Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə184/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   180   181   182   183   184   185   186   187   ...   230

 

 

389



Nağd pulda və nağd pul ekvivalentlərində 

azalma/artım 

 

 

 



lin əvvəlinə nağd pul və nağd pul ekvivalentləri 

 

 



 

lin sonuna nağd pul və nağd pul ekvivalentləri 

 

 

 



 

      Səhmdarların iştirak payı barədə hesabat 

 

 



mti-

yazlı 


səhmlər 

Adi 


səhm-

lər 


Səhmlərin 

buraxı-


lışından 

ə

ldə edilmiş 



ə

lavə 


vəsaitlər 

Bölüşdü


-rülmə-

miş 


mənfəət 

Cəmi 


Balans, 31 dekabr ----cü il 

Planlaşdırılan səhm buraxılışı 

Cari 

ilin 


bölüşdürülməmiş 

mənfəəti 

Ödənilməsi  planlaşdırılan  nağd 

dividend 

 

 

xxx 



 

xxx 


 

 

xxx 



 

xxx 


 

 

xxx 



 

xxx 


 

 

xxx 



 

 

 



 

 

Cəmi: 



 

 

 



 

 

 



Balans, 31 dekabr ---ci il 

Planlaşdırılan səhm buraxılışı 

Cari 

ilin 


bölüşdürülməmiş 

mənfəəti 

 Ödənilməsi planlaşdırılan nağd 

dividend 

 

 

xxx 



 

xxx 


 

 

 



xxx 

 

xxx 



 

 

 



xxx 

 

xxx 



 

 

 



xxx 

 

 



 

 

Cəmi: 



 

 

 



 

 

Balans,  31  dekabr  -  cı  il 



Planlaşdırılan səhm buraxılışı 

Cari 


ilin 

bölüşdürülməmiş 

mənfəəti 

 Ödənilməsi planlaşdırılan nağd 

dividend 

 

 



xxx 

 

xxx 



 

 

xxx 



 

xxx 


 

 

xxx 



 

xxx 


 

 

xxx 



 

 

Cəmi: 



 

 

 



 

 

 




 

 

390



XIV FƏS L. BANKLARDA DAX L  NƏZARƏ

S STEM  VƏ DAX L  AUD T 

 

 

Kredit  təşkilatlarında  daxili  nəzarət  sisteminin,  o  cümlədən  daxili  audit 

işinin vəziyyəti, onun təşkilinin və bu qaydaların tələblərinə uyğunluğu Azər-

baycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  yoxlanılmalıdır.  Bundan 

başqa  Mərkəzi  Bank  tərəfindən  kredit  təşkilatlarından  vaxtaşırı  olaraq  daxili 

nəzarət sisteminin vəziyyəti və keçirilmiş audit yoxlamalarının nəticələrinə dair 

hesabatlar tələb edilə bilər.  

Bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, o cümlədən 

daxili  nəzarət  sisteminin  yaradılması  və  həyata  keçirilməsi,  habelə  bank 

ə

məliyyatlarının düzgün və səmərəli aparılması üçün bankın Müşahidə Şurası 



və  darə Heyəti məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə ban-

kın  qanunlara,  normativ  aktlara,  habelə  bankın  özünün  siyasətinə  və  qayda-

larına əməl edilməsini təhlil etmək məqsədilə, onun əməliyyatlarının müntəzəm 

auditinin keçirilməsi üçün məsuliyyət daşıyır.  

Audit  Komitəsinin  vəzifələri  aşağıdakılardır:  DAB-ın  Əsasnaməsinin 

hazırlanması  (Audit  Komitəsi  tərəfindən  təsdiq  edilir);  DAB-ın  fəaliyyətinə 

nəzarət edilməsi, o cümlədən audit planlarının və resursların ayrılmasının təs-

diqlənməsi; Kənar auditorlarla əlaqələr: audit işi planlarının, audit nəticələrinin 

və  tövsiyələrinin  qəbul  edilməsi;  Kənar  auditorların  seçilməsi  ilə  əlaqədar, 

Müşahidə  Şurasına  tövsiyələrin  verilməsi;  Nəzarət  orqanları  ilə  görüşlərin 

keçirilməsi və onlara bankın idarəetmə strukturu və fəaliyyət sistemi haqqında 

məlumatın  verilməsi;  Azərbaycan  Mərkəzi  Bankı,  Müşahidə  Şurası,  darə 

Heyəti, DAB, kənar auditorlar və nəzarət orqanı arasında əlaqələrin təşkili; Mü-

ş

ahidə Şurasına müntəzəm olaraq komitənin fəaliyyət nəticələri barədə hesabat 



verilməsi.  

Daxili audit – bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemlə-

rinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə  yaradılmış və icra orqan-

larından müstəqil olan gəlir gətirməyən xidmətidir. Daxili audit xidməti, risk-

lərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymət-

ləndirilməsi, habelə artırılması istiqamətində bankın öz məqsədlərinə çatmasın-

da köməklik göstərir.  

 Daxili  audit  bankın  daxili  nəzarət  sistemlərinin  mütəmadi  yoxlanılması 

prosesinin, habelə bankın etibarlı və prudensial idarə edilməsini və fəaliyyətini 

təmin edən daxili nəzarət sisteminin bir hissəsidir.  

 

Bankın nəzarət sistemi 

Siyasətin işlənib hazırlanması, planlaşdırma və kadrların idarə edilməsi 

bankın səmərəli  fəaliyyəti üçün  yetərli  deyildir.  Bank öz  fəaliyyətinin  sağlam 



 

 

391



idarəçiliyini təmin etmək məqsədilə, həmçinin adekvat daxili nəzarət sisteminin 

təşkilini və onun səmərəliliyini təmin etməlidir.  

Müşahidə  Şurası  öz  vəzifələrinin  icrasını  müvafiq  komitələrə  tapşıra 

bilər, lakin bankın sağlam və təhlükəsiz mühitdə fəaliyyət göstərməsi nöqteyi-

nəzərdən  Müşahidə  Şurası  öz  məsuliyyətini  digərlərinin  üzərinə  qoya  bilməz. 

Bu  səbəbdən  bankın  Müşahidə  Şurası  bank  əməkdaşlarının  fəaliyyətini  diq-

qətdə saxlamaq məqsədilə nəzarət sistemlərini yaradır.  

Bankın nəzarət sistemi aşağıdakıları özündə əks etdirir: 

1.  audit prosedurlarını; 

2.  daxili nəzarət prosedurlarını; 

3.  aktivlərin keyfiyyətinin təhlilini; 

4.  riskin idarə edilməsini; 

5.  qaydalara riayət edilməsinə nəzarət prosedurlarını. 

Bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, o cümlədən 

daxili  nəzarət  siteminin  yaradılması  və  həyata  keçirilməsi,  habelə  bank 

ə

məliyyatlarının düzgün və səmərəli aparılması üçün bankın Müşahidə Şurası 



və  darə Heyəti məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə ban-

kın  qanunlara,  normativ  aktlara,  habelə  bankın  özünün  siyasətinə  və  qayda-

larına əməl edilməsini təhlil etmək məqsədilə, onun əməliyyatlarının müntəzəm 

auditinin keçirilməsi üçün məsuliyyət daşıyır.  

Müşahidə  Şurası  bankın  fəaliyyətinin  idarə  edilməsi  və  ona  nəzarət 

üçün müxtəlif üsullardan istifadə edə bilər. Lakin mükəmməl olmasından asılı 

olmayaraq  hər  hansı  bir  sistem  vaxtaşırı  nəzərdən  keçirilməzsə  əhəmiyyətini 

itirə bilər. Qəbul olunan qaydaların lazımi səviyyədə izah edilməsini və yerinə 

yetirilməsini,  şərtlərdə  edilən  dəyişikliklərin  və  təshih  tədbirlərinin  həyata 

keçirilməsini müəyyən etmək üçün bütün nəzarət sistemləri daim təhlil edilməli 

və  nəzərdən  keçirilməlidir.  Bu,  bankın  gündəlik  əməliyyatlarını  icra  edən 

ə

məkdaşların  öz  vəzifələrindən  sui-istifadə  etməsi  yollarının  qarşısını  almaq 



vasitəsidir.  

Daxili  nəzarət  prosedurları  nəzarət  sisteminin  bir  hissəsini  təşkil  edir. 

Daxili nəzarətə aid metodlar aşağıdakıları təmin etmək üçün nəzərdə tutulur: 

-  Risklərin idarə edilməsinin tətbiqi və prosedurların səmərəliliyini;  

-  Aktivlərin qorunmasını; 

-  Maliyyə və əməliyyat uçotunun bütövlüyünü; 

-  Əməliyyat səmərəliliyinin inkişaf etdirilməsini; 

-  Daxili  qaydalara,  AR  Qanunlarına  və  digər  normativ  hüquqi  aktlara 

riayət edilməsi. 



 

Daxili audit 

 

Bank  rəhbərliyinin  və  işçilərin  öz  səlahiyyətlərini  lazımi  səviyyədə 

yerinə yetirməsini təmin etmək məqsədilə bankda daxili audit prosedurları tət-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə