Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə59/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   55   56   57   58   59   60   61   62   ...   230

 

 

119



Ümumiləşdirərək  bank  sisteminin  antiböhran  tədbirlərini  dörd  qrupda 

cəmləşdirmək olar: 



I. Bank sisteminin təcili xilasetmə tədbirləri  

Bu tədbirlər paketinə daxildir: 

1.  bankın rekapitalizasiyası; 

2.  stabilizasiyon kredit xətti açmaq; 

3.  fiziki  şəxslərin  banklarda  açılan  əmanətlərə  tətbiq  edilən  kompen-

sasiya həcmini bəzi hallarda 100 %-dək artırmaq. 

4.  bank  balansını  problemli  aktivlərdən  təmizləmək,  əgər  gərəkdirsə 

problemli aktivlərə dövlət zəmanəti vermək. 



IIMonetar siyasət tədbirləri - antiinflyasionist siyasətdən stimullaş-

dırıcı siyasətə keçid 

Bu tədbirlərə daxildir: 

1. Bəzi ölkələr inflyasiya qorxularını nəzərə alaraq faiz dərəcələrini aşağı 

salmaq; 


2. Milli pul vahidinin məzənnəsini aşağı salmaq; 

3. Məcburi ehtiyat normalarını aşağı salmaq; 

4. Mərkəzi Bank tərəfindən birbaşa maliyyələşdirmə əməliyyatı. 

Bununla yanaşı maliyyə qeyri-stabilliyinin qarşısının alınması məqsədilə 

maliyyə resursları və alətləri kifayət etmədiyi təqdirdə indikator siqnalları siste-

mindən istifadə olunur. Bu iqtisadiyyatın maliyyə sisteminin diaqnostikasında 

ə

həmiyyətli rol oynayır. 



Qlobal proseslər fonunda son illəri əhatə edən dünyada baş verən qlobal 

böhranlarla  bağlı  G-20  sammitinin  antiböhran  strategiyasını  da  nəzərdən 

keçirmək əhəmiyyətli olardı. 

 Ə

sas istiqamətləri: 

1. Maliyyə  risklərinin  optimal  idarə  edilməsinə  imkan  verən  qlobal 

maliyyə arxitekturasının yaradılmasında beynəlxalq əməkdaşlıq; 

2. Maliyyə sistemləri və bazarlarının sərt tənzimləmə çərçivəsinin və şəf-

faflığının təmin olunması; 

3. Hedc fondlarının fəaliyyətinə nəzarətin və onların hesabatlığının artı-

rılması; 

4. Kredit  reytinqi  agentliklərinin  reytinqlərinin  dürüstləşdirilməsi  və 

onların da tənzimləmə ilə əhatə olunması. 

 

Qərar - maliyyə yardımı: 

1.  2009-cu ildə BVF-yə əlavə vəsait - 1,1 trln. $  

2.  2010-cu ilin sonunadək kollektiv fiskal ekspansiya – 5 trln. $ 

 

Gözlənilən nəticə

1.  Qlobal ÜDM-də 4% artım effekti 

Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyevin  Azərbaycan  hö-

kumətinin  2009-cu  ilin    yanvar  ayında  keçirilmiş  iclasında  səsləndirdiyi  təd-

birlər kompleksin 7 antiböhran istiqamətlərinin tezisləri aşağıdakılar olmuşdur:  




 

 

120



1.  stehlak qiymətlərinin azaldılması zərurəti;  

2.  nhisarçılıqla mübarizə; 

3.  Milli  banklara  dəstəyi,  kreditlərə  və  faiz  dərəcələrinə  nəzarəti  əhatə 

edən maliyyə monitorinqi;  

4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi;  

5. Sosial öhdəliklərin dəstəklənməsi;  

6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi;  

7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi.  

 

Bank  sistemində  antiböhran  kontekstində  həyata  görüləcək  ilk  tədbirlər 



aşağıdakılar olmalıdır: 

1. Bazarlarda likvidliyin təminatı məqsədilə məcburi ehtiyat normalarının 

həddini azaltmaqla likvidliyin genişləndirilməsi (Mərkəzi Bank başlıca makro-

iqtisadi  tendensiyaları  və  real  sektorda  fəaliyyət  gostərən  müəssisələrin  mik-

roiqtisadi  monitorinqinin  nəticələrini  nəzərə  alaraq  ucot  dərəcəsini  ötən  ilin 

sonlarından  bəri  15%-dən  2%-ə,  məcburi  ehtiyat  normalarını  isə  12%-dən 

0.5%-ə  endirmişdir.  Ümumilikdə,  dolayı  və  birbaşa  alətlər  hesabına  Mərkəzi 

Bank iqtisadiyyata 2008-ci ilin oktyabrından təqribən 1.8 mlrd manat həcmində 

likvidlik  vermişdir.  Bu  likvidlik  dəstəyi  bank  sistemi  ilə  yanaşı  sistem 

ə

həmiyyətli  real  sektor  müəssisələrini  (Azərbaycan  Respublikası  Dovlət  Neft 



Ş

irkəti, Azəralüminium ASC) də əhatə etmiş, bu şəraitdə cari ilin on bir ayında 

olkədə iqtisadi artım 9% olmuşdur. Məcburi ehtiyat normaları 6%-dən 0,5%-ə 

salınmışdır; 

2. Faiz  dərəcələrini  aşağı  salmaq  (uçot  dərəcəsi  2%-ə,  faiz  dəhlizinin 

yuxarı həddi 7%-ə endirilmişdir. 2009, 25 may); 

3. Vergi  yükünün  azaldılması  (Azərbaycan  Respublikası  Prezidentinin 

müvafiq Sərəncamı ilə 2009- 2012-ci illər ərzdində bank və sığorta şirkətlərinin 

kapitalizasiyaya yönəldəcəyi mənfəət vergidən azad edilmişdir. Hesablamalara 

ə

sasən  bank  sistemi  üzrə  əlavə  170  mln  manat  məbləğində  kapitalın  yara-



dılmasına zəmin yarandı); 

4. Çətin durumda olan maliyyə və ya real sektor qurumuna maliyyə dəs-

təyinin  göstərilməsi  (2009-cu  il  ərzində  Azərbaycan  Mərkəzi  Bankının  anti-

böhran proqramı makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına və iqtisadi 

artımın  dəstəklənməsinə  yönəlmişdir.Manatın  sabit  məzənnəsi  əsasında 

Mərkəzi Bankın iqtisadiyyata birbaşa  yardım paketi Ümumi Daxili Məhsulun 

5%-i  səviyyəsində  olmuşdur.  Antiböhran  proqramının  həyata  keçirilməsi  pul 

kütləsinin  azalmasının  qarşısını  alınmış,  bankların  maliyyə  dayanıqlığını  və 

iqtisadi  aktivliyini  qorumuş,  sistem  əhəmiyyətli  iri  müəssisələrin  istehsal- 

investisiya fəaliyyətinə zəruri dəstəyi təmin etmişdir). 

5. Banklara  qoyulan  əmanətlərin  kompensasiyası  məbləğinin  artırılması 

tədbirləri  (qorunan  əmanətlərin  məbləği  altı  dəfə  artırılaraq  30  min  manata 

catdırılmışdır); 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə