Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə57/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   53   54   55   56   57   58   59   60   ...   230

 

 

115



3.  Borc  daxili  və  ya  xarici  borc  probleminin  kəskinləşməsi  ilə  əla-

qədardır;  

4.  Birjada qiymətli kağızların bazar dəyərinin sürətlə düşməsi. 

Sistemli  bank  böhranının  başlanğıcı  ümumilikdə  bank  sektorunda 

müstəsna rolu olan bir və ya bir neçə bankın ödəmə qabiliyyətində ciddi prob-

lemlərin  yaranması  ilə  bağlı  ola  bilər.  Bu  cür  bankların  dağılması  «domino 

effekti»ni təhrik edə və bununla da sistemli böhran yarada bilər. 

Bank sistemində böhran. Ümumiyyətlə , hər bir ölkədə bank sistemin 

böhrana salan fərqli səbəblərlə bərabər, bütün ölkədə keçərli ortaq səbəblər də 

var  və  beynəlxalq  təcrübədə  bank  böhranının  ən  geniş  yayılmış  izahına  görə 

ə

gər  aşağıdakı  dörd  şərtdən  biri  mövcud  olarsa  bank  sisteminin  vəziyyəti 



böhranlı hesab oluna bilər: 

1.  Bankların  aktivlərində  işləməyən,  yəni  gəlir  gətirməyən  aktivlərin 

payı 10 %-dən çoxdur; 

2.  Bankların xilasetmə əməliyyatına sərf olunan məsrəflər ÜDM-in 2%-

dən çoxdur; 

3.  Bank sektorunun problemləri bankların əhəmiyyətli hissəsinin (10%-

dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb; 

4.  Əmanətçilər arasında şaiyələr (panika) yaranıb və depozitlərin kütləvi 

surətdə  geri  götürülməsi  baş verib və  ya  depozitlərin  dondurulması,  ya  da  ki, 

böhrana  cavab  olaraq  hökumət  tərəfindən  depozitlərə  ümumi  zəmanətlərin 

tətbiq olunması kimi fövqəladə tədbirlər görülüb. 

Maliyyə  böhranının  hərarət  dərəcəsinin  şiddətlənməsinə  təsir  edən 

amillər aşağıdakılardır: 

1.Faiz dərəcələrində yüksəlmə; 

2.Bankın balansındakı pozuntular; 

3.Fond birjasında çöküş; 

4.  qtisadiyyatda qeyri- müəyyənliyin artımı. 

Bazar iqtisadiyyatı şəraitində bank böhranları qanunauyğun haldır və ona 

xas  olan  immanent  disproporsiyalar  və  ziddiyyətlərlə  şərtləndirilir.  Bu  çər-

çivədə bank sektorundakı böhranların səbəblərini araşdıran elmi-tədqiqat işləri 

son illər artmaqdadır. 

Bank sisteminin böhrana girməsinin başlıca problemi sistemin dövlətə və 

cəmiyyətə  yüklədiyi  maliyyə  ağırlığındadır.  Bəzi  hallarda,  bankların  xilas 

edilmə  əməliyyatı  maliyyə  böhranlarının  şaxələrini  artıraraq  daha  böyük  zə-

rərlərə yol aça bilir. 2007-ci ildə ABŞ-da başlayan və daha sonra əksər ölkələrə 

yayılan  maliyyə  böhranı  dünyanın  keçirdiyi  ən  iri  tutumlu  qlobal  böhranıdır. 

1975- 2009-cu illərdə 50-dən artıq ölkədə 200-dən çox valyuta və 54 borc/bank 

böhranlarını qeydə alıb.  

 2007- 2008-ci illərdə ABŞ baş verən böhranın daha çox “maliyyə infek-

siyası”  kimi  yeni  fenomenin  nəticəsi  olduğu  aydınlaşandan  sonra  yeni  dünya 




 

 

116



maliyyə böhranının yaranma təhlükəsi xüsusilə kəskin şəkildə qəbul olunmağa 

başladı.  

1970-2000-ci  illərdə  maliyyə  böhranları  onlarla  ölkədə  milli  maliyyə 

aktivlərinin 10-30%-nin itirilməsinə səbəb oldu. 2008- 2009-cu illərdə bir çox 

inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin  bank  sistemlərində  böhranlar 

baş verdi və bu böhranlar yalnız batan və çətin vəziyyətə düşən bankları deyil, 

eyni zamanda banklarla əlaqəsi olan real sektoru və ev idarələrini də əhatə etdi. 

2008-ci  ilin  II  yarısı  -  fond  indekslərində  azalma:  70-80%,  global  maliyyə 

sektorunda itkilər: 3 trln. $ və ya qlobal ÜDM-in 4.3%-i təşkil etmişdir. 

Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  böhranının  aradan  qaldırılmasına 

çəkilən  məsrəflər  orta  hesabla  ÜDM-in  15-20%-ni  təşkil  edir.  Məlumdur  ki, 

ə

ksər ölkələrdə bank böhranının qarşısının alınması üçün çox böyük məsrəflər 



tələb  olunmuşdur:  spaniya  və  Macarıstanda  15%-ə  qədərini,  Malayziyada 

20,5%-i həcmində, Meksikada isə 30%-dən yuxarı səviyyəyə çatmışdı. Bir sıra 

ölkələrdə  bu  göstərici  40-50%-ə  çata  bilər.  Türkiyənin  bank  sektorunun 

yenidən  kapitallaşmasına  və  struktur  yenilənməsinə  dövlətin  sərf  etdiyi 

məsrəflər 40-50 mlrd. dollar və ya ÜDM-in ⅓-ni təşkil edirdi. hətta Türkiyədə 

bank sektorunun 25%-nin öhdəliklərini öz üzərinə götürəcək yeni tənzimləyici 

orqan (BDDK) yaradıldı.  

Rusiyada  bankların  struktur  yenilənməsinə  sərf  olan  birbaşa  maliyyə 

məsrəfləri 1998-ci ildə ÜDM-in 0,2%-ni təşkil etdiyi halda, 2009-cu ilin aprel 

ayına  bu  göstərici  21,7%  təşkil  etmişdi.  2007–2008-ci  il  böhranından  sonra 

ABŞ  hökuməti  bankların  struktur  yenilənməsinə  sərf  etdiyi  birbaşa  maliyyə 

məsrəfləri ÜDM-in 38,7%-ni təşkil edir, yəni rəqəmlə ifadə etsək- 5500 mlr. $. 

Avrozonada  isə,  böhranın  qarşısının  alınması  ilə  əlaqədar  məsrəflər  ÜDM-in 

23,4%-i  həcminə  çatmışdı  (3285  mlr  $),  o  cümlədən  AFR  hökumətinın  anti-

böhran  proqramının  həcmi  500  mlr  avro,  Fransada  360  mlr  avro,  rlandiyada 

400 mlr. avro təşkil etmişdir. 

Son  məlumatlara  görə  hazırki  maliyyə  böhranı  nəticəsində  dünya  üzrə 

bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil edir, bunlardan  yarıya 

qədəri Amerika banklarının payına düşür. Banklar bu məbləğin təxminən 50%-

ni artıq yeni kapitalın cəlb olunması hesabına kompensasiya edə biliblər. Lakin 

BVF-nin son hesablamalarına görə bankların itkilərinin məbləği iki dəfədən də 

çox-1,6 trln. dollaradək arta bilər.  

Beləliklə,  qlobal  maliyyə  böhranı  (2008)  və  postkrizis  ssenarisinin 

inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 

1. ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 

2. Kredit  həcminin  azaldılması  və  kredit  xəttinin  açılmasına  ciddi 

nəzarət; 

3. Fond indekslərinin aşağıya doğru meyli; 

4. Büdcə defisitlərinin artımı; 

5. Real sektorda geriləmə; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə