Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə188/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   184   185   186   187   188   189   190   191   ...   230

 

 

400



II H SSƏ. XAR C  ÖLKƏLƏR N BANK S STEMLƏR  

 

 

I FƏS L. AMER KA B RLƏŞŞ ŞTATLARININ  

BANK S STEM  

 

 

ABŞ-ın  Mərkəzi  Bankı  -  Federal  Ehtiyat  Sistemi.  Federal  Ehtiyat 

Sistemi ABŞ-ın Mərkəzi Bank sistemidir. Bankın ilkin yaranma məqsədi bank 

sektoru üzrə mümkün təşvişlərin aradan qaldırılması olmuşdur. 

 

Federal  Ehtiyat  Sistemi  ABŞ  tarixində  sayca  üçüncü  mərkəzi  bank  sis-

temidir. Daha əvvəl Birləşmiş Ştatların Birinci Bankı (1791-1811) və Birləşmiş 

Ş

tatların  kinci  Bankı  (1816-1836)  valyutanın  dövriyyəyə  buraxılması, 



kommersiya  kreditlərinin  verilməsi,  depozitlərin  qəbul  edilməsi  və  qiymətli 

kağızların buraxılması kimi fəaliyyət xidmətləri göstərməklə yanaşı çox sayda 

filiallara malik olmuş və ABŞ Xəzinədarlığının maliyyə agenti olaraq fəaliyyət 

göstərmişdir.  

1907-ci ildə Konqres bank işi və valyuta islahatlarının öyrənilməsi üçün 

respublikaçıların  Senatdakı  lideri  Nelson  Aldriçin  rəhbərlik  edəcəyi  Milli 

Monetar  Komissiya  yaratmışdır.  Amerikanın  mövcud  monetar  sistemi  və 

Avropanın mərkəzi  bank  sistemi öyrənilmiş və nəticədə “Aldriç Planı” hazır-

lanmışdır. 23 dekabr 1913-cü il tarixində Aldriç Planı “Federal Ehtiyat Planı” 

olaraq  təsdiqlənmişdir.  Federal  Ehtiyat  Sistemi  16  noyabr  1914-cü  ildə  fəa-

liyyətə başlamışdır.  

Birinci  Dünya  müharibəsi  zamanı  müharibə  istiqrazlarınin  verilməsi  ilə 

məşğul  olan  Federal  Ehtiyat  Sistemi,  1933-cü  ildə  Franklin  Ruzveltin 

hakimiyyətə  gəlməsi  ilə  subordinasiyalı  craçı  Filial  statusu  almış  və  yalnız 

1951-ci  ildə  öz  müstəqilliyini  əldə  etmişdir.  Həmin  tarixdən  bugünədək 

müxtəlif  siyasi  yanaşmalar  qəbul  etməsinə  baxmayaraq,  Federal  Ehtiyat 

Sisteminin səlahiyyətlərində əhəmiyyətli dəyişiklik olmamışdır.  

Federal Ehtiyat Sisteminin cari funksiyaları aşağıdakılardır:



 

1. Bank təşvişləri ilə bağlı problemlərin həlli; 

2. Bankların  özəl  maraqları  ilə  mərkəzləşdirilmiş  dövlət  öhdəlikləri 

arasında tarazlığın qorunması; 

3. Monetar  siyasət  tədbirləri  nəticəsində  ölkənin  pul  təchizatının  təmin 

olunması; 

4. Maliyyə sisteminin sabitliyinin dəstəklənməsi; 

5. Depozit qəbul edən təsisatlar, ABŞ hökuməti və xarici rəsmi müəssi-

sələr üçün maliyyə xidmətinin təmin olunması; 

6. ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsi.



 

Federal Ehtiyat Sisteminin təşkilati strukturu aşağıdakılardan ibarətdir: 




 

 

401



♦ 

Federal  Ehtiyat  Direktorlar  Şurası  –  müstəqil  federal  hökumət 

təşkilatıdir. 7 üzvdən ibarət Direktorlar Şurasının hər biri üzvü Prezident tərə-

findən  təyin  olunaraq  Senat  tərəfindən  təsdiqlənsə  də,  əsas  etibarilə  müstəqil 

şə

kildə  fəaliyyət  göstərir.  Fəaliyyət  müddəti  14  il  olan  hər  bir  üzv,  o  müddət 



ə

rzində  prezident  tərəfindən  vəzifəsindən  kənarlaşdırıla  bilər.  Şura  Nü-

mayəndələr Palatasının Spikerinə illik fəaliyyətlə  bağlı hesabat  verir.  Ölkənin 

monetar siyasətin yaradılması öhdəliyi daşıyan Şura, həmçinin Federal Ehtiyat 

Banklarının və ümumilikdə ABŞ bank sisteminin fəaliyyətlərinə nəzarət edərək 

tənzimləyir.  

♦ 

Federal  Açıq  Bazar  Komitəsi  –  qısamüddətli  fəaliyyət  hədəfləri 

qoyaraq  monetar  siyasətini  müəyyən  edir.  Bundan  əlavə,  xarici  valyuta 

bazarına  müdaxilənin  ABŞ  Xəzinədarlığı  tərəfindən  koordinasiya  edilməsinə 

baxmayaraq,  Komitə  Federal  Ehtiyat  Sistemi  tərəfindən  xarici  valyuta  bazar-

larında həyata keçirilən əməliyyatların yönəldilməsi ilə məşğuldur. Komitənin 

12  üzvündən  7-si  Direktorlar  Şurasının  üzvü,  5-i  isə  regional  Federal  Ehtiyat 

Banklarının  nümayəndələridir.  kinci  ərazi  olan  Nyu  Yorkdan  başqa  digər 

regional  Banklardan  olan  nümayəndələr  növbəli  qaydada  2-3  illik  müddətə 

seçilir.  

Federal  Ehtiyat  Bankları  –  özəl  korporasiyaların  və  dövlət  federal 

təşkilatların  bir  sıra  xüsusiyyətlərini  özündə  cəmləyir.  Üzv  bankların  hər  biri 

özünün  regional  Federal  Ehtiyat  Bankında  müzakirə  olunmayan  səhm  payına 

malik olsa da, bu pay ona Federal Ehtiyat Banklarının fəaliyyətinə yalnız məh-

dud  nəzarət  verir  və  Federal  Ehtiyat  Bankının  nizamnaməsi  qanun  əsasında 

təsis  olunur  və  onun  üzvlərinin  banklar  tərəfindən  dəyişdirilməsi  mümkün 

deyil. Hazırda 12 Federal Ehtiyat Bankı mövcuddur. 

Bank  və  digər  maliyyə-kredit  müəssisələri  sistemi.  ABŞ-ın  bank 

sisteminin müasir vəziyyəti qloballaşma və beynəlmiləlləşmə proseslərinin də-

rinləşməsi  və  transmilli  şirkətlərin  artımı  ilə  xarakterizə  olunur.  Bütün  kom-

mersiya  bankları  hüquqi  statusuna  görə  milli  və  ştat  banklarına  bölünürlər. 

Birincilər  federal  hökumət  tərəfindən,  ikincilər  isə  ştat  hakimiyyətləri  tərəfin-

dən lisenziyalaşdırılır və nəzarət olunur. 

ABŞ-ın bank  sistemində  xüsusi rolu investisiya bankları  oynayır. Onlar 

qiymətli  kağızlarla  bağlı  əməliyyatların  iki  əsas  növünü  –  şirkətin  qiymətli 

kağızlarının emissiyasını və yerləşdirilməsini həyata keçirirlər. 

ABŞ-da əmanətlərin toplanması və əmanətçilərin kreditləşdirilməsi məq-

sədilə  yaradılan  şirkətlər  –  əmanət  maliyyə  müəssisələri  geniş  yayılmışlar. 

Borc-əmanət assosiasiyaları paylı (əgər əmanətçilərə məxsusdursa) və səhmdar 

(əgər  səhmdarlara  məxsusdurlarsa)  olurlar.  Səhmdar  borc  –  əmanət  asso-

siasiyaları şirkətlərə məxsus ola bilər. Bir borc – əmanət assosiasiyasına malik 

olan şirkətlərə unitar, bir neçə borc-əmanət assosiasiyasına malik olan şirkətlərə 

holdind şirkətlər deyilir. Holdinq şirkətlərlə müqayisədə, unitar şirkətlər xidmət 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə