Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə189/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   185   186   187   188   189   190   191   192   ...   230

 

 

402



və  fəaliyyətin  növ  seçimində  böyük  sərbəstliyə  malikdirlər.  Bu  gün  assosia-

siyalar müasir bazara adaptasiya etmək üçün böyük cəhdlər göstərirlər. 

Amerikanın  kredit  ittifaqları  mahiyyət  etibarilə  demokratik  kooperativ 

təşkilatlardır.  ttifaqın  üzvləri  və  payçılar  əmanətləri  yalnız  o  məqsədlə  daxil 

edirlər  ki,  onlar  istiqrazlar  şəklində  digər  payçılara  verilsin.  stiqrazların  təq-

dimedilmə şərtləri və əmanətlərə faizlərin hesablanma ardıcıllığı kredit ittifaqı 

tərəfindən müəyyənləşdirilir.  ttifaqın ali orqanı onun üzvlərinin ümumi iclası, 

iclaslararası müddətlərdə isə idarəetmədir. 

Amerikan kommersiya bankları əmanət qəbuletmə haqqında lisenziyaya 

sahib  olan  banklardır.  Bu  bankların  aktivləri  kassa  likvid  aktivlər  və  sənəd 

portfelindən ibarətdir. Kassa likvid aktivləri nağd pul, FEB-də tutulan pullar və 

digər  bankların  hesablarında  tutulan  pullardır.  Bu  banklar  istehlak  və  sənaye 

sahələrinə qısamüddətli kredit açırlar. Portfelləri isə yerli icra və dövlət orqan-

larına aid sənədlərdən ibarətdir. Passivlərində isə dövlət və özəl sektorun əma-

nətləri  saxlanılır.Amerikada  kommersiya  banklarının  sayı  14500-ə  yaxındır. 

Ancaq bunlar içində ən böyük banklar Chase Manhattan Bank, First National 

Bank, Chase Manhattın Bank, Morıan Trust Company banklarıdır. Amerikanın 

investisiya  bankları  şirkətlərə  orta  və  uzunmüddətli  kredit  açırlar.  Bu  banklar 

ə

manət qəbul edir, sənaye quruluşları üçün hissə sənədi və istiqraz ixrac edirlər. 



Bu  banklar  pula  olan  ehtiyaclarını  kommersiya  banklarından  borc  olaraq 

ödəyirlər.  Amerikada  200-ə  yaxın  xarici  ölkələrin  bankları  fəaliyyət  göstərir. 

Bunların ümumi bank aktivləri içində payları 14 faizdir. Amerika banklarının 

ölkə  xaricində  800-dən  çox  şöbəsi  vardır.  Amerika  banklarının  xaricdəki 

fəaliyyətinə FEB, Federal Əmanət Sığorta Fondu və Pul Nəzarət Komitəsinin 

üzvlərindən meydana gələn komissiya nəzarət edir. 



 

 


 

 

403



II FƏS L. KANADANIN BANK S STEM  

 

 

Kanada Mərkəzi Bankı. Kanadanın Mərkəzi Bankı olan Kanada Bankı 

1934-cü  ildə  Kanada  Bankı  haqqında  Qanunun  qəbul  olunması  ilə  təsis 

edilmişdir. Bankın yaranma məqsədi “Kanadanın iqtisadi və maliyyə rifahının 

dəstəklənməsidir.  

Uzun  illər  Kanadanın  mərkəzi  bankı  olmamış  və  bank  sistemi  Kanada 

Banklar Assosiasiyası tərəfindən tənzimlənmişdir. Kanada Bankı 1934-cü ildə 

qəbul edilmiş “Kanada Bankı haqqında Qanuna əsasən  yaradılmışdır. 1938-ci 

ildə  Qanuna  dəyişiklik  olunmuş  və  Kanada  Bankı  milliləşdirilərək  Krallığın 

korporasiyası  olaraq  fəaliyyətə  başlamıışdır.  Kanada  Bankı  günümüzdə  də 

dövlətin bankı kimi fəaliyyət göstərir. 

Bank  yaradıldıqdan  sonra  pulların  buraxılması  hüququ  Dövlət  Maliyyə 

Departamentindən  alınaraq  Kanada  Bankına  verilmiş  və  özəl  banklardan  öz 

valyutalarını dövriyyədən çıxarmaları tələb olunmuşdur.  

kinci  Dünya  müharibəsi  dövründə  Kanadanın  müharibədə  iştirakını 

maliyyələşdirən Kanada Bankı müharibədən sonra fəaliyyətini genişləndirərək 

Kanadanın  iqtisadi  inkişafını  dəstəkləmək  üçün  səlahiyyətləndirilmişdir.  Ka-

nada biznesinə investisiya qoyuluşunu stimullaşdırmaq üçün törəmə Sənaye  n-

kişaf  Bankı  təsis  olunmuşdur.  Bankın  monetar  siyasəti  inflyasiyanın  azaldıl-

masından daha çox faiz dərəcələrinin aşağı salınması və işsizliyin aradan qal-

dırılmasına yönəlmişdi. 1960-cı illərdə inflyasiyanın artmağa başladığını görən 

Ceyms  Koyn (Kanada Bankının Sədri)  pul təchizatının  azaldılması tapşırığını 

vermişdir. Bununla razılaşmayan Baş Nazir Con Difenbeyker işsizliyin aradan 

qaldırılması  strategiyasına  keçid  tapşırığını  vermişdir.  Kanada  Bankı  siyasi 

nəzarətdə olmayan dövlət təşkilatı olaraq tanındığından bu hadisə qısa böhranın 

(“Koyn  Böhranı”)  baş  verməsinə  səbəb  olmuşdur.  Nəticədə  Bankın  Sədri 

istefaya  getmişdir.  Sonradan  Kanada  Bankı  tədricən  antiinflyasiya  siyasətinə 

keçməyə başlamışdır və artıq 1980-ci illərdə inflyasiyanın aşağı həddə saxlan-

ması onun əsas prioritetinə çevrilmişdir.  

Ölkənin mərkəzi bankı kimi Kanada Bankının 5 əsas vəzifəsi var: 

♦ 

Monetar  siyasətinin  həyata  keçirilməsi  (inflyasiya  göstəricisinin 



tənzimlənməsi); 

♦ 

Pulların buraxılışı; 



♦ 

Təhlükəsiz, şəffaf və səmərəli maliyyə sisteminin təşkili; 

♦ 

Vəsaitlərin idarə edilməsi; 



♦ 

nsani, maliyyə, informasiya, texnologiya və fiziki mənbələrin sağ-

lam idarə edilməsinə dəstək verən korporativ inzibatçılığın həyata keçirilməsi. 

 Kanada  Bankının  ali  idarəetmə  orqanı  Direktorlar  Şurasıdır.  Bankın 

Sədri və 4 sədr müavini federal hökumət tərərfindən deyil, Kabinetlə məsləhət-

ləşməklə  Bankın  Direktorlar  Şurası  tərəfindən  seçilir.  Maliyyə  nazirinin 




 

 

404



müavini  darə  heyətinin  üzvü  olsa  da,  onun  səs  hüququ  yoxdur.  Bankın 

hesabatları  Kanadanın  Ümumi  Auditorları  tərəfindən  deyil,  Maliyyə  Nazirliyi 

ilə məsləhətləşərək, Kabinet tərəfindən təyin edilmiş xarici auditorlar tərəfindən 

yoxlanılır. Bankda 16 departament fəaliyyət göstərir.  

Kanada Bankı kommersiya banklarına qiymətli kağızların bəzi növlərinin 

girovu ilə altı aydan çox olmayan müddətə kreditlər verə bilir. Kreditlər konkret 

şə

rtlərlə və məhdud müddət üçün hökumətə və ya əyalətlərə təqdim oluna bilər. 



Bankın uçot dərəcəsi minimal dərəcədir və Kanada Bankı kreditləri bu dərəcə 

üzrə təqdim etməyə hazırdır. 

Kanada  Bankının  fəaliyyət  istiqamətlərindən  biri  hökumətin  monetar 

siyasətinin  reallaşdırılmasıdır.  1980-ci  illər  ərzində  Kanada  monetar  siyasətin 

adıçəkilən  formasını  –  pul  kütləsinin  tarqetləşdirilmə  formasını  əsas  tuturdu. 

Pul kütləsinin targetləşdirmə siyasətinin reallaşdırılmasının effektivliyi bir sıra 

şə

rtlərdən asılı idi. Birincisi, pulun targetləşdirilməsi üçün dəyişən göstərici ilə 



(inflyasiya  və  ya  nominal  gəlir)  məqsədli  aqreqat  arasında  güclü  və  etibarlı 

ə

laqənin  olması  zəruridir.  Asılılığın  zəif  olduğu  halda,  məqsədli  göstəriciyə 



olan  təsir  dəyişənin  planlaşdırılmış  dəyişmələrinə  gətirib  çıxarmır.  Bu  növ 

uyğunsuzluq Kanadada baş vermiş və 1991-ci ildə pul siyasətinin dəyişməsinə 

gətirib çıxarmışdır.  kinci şərt Mərkəzi Bank tərəfindən pul aqreqatlarının qeyd-

şə

rtsiz  nəzarətidir.  Bu  nəzarət  yoxdursa,  pul  siyasətinin  məhz  bu  formasının 



həyata keçirilməsini bildirən dəqiq siqnal avtomatik şəkildə yox olur. Əgər pul 

kütləsinin  məhdud  aqreqatlarını  tənzimləmək  Kanada  hakimiyyəti  üçün 

mümkün olsa da, daha geniş M2 və M3 pul aqreqatlarına nəzarət etmək kifayət 

qədər müşkül məsələyə çevrilir. 

Kanadada targetləşdirmə siyasəti gözlənilən çox müsbət nəticələrə gətirib 

çıxarmadı,  çünki  ona  olan  münasibət  qeyri-ciddi  və  hakimiyyətin  uğur  qa-

zanmaq şansı yox idi. 

1991-ci  ilin  fevralında  Kanada  Bankı  inflyasiya  səviyyəsinin  targetləş-

dirilməsinə  keçid  barədə  elan  etdi.  Qərara  alındı  ki,  inflyasiyanın  məqsədli 

göstəricisi  Mərkəzi  Bankın  və  hökumətin  birgə  qərarı  ilə  təyin  ediləcək  və 

müəyyənləşdiriləcək.  Göstəricinin  əsasını  istehlak  qiymətlərinin  indeksi  təşkil 

edirdi.  stehlak  qiymətlərinin  indeksi  qida  məhsullarını,  enerjini  və  dolayı 

vergiləri nəzərdə tutmurdu. Məqsədli parametrin intervalları aşağıdakılar idi: 

* 1991-ci il: 3-5%; 

* 1992-ci il: 2-4%; 

* 1994-cü ilin iyunu: 1,5-3,5% 

* 1995-2001-ci illər: 1-3%. 

nflyasiya  səviyyəsinin  targetləşdirilməsi  bir  sıra  üstünlüklərə  malikdir. 

O, valyuta targetləşdirilməsindən fərqli olaraq, pul targetləşdirilməsi ilə yanaşı 

diqqətin  milli  maraqlarda  mərkəzləşməsinə  imkan  verir  və  xarici  təsirlərə 

meyilliliyi  azaldır.  Mübadilə  kursunun  məqsədli  göstəricisinin  rejimi  kimi, 

şə

ffafdır.  nflyasiyanın məqsədli səviyyəsi pul aqreqatları ilə müqayisədə əhali 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə