Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə65/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   61   62   63   64   65   66   67   68   ...   230

 

 

133



ə

razisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə 

müəyyən edilir. Tədiyyə balansı ikili yazılış prinsipi əsasında tərtib olunur. Bu 

zaman hər hansı əməliyyat eyni dəyər ifadəsi olan iki əks işarəli yazı ilə qeyd 

olunur.  Bu  yazılardan  biri  «müsbət»  işarəsi  ilə  kredit  bölməsində,  digəri  isə 

«mənfi»  işarəsi  ilə  debet  bölməsində  əks  olunmaqla  hər  bir  mübadilənin 

mədaxil  və  məxaric  tərəflərini  göstərir.  Malların  və  xidmətlərin  ixracı,  əldə 

olunmuş gəlirlər və transfertlər, aktivlərdə azalma və öhdəliklərdə (passivlərdə) 

artma  kredit  yazılışı  vasitəsi  ilə  balansda  əks  olunur.  Malların  və  xidmətlərin 

idxalı,  ödənilmiş  gəlirlər  və  köçürülmüş  transfertlər,  aktivlərdə  artma  və 

öhdəliklərdə  azalma  debet  yazılışı  vasitəsi  ilə  balansa  daxil  edilir.  Tədiyyə 

balansının  hesablarındakı  yazıların  çoxu  tərəflər  arasında  iqtisadi  qiymətlilər 

mübadiləsi  gedən  əməliyyatları  əks  etdirir:  belə  iqtisadi  qiymətlilərə  real 

resurslar (mallar, xidmətlər, gəlirlər, pul yardımları) və maliyyə resursları (ak-

tivlər və öhdəliklər) aiddir. Bu prinsip əsasında tədiyyə balansı 4 hissəyə bölünə 

bilər:  -  Cari  əməliyyatlar  hesabı  –  buraya  ölkənin  xarici  ticarəti  (idxal-ixrac), 

ə

ldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər 



(əməkhaqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər 

(pul  baratları,  humanitar  yardımlar,  qrantlar  və  s.)  aiddir.  Kapitalın  və 

maliyyənin hərəkəti hesabı – kapital hesabı əsasən ölkənin qalan dünya ilə is-

tehsal  edilməmiş qeyri-maliyyə  aktivlər üzrə əməliyyatlarını (məsələn, ölkədə 

xarici  səfirliyə  satılmış  torpaq  sahəsi),  həmçinin  kapitalyönümlü  digər 

transfertləri  (məsələn,  avadanlıq  formasında  edilmiş  humanitar  yardım),  ma-

liyyə  hesabı  isə  müxtəlif  növ  sərmayə  axınlarını,  yaranmış  maliyyə  öhdəlik-

lərini  və  tələblərini  ifadə  edir  (birbaşa  və  portfel  investisiyalar,  kreditlər, 

depozitlər və digər). Ehtiyat aktivlər – bu maddə cari əməliyyatlar, kapital və 

maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkə-

nin  valyuta  ehtiyatlarının  artıb/azalmasını  ifadə  edir.  Məsələn,  əgər  cari 

ə

məliyyatlar  balansının  kəsirini  maliyyələşdirmək  üçün  xaricdən  kredit  cəlb 



etmək mümkün deyilsə, bu kəsir Mərkəzi Bankın valyuta ehtiyatları hesabına 

valyuta  bazarına  müdaxilə  etməklə  örtülür.  Yuxarıda  qeyd  olunmuş  müha-

sibatlıq  yazılışı  qaydalarına  əsasən  kredit  tərəfi  “müsbət”  işarə  ilə  aktivin 

azalmasını,  debet  tərəfi  isə  “mənfi”  işarə  ilə  aktivin  artmasını  ifadə  edir. 

Balanslaşdırıcı maddələr – konseptual baxımından hər bir əməliyyatın kredit və 

debet tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu 

kredit  əməliyyatlarının  yekun  həcmi  məcmu  debet  əməliyyatlarının  yekun 

həcminə  bərabər  olmalıdır.  Praktikada  isə  heç  bir  ölkənin  tədiyə  balansının 

tərtibatında buna nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi 

ə

laqələrinin  sürətlə  genişlənməsi  şəraitində  bir  sıra  əməliyyatların  dəqiq 



qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, infor-

masiya  mənbələri  arasında  vaxt  intervalı,  qiymətləndirmələrdə  kənarlaşmalar 

və  s.).  Əksər  hallarda  bir  əməliyyatın  kredit  və  debet  tərəflərini  qeyd  etmək 

üçün  müxtəlif  informasiya  mənbələrindən  istifadə  olunur.  Bu  mənbələrin  biri 




 

 

134



və  ya  bir  neçəsi  natamam  olduqda  kredit  və  debet  tərəfləri  bir-birinə  bərabər 

olmur  və  nəticədə  müəyyən  fərq  yaranır.  Bu  fərqlər  cəmi  yekunda  balans-

laşdırıcı maddələr rolunu oynayır. 

«Banklar  haqqında»  və  «Poçt  haqqında»  Azərbaycan  Respublikası  qa-

nunlarına,  bu  Qanuna  və  onlara  müvafiq  normativ  xarakterli  aktlara  uyğun 

olaraq  bank  fəaliyyətini  lisenziyalaşdırır  və  tənzimləyir,  qanunla  müəyyən 

edilmiş  qaydada  bank  fəaliyyətinə  nəzarəti  həyata  keçirir;  Banklar  məcmu 

kapitalını  və  likvid  ehtiyatlarını  daimi  olaraq  müəyyən  olunmuş  səviyyədə 

saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün 

aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat sənəd-

lərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib 

etməli,  bankın  fəaliyyətinə  nəzarət  mexanizmlərini  formalaşdırmalı  və  tətbiq 

etməli,  zərərin  əmələ  gəlməsi  riskini  maksimal  şəkildə  azaltmaq  məqsədi  ilə 

aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. 

Banklar,  Mərkəzi  Bankdan  aldığı  lisenziyada  qadağan  edilməmişdirsə, 

aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər: tələbli və müddətli depozit-

lərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi; kreditlərin (tə-

minatlı və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdir-

ilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq 

xidmətləri  və  digər  kreditləşdirmə  növləri;  fiziki  və  hüquqi  şəxslərin  he-

sablarının,  o  cümlədən  bankların  müxbir  hesablarının  açılması  və  aparılması; 

klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və 

ödəniş  vasitələrinin  köçürülməsi  üzrə  xidmətlər  göstərilməsi;  ödəniş  vasitələ-

rinin  (o  cümlədən  kredit  və  debet  kartları,  yol  çekləri  və  bank  köçürmə 

vekselləri)  buraxılması;  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə 

vasitələrinin (o  cümlədən çeklərin,  köçürmə veksellərinin, borc öhdəliklərinin 

və  depozit  sertifikatlarının),  xarici  valyutanın,  qiymətli  metalların  və  qiymətli 

daşların,  valyuta  və  faiz  vasitələrinin,  səhmlərin  və  digər  qiymətli  kağızların, 

habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların 

və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə 

aid  digər  törəmə  vasitələrin  satın  alınması  və  satılması;  qiymətli  metalların 

ə

manətə cəlb  edilməsi və  yerləşdirilməsi; öhdəliklərin  icrasına təminatların,  o 



cümlədən qarantiyaların verilməsi və öz hesabına və  ya müştərilərin hesabına 

akkreditivlərin açılması; qiymətli kağızlar bazarında peşəkar fəaliyyət; maliyyə 

müşaviri,  maliyyə  agenti  və  ya  məsləhətçisi  xidmətlərinin  göstərilməsi;  kre-

ditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər  göstərilməsi;  sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini 

saxlanca  qəbul  etmək  (xüsusi  otaqlarda  və  ya  seyf  qutularında  saxlamaq); 

qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkassasiya  edilməsi  və 

göndərilməsi;  banklar  bu  Qanunun  32.1-ci  maddəsində  sadalanan  fəaliyyət 

növlərindən başqa bu Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri 

istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə