Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə64/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   60   61   62   63   64   65   66   67   ...   230

 

 

131



sifariş  verir,  onların  daşınmasını  və  saxlanmasını  təmin  edir;  pul  nişanlarının 

ehtiyatlarını  yaradır  və  həmin  ehtiyatlara  sərəncam  verir;  Мərkəzi  Bank  və 

kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını 

müəyyən  edir;  Мərkəzi  Bank  və  kredit  təşkilatlarında  kassa  əməliyyatlarının 

aparılması qaydalarını müəyyənləşdirir; tədavülə yararsız olan pul nişanlarının 

ə

lamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.  



Yeni  nümunəli  pul  nişanlarının  tədavülə  buraxılması  haqqında  qərarı 

Мə

rkəzi  Bankın  darə  Heyəti  qəbul  edir.  Мərkəzi  Bankın  tədavülə  buraxdığı 



pulların  nominallarını,  ölçüsünü,  tərtibatını,  mühafizə  elementlərini,  habelə 

digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir. Мərkəzi Bank müəyyən 

etdiyi  qaydada  və  qiymətlərlə  buraxdığı  yubiley  və  xatirə  pul  nişanlarının 

satışını  təşkil  edir.  Мərkəzi  Bank  qiymətlər  miqyasının  dəyişdirilməsi  (deno-

minasiya)  ilə  əlaqədar  yeni  pul  nişanlarının  tədavülə  buraxılması  haqqında 

qərarı  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırmaqla  qəbul  edir.  Deno-

minasiya halları istisna olmaqla, Мərkəzi Bank tədavüldə olan kağız və metal 

pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir. 

Мə

rkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarını, 



habelə  yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haq-

qında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir. Yeni pul nişan-

larının  tədavülə  buraxılması  ilə  əlaqədar  pulların  dəyidirilməsi  zamanı  dəyiş-

dirilmənin  məbləğləri,  yaxud  subyektləri  üzrə  hər  hansı  məhdudiyyətə  yol 

verilmir.  Dəyişdirilməli  olan  pul  nişanları  Мərkəzi  Bankın  müəyyən  etdiyi 

müddətdə,  lakin  bir  ildən  az  olmamaq  şərti  ilə  qanuni  ödəniş  vasitəsi  sayılır. 

Həmin  müddətdən  sonra  pul  nişanları  Мərkəzi  Bank  tərəfindən  müddətsiz 

olaraq dəyişdirilir. 

Мə

rkəzi  Bank  manatın  xarici  valyutalara  nisbətdə  rəsmi  məzənnəsini 



mütəmadi  müəyyən  edir  və  elan  edir.  Valyuta  bazarında  məzənnənin  2  funk-

siyası var: daxili iqtisadi şərtləri və xarici iqtisadi şərtləri dəyərləndirərək, ikisi 

arasında tarazlığı qurmaqdır və valyuta məzənnəsi də qiymət qəbul edildiyinə 

görə,  o  zaman  valyuta  təklif  və  tələbini  gerçək  səviyyə  tarazlığında  tutmaq 

lazımdır.  Beləlikə,  məzənnə  daxili  qiymətlə  xarici  qiymət  arasında  əlaqəni 

yaradan yeganə vasitədir və ən önəmli makroiqtisadi göstəricilərindən biridir. 

Məzənnə  valyuta  istehsal  edən  sektorlarla  valyuta  isteklak  edən  sektor 

arasında tarazlığı qoruyur və beləliklə, eyni qayda ilə ixrac sektorı və idxal sek-

torları arasında stimullaşdırma və qorumaçılıq siyasəti həyata keçirir. 

Məzənnə  siyasəti  –  ölkənin  ixracat  potensialına  və  investiya  mühitinə 

təsir  edən  ən  önəmli  formalaşdırma  tədbirlər  məcmusudur  (məsələn,  tədiyyə 

balansının tənzimlənməsi, ölkənin qızıl-valyuta ehtiyatları). Valyuta məzənnə-

sinə  təsir  edən  amillər:  daxili  və  xarici  qiymət  səviyyəsi  (SGP  nəzəriyyəsi); 

xarici  ticarət  balansına  aid  statistik  göstəricilər;beynəlxalq  kapital  hərəkətində 

dəyişikliklər (məsələn, ölkə daxilində faiz dərəcələrinin artımı: öz növbəsində 

milli  pul  vahidinin  dəyərini  artırır);  tədiyyə  balansının  ayrı-ayrı  maddələrində 




 

 

132



dəyişiklik (ixracat artımı, milli valyutanın güclənməsinə, bu isə, öz növbəsində 

ölkənin beynəlxalq aləmdə rəqabətqabiliyyətliyinə mənfi təsir göstərir). Dövlət 

büdcəsinə aid göstəricilər; xarici borc və faiz ödəmələri; dövlət budcəsinə aid 

göstəricilər,  xarici  borc  və  faiz  ödəmələri;  pul  miqdarındakı  dəyişmələr; 

Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının həcmi; beynəlxalq qurumların ölkə 

iqtisadiyyatına bağlı dəyərləndirmə notları və s. 

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək 

məqsədi ilə xarici valyutanın  alqı-satqısı üzrə  əməliyyatlar aparmaqla  valyuta 

bazarına  müdaxilə  edə  və  satış  məzənnəsinin  alış  məzənnəsindən  kənarlaş-

masına hədd qoya bilər. 

Mərkəzi  Bank  dövlətin  pul  siyasətinin  həyata  keçirilməsi,  ölkənin  bey-

nəlxalq  öhdəlikləri  üzrə  hesablaşmaların  vaxtında  aparılması üçün beynəlxalq 

qızıl-valyuta  ehtiyatlarını 

darə  Heyətinin  müəyyən  etdiyi  strategiya 

çərçivəsində saxlayır və idarə edir. Mərkəzi Bank  darə Heyətinin müəyyən et-

diyi strategiya və qaydalar çərçivəsində aşağıdakı aktivlərdən ibarət beynəlxalq 

qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir: qızıl, digər qiymətli metallar və 

qiymətli  daşlar;  kağız  və  metal  pul  formasında  sərbəst  dönərli  xarici  valyuta; 

xarici dövlətlərin mərkəzi banklarının və  ya digər maliyyə idarələrinin hesab-

larında  Mərkəzi  Bankın  sərbəst  dönərli  xarici  valyutada  saxladığı  vəsaitlər; 

Beynəlxalq  Valyuta  Fondunun  xüsusi  borcalma  hüquqları  və  Beynəlxalq 

Valyuta Fondunda ehtiyat mövqeyi; xarici dövlətlərin, mərkəzi bankların və ya 

beynəlxalq  maliyyə  təşkilatlarının  buraxdığı,  yaxud  təminat  verdiyi  qiymətli 

borc kağızları; beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri. 

Mərkəzi  Bank  beynəlxalq  qızıl-valyuta  ehtiyatlarının  idarə  edilməsində 

bu  sahədə  ixtisaslaşmış  maliyyə  təsisatlarının  xidmətlərindən  darə  Heyətinin 

müəyyən  etdiyi  strategiya  çərçivəsində  istifadə  edə  bilər.  Beynəlxalq  qızıl-

valyuta  ehtiyatları  dövlətin  pul  siyasətinin  həyata  keçirilməsi,  ölkənin 

beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Mərkəzi 

Bankın  mülahizəsinə  görə  təhlükəli  səviyyəyədək  azaldıqda  və  ya  azalması 

qorxusu olduqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların 

belə  azalmasına  gətirib çıxarmış  və  ya  gətirib  çıxara biləcək səbəbləri  qabaq-

cadan göstərməklə, beynəlxalq qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat 

və əsaslandırılmış təkliflər təqdim edir. Mərkəzi Bank beynəlxalq qızıl-valyuta 

ehtiyatlarının  ümumi miqdarı  barədə  rübdə bir  dəfədən az  olmayaraq, kütləvi 

informasiya vasitələrində məlumat dərc etdirir.  

Mərkəzi  Bank  qanunvericiliyə  uyğun  olaraq  hesabat  tədiyyə  balansını 

(ölkənin tədiyyə balansı başqa ölkələrdən daxil olan pulun ümumi məbləği ilə 

digər  ölkələrə  ödənilən  pulların  məbləği  arasındakı  nisbətdir)  tərtib  edir  və 

ölkənin  proqnoz  tədiyyə  balansının  hazırlanmasında  iştirak  edir.  Tədiyyə 

balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı 

iqtisadi  əməliyyatların  məcmusunu  əks  etdirən  statistik  hesabat  sistemidir. 

nstitusional  vahidin  rezidentlik  statusu  onun  hər  hansı  bir  ölkənin  iqtisadi 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə