Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə182/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   178   179   180   181   182   183   184   185   ...   230

 

 

384



- digər  tərəflərə  verilmiş  avanslar  və  kreditlərin  ödənilməsi  üzrə  daxil-

olmalar (maliyyə sektoruna verilmiş avanslar və kreditlər istisna olmaqla); 

- forvard, opsion, svoplar və imzalanan digər müddətli müqavilələr üzrə 

ödənilən  pul  vəsaitləri  (müqavilələrin  dilinq  məqsədləri  üçün  imzalanması  və 

ya daxilolmaların maliyyə fəaliyyəti kimi təsnifləşdirilməsi hallarından başqa);  

- forvard, opsion, svoplar və imzalanan digər müddətli müqavilələr üzrə 

daxil olan pul vəsaitləri (müqavilələrin dilinq məqsədləri üçün imzalanması və 

ya daxilolmaların maliyyə fəaliyyəti kimi təsnifləşdirilməsi hallarından başqa).  

Maliyyə fəaliyyəti. Maliyyə fəaliyyətindən  yaranan pul vəsaitlərinin hə-

rəkəti  haqqında  məlumatların  banka  kapital  investisiyasından  əldə  olunan  pul 

vəsaitlərinin gələcək hərəkətinə olan tələbatların proqnozlaşdırılması üçün va-

cibliyini nəzərə alaraq, ayrı-ayrılıqda açıqlanması böyük əhəmiyyətə malikdir.  

Maliyyə  fəaliyyəti  nəticəsində  əldə  olunan  pul  vəsaitlərinin  hərəkətinə 

aşağıdakılar aiddir: 

- səhmlərin və digər pay alətlərinin emissiyasından pulların daxil olması; 

- bankın  səhmlərinin  alınması  və  ya  geri  ödənilməsi  üçün  sahibkarlara 

pul ödənişləri; 

- istiqrazlar, borc kağızları, veksellər,  girov kağızları və digər  qısamüd-

dətli  və  uzunmüddətli  borc  alınma  qiymətli  kağızlar  üzrə  vəsaitlərin  daxil 

olması; 


- kredit məbləğinin pul ödənişləri; 

- maliyyə icarəsində borcun azaldılması üzrə icarəçinin pul ödənişləri. 

 

Ə

məliyyat  fəaliyyətindən  əldə  olunan  pul  vəsaitləri  hərəkətinin 



təqdim olunması 

Bankın  əməliyyat  fəaliyyətindən  əldə  olunan  pul  vəsaitlərinin  hərəkəti 

pulların  daxil  və  xaric  olmasının  əsas  növlərini  ayrı-ayrılıqda  əks  etdirmə-

lidir.Pul vəsaitlərinin hərəkətinin bu cür açıqlanması istifadəçiləri pul vəsaitlə-

rinin gələcək hərəkətinin qiymətləndirilməsi üçün zəruri olan məlumatla təmin 

edir. Bu məlumatlar aşağıdakı mənbələrin hər hansı birindən əldə olunur:  

-  bankın uçot qeydlərindən; 

-  dövr ərzində ehtiyatlarda və debitor (kreditor) borclarda, digər qeyri-pul 

maddələrində  dəyişiklikləri,  investisiya  və  maliyyə  pul  axınları  yaradan  digər 

maddələrdə dəyişiklikləri nəzərə almaqla mənfəət və zərər haqqında hesabatda 

faizlər  şəklində  olan  gəlirlərin  (analoji  gəlirlər)  və  faizlərin  ödənilməsinə 

xərclərin (analoji xərclər) və digər maddələrin təshih edilməsi yolu ilə. 

Faiz və dividendlər. 

Alınmış və ödənilmiş faiz və dividendlərdən əldə olunan pul vəsaitlərinin 

hərəkəti ayrı-ayrılıqda açıqlanmalıdır. Onların hər biri əməliyyat, investisiya və 

ya maliyyə fəaliyyəti kimi vaxtaşırı olaraq ardıcıl şəkildə təsnifləşdirilməlidir. 

Dövr ərzində ödənilən faizlərin ümumi məbləği, kapitallaşdırılmasından və ya 

mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınmasından asılı olmayaraq, 




 

 

385



pul  vəsaitlərinin  hərəkəti  barədə  hesabatda  açıqlanır.  Maliyyə  hesabatlarında 

ödənilən  və  ya  alınan  faiz  və  dividendlər  pul  vəsaitlərinin  əməliyyat  hərəkəti 

kimi  təsnifləşdirilməlidir.  Ödənilən  dividendlər  maliyyə  mənbələrinin  cəlb 

olunmasına  qoyulan  xərclər  hesab  edildiyindən,  pul  vəsaitlərinin  maliyyə 

hərəkəti kimi təsnifləşdirilir.  

Mənfəətdən vergi. 

Mənfəətdən  vergi  ilə  əlaqədar  yaranan  pul  vəsaitləri  hərəkətləri  ayrı-

ayrılıqda açıqlanmalı və həmin pul vəsaitlərinin maliyyə və ya investisiya fəa-

liyyəti ilə konkret əlaqəsi olmadıqda, əməliyyat fəaliyyətindən əldə olunan pul 

vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.  

Qeyri-pul əməliyyatları.  

  Pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  istifadəsini  tələb  etməyən 

investisiya və maliyyə əməliyyatları pul vəsaitlərinin hərəkəti barədə hesabata 

daxil  edilməlidir.  Belə  əməliyyatlar  maliyyə  hesabatlarında  investisiya  və 

maliyyə fəaliyyətləri barədə bütün münasib məlumatlarla təmin edilməklə açıq-

lanmalıdır.  nvestisiya  və  maliyyə  fəaliyyətlərinin  mühüm  hissəsi  bankın  ka-

pital strukturuna və aktivlərinə təsir etməsinə baxmayaraq, pul vəsaitlərinin cari 

hərəkətinə birbaşa təsir etmir. Bu maddələr cari dövrdə pul vəsaitlərinin hərə-

kətinə  təsir  etmədiyinə  görə  pul  vəsaitlərinin  hərəkəti  barədə  hesabatdan 

çıxarılmalıdır. Qeyri-pul əməliyyatlarına aşağıdakılar aiddir: 

-  aktivlərin  müvafiq  öhdəliklər  və  ya  maliyyə  icarəsi  vasitəsilə  birbaşa 

alınması; 

-  səhmlərin buraxılması hesabına müəssisənin (bankın) alınması; 

-  borc öhdəliklərinin səhmlərə çevrilməsi. 



Pul vəsaitləri və onların ekvivalentlərinin tərkibi. Bank pul vəsaitləri 

və  onların  ekvivalentlərinin  tərkibini  balansda  göstərilmiş  ekvivalent  mad-

dələrlə pul vəsaitlərinin hərəkəti barədə hesabatdakı məbləğlərin tutuşdurulma-

sını  və  pul  vəsaitləri  və  onların  ekvivalentlərini  müəyyən  edən  mühasibat 

prinsipləri əsasında açıqlamalıdır. 

 

Maliyyə hesabatları 

Mənfəət və zərərlər haqqında hesabat 

 

 



 

1-ci il 


2-ci il  3-cü il 



Faiz gəliri 





Müştərilərə verilmiş kreditlər üzrə faizlər 

 

 

 



Azərbaycan  Mərkəzi  Bankına  və  kredit  təşkilatlarına  olan 

tələblər üzrə faizlər 

 

 

 



Qiymətli kağızlar üzrə faizlər  

 

 



 

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə