Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə69/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   65   66   67   68   69   70   71   72   ...   230

 

 

141



sektora aid bəzi истиграз və sənədləri ilə konkret və ya keçici bir müddət üçün 

alqı-satqı əməliyyatıdır. 

Açıq  bazar  əməliyyatları,  bankların  likvidlərindəki  və  bazardakı  pul 

miqdarında  dəyişikliyə  yol  açır.  Bankların  likvidində  meydana  gələn  dəyiş-

mələr  kredit  aça  bilir  və  fond  həcminə  və  kredit  siyasətinə  təsir  edə  bilir. 

Bundan başqa, açıq bazar əməliyyatları bazardakı faiz dərəcəsinə təsir edir. MB 

qiymətli kağızları satın alarkən bazara likvid çıxdığından faiz dərəcələri aşağı 

düşəcək,  qiymətli  kağızın  qiyməti  artacaqdır.  Digər  tərəfdən  MB  bazara 

qiymətli kağız satarkən, bazardakı likvid azalacaq, faiz dərəcələri  yüksələcək, 

qiymətli kağızların qiyməti aşağı düşəcəkdir.  

Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi Bankın 

borc  qiymətli  kağızlarının  buraxılışı  və  dövriyyəsi  qaydaları  qanunvericiliklə 

müəyyən edilir.  

 Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini 

müəyyənləşdirir.  Mərkəzi  Bank  uçot  dərəcəsini  müəyyənləşdirərkən  ölkədəki 

mövcud  makroiqtisadi  durumu  və  maliyyə  bazarının  vəziyyətini  nəzərə  alır. 

Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik və-

ziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə və depozit 

ə

məliyyatları  üzrə  faiz  dərəcələrini  təsbit  etməklə  və  ya  hərraclarda  tələb  və 



təklif əsasında müəyyənləşdirir. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini 

və  öz  əməliyyatları  üzrə  faiz  dərəcələrini  dərc  etdirir.  Mərkəzi  Bank  kredit 

təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər. Ehtiyatlar 

depozitlərin  faizi  nisbətində  müəyyən  edilir  və  Mərkəzi  Bankda  saxlanılır. 

Tələb  olunan  ehtiyatların  norması,  hesablanması  və  saxlanması  qaydası  Mər-

kəzi Bankın  darə Heyəti tərəfindən müəyyən edilir. Məcburi ehtiyatlar təmin 

edilmədikdə  Mərkəzi  Bank  ehtiyatı  təmin  etməyən  kredit  təşkilatına  və  onun 

inzibatçılarına qarşı Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsində 

nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.  

Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  Mərkəzi  Bank  tərəfindən 

kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman ve-

rilən  kreditlər dövlət qiymətli kağızları,  dövlətin  və  digər  etibarlı  emitentlərin 

qarantiyaları  və  zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif  formada  qiymətli 

metallar  və  digər  aktivlərlə  təmin  olunmalıdır.  Belə  kreditlər  6  aydan  çox 

olmayan  müddətə  verilir  və  həmin  müddətə  uzadıla  bilər.  Yenidən  maliy-

yələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın  darə Heyəti müəy-

yən  edir.  Kreditlər  yalnız  milli  valyutada  (manatla)  kredit  təşkilatlarının  baş 

idarələrinə verilir.  

Mərkəzi  Bank  özünün  müəyyən  etdiyi  şərtlərlə  və  qarşılıqlı  razılaşma 

ə

sasında kredit təşkilatlarından depozitlər cəlb edə bilər. Pul siyasətinin həyata 



keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi 

Bank  kredit  təşkilatları  tərəfindən  aparılan  ayrı-ayrı  əməliyyatları  müvəqqəti 




 

 

142



məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı 

və yuxarı hədlərini müəyyənləşdirə bilər.  

Mərkəzi  Bankın  fəaliyyətinin  əsas  məqsədi  öz  səlahiyyətləri  daxilində 

qiymətlərin  sabitliyinin  təmin  edilməsini  nəzərə  alaraq  Milli  Bank  monetar 

amillərdən  asılı  olaraq  dəyişən  baza  inflyasiya  göstəricisini  hədəfləyir.  Baza 

inflyasiya üzrə hədəf MB tərəfindən hər növbəti il üçün işlənən və ictimaiyyətə 

bəyan olunan pul siyasətinin əsas istiqamətlərində öz əksini tapır. Pul siyasəti 

üzrə  son  məqsədə  nail  olmaq  üçün  aralıq  hədəflər  müəyyən  edilir.  Baza 

inflyasiya üzrə illik hədəfə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri kimi 

pul kütləsindən və Nominal Effektiv Məzənnədən (NEM) istifadə edilir. Hədəf 

götürülən inflyasiya səviyyəsindən asılı olaraq tələb edilən pul kütləsinin artım 

həddi  və  eləcə  də  NEM-in  dəyişim  trayektoriyası  təyin  edilir.  Sonra  bu 

göstəricilər pul siyasətinin tətbiqi üçün istiqamət rolunu oynayır. Azərbaycanda 

pul  siyasətinin  aralıq  məqsədləri  kimi  pul  kütləsi  və  NEM-dən  istifadə 

olunması  uzunmüddətli  dövrdə  inflyasiyanın  dinamikasının  əsasən  məhz  bu 

parametrlərdən asılı olması ilə əlaqədardır. 

Pul siyasətinin aralıq hədəflərindən asılı olaraq onun əməliyyat hədəfləri 

müəyyənləşdirilir.  Pul  siyasətinin  əməliyyat  hədəfləri  pul  bazası  və  manatın 

ABŞ  dollarına  nəzərən  ikitərəfli  nominal  məzənnəsidir.  Bu  göstəricilərdən 

ə

məliyyat  hədəfləri  kimi  istifadə  edilməsi  ölkənin  maliyyə  bazarlarının  xüsu-



siyyətləri ilə əlaqədardır. Belə ki, sərəncamda olan pul siyasəti alətləri vasitəsilə 

Mяркязи  Bank  pul  bazasına  və  ikitərəfli  məzənnəyə  digər  potensial  operativ 

hədəflərlə müqayisədə daha effektiv təsir göstərə bilir. 

Pul siyasətinə dair gündəlik qərarlar pul bazasının və ABŞ dollarının mə-

zənnəsinin dəyişimində dərhal öz əksini  tapır. Pul  bazasının və manatın  ABŞ 

dollarına  nəzərən  məzənnəsinin  dəyişimi  isə  pul  kütləsinə  və  NEM-ə  təsir 

göstərir. Bu da müəyyən vaxt ərzində inflyasiya üzrə hədəfə nail olmağa imkan 

verir.  Operativ  hədəflərdən  asılı  olaraq  pul  siyasəti  alətlərinin  kəmiyyət 

parametrləri,  o  cümlədən  açıq  bazar  əməliyyatlarının  həcmi,  valyuta  mü-

badiləsinin məbləği və s. müəyyənləşdirilir. 

Azərbaycan Mərkəzi Bankı qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas 

istiqamətlərini  oktyabr  ayının  1-dən  gec  olmayaraq  Azərbaycan  Respublikası 

Prezidentinə  təqdim  edir  və  dekabr  ayının  31-dək  kütləvi  informasiya  vasitə-

lərində ictimaiyyətə açıqlayır. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən, 

Mərkəzi  Bank  cari  ildə  həyata  keçirilən  pul  siyasətinin  yekunlarını,  habelə 

qarşıdakı  il  üçün  müəyyən  etdiyi  pul  siyasətinin  məqsəd  və  vəzifələrini, 

Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların 

həyata keçirilməsi yollarını göstərir. 

Maliyyə bazarlarının inkişaf səviyyəsini nəzərə alaraq MB 2007-ci ildən 

etibarən pul siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində 

«faiz dərəcələri dəhlizi» yanaşmasının tətbiqini nəzərdə tutur. Yeridilən pul si-

yasətinin  reallaşması  mexanizmlərinin  mütərəqqi  formalarından  olan  faiz 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə