Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə186/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   182   183   184   185   186   187   188   189   ...   230

 

 

394



DAB  daxili  nəzarət  sisteminin  bir  hissəsidir  və  bankların  tənzimləyici, 

idarəedici və nəzarət tələblərinə riayət etməsinin münasibliyini müstəqil olaraq 

qiymətləndirir. 

Daxili audit departamenti aşağıdakı vəzifələri yerinə yetirir: 

• bank daxilində audit işini yerinə yetirir; 

• audit  planlarını  tərtib  edir,  onları  həyata  keçirir  və  auditin  nəticələri 

barədə məlumat verir; 

• bankın bütün strukturlarının fəaliyyətini yoxlayır və qiymətləndirir; 

• bankın  təşkili  və  idarə  edilməsi  ilə  əlaqədar  nəzarət  orqanı  tərəfindən 

müəyyən edilmiş siyasət, prinsiplər, qayda və təlimatlar da daxil olmaqla ban-

kın fəaliyyətini nizamlayan hüquqi və normativ tələblərə lazımi diqqət yetirir; 

• bankın siyasətinin müəyyən olunmasında iştrak etmir və ümumiyyətlə 

bankın siyasətini və ya onun uyğunluğunu bilavasitə tənqid etmək səlahiyyətinə 

malik deyil  .  Lakin  DAD-ın  faktiki və  ya  potensial narahatlıq doğuran məsə-

lələrlə üzləşdiyi zaman bu barədə Audit Komitəsinin sədrinə məruzə edir; 

• bank rəhbərliyinin hüquqi və normativ tələblərə və yaxud bankın daxili 

qaydalarına  və  prosedurlarına zidd qərarlar  qəbul  etdiyi və  ya  edəcəyi  barədə 

xəbər tutarsa, dərhal  darə Heyətinin və  ya Müşahidə Şurasının sədrinə məlu-

mat verir; 

• DAD  rəhbəri  bütün  hadisələr  barəsində  Audit  Komitəsinin  sədrinə 

məruzə etməlidir; 

• Daxili audit aşağıdakıları qiymətləndirir: 

• Bankın  daxili  qaydalara  və  risklərin  idarəedilməsinə  (ölçülə  bilən  və 

olçülə bilməyən) əməl etməsini; 

• Maliyyə və idarəedici məlumatların, o cümlədən kənar istifadəçilərə ve-

rilən  hesabatların  etibarlığını,  tamlığını,  düzgünlüyünü  və  vaxtlı-vaxtında 

hazırlanmasını; 

• Elektron informasiya sistemlərinin fasiləsizliyinə və etibarlığına xidmət 

edən bölmələrin fəaliyyətini. 

• DAD aşağıdakı hüquqlara malikdir: 

• Audit  işinə  lazım  olan  əvvəlki  dövrlər  üzrə  bütün  məlumatları  tələb 

etmək; 


• Yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri 

sənədləri əldə etmək; 

• Bankın  audit  aparılan  struktur  vahidində  (filial,  şöbə,  nümayəndəlik) 

nağd  vəsaitlərin,  digər  pul  qiymətlərinin,  qiymətli  kağızların,  xüsusi  qeyd 

olunmuş blankların, mal-materialların, əsas vəsaitlərin, avadanlıqların və digər 

aktivlərin mövcüd olmasını yoxlamaq və təsdiq etmək; 

• Hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələri , saxlanc müqa-

vilələri, satış və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq; 




 

 

395



• Audit aparılan sturktur vahidinin (filial, şöbə, nümayəndəlik) fəaliyyəti 

ilə  əlaqədar,  elektron  və  çap  olunmuş  şəkildə  məlumatları  təhlil  və  tədqiq 

etmək; 

• Hər hansı bir əməliyyatın uçotu və xüsusiyyəti ilə bağlı bankın rəhbər 



işçilərindən bütün zəruri izahatları tələb etmək; 

• Bankın işçiləri tərəfindən həyata keçirilən tədbirlərin və əməliyyatların 

cari  qanunvericiliyə  və  normativ  tələblərə  uyğunluğunun  adekvatlığını  müəy-

yən etmək, bankın siyəsətini və strategiyasını, qərar qəbuletmə prosedurlarını, 

uçot və hesabatvermə qaydalarını müəyyənləşdirən bankın daxili qərarına dair 

yazılı sənədləri əldə etmək; 

• Bank tərəfindən həyata keçirilən əməliyyatlar barədə Azərbaycan Res-

publikasının qanunvericiliyinə riayət etməklə, müştərilərə sorğular göndərmək; 

• bank,  onun  rəhbərləri  və  işçiləri  haqqında  məxfi  məlumatları  əldə 

etmək. Bu cür məxfi məlumatlara aşağıdakıları aid etmək olar: 

• Rəhbərliyin və digər işçilərin əməkhaqları; 

• Müştərlərin maliyyə vəziyyəti haqqında məlumat; 

• Bankın  mülkiyyətində  olan  əmlak  və  investisiyaları  haqqında  məlu-

matlar; 


• Filialların gəlirliliyi; 

• Bankın (baş rəhbərliyin) gələcək planları; 

• Saxtakarlıq hallarının təhqiqatı və mümkün hüquqi tədbirlər. 

Hər  bir  bank  öz  fəaliyyətində  daxili  nəzarət  mexanizmlərinin  adekvat-

lığını  təmin  etmək  məqsədilə  aşağıdakı  əsas  prinsipləri  və  qaydaları  rəhbər 

tutmalıdır: 

1. Mükəmməl təşkilati struktur; 

2. Zəruri siyasət və uçot qaydaları; 

3. Aktivlərin qorunması üçün tədbirlər; 

4. Daxili audit üzrə səmərəli proqram. 

   Daxili  audit  Müşahidə  Şurasının,  Maliyyə-təftiş  komissiyasının  və 

darə Heyətinin sərəncamında olan ən səmərəli daxili nəzarət vasitəsidir. Daxili 

audit  proqramı  o  zaman  mükəmməl  hesab  edilə  bilər  ki,  müəyyən  edilmiş 

nəzarət mexanizmləri, əməliyyat prosedurları - qeyri-səmərəlilik, uyğunsuzluq-

lar,  yaxud  saxtakarlıq  və  ya  qəsdən  manipulyasiya  nəticəsində  dəyə  biləcək 

zərərin  minimuma  endirilməsini  təmin  etsin.  Auditorun  rolu  əməliyyat  sis-

temləri,  prossesual  nəzarət  mexanizmləri  və  sənədləşmənin  mükəmməlliyi, 

təsirliyinin  və  etibarlığının  müəyyənləşdirilməsinə  yönəldilmiş  yoxlamalar  və 

təhlillər aparmaq yolu ilə bankın əmlakının qorunmasına kömək göstərməkdir. 

Səmərəli  audit  zəruri  nəzarət  atmosferi  yaradır,  bank  əməliyyatlarının  dəqiq-

liyinə  və  etibarlılığına  xidmət  göstərir.  Daxili  auditin  bu  qaydalarla  müəyyən 

olunmuş  məqsəd  və  vəzifələri,  bankın  Maliyyə-təftiş  komissiyasının  qanun-

vericiliklə ona həvalə edilmiş səlahiyyətlərinin icrasını istisna etmir. Maliyyə-



 

 

396



təftiş komissiyası öz vəzifə və səlahiyyətlərinin icrasında daxili və xarici audit 

yoxlamalarına əsaslana bilər. 

Auditin məqsəd və vəzifələri ilk növbədə aşağıdakılardan ibarətdir: 

1.  bankın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əmə-

liyyatların  qanunvericiliyə,  normativ  aktlara  və  daxili  sənədlərə  uyğunluğunu 

müəyyən  etmək  məqsədilə  mütəmadi  olaraq  yoxlamaların  aparılmasını  təmin 

etmək; 

2.  bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, tə-



limatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması 

faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara 

çıxarmaq; 

3.  aşkar  edilmiş  nöqsanların  aradan  qaldırılması  və  buna  nəzarət  məq-

sədilə tövsiyələr işləyib hazırlamaq; 

4.  aparılmış  yoxlamaların  nəticələri  və  aşkar  edilmiş  hər  bir  faktın 

müvafiq qaydada sənədləşdirilməsini təmin etmək; 

5.  aparılmış  yoxlamaların  nəticələri,  aşkar  edilmiş  yeni  risklər,  nöqsan 

və  çatışmazlıqlar  və  onların  aradan  qaldırılması  barədə  vaxtında  bank  rəh-

bərliyinə məlumat vermək; 

6.  bankın  əməkdaşları  tərəfindən  qanunvericiliyin,  normativ  aktların, 

daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək; 

7.  mühasibat  uçotu  və  hesabat  sisteminin  adekvatlığını  təhlil  etmək;

 

inzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların sə-



mərəliliyinə qiymət vermək; 

8.  yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, 

yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin 

müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək. 



Daxili audit xidməti əməkdaşlarının hüquqları: 

1. yoxlama  məqsədilə,  uçot-hesabat,  mühasibat,  pul-hesabat  və  digər 

sənədlərə icazənin olması; 

2. bank  əməkdaşlarının  hərəkətlərinin,  icra  etdiyi  əməliyyatların  qanun-

vericiliyin,  normativ  aktların  və  daxili  sənədlərin  tələblərinə  uyğun  olub-

olmamasını təyin etmək; 

3. bankın bütün struktur bölmələrinin fəaliyyətini yoxlamaq; 

4. ayrı-ayrı  əməliyyatların  müvəqqəti  dayandırılması  barədə  tövsiyələr 

vermək; 

5. zəruri hallarda daxili auditə aid olan bir sıra məsələlərin həllinə bankın 

digər struktur bölmələrinin əməkdaşlarını cəlb etmək. 

Bankların bütün əməkdaşları daxili audit xidməti ilə qarşılıqlı  mü-

nasibətlərində aşağıdakılara əməl edilir: 

1. daxili  audit  xidməti  tərəfindən  öz  vəzifə  səlahiyyətlərinin  icrasına 

köməklik göstərmək; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə