Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə216/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   212   213   214   215   216   217   218   219   ...   230

 

 

463



faizsiz  hesablarda  yerləşdirilməsindən  və  sonra  bankların  səfərbər  etdiyi  pul 

ehtiyatlarının ölkədə hazırlanan effektiv investisiya layihələrinin maliyyələşdi-

rilməsi  məqsədlərinə  təkrar  bölüşdürülməsindən  gedir.  Bu  məsələlərin  həlli 

üçün,  həmçinin  xüsusi  bank  ehtiyat  fondlarının  təsis  edilməsi,  banklar  tərə-

findən  faizsiz  əmanət  qoyuluşları  və  müddətli  depozitlər  sistemindən  istifadə 

nəzərdə  tutulur.  Əmanətlərin  yığılması  və  bank  aktivlərinin  effektiv  yerləş-

dirilməsi ilk növbədə investisiyaların real təsərrüfat sektoruna maliyyə şəklində 

sabit qoyuluşunu və ölkə əhalisinin məşğulluq səviyyəsinin artırılmasını təmin 

etməlidirlər;  

4. aktiv dövriyyəsində pul kütləsinin həcminin tənzimlənməsi və ödəniş 

balansının vəziyyətinə nəzarət; 

5. ödənişlərin  aparılması  və  pul  haqlarının  qəbulu,  köçürülmələrin 

edilməsi,  kommersiya  (xarici  ticarət)  sazişlərinin  və  müqavilələrinin  təmin 

edilməsi,  həmçinin  qüvvədə  olan  bank  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

digər maliyyə xidmətlərinin göstərilməsi. 

ranın bank sisteminin sabit fəaliyyətinin və yenidən qurulmasının təmi-

natında əsas rol, şübhəsiz  ranın Mərkəzi Bankına məxsusdur, hansı ki, ölkənin 

kredit-pul  siyasətini  işləyib  hazırlayır  və  həyata  keçirir,  pul  nişanlarının 

emissiyasını  həyata  keçirir,  ölkənin  qızıl-valyuta  ehtiyatlarını  idarə  edir,  pul 

dövriyyəsini,  bank  investisiyalarını  və  sairəni  tənzimləyir.  ranın  Mərkəzi 

Bankı  tam  islamlaşdırılmış  milli  bank  sistemi  çərçivəsində  ölkənin  bütün 

kredit-bank idarələrinin fəaliyyətinə nəzarət edərək:  

1. bankların,  həyata  keçirdikləri  xidmətlərin  və  əməliyyatların  konkret 

növündən asılı olaraq, gəlir norması üçün minimal və maksimal miqdarı (səviy-

yələri), həmçinin banklar tərəfindən müxtəlif növ əmanətlərin sahiblərinə (sax-

layanlarına) verilən preferensiyaların, imtiyazların və s. yol verilən həcmlərini 

müəyyən edir;  

2. dövlətin milli iqtisadi siyasəti çərçivəsində bank kapitalının təsərrüfat 

sahələri  və  sektorları  üzrə  investisiya  şəklində  qoyuluşu  istiqamətlərini, 

həmçinin  müxtəlif  sahələrdə  investisiya  layihələri  üçün  minimal  yol  verilən 

gəlir  normalarını  və  həmin  normaların  iqtisadiyyatın  müxtəlif  sahələri  üzrə 

mümkün diferensiasiyasını (ayrılmasını) müəyyən edir;  

3. bank  tərəfindən  bir  müştəriyə  (borc  alana)  sərbəst  şəkildə  verilə 

biləcək maliyyə vəsaitinin (borclarının) maksimal həcmini nizamlayır.  

2001-2002  illərdə  artıq  ən  yaxın  gələcəkdə  ranın  bütün  maliyyə  siste-

minin kifayət qədər əsaslı müəyyən islahatının mümkünlüyünü təsdiqləyən əla-

mətlər  daha  aydın  görünməyə  başlamışdır.  Dövlət  tərəfindən  hər  yeri  əhatə 

edən bank inhisarı, yerli kredit bazarında müəyyən bir real rəqabətin olmaması 

və bunun nəticəsi kimi bir çox islam banklarının investisiya fəaliyyətinin nis-

bətən aşağı effektivliyi dövlətin strateji maraqlarına obyektiv cavab vermirlər. 

Təsadüfi  deyil  ki,  bu  gün  ran  hökuməti  tam  islamlaşdırılmış  kredit-bank 

sektoru  daxil  olmaqla  ölkə  təsərrüfatının  müəyyən  liberallaşmasına  istiqamət-




 

 

464



lənmiş addımlar atır. Belə ki, 2000-2005-ci illər üçün  ranın sosial-iqtisadi və 

mədəni  inkişafının  üçüncü  beşillik  planı  haqqında  qanunvericiliklə  bir  sıra 

bankların  səhmlərinin  təxminən  49%  özəl  sektorun  səhmdarlarının  və  in-

vestorlarının  sərəncamına  verilməsi  yolu  ilə  dövlətin  kredit-bank  sahəsində 

inhisarının müəyyən zəiflədilməsi nəzərdə tutulmuşdur.  

Lakin  bütövlükdə  inqilabdan  sonrakı  dövrdə  (xüsusilə  90-cı  illərdə) 

ranın iqtisadi siyasətinin əsas məqsədi, şübhəsiz bütün milli bank idarələrinin 

məqsədyönlü islamlaşdırılması olmuşdur. Vahid müsəlman cəmiyyətində, ona 

müvafiq olaraq ölkənin bütün institutlarının bütün növ banklar və yerli maliyyə 

idarələri  daxil  olmaqla  ölkənin  bütün  institutlarının  islam  prinsiplərinə  tam 

uyğun  qaydada  fəaliyyət  göstərməli  olduqları  tələb,  adətən  daha  asan  və 

effektiv  həyata  keçirilir.  slam  banklarına  Qərb  yönümlü  universal  (ənənəvi) 

kommersiya  bankları  ilə  bərabər  fəaliyyət  göstərməsi  üçün  sadə  icazənin 

verilməsi  burada  açıq  surətdə  kifayətsiz  və  qeyri-qənaətbəxş  qərar  hesab 

olunur.  Yüksək  dini  islam  cəmiyyətində  (sosial  strukturlarda)  əməliyyatları 

üzrə faiz hesablayan və tutan istənilən maliyyə institutlarının fəaliyyəti qətiyyən 

həyata keçirilmir və qadağan edilir. Eyni zamanda istənilən ənənəvi kommer-

siya banklarının fəaliyyəti doğru olmayan, “dinsiz”, doğruluq və islam ədaləti 

prinsiplərinə  (an  affront  to  the  faithful)  zidd  hesab  olunur.  Bütün  bank 

sektorunun fəaliyyətinin  Quran prinsiplərinə, ilk növbədə şiə cərəyanının ma-

hiyyətinə və ruhuna şərtsiz uyğunluğunu təmin etmək üçün dövlət  ranın bütün 

milli bank sistemini tam islamlaşdırmışdır. Bu tədbir özünün cari fəaliyyətində 

Qərb  maliyyə  və  kredit-bank,  həmçinin  investisiya  institutlarının  fəaliyyət 

prinsiplərindən  istifadə  edən  ənənəvi  kommersiya  banklarının  istənilən  əmə-

liyyatlarını obyektiv mümkünsüz etmişdir.  

Bu  gün  ran  təcrübəsinə  çox  yaxın  bir  istiqamətdə  Pakistanda  milli 

kredit-bank  sektorunun  tam  islamlaşdırılması  həyata  keçirilir.  Burada  ran 

modelinə  analoji  olan  son  dərəcə  sərt  islamlaşdırma  modeli  tətbiq  edilir,  son 

dərəcə  qısa  məhdud  müddətdə  bütün  kredit-bank  sisteminin  əsaslı  yenidən 

təşkili üzrə eyni vasitələrdən və üsullardan istifadə olunur.  

Pakistanda 1999-cu ilin dekabrında  Ali  Məhkəmə  borc  faizi -  riba  üzrə 

istənilən əlavə hesablamanı və tutulmanı islam əxlaqı normalarına zidd hesab 

etmiş və hökumətin üzərinə 2001-ci ilin ortalarına qədər ölkədə birləşdirilmiş 

tam islamlaşdırılmış maliyyə  və  kredit-bank sisteminin  tətbiqi vəzifəsini qoy-

muşdur.  Ölkənin  bank  təcrübəsinin  bu  qədər  qısa  müddətdə  yeni  prinsiplərə 

keçməsi  ilk  növbədə  ilkin  dövrdə  bankların  depozit  və  xüsusilə  investisiya 

fəaliyyətinin pisləşməsinə səbəb olmuşdur. Həmçinin fərdi sahibkarlıq sektoru, 

xüsusilə  kiçik  firmalar,  fərdi  sahibkarlar  və  tək  sahiblər  banklarla  ehtiyatla 

münasibət qururdular, çünki onlar üçün bankdan cəlb olunmuş maliyyə ehtiyat-

larının  faktiki  dəyəri  əhəmiyyətli  dərəcədə  artmağa  başlamışdır.  Bununla  bə-

rabər rəsmi bank sektorunda faizin ləğvi çox vaxt qeyri-rəsmi (sələmçilik) borc 

bazarında  və  parabank  sektorunda  kreditin  dəyərinin  artmasına  səbəb  olurdu. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə