Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə190/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   186   187   188   189   190   191   192   193   ...   230

 

 

405



üçün daha anlaşılandır. Pul aqreqatları isə dəyişən meyarlara daha sərt əlaqədə 

olmalıdır. 

Kanada Bankı daima ÜDM ölçülərində dəyişmələrin azaldılması və məş-

ğ

ulluğun  artırılması üzrə  tədbirləri həyata keçirir.  Ölkə stabil  ÜDM siyasətini 



və  inflyasiyanın  ortamüddətli  göstəricilərinin  azalmasından  uzunmüddətli 

göstəricilərə tədrici keçid siyasətini  yürüdür. Ümumilikdə, inflyasiya səviyyə-

sinin  targetləşdirmə  siyasəti  monetar  hakimiyyəti  daha  uzaqgörən  olmağa  və 

cari  vəziyyətdə  təmərküzlə  birlikdə  taktiki  yox,  strateji  məqsədləri  reallaş-

dırmağa vadar etdi. 

Kanada  bankları.  Kanada  bankları  xarici  bazarlarda  aktiv  şəkildə 

fəaliyyət  göstərirlər.  1986-cı  ildə  valyuta  aktivləri  bütün  aktivlərin  45%-ni 

təşkil edirdi. Bank gəlirlərinin əsas hissəsi beynəlxalq əməliyyatlar hesabına tə-

min  olunur.  Böyük  beşlik  adlanan  qrupun  bankları  Kanadanın  iti  çarter 

banklarıdır;  «Royal  benk  of  Kenada»  (Royal  Bank  of  Canada),  «kenedian 

imperial benk of kommers» (Canadian  mperial Bank of commerce), «Benk of 

Monreal»  (Bank  of  Montreal),  «Benk  of  Nova  Skoşia»  (Bank  of  Nova 

Skoshia), «Toronto – dominion benk» (Toronto – dominion Bank). 

Kanadanın ən gəlirli və iri kommersiya bankı  «Royal benk of Kanada» 

1896-cı ildə yaradılmışdır. Bankın 1700 şöbəsi var. Onların 46-ı digər ölkələr-

dədir. Hal-hazırda bank maliyyə bazarının qonşu sektorlarına ekspansiya üçün 

investisiya  –  bank  fəaliyyəti  sferasında  və  ənənəvi  bank  xidmətlərinin  milli 

bazarında öz liderliyindən istifadə etməyə cəhd göstərir. Onun üstünlüklərindən 

biri sığorta biznesinin inkişafıdır. 1995-ci ildən sonra 5 il ərzində bank Kana-

dadakı  üç  sığorta  şirkətini  udmuş,  özünün  telekommunikasiya  mərkəzi  vasi-

təsilə  sığorta  məhsullarının  birbaşa  satışını  təşkil  etmiş,  bir  neçə  beynəlxalq 

təkrar  sığorta  şirkətlərini  təsis  etmişdir.  Bankın  digər  üstünlüyü  qiymətli 

kağızlarla  əməliyyatların  depozitar  xidmətinin  iriləşdirilməsi  oldu.  Xüsusi 

halda,  1996-1997-ci  illərdə  «Toronto  –  dominian  benk»,  «Benk  of  Nova 

Skoşia» və «Monreal trast» (Montreal Trust) uyğun şöbələri alınmışdır. 1999-

cu ildə Avstraliyada «Permanent trasti Ko» (Permanent Tresty Co) ilə birlikdə 

depozitar şirkət təsis olunmuşdur. 

Kanadanın  bank  sistemində  əsas  yeri  B  siyahısından  olan  banklar,  yəni 

xarici maliyyə-kredit müəssisələri tutur. 1980-ci ilin banklar haqqında qanunu 

ilə  xarici  banklara  Kanadada  öz  filiallarını  açmaq  icazəsi  aşağıdakı  şərtlərlə 

verilir: 

*  Kanadadakı  filialların  fəaliyyəti  üçün  kifayət  edən  aktivlər,  təcrübə, 

həmçinin gəlirlər; 

* bir qayda olaraq, səhmdarların geniş dairəsi; 

* lazımi nəzarət və yaxşı maliyyə vəziyyəti; 

*  özünün  Kanadada  rəqabətədavamlı  bank  işini  inkişaf  etdirmək  qabi-

liyyətinin sübuta yetirilməsi; 

* öz ölkəsinin yurisdiksiyasında qarşılıq prinsipinin olması; 



 

 

406



*  filialın  fəaliyyəti  üçün  cavab  verməyə  hazır  olduğunu  təsdiq  edən 

zəmanət məktubun (letter of comfort) təqdimedilmə imkanı. 

Kanadada bank işi sərt şəkildə tənzimlənir. Bankın tənzimlənmə prinsip-

ləri  banklar  haqqında  qanunla  müəyyənləşir.  Maliyyə  naziri  bankların  fəaliy-

yətinə müntəzəm nəzarəti həyata keçirir. Hər bir bankda baş israçı direktor olur. 

O, Kanada Bankının Direktorlar Şurası qarşısında bilavasitə məsuliyyət daşıyır. 

Monetar siyasətin həyata keçirilməsi məqsədilə qanun Kanada Bankında ilkin 

və təkrar ehtiyatların saxlanması barədə kommersiya bankları üzərinə öhdəlik 

qoyur. Banklar ilkin ehtiyatlar üzrə faiz almırlar.  

1980  ci  ilin  banklar  haqqında  qanununa  görə,  banklar  səhmdarlara  illik 

hesabat verməlidirlər. Bu hesabatda aşağıdakılar olmalıdır: 

* tələblər və öhdəliklər barədə birləşmiş hesabat; 

* xeyir və ziyanlar barədə birləşmiş hesabat; 

*  nəzərdə  tutulmamış  xərclərə  vəsaitlərin  ayrılması  barədə  birləşmiş 

hesabat; 

* səhmdar kapitalında dəyişikliklər barədə birləşmiş hesabat. 



 

 


 

 

407



III FƏS L. AVROPA MƏRKƏZ  BANKI 

 

Avropa Birliyi(AB) - 27 Avropa ölkəsinin üzv olduğu iqtisadi və siyasi 

birlik əsasında qurulmuş  dövlətdir.  2010-cu ilədək Avropa  Birliyində 27 ölkə 

yer  alır:  Belçika,Almaniya,  taliya,  Lüksemburq,  Niderland,  Fransa  (6  ölkə  -

1957-ci  ildən  tam  hüquqlu  üzv  qəbul  olunub),  Böyük  Britaniya,  Danimarka, 

rlandiya  (3 ölkə -1973-cü ildən üzv qəbul olunub),  Yunanıstan (1981),  spa-

niya, Portuqaliya(2 ölkə -1986-cı ildən tam hüquqlu üzv qəbul olunub), Finlan-

diya, Avstriya və  sveç(3 ölkə -1995-ci ildən üzv tam hüquqlu qəbul olunub), 

Çexiya,  Slovakiya,  Sloveniya,  Kipr,  Macarıstan,  Polşa,  Malta,  Estoniya, 

Latviya, Litva (2004-cü ildən daha 10 dövlət tam hüquqlu üzv qəbul olunub) və 

2007-ci ildə isə Bolqarıstan və Rumıniya AB-nin tamhüquqlu üzv qəbul edildi. 

1995-ci ilin dekabrında Avropa Şurasının Madriddəki iclasında avronun 

tətbiqi proqramı qəbul olunmuş və  elə həmin şuranın 1996-cı ilin dekabrında 

Dublindəki iclasında bu proqram inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Bu 

proqram və icraedici orqan – AB Komissiyası səviyyəsində qəbul edilmiş digər 

qərarlar iştirakçı  ölkələr  üçün iqtisadi və monetar  ittifaqın təkamül prosesinin 

meyarlarını, o cümlədən vahid valyutanın tətbiqinin müddət və prinsiplərini nə-

zərdə tuturdu. Avronun tətbiqini nəzərdə tutan ölkələrin uyğunlaşmalı olacağı 

iqtisadi konvergensiya meyarları xüsusi maraq doğurur. 

Avronun fəaliyyəti dövründə göstərilən meyarlara riayət olunması məq-

sədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Belə ki, hədsiz 

büdcə  kəsirinə  yol  vermiş  ölkə  (ÜDM-in  3%-dən  çox)  birinci  ildə  AB  ko-

missiyasının  xüsusi  hesabına  öz  ÜDM-in  0,2%-i  ölçüsündə  depozit  üstəgəl 

müəyyənləşdirilmiş limiti aşan kəsirin hər faizinə 0,1% köçürməlidir. Əgər bu 

vəziyyət  ikinci  ildə  də  qalmaqda  davam  edirsə,  depozitin  yalnız  əlavə  hissəsi 

ödənilir  (ÜDM-in  0,5%-dən  çox  olmayaraq).  Sonralar  vəziyyət  düzəlmirsə, 

depozit  cərimələrə  çevrilir  və  bu  cərimələr  «intizamlı»  iştirakçıların  sərən-

camına verilir. 

Avropa  Birliyi  ölkələrinin  vahid  pul  sistemini  tənzimləyən  ilk  maliyyə 

müəssisəsi Avropa Valyuta  nstitutu idi (AV ). AV  1994-cü ildə yanvarın 1-də 

fəaliyyətə  başlamışdır.  Maastrixt  müqaviləsinə  uyğun  şəkildə  yaradılmış 

Avropa Valyuta  nstitutu Frankfurt-Mayndakı mənzil qərargahı ilə Avropa val-

yuta əməkdaşlıq fondunu əvəz etdi. AV -nin əsas vəzifələri aşağıdakılar idi:  

•  AB-yə üzv ölkələrin mərkəzi banklarının monetar siyasətlərinin koor-

dinasiyası; 

•  Avropa valyuta sisteminin fəaliyyətinə nəzarət; 

•  Avropa  mərkəzi  banklar  sisteminin  təşkilinə  və  vahid  valyutaya  – 

avroya keçidə hazırlıq; 

•  ümumavropa hesablaşma sisteminin effektivliyinin yüksəldilməsi;  

•  mərkəzi bankların statistikasının unifikasiyası; 

•  bankların arzusu ilə rəsmi valyuta rezervləri ilə idarəetmə.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə