Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə58/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   54   55   56   57   58   59   60   61   ...   230

 

 

117



6.  şsizliyin güclənməsi; 

7.  stehlak xərclərinin azalması. 

Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın  daşınmaz 

ə

mlak bazarında möhtəkirlikdən başlanmışdır. Bundan başqa, törəmə maliyyə 



alətlərinin  yaranma  səbəblərindən  biri  risklərdən  qorunmaq  olsa  da,  onların 

spekulyativ  məqsədlə  istifadəsi  sürətlə  artdı.  poteka  “köpüyü”  partlayaraq, 

bütün  dünyada  bank  sektorundakı  böhrana  təkan  vermişdir  ki,  bu  da  öz  növ-

bəsində,  dünyanın  bütün  dövlətlərinin  iqtisadiyyatında  real  sektorda  resessiya 

səbəb olmuşdur. Bütün bunlar maliyyə bazarlarında güvən amilinin itməsinə və 

panikanın  yayılmasına  gətirib  çıxardı.  Amerikanın  bank  sistemində  başlayan 

böhran  sürətlə  dünyanın  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrinə 

yayıdı. 


Beləliklə, 2007- 2008-ci illərdə başlanan və indiyədək davam edən qlobal 

maliyyə böhranını 4 mərhələyə bölmək olar: 

1.  Anglo-sakson maliyyə böhranı (2007-ci ilin yaz ayından 2008-ci ilin 

mart ayınadək). Qlobal böhranını ilk mərkəzi ABŞ ipoteka bazarında problem-

lərin  yaranması  ilə  meydana  çıxdı  və  ABŞ-ın  ən  iri  ipoteka  Bankının  “Bear 

Stearns” qurtarılmasına yönəlik başlanan əməliyyat oldu. 

2.  Hüdüdçəkmə  və  ya  sərhədçəkmə  (decoupling,  mart-avqust  2008-ci 

il).  Böhran  bütünlüklə  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrə  yayıldı,  ancaq 

bununla  yanaşı  ümid  var  idi  ki,  böhran  inkişaf  etməkdə  olan  ölkələrə  təsir 

etməyəcək  və  nəticədə  onların  dinamik  iqtisadi  inkişafı  burulğan  içində  olan 

ölkələrin xilas edilməsində əsas katalizator olacaqdır. 

3.  Kredit  daralma  əməliyyatı  (de-leveraging,  sentyabr-noyabr  2008-ci 

il).  Qlobal  böhranın  inkişaf  etməkdə  ölkələrə  bulaşması  və  inkişaf  etmiş 

ölkələrdə resessiyanın başlanması haqqında rəsmilərin etirafları. Dünyanın bir 

çox ölkələrində bank sisteminin kollaps təhlükəsinin başlanğıcı. 

4.  Emissionla  vurulmaq  və  ya  doldurmaq  (quantitative  easing,  noyabr 

2008-ci  ilin  sonundan  indiyədək  olan  müddətə).  Dünya  ökələrinin  əksər  hö-

kumətləri istehsalat kollapsına yol verməmək üçün monetar və fiksal xarakterli 

çox  çesidli  tədbirlər  paketi  hazırladı  və  məqsəd  ilk  növbədə,  pul  təklifini 

artırmaqla tələbi stumallaşdırmaqdır.  



 

2.6. Bank sistemində antiböhran tədbirlər proqramı 

 

Bir çox ölkələrin hökumətləri və mərkəzi bankları bank böhranının həlli 

və  öz  bank  sistemlərinin  struktur  yenilənməsi  ilə  müxtəlif  üsullarla  məşğul 

olurdular. Təcrübə göstərdi ki, nə struktur yenilənməsinin ideal forması, nə də 

bank  sektorunda  vəziyyətin  normallaşdırılmasının  universal  strategiyası 

mövcud  deyil  və  bir  çox  hallarda  bu  və  ya  digər  fəaliyyət  konkret  vəziyyət-

lərdən asılıdır. Vaxt keçdikcə banklar da, dövlətlər də böhran hallarının mənfi 

nəticələrinin  qarşısının  alınmasına  yönəlmiş  bütöv  tədbirlər  kompleksləri,  o 




 

 

118



cümlədən  kredit  münasibətlərinin  təkmilləşdirilməsi  və  Mərkəzi  Bank  infra-

strukturlarının bütövlükdə etibarlılığını yüksəldən tədbirlər işləyib hazırladılar. 

Bir qayda olaraq əsas maliyyə  yükü birbaşa və  ya  dolayı  yolla, o cüm-

lədən, restrukturizasiya üçün yaradılan dövlət agentliklərinin fəaliyyətini maliy-

yələşdirmək  dövlət  büdcəsinin  üzərinə  düşdü.  Bank  sisteminin  struktur  dəyi-

ş

ikliklərinin  həyata  keçirilməsi  zamanı  əksər  ölkələrdə  bu  prosesin  həyata 



keçirilməsinin həvalə edildiyi xüsusi institutlar yaradıldı. Ənənəvi olaraq döv-

lətlər bank böhranlarının nəticələrinin aradan qaldırılması prosesində aktiv rol 

oynayırlar. Onlar bank sisteminin problemlərinin həlli üçün maliyyə resursları 

ayırmaqla  özlərinin  təşkilatçı  rolunu  təsdiqləmiş  olurlar.  Bu  məqsədlər  üçün 

görülən  tədbirlər  müxtəlif  amillərdən,  hər  şeydən  əvvəl  bank  böhranlarının 

konkret səbəblərindən və onların yarandığı, inkişaf etdiyi ümumi iqtisadi vəziy-

yətdən asılıdır. Böhranın səbəbləri bəzi ölkələrdə üst-üstə düşürdü, bəzilərində 

öz spesifikası ilə fərqlənirdi, lakin onun qarşısının alınması formaları hər yerdə 

bir çox cəhətdən oxşar idi: sabitləşdirici kreditləşdirmə, rekapitalizasiya və s. 

Bununla  belə  digər  ölkələrin  təcrübəsi,  dövlət  strukturlarının  bank  böh-

ranlarının  nəticələrinin  aradan  qaldırılmasında  fəaliyyətinin  təhlili  bank  sis-

teminin struktur dəyişikliklərinin üç əsas istiqamətini qeyd etməyə imkan verir:  

 1. Əsas vəzifəsi bank sisteminin likvidliyinin saxlanması və onun hesab-

laşmaların həyata keçirilməsində vasitəçilik funksiyalarının bərpa edilməsi olan 

antiböhran tədbirləri; 

2.  Bank  sisteminin  struktur  dəyişiklikləri  (kredit  təşkilatlarına  tətbiq 

olunan  və  ödəmə  qabiliyyətinin  bərpa  olunmasına  və  ya  ləğvetmə  prosesinin 

həyata keçirilməsinə yönəlmiş tədbirlər kompleksi); 

3. Bank sisteminin tənzimlənməsi və bank nəzarəti sisteminin möhkəm-

ləndirilməsinə yönələn islahat. 

Beynəlxalq  təcrübədən  çıxış  edərək  bankların  struktur  yenilənməsinin 

dörd əsas prinsipini göstərmək olar: 

1. Struktur  yenilənməsi sürətlə və diqqətlə aparılmalıdır ki, maliyyə ba-

zarları vasitəçik funksiyasının  yerinə  yetirilməsinə mümkün qədər tez başlaya 

bilsinlər; 

2. Vergi ödəyicilərinin üzərinə düşən maliyyə yükü mütləq minimumda 

saxlanmalıdır; 

3.  Problemli  banka  yardım  edərkən  yaranan  mənəvi  risk  problemindən 

qaçmaq üçün səhmdarlar, menecment və işçi heyət bankın üzləşdiyi vəziyyətə 

görə məsuliyyəti bölüşməlidirlər; 

4. Gələcəkdə məhkəmə çəkişmələrilə üzləşməmək üçün bankın struktur 

yenilənməsi şəffaf və obyektiv kriteriyalara uyğun şəkildə aparılmalıdır. 

Bank sisteminin antiböhran proqramında: ölkənin makroiqtisadi vəziyyə-

tinin təhlili və qiymətləndirilməsi, məqsəd və vəzifələr, prioritetlər, tədbirlər və 

maliyyələşmə həcmi öz əksini tapmalıdır. Bundan başqa, proqramda müddət və 

icraçılar dəqiq göstərilməlidir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə