilməsi. 

 

11.2. Maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bilavasitə  

ə

laqəli olan elementlər və uçot siyasəti 

 

Bankçılığın  təməl  prinsipi  aşağıdakılardır:  likvidlik,  təhlükəsizlik  və 



mənfəət. Bankçılıqda likvidlik bir bankın minimum zərər ilə, ola biləcək əma-

nət çəkimlərini ödəyəbilmə və eyni anda bazarın kredit ehtiyacını qarşıyabilmə 

gücüdür.  Bankçılıqda  təhlükəsizlik,  каpitalın  yetərli  və  baнк  aktivlərinin  key-

fiyyətliyi əsas şərtlərdən biridir.  

Bank  kapitalının  yetərli  olması  əmanətçilərin  banka  olan  güvənini, 

bankın kredit müştərisinin keyfiyyəti isə bankın təhlükəsizliyini təmin edir. 

Bankların mənfəəti, kredit müştərisindən aldığı faiz ilə əmanətçiyə ödə-

diyi faiz arasındakı fərqdir. Bazar prinsipləri çərçivəsində fəaliyyət göstərən və 

biznes  quruluşu  olan  bankların  ən  son  məqsədləri,  təhlükəsizlik  və  likvidliyi 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə