Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə4/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   2   3   4   5   6   7   8   9   ...   230

 

 



I H SSƏ. AZƏRBAYCANDA BANKÇILIQ 

 

 

I FƏS L. MAL YYƏ S STEM  

 

 

Hər  hansı  bir  ölkədə  iqtisadi  vahidlər  (ev  idarələri,  şirkətlər  və  dövlət) 

gəlirlərinin hamısını istehlak xərclərinə yönəltmirlər. Onlar gəlirin bir hissəsini 

yığıma  və  ya  investisiyaya  ayırırlar.  qtisadi  vahidlərin  ən  vacib  məqsəd-

lərindən  biri  də  gündəlik  istehlak  ehtiyaclarını  artırmaqdır.  Ancaq  iqtisadi 

vahidlərin  bugünkü  istehlaklarını  artıra  bilmələri  üçün  gələcəkdəki  istehlak 

imkanlarından daha çox fədakarlıq  etməyə  hazır olmaları lazımdır və  ya  eyni 

ifadəni tərsinə söyləsək, şəxslərin bu gün müəyyən bir istehlak miqdarından əl 

çəkmələri onlara gələcəkdə, bu gün əl çəkdiklərindən daha çox həcmdə istehlak 

imkanı vəd edir. Bu çoxluğu isə faiz həddi müəyyənləşdirir. Məsələn, bir şəxsin 

bugünkü 100 manatlıq istehlakından əl çəkməsi ona bir il sonra 120 manatlıq 

istehlak imkanı təmin edirsə, deməli, faiz nisbəti 20%-dir (inflyasiyanı nəzərə 

almadan). 

Ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadi artımı o ölkədə yaradılan xa-

lis real aktiv  investisiyaların  cəminə bağlıdır.  Bu  aktiv investisiyanın maliyyə 

qaynağını isə ölkə daxilində cəlb edilmiş yığımlar ilə ölkə xaricindən gətirilən 

sərmayə fondları təşkil edir. Yığım ilə investisiya arasında qarşılıqlı əlaqə var-

dır.  Yığım  olmadan  investisiyanın  gerçəkləşdirilməsi  mümkün  deyildir,  eyni 

zamanda investisiya imkanları və şəraiti olmadığı halda, iqtisadi anlamda yığı-

mın  da  toplanınası  qeyri-mümkündür.  Modern  iqtisadi  sistemlərdə,  yığım 

sahibləri ilə investisiya qoymaq istəyənlər, adətən, müxtəlif şəxs və ya qruplar-

dır. Bu səbəblə də müəyyən kəsimləri və gerçəkləşdirdikləri yığımların toplamı 

ilə  başqa  kəsimləri  planlaşdırır  investisiyaların  toplamının  bərabər  olması, 

gerçəkləşməsi ideal sayıla biləcək bir haldır. 

Ümumiyyətlə, ölkənin iqtisadi artımı yığım (investisiya) miqdarına bağ-

lıdır.  nkişaf  etməkdə  olan  ölkələr  yoxsul  olduqlarından,  onların  yığımları  da 

azdır.  Sadəcə  bu  yığımlara  əsaslanıb  investisiya  qoymaq  ölkənin  iqtisadi  in-

kişafını təmin edə bilməz və ya yetərli olmaz. Bu səbəbdən də inkişaf etməkdə 

olan ölkələr  ölkənin iqtisadi infişafını sürətləndirmək məqsədilə xarici sərma-

yədən (xarici yığımlardan) yararlanmaq istərlər. Ümumiyyətlə, xarici sərmayə 

bir  ölkəyə:  özəl  xarici  sərmayə  investisiyası  və  xarici  kredit  olmaqla  iki  for-

mada gəlir. 

Yığım fərdin pul gəlirinin istehak üçün sərf edilməmiş hissəsidir. Şəxslə-

rin məlum bir dönəmdə əldə etdiyi cari gəlir (Ce) iki bölümdən ibarətdir: yığım 

(T) və cari xərclər (He). Bunu riyazi şəkildə belə göstərmək olar: Ce = T + He. 



 

 



Cari  gəliri  sabit  olaraq  qəbul  etsək,  o  zaman  şəxslərin  yığımı  cari 

xərclərin  böyüklüyünə  bağlı  olacaqdır.  Cari  xərclərin  toplamının  cari  gəlirə 

bərabər olduğu və ya bu gəlirdən yüksək olduğu bir halda şəxsi yığım sıfır və 

ya  mənfi  olur.  Hər  hansı  bir  ölkədə  toplanan  yığımın  qaynağı  şəxs  və 

qurumların gəlirləridir. Yığım qabiliyyəti şəxsin gəlir səviyyəsinə bağlıdır.  

Yığımetmə arzusu haqqında isə müxtəlif amillərdən söz açıla bilər: 

1. gözlənilməyən bir hadisəyə qarşı xərclərə hazırolma (xəstəlik, ani fəla-

kət və s.); 

2. gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iri xərclər üçün bu gündən 

pul  yığmaq  (səyahətəçıxma,  ev  və  ya  avtomobilalma,  uşaqlarının  məktəb 

xərclərini maliyyələşdirmək və s.); 

3. iş  qurma məqsədini gerçəkləşdirmək üçün hazırlıqgörmə; 

4. maliyyə varlığı əldəetmə arzusu; 

5. yüksək bir gəlirə sahibolma arzusu. 

Klassik  və  neoklassik  iqtisadçılara  görə  yığım  faizin  bir  funksiyasıdır. 

Yüksələn faiz qiyməti, yığım meylini artıraraq məcmu yığım həcmini şişirdir. 

Faiz nisbətində azalma isə yığım həcmində azalmaya yol açır. 

nvestisiya  definisiyası  və  investisiyanın  stimullaşdırılmasına  təsir  edən 

amillər. Hər hansı bir dönəmdə iqtisadiyyatda istehsal edilən məhsulun (output) 

yeni  quruluşlar,  yeni  dayanıqlı  təchizat  və  inventardakı  dəyişmələr  şəklindəki 

qisminin  dəyərinə  investisiya  deyilir  və  ya  investisiya  gələcəkdəki  istehlakı 

artıra bilmək məqsədilə bugünkü istehlakı qısmağı lüzumlu qılmaqdadır. Qeyd 

edək ki, daxili və xarici kapital investisiyaları praktikaya keçiriş şəklinə görə iki 

cür  ola  bilər.  Belə  ki,  investisiyanın  yatırıldığı  daşınar  qiymət  və  ya  maddi 

dəyər  ya  ilk  dəfə  yaradılır,  ya  da  əvvəldən  mövcuddur.  Daxili  və  xarici 

investorun bir ölkədə fabrik inşa etdirməsi və ya yeni çıxardılan hissə sənədinin 

(səhmi) satın alınması birinci, daha öncə inşa edilmiş bir fabrikin satın alınması 

və  ya  kapital  bazarında  alım-satım  predmeti  olmuş  bir  daşınıq  qiymətin 

mülkiyyətinin əldə edilməsi isə ikinci qrupa misaldır. Daha öncə qurulmuş olan 

bir  fabrikin  xarici  sərmayədar  tərəfindən  alınması,  yeniləşmə  və  ya  geniş-

ləndirmə  məqsədli  ola  bilər.  Bununla  bərabər,  mövcud  bir  fabrik,  bina  və  ya 

təsisin satın alınması, fərdi şəkildə investisiya  olmaqla birlikdə, makroiqtisadi 

nöqteyi-nəzərdən investisiya sayılmaz. Çünki bu əməliyyat, əgər yeniləşmə və 

genişlənmə  məqsədli  investisiya  deyilsə,  yəni  istehsal  tutumunu  artırmırsa, 

sadəcə  olaraq  mövcud  təsisin  dəyişdirməsini  təmin  etməkdədir.  Eyni  şəkildə, 

səhm,  maliyyə  bonusu,  xəzinə  bonusu,  dövlət  istiqrazı  kimi  maliyyə  varlıqla-

rının  satın  alımı  da,  iqtisadi  mənada,  investisiya  sayılmaz;  bu  investisiyalar 

maliyyə  investisiyalarıdır.  Burada  əlavə  bir  dəyər  yaradılmadığı  kimi,  fərd 

sadəcə olaraq əlindəki varlığın şəklini dəyişdirməkdədir. 

Birləşmiş Millətlər Təşkilatı (BMT), investisiyaları 1953, 1968 və 1993-

cü illərdə Milli Hesablar Sistemi (System of National Accounts – SNA) içində 

təsnif etmişdir. 1993-cü ildəki SNA, BM, OECD, IMF, IBRD və Avropa Top-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə