Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə219/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   215   216   217   218   219   220   221   222   ...   230

 

 

469



1960-cı ildə Milli bankın yenidən təşkili aparılmışdır. O,  ranın Mərkəzi 

bankına  və  ranın  Milli  bankına  bölünmüşdür.  Birincisi  emissiya  və  valyuta 

idarə  etməsindən  ibarət  idi,  ikinci  isə  kommersiya  bankının  funksiyaları  ilə 

təmin  olunmuş  və  ona  əvvəlki  Milli  bankın  kommersiya  baxımından  idarə 

edilməsi passivləri verilmişdir. Mərkəzi bankın fəaliyyətinə nəzarət etmək üçün 

Maliyyə ittifaqı yaradılmışdır. 

Sənaye  kreditlərinin  verilməsi,  həmçinin  dəyişikliyə  məruz  qalmışdır. 

1946-cı ildə Kənd Təsərrüfatı bankından, Plan bankına (1951), 1956-cı ildə isə 

Sənaye  kreditləri  bankına  çevrilmiş  Sənaye  və  dağ-mədən  bankı  ayrılmışdır. 

1958-ci  ilin  sonunda  bu  bank  Milli  bankla  birlikdə  bir  sıra  ölkələrin  maliyyə 

qruplarının  iştirakı  ilə  yaradılmış  qarışıq  Sənaye  inkişafı  və  dağ-mədən  işi 

bankının  payçıları  sırasına  daxil  olmuşdur  (40%  xarici  investorlara,  60  %  - 

Amerikanın Borcların inkişafı fondunun dəyişməsi yolu ilə  rana məxsus idi).  

1956-cı  ildə  poteka  bankı  1952-ci  ildə  yaramış  Tikinti  bankı  ilə 

birləşdirilmişdir;  1953-cü  ildə  xracatın  inkişafı  bankı  (1961-ci  ildən  Xarici 

ticarət  Bankı)  təsis  edilmişdir.  ran  hökuməti,  həmçinin  dövlət  qulluqçuları 

üçün bank şəbəkəsinin gələcək genişlənməsinə can atırdı. Bu məqsədlə 1958-ci 

ildə xüsusi bank yaradılmışdır. 

randa xüsusi bankların fəaliyyəti 1655-ci ildə yaradılmış və 1969-cu ildə 

bank  və  valyuta  nizamnaməsi  ilə  əvəz  olunmuş  Banklar  haqqında  qanunla 

nizamlanırdı.  

Bankların  fəaliyyətinə  nəzarətin  gücləndirilməsi  1963-cü  ildən  başlayır, 

həmin vaxt Mərkəzi banka xüsusi şəxslərə kreditin verilməsi şərtlərinə nəzarət 

etmək icazəsi verilmişdir. Tezliklə faiz dərəcələrinin məcburi sabitləşdirilməsi 

haqda sual qoyulmuş, kreditlər yalnız istehsal məsələləri ilə məhdudlaşdırılırdı. 

Hesab etmək olar ki,  randa faizsiz bank əməliyyatlarına qayıdış 1984-cü 

ilin  mart  ayında  baş  vermişdir.  Amma  daha  öncə,  1979-cu  ilin  iyun  ayında 

kredit institutları milliləşdirilmişdir. 

ran  slam  nqilabından sonra Bankın fəaliyyəti şəriət qanunları əsasında 

həyata keçirilir.  randa  slam inqilabının baş verməsi ilə əlaqədar ölkədən külli 

miqdarda (40 milyard dollara yaxın) pulun çıxarılması ilə əlaqədar olaraq 1979-

ci ildən 1999-cu ilə qədər rialın dəyərli əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. 

qtisadi inkişaf və dollar zonasından uzaqlaşma kimi səbəblərdən 1999-cu ildən 

etibarən rialın məzənnəsi sabitləşmişdir. 2002-ci ilədək  ranın məzənnə siyasəti 

çoxmərhələli sistemə əsaslanırdı ki, burada dövlət və yarımdövlət müəssisələri 

üstün  tutulan  məzənnədə  (1750  rial  =  1  dollar),  özəl  sektor  isə  bazar  məzən-

nəsindən (8000 rial = 1 dollar) istifadə etməli olurdu. Bu cür məzənnə siyasəti 

qeyri-bərabər  rəqabət mühiti  yaratdığından  2002-ci ilin mart  ayından  etibarən 

bu sistemi birləşmiş bazar məzənnəsi siyasəti əvəz etdi.  

  Müasir  pul  və  kredit  sistemi.  R-in  əsas  pul  sistemi  ran  rialıdır. 

Valyuta  sistemi  mübadilə  məzənnəsinin  ikitərəfliliyi  prinsipinə  əsaslanmışdır. 

Belə  “neft”  məzənnəsi  təsbit  edilmişdir  (2000-ci  ildə  17 500  rial  1  ABŞ  dol-




 

 

470



larına görə), qeyri-neft əməliyyatları üçün isə üzən valyuta məzənnəsi istifadə 

olunur. 


   Neft  dollarları  xidmətlərin  və  malların  idxalı,  borcların  ödənməsi  və 

milli  iqtisadiyyat  çərçivəsinə  layihə  keçirilmələri  üçün  istifadə  olunur.  Adi 

ixracatçılar başqa üstünlüklərə malikdirlər. Belə ki, onlar ixracat hasilatının bir 

hissəsini depozit hesablarına  yerləşdirə  bilər və onları  depozit sertifikatları ilə 

rəsmiləşdirə  bilərlər.  Depozit  sertifikatları  dövr  edən  qiymətli  kağızlardır  və 

Tehran valyuta birjasında satış üçün çıxarıla bilərlər. 

  ranın kredit sistemindəki ciddi dəyişikliklər 2000-ci ildə (1379-cu ildə 

müsəlmanlarda) müşahidə olunmuşdur: aprel ayında  ran hökuməti 1979-cu il 

slam  inqilabından  sonra  birinci  dəfə  xüsusi  bankların  fəaliyyətinə  icazə 

vermək  niyyətini  bildirmişdir.  Hökumətin  banklarla  bağlı  siyasətinin  qəti 

dəyişikliyi  məclisin  bank  sektorunda  dövlət  monopoliyasının  ləğv  edilməsi 

haqqında qərarından sonra baş vermişdir. 

Hökumət  orqanlarının  yeni  qərarı  əsas  mövqelər  (yer)  dövlət  sektoruna 

məxsus  olan  milli  iqtisadiyyatın  liberallaşmasına  istiqamətlənmiş  beşillik 

planın  əsas  istiqamətlərinə  uyğun  gəlir.  2000-2005-ci  illərə  hesablanmış  plan 

qarşıda olduqca iddialı vəzifələr, məsələn, xüsusi investisiyaların orta illik artı-

mını (8,5%), qoyur. Göstərilmiş müddət ərzində hazırda əmək qabiliyyəti olan 

ə

halinin ümumi sayının 16% təşkil edən işsizliyin səviyyəsinin aşağı salınma-



sına  nail  olmağa  icazə  verəcək  3,6  mln  yeni  iş  yerlərinin  yaradılması  plan-

laşdırılmışdır. 

Kommersiya  banklarının  nümayəndələrinin  fikrincə  ölkənin  iqtisadi 

inkişafının beşillik planı haqqında qanunun 26 maddəsinin 25-i bu və ya başqa 

ölçüdə ölkənin bank sisteminin təkmilləşdirilməsinə həsr edilmişdir. Plan üzrə 

xüsusi bankların yaradılması, həmçinin banklara 2 500 mlrd rial dövlət borcunu 

ödəmə,  dövlətin  banklardan  4 500  mlrd  rial  məbləğində  dövlət  borcu  üzrə 

istiqraz vərəqələrinin alınması nəzərdə tutulmuşdur. 

Konstitusiyanın  müddəalarını  rəhbər  tutaraq,  hökumət  ilk  əvvəl  özəl 

sektorun  bankların  nizamnamə  kapitalında  iştirakı  mümkünlüyünü  49%  kimi 

çatdırmaq niyyətində olmuşdur, lakin məclis, mövcud olan bank institutlarının 

özəlləşdirilməsi  üçün  yol  açan,  tamamilə  xüsusi  bankların  yaradılmasını 

bəyənmişdir.  Xüsusi  sektorun  bank  biznesində  iştirakı  artıq  R  ərazisində 

yaradılan azad ticarət zonalarında icazə verilmişdir. Ölkənin başqa rayonlarında 

xüsusi qeyri-bank kredit institutlarının fəaliyyəti inkişaf etdirilir. 

Qoyulmuş məqsədlərin yerinə yetirilməsi yolunda  ranın valyuta əmanə-

tinin artması və eyni zamanda xarici banklar qarşısında valyuta öhdəliklərinin 

hesabdan  çıxarılması  baş  verir.  1999-cu  ilin  sonunda  ranın  xarici  banklara 

ə

manət  qoyuluşları  ilin  əvvəli  ilə  müqayisədə  təxminən  üçdə  bir  hissəyə 



qalxmış və 8 118 mlrd dollardan ibarət olmuşdur .  

2000-ci ildə ticarətin liberallaşdırılması məqsədilə Mərkəzi bank valyuta 

ə

məliyyatlarının  qismən  sadələşdirilməsi  təşəbbüsü  ilə  çıxış  etdi.  Xarici 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə